Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Anal qaşınma

Mündəricat

Anal qaşınma

EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma

Əsas məqamlar

  • Müalicə tələb edən düz bağırsaq səbəblərini istisna edin (adətən proktoskopiya göstərişdir)
  • Səthi dəri ekskoriyasiyaları (cızıqlarını) anal çat ilə qarışdırmayın. 
  • Anal qaşınmanın səbəbi kimi bizquyruq qurdlarını (lat. Enterobius vermicularis) yadda saxlayın. 
  • Xəstələrin əksəriyyətində (60%) anal qaşınmanın spesifik səbəbi təyin edilmir. Yuyunma adətləri, hemorroidlər (perianal sahənin dərisinin nəm qalmasına səbəb olur) və topikal dərmanlara yerli reaksiyalar perianal dermatitə səbəb ola bilər. 

Simptomlar

  • Qaşınmanın əsas simptom olmasına baxmayaraq, xəstələrin əksəriyyəti şiddətli ağrıdan da şikayət edə bilər. 
  • Zədələnmiş perianal dəri sahəsi böyük ola bilər. 

Müalicə

  • Qaşınan dərinin hava ilə kontaktı əhəmiyyətlidir və anal gigiyenaya riayət etmək mütləqdir (defekasiyadan sonra yuyunma və ya duş qəbul etmək, bunun ardınca incə qurulama). 
  • Sink məlhəmi lokal olaraq istifadə edilə bilər. Şiddətli qaşınma üçün 1%-li hidrokortizon və ya göbələkəleyhinə preparatlar (hidrokortizonla kombinasiyada) lokal müalicə kimi istifadə edilə bilər. Lokal dərmanların həssas və ya qıcıqlandırıcı kombinasiyalarından çəkinmək lazımdır. 
  • Pambıqdan hazırlanmış alt paltarları məsləhət görülür.
  • Davamlı hallarda zədələnmiş dəri sahəsindən dəri biopsiyasının götürülməsinə göstəriş ola bilər. 
  • Bəzən dermatoloji konsultasiyaya ehtiyac ola bilər.