Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Piylənmənin müalicəsi

Mündəricat

Piylənmənin müalicəsi

EBM Klinik protokolları
01.03.2017 • Sonuncu dəyişiklik 01.03.2017
KirsiPietiläinen

Əsas məqamlar

  • Piylənməni müalicə etmək üçün bir sıra effektiv müalicə vasitələri mövcuddur.
  • Real, hədəflənmiş çəki müəyyən edilməlidir, məsələn, çəkinin təqribən 5-10% itirilməsi.
  • Xəstəylə aparılmış motivasiyalı müsahibə metodları, dəyişikliklərin həyata keçirilməsinə kömək edə bilər.
  • Xəstələr, gündəlik qida rejimlərində və hərəki vərdişlərində, əsaslı dəyişikliklər etmək məcburiyyətindədirlər.
  • Bəzi xəstələr, vəziyyətin düzgün qiymətləndirilməsi haqqında vacib məlumatları əldə edərək və tibbi yardım mərkəzindən yüksək dəstək alaraq, özləri sərbəst olaraq çəki itirilməsinə nail ola bilirlər.
  • Bəzi xəstələr,  uzunmüddətli peşəkar təlimat və dəstək tələb edirlər.

Müalicə taktikaları

  1. Qısa müdaxilə. Çəki problemi, qısa olaraq müzakirə olunur və xəstəyə, bundan sonra üçün bədən çəkisinin azalmasına kömək edə biləcək uyğun məsləhətlər verilir.
  2. Verilmiş düzgün məsləhətlər və təlimatlar vasitəsilə həyat tərzinin, tədricən və mütəmadi olaraq dəyişdirilməsi.
    • Bu, piylənmənin, hər kəsə tətbiq oluna biləcək  "əsas" müalicə vasitəsidir.
    • Adətən, 6-15 görüşün həyata keçirilməsi planlaşdırılan qruplarda tətbiq olunur. Yüngül və orta dərəcəli piylənmənin və kəskin piylənmənin müşahidə edildiyi halların çoxunda tətbiq olunmuşdur; müalicə edilən xəstəliyin növündən asılı olmayaraq, bütün müalicə vasitələri tətbiq edilməlidir.
  3. Təlimatlarla birlikdə çox aşağı kalorili pəhrizin (VLCD) tətbiq edilməsi
    • Əsasən kəskin (BMİ>35%) və patoloji (BMİ>40) piylənmələrdə tətbiq edilir.
    • Pasientə verilən məsləhət yönümlü təlimatlar uğursuz olduqda, lakin çəki azalmasında əsaslı dəyişikliklər müşahidə olunduqda, bu pəhriz növü, həmçinin orta dərəcəli piylənmədə (BMİ>30) də istifadə edilə bilər.
  4. Dərman müalicəsi (orlistat və sonradan isə həmçinin liraqlutid preparatlarının piylənmənin müalicəsində tətbiq edilməsi Avropa Birliyi (EU) tərəfindən təsdiq olunubdur. Lakin, buna baxmayaraq, heç də bütün ölkələrin dərman bazarında bu göstərişlə istifadə olunmurlar). 
    • Digər müalicə vasitələri uğursuz olduqda, bu, alternativ müalicə vasitəsi olaraq düşünülə bilər.
    • Dərman müalicəsi, hər zaman həyat tərzinin dəyişdirilməsiylə bərabər aparılmalıdır.
  5. Cərrahiyyə
    • Kəskin və patoloji piylənmənin rast gəlindiyi seçilmiş xəstələr üçün nəzərdə tutulur (aşağıdakı şərhlərə nəzər yetirin).
    • Cərrahi müalicənin mümkünlüyünün  qiymətləndirilməsi, ixtisaslaşdırılmış tibb xidməti tərəfindən aparılır.

Qısa müdaxilə

  • Xəstənin artıq çəkisi haqqındakı məsələlər, uyğun olduğu təqdirdə görüş zamanı müzakirə olunmalıdır.
  • Xəstələrin çəkisinin vaxtaşırı ölçülməsini təklif edən taktika, xəstənin çəkisi haqqında aparılan müzakirələri daha da asanlaşdırır.
  • Müzakirənin başlanmasına ən uyğun gələn neytral sual: "Sahib olduğunuz çəkiyə münasibətiniz necədir?" və ya "Çəki artımınız necə baş vermişdir?"
  • Müzakirə daha sonra bir neçə açıq suallarla davam etdirilir, məsələn, "Yemək vərdişləriniz haqqında nə düşünürsünüz ?", "Bilmək maraqlı olardı ki, hansı qidanın sizin çəkinizin artmasına daha asanlıqla təsir etdiyini düşünürsünüz ?", "Çəkinizi nəzarət altına alacaq hansı vərdişlərinizin dəyişdirilməsinin düzgün olacağına inanırsınız ?"
  • Xəstəyə daha sonra çəki itirilməsinin prinsipləri haqqında qısa informasiyalar verilir (piylənmə, bir çox xəstəliklərin kəskinləşməsinə səbəb olur, hətta çox az bir miqdarda çəkinin itirilməsi, piylənməylə əlaqəli xəstəliklərin riskinin azalmasına təsir edəcəkdir, qida rasionunda  meyvə və tərəvəzlərin miqdarının artırılması effektiv olacaqdır, oturaq həyatdan uzaqlaşmaq və özünüzə uyğun təlim məşq formasını tapmaq çox xeyirli olacaqdır və s.)
  • Xəstə, çəkisini vaxtaşırı izləməyə həvəsləndirilir (ən azı həftədə bir dəfə). Bu,  ən azından çəkidə artım olmadığından əmin olunmasına görə təklif olunur (adətən artıqçəkili şəxs, il ərzində tədricən əlavə çəki ala bilir).
  • Çəkinin tənzimlənməsinə kömək edəcək müəyyən kiçik dəyişikliklərin aparılmasında razılıq əldə etmək olar. Əldə edilən razılaşmalar, xəstə qeydlərinə əlavə edildiyinə görə növbəti görüşlərdə də onlara göz gəzdirmək mümkündür.
  • Xəstəyə çap edilmiş formada çəki azalmasına dair informasiya təqdim oluna bilər və yaxud da bu informasiyaların necə əldə edilə biləcəyi haqqında məlumatlar verilə bilər.
  • Çəki azalmasında müşahidə olunan inkişaf, qısa şəkildə növbəti görüşlərdə müzakirə olunmalıdır.

Piylənmənin əsas müalicəsi

Təşkilatçılıq

  • Qrupşəkilli müalicə, individual şəkildə aparılan müalicədən daha ucuz və effektlidir.
    • Həftədə 1 dəfə olmaqla 6-15 görüş.
    • Qrupda xəstələrin sayı 10-15 olmalıdır.
    • Qrup rəhbəri, tibb bacısı və yaxud da piylənmənin müalicəsinə dair xüsusi treninq keçmiş diyetoloq olmalıdır. Fizioterapevtin və ya idman məşqçisinin, vəziyyətdən asılı olaraq psixoloqun da bu prosesdə iştirakı tövsiyyə edilir. Psixoloq, qrupları ziyarət edə bilər və məs, "psixoloqun sual saatı" kimi bir proqram təşkil edə bilər.
  • Qrup sessiyalarını təşkil edən əsas səhiyyə xidməti, əsas müalicənin idarə olunması üzrə təlimatlar hazırlamalıdır (xəstələrin qruplara cəlb edilməsi prinsipləri, prosesin izlənilməsi və s.)
  • Tədqiqatlar göstərmişdir ki, çəki-itirən qruplar, xidmət tərəfindən bu qruplar üçün piylənmənin idarə olunmasında əsas məsuliyyəti üzərinə götürmuş həkim təyin edilmədiyi hallarda uğurlu nəticələr əldə etmirlər. Bu, qrup rəhbərinə, problemli xəstələri və digər yarana biləcək sualları müzakirə etmək imkanını verir.

 Xəstə seçimi

  • Yalnız artıq çəkili xəstələrin kiçik hissəsinə piylənmənin müalicəsinin əsas üsulu təklif oluna bilər. Müalicədən daha çox fayda görə biləcək xəstələr, xüsusi olaraq seçilməlidir.
  • 2-ci tip şəkərli diabetin təzəcə diaqnozu qoyulmuş bütün xəstələrə, piylənmənin müalicəsinin əsas üsulu təklif olunmalıdır.
  • Piylənmənin müalicəsinin əsas üsulunun tətbiq edilməsinə digər göstərişlərə metabolik sindrom, yuxu apnoesi və digər piylənməylə əlaqəli xəstəliklərin olduğu aiddir.
  • Xəstə nə qədər cavan olsa, piylənmənin müalicəsinin əsas üsulunun tətbiq edilməsi bir o qədər çox vacib olar.
  • Fiziki məşğələlərin davam etdirilməsinin və əzələ kütləsinin qorunub saxlanılmasının vacibliyi, xüsusilə təqaüdçü olduqdan sonra , yaşdan asılı olaraq vurğulanır.
  • 65-70 yaşdan yuxarı xəstələrdə, intensiv çəki itirilməsindən qaçınılmalıdır.
  • Müalicə, 65 yaşdan yuxarı xəstələrə, yalnız xüsusi şərtlər daxilində təklif edilməlidir"?>

Hesablana bilən hədəflər

  • Çəki itkisində qəbul edilən hədd, təqribən həftədə 0.5 kg-dır. Çəkinin daha aşağı sürətlə itirilməsi də mümkündür.
  • Hədəf, çəkinin stabil olaraq 5-10% azalması olmalıdır ki, piylənməylə əlaqəli xəstəliklərin müalicəsində lazımı əsaslı effekti əldə etmək üçün kifayət olsun. 
  • Məqsəd hər zaman əldə edilən nəticənin, mümkün qədər qalıcı olmasını təmin etmək olmalıdır ki, bu da aparılmış uzun vadəli planlaşdırma və həyat tərzinin dəyişdirilməsi ilə mümkündür.

Müsahibə və onun əsas məqsədləri

  • Motivasiyalı müsahibənin prinsipləri aşağıdakı kimi olmalıdır: xəstə özü, pəhrizini və hərəki vərdişlərini dəyərləndirir və təlimatçı tərəfindən verilən məlumatlara əsaslanaraq, edilə biləcək dəyişikliklər barəsində qərar qəbul edir.
  • Yuxarıdan aşağıya sıralanmış istiqamətlər və təlimatların əvəzinə, dəstəkverici mentor yanaşmasının istifadə olunması daha məsləhətdir. Xəstəni müsbət bir tonda həvəsləndirmək vacibdir.
  • Hisslərlə yemək arasında əlaqəni müəyyən etmək hər zaman faydalıdır.
  • Ən əsas məqsəd, "göstəricilərə düşkün olmaq" yox, vərdişlərin dəyişdirilməsi olmalıdır. Hədəf, yeni və hər vəziyyətə uyumlu vərdişlərin tapılması olmalıdır. Çox sərt məhdudiyyətlər nadir hallarda qalıcı olur.
  • Bədən çəkisi azaldıqda, bədənin enerjiyə olan tələbatı da azalır. İtirilmiş çəkinin geri alınmamsı üçün həyat tərzində edilən bütün dəyişikliklər qalıcı olmalıdır.
  • Dəyişikliklər tədricən aparılmalıdır. 1-2 dəyişiklikdən başlayıb daha sonra digərlərinə cəhd edilməlidir.
  • Kalorinin itirilmə prinsipləri aşağıda sıralanmışdır.
    • Stabil yemək ritmi iştahanın tənzimlənməsində əsas yeri tutur (səhər yeməyi, nahar, axşam yeməyi və ehtiyaca uyğun qəlyanaltılar).
    • Əsas məqsəd yağlı qidaların istifadəsini azaldıb, meyvə tərəvəzlərin qəbulunu artırmaqla, pəhrizin enerji dəyərinin artırılmasından ibarətdir.
    • Süd məhsulları yağsız olmalıdır, digər içkilər isə əsasən kalorisiz olmalıdır (su, şəkərsiz sərinləşdirici içkilər).
    • Spirtli içkilərin artıq qəbulu azaldılmalıdır.
    • Böyük porsiyalı qidalardan qaçınılmalıdır.
    • Kiçik gündəlik dəyişikliklər uzun müddət ərzində daha effektli təsirə malik olurlar.
    • Gündəlik üç yemək vərdişi qorunub saxlanılmalıdır; qəlyanaltılar yalnız ehtiyaca uyğun qəbul edilməlidir."?>
  • Fiziki aktivliklə bağlı aparılan dəyişikliklər
    • Gündəlik həyatda fiziki hərəkətsizliyin dərəcəsi müəyyən edilməli və oturaq şəkildə keçirilən müddətin miqdarı azaldılmalıdır.
    • "Hədəf" xəstəyə uyğun və mümkün olan fiziki hərəkət növləri: həftənin əksər günlərində, gündəlik ən azı yarım saat "?>
    • Xəstələr gündəlik fəaliyyətləri zamanı fiziki məşqlərlə məşqul olmağa həvəsləndirilməlidirlər (pilləkənlə qalxmaq, gəzinti və ya işə velosipedlə getmək, əzələ gücünü artırmaq).
    • Hədəf : həftənin əksər günlərində, gündəlik ən azı yarım saat olmaqla, xəstənin eləmək iqtidarında və istəyində olduğu fiziki məşq.
    • Əgər addımölçən (pedometr) istifadə edilirsə, hədəf ən azı gün ərzində 10.000 addım olmalıdır.
  • Digər vasitələr
    • Yemək üçün xəstəni motivasiya edən səbəblər müəyyən olunmalıdır. Həzz yoxsa aclıq?
    • Yeməyin sonuna yaxın xəstə doyduğunun fərqinə varmalı və həmin andan etibarən yeməyi dayandırmalıdır.
    • Ərzaq alış-verişinə ciddi fikir verilərək siyahıya uyğun aparılmalıdır.
    • Xəstə tamahına yenilməməlidir (ətrafda enerji içkiləri olmamalıdır)
    • Şəxs yemək yeyən zaman digər fəaliyyətlərlə məşqul olmamalıdır (televizora baxmaq, mütəaliyə etmək).

Çox aşağı kalorili pəhriz (VLCD)

  • Çox aşağı kalorili pəhriz (VLCD) vasitəsi, aşağıdakılardan ibarət olmalıdır
    • gündəlik enerjinin orta miqdarı 1700-2100 kCal (400-500 kkal), yüksək miqdarı isə 3300 kC (800 kkal)-yə qədər olmalıdır.
    • gündəlik zülal qəbulu ən azı 50 qram olmalıdır; bu, əksəriyyət üçün çox azdır; gündəlik pəhriz məhsulları ilə yanaşı təqribən 100 qram az yağlı ət və balıq məhsullarının qəbul edilməsiylə orqanizmin kifayət qədər zülal ilə təmin edilməsi məsləhət görülür ki, bu da, əlavə olaraq 20 qram zülal deməkdir.
    • əsas yağ turşuları, mikroelementlər və vitaminlərə olan gündəlik tələbat.
  • Rejim
    • Pəhriz VLCD meyarlarına uyğun hazır qida səbətlərindən ibarətdir.
    • Bu, qidanı əvəzləyən pəhriz formasıdır və növbəti  8-12 həftə ərzində digər qida məhsullarından istifadə olunmamalıdır. Pəhriz, bədən kütləsi indeksinin (BMİ) 25 kq/m2-ə çatdığı və ya hər hansı bir əks təsirə səbəb olduğu halda dayandırıla bilər.
    • Pəhriz müddəti ərzində xəstə 1-2 həftə intervalı ilə izlənilir.
    • VLCD çox uyğun bir vasitədir, məsələn, 2-ci tip şəkərli diabet  və ya hipertenziyalı xəstələr bu pəhrizdən çox uyğun bir şəkildə istifadə edə bilərlər.
      •  2-ci tip şəkərli diabet xəstələrində yemək vaxtı qəbul edilən insulin tamamilə dayandırılır, bazal insulin isə ən azı yarıya endirilir və insulinin dozası, qanda qlükozanın miqdarına uyğun təyin edilir.
      • Sulfonilureya və qlinid (prandial qlükoza tənzimləyicisi) dərman preparatlarının qəbulu, VLCD-yə başlanmazdan əvvəl dayandırılır.
      • SGLT2 inqibitorlarına dair çox az təcrübələr mövcuddur və çox güman ki, VLCD-nin davam etdirilməsi üçün  bu preparatların qəbulunun dayandırılması, təhlükəsizlik baxımından daha münasibdir.
      • Pəhrizdən əvvəl digər dərman preparatlarının qəbulunun məhdudlaşdırılmasına ehtiyac duyulmur, lakin çəkinin azalmasıyla bu dərman preparatlarının qəbulunun azaldılması da çox zaman aktual olur. VLCD-dən sonra dayandırılmış dərman preparatlarının yenidən istifadəsinə başlanılması da mümkündür.
    • Diabetli xəstələrdə VLCD -yə başlamazdan əvvəl, insulin terapiyası dayandırılmalıdır və ya dozası əhəmiyyətli dərəcədə aşağı salınmalıdır və ya sulfonilureyanın dozası yarıya endirilməlidir (hipoqlikemiya riski). Digər dərman preparatlarının isə pəhrizdən əvvəl dozasının azaldılmasına ehtiyac duyulmur."?> Çəki azalmasının sürəti təqribən həftədə 1.5-2 kg-dır və qısa müddət ərzində çəkinin azalmasında müşahidə edilən sürət, piylənmənin müalicəsinin əsas üsulundan əldə edilən sürətdən 2-2.5 dəfə yüksəkdir. Randomizasiya olunmuş sınaqlar, uzun vadəli nəticələrdə VLCD-siz tətbiq edilmiş əsas müalicəylə müqayisədə, xüsusi bir fərqlilik göstərməyiblər.
    • Yalnız VLCD ilə sabit nəticələr əldə etmək mümkün deyildir. Bununla yanaşı, VLCD-dən sonra piylənmənin müalicəsinin əsas üsulunun tətbiq olunması planına ehtiyac duyulur.
    • İtirilmiş çəkinin yenidən geri qaytarılması tendensiyasına uyğun olaraq, pəhrizdən imtinanın tədricən həyata keçirilməsi faydalı ola bilər, həftədə bir qutu sürəti ilə. Məsələn, əgər VLCD gündə 5 qutudan ibarətdirsə, pəhrizdən imtinanın birinci həftəsində sərfiyyat səhər yeməyi + gündə 4 qutu, ikinci həftə ərzində səhər yeməyi, nahar və gündə 3 qutu və s. kimi aparıla bilər. Əgər çəki yenidən artmağa başlayarsa, qutulardan istifadə müvəqqəti olaraq artırıla bilər.
    • VLCD-dən imtina edildikdən sonra itirilmiş çəkinin geri qaytarılmasının qarşısını almaq məqsədiylə, çəkinin gündəlik ölçülməsi faydalı ola bilər.
    • Həyat tərzinin dəyişdirilməsi planı əsasən çəki itkisindən sonra azalmış enerji ehtiyyatını nəzərə alaraq, əldə edilən nəticələrin sabitliyinin qorunub saxlanılması məqsədilə həyata keçirilir.
    • Çəkinin sabit saxlanılmasında problemlər yaşandıqda, xəstəyə təkrarən əlaqə saxlaya bilmək imkanı təklif olunur.

Dərman müalicəsi

  • Əgər əsas müalicə vasitəsi tək başına gözlənilən nəticəni verməmişdirsə, həyat tərzində aparılan dəyişiklikləri dəstəkləmək üçün əlavə olaraq dərman preparatlarından da istifadə etmək olar.
  • Çəkini azaldan dərman preparatlarının təyin olunmasıyla yanaşı xəstə həyat tərzinin dəyişdirilməsi və bu dəyişikliklərin reallaşdırılmasının vacibliyi ilə əlaqədar təlimatlarla təmin olunmalıdır.
  • Piylənmə-əleyhinə dərman preparatları yalnız BKİ-si 30 kq/m2-dan yüksək olan şəxslərə təyin olunmalıdır "?> (və yaxud da şəkərli diabet və ya çəki azaldılmasını tələb edən digər xəstəliklərdə 27kq/m2-dan yuxarı "?>  olduqda).
  • Xəstə, dərman müalicəsinin bir neçə illər ərzində davam edə biləcəyi haqqında öncədən məlumatlandırılmalıdır. Dərman preparatlarının tətbiqinin dayandırılmasıyla, adətən itirilmiş çəkinin tədricən bərpası müşahidə edilir. Dərman preparatlarının tətbiqinin dayandırılmasından sonra, çəkinin daima nəzarət altında saxlanılmasına və itirilmiş çəkinin geri qaytarılmasının qarşısının alınmasına yönəlmiş həyat tərzində aparılan dəyişikliklərin tətbiqinə xüsusi diqqət yetirilməlidir.
  • Əgər xəstə 3 ay ərzində lazımi qədər çəki itirməyibsə (başlanğıc çəkidən ən azı 5%), dərman preparatlarının tətbiqi dayandırılmalıdır.

Orlistat

  • Orlistat, həzm sisteminə təsir edən lipaza inqibitorudur. O, qida yağlarının absorbsiyasını qismən azaldır. Orlistat qan dövranına absorbsiya olunmur.
  • Orlistatın təsir dərəcəsindən asılı olaraq, LDL xolesterolun konsentrasiyası, yalnız çəki azalması nəticəsində əldə edilən konsentrasiyanın səviyyəsindən daha aşağı düşəcəkdir.
  • Orlistat gün ərzində üç dəfə, əsas yemək vaxtı qəbul edilir.
  • Orlistatın satış qaydaları, ölkədən ölkəyə dəyişir : Finlandiyada 120 mg-lıq orlistat reseptlə satılır,  60 mg-lıq orlistat isə reseptsiz satılır.
  • Dərman preparatından istifadə edilmə məqsədi,yağdan alınan qida enerjisinin miqdarını 30 %-dən çox olmayaraq məhdudlaşdırmaqdır. Yalnız az yağlı qəlyanaltılar qəbul edilməlidir. Xəstə, az yağlı pəhriz ilə əlaqədar kifayət qədər məlumatlandırılmalıdır, əks halda yan təsirlər dərman istifadəsinə maneə törədəcəkdir.
  • Ümumi əlavə təsirlərə, yağlı qidaların qəbulu hallarında müşahidə edilən yağlı və ya piyli nəcis, nəcisi saxlaya bilməmək və düz bağırsaqdan yağlı sızıntının gəlməsi (>1/10 istifadəçilərdə) aiddir.
  •  Orlistat, bağırsaq traktından yağda həll olan vitaminlərin sorulmasını məhdudlaşdıra bilər. Orlistatın uzun müddətli qəbulu zamanı multivitamindən də istifadə edilməsi məsləhət görülür (vitaminlər, orlistat kapsulasıyla eyni zamanda qəbul edilməməlidir, daha çox gecə, yatmazdan əvvəl istifadəsi məsləhət görülür).
  • Əsas yeməkdən əvvəl, 120 mg-lıq orlistatla müalicə edilən xəstələr, 12 ayın yekununda, plasebo effekti ilə müalicə edilənlərdən 3 kg daha artıq çəki itirirlər. Plasebo effekti ilə müalicə olunan xəstələrlə müqayisədə, başlanğıc çəkinin 10%-dən çoxunu itirmiş xəstələrin faizi orlistatla müalicə edilən xəstələrdə 12 faiz daha yüksəkdir.
  • Orlistatın təsiri ilə qısa zaman kəsiyində bədən çəkisinin sürətlə azalması nəticəsində xəstəliklərin yaranması və ölüm hallarının müşahidə edilməsi klinik cəhətdən sübut edilməmişdir.

Liraqlutid

  • 3 mg-lıq liraqlutidinin Avropa Birliyi ölkələrində piylənmənin müalicəsi üçün istifadəsi təstiq olunmuşdur.
  • Liraqlutid, GLP1 (qlükaqon-tip peptid 1) analoqudur. GLP1, bağırsağın L hüceyrələri tərəfindən sekresiya edilir və bir neçə hədəf orqanlarına malikdir. Liraqlutid, qanda qlükozanın səviyyəsindən asılı olaraq, mədəaltı vəzidə insulinin sekresiyasını stimulasiya edir və qaraciyərdə qlükozanın istehsalını azaldır. Məhz bu təsirinə görə də liraqlutid, gündə 1.2-1.8 mg olmaqla 2-ci tip şəkərli diabet xəstəliyinin müalicəsində istifadə edilir.
  • Liraqlutin dərialtı inyeksiya ilə yeridilir.
  • Liraqlutid, xüsusilə böyük dozalarda iştahanı azaldır. Piylənmənin müalicəsində istifadə edilən gundəlik doza 3 mg-dır. 0.6 mg-lıq başlanğıc doza, 2 həftə intervalı ilə tədricən 3 mg-a çatdırılır.
    • İştah azaldıcı farmokoloji xüsusiyyətlərini nəzərə alaraq, liraqlutid daha yaxşı məhz həyat tərzinin modifikasiyası ilə yanaşı istifadə edilir.
  • Ən çox müşahidə edilən yan təsirlərə, ürək bulanma, ishal, qarın ağrısı və həzm pozğunluqları aiddir. Hipoqlikemiya müşahidə edilə bilər. Bu, əsasən də digər hipoqlikemiyaya səbəb olan dərman preparatları ilə birgə istifadədə mümkündür.
    • Ürəkbulanmanın azalması, adətən bir ay çəkir. Bu, dərman dozasının daha yavaş artırılması ilə azala bilər.
  • Həyat tərzi dəyişikliklərinə dəstək olaraq gündəlik 3 mq dozada liraqlutid qəbul edən xəstələr, il ərzində plasebo alan xəsətələrdən (-8.4 kq-a qarşı -2.8 kq) təqribən 5.8 kq daha çox çəki itirirlər. Çəkilərinin 5 %-dən çoxunu itirən xəsətlərin sayı liraqlutid qrupunda 63% və plasebo qrupunda 27% olub. Çəkilərinin 10%-dən çoxunu itirənlərin miqdarı isə, müvafiq olaraq, 33% və 11% olub.

Naltrekson/bupropion

  • Naltrekson (8 mq) və bupropion (90 mq)  kombinasiyasının piylənmənin müalicəsində istifadəsi Avropa Birliyi (EU) ölkələrində təsdiq olunmuşdur.
  • Əsas təsiri iştahanı azaltmasıdır. Həyat tərzi məsləhətləri dərman müalicəsiylə yanaşı kompleks şəkildə aparılmalıdır.
  • Ən çox rast gəlinən əlavə təsirlərə ürək bulanma, qusma, qəbizlik, baş gicəllənmə və ağızda quruluq aiddir. Qan təzyiqi və ürək vurğuları yüksələ bilər.
  • İdarə oluna bilməyən hipertensiyası və ya anamnezində qıcolmaları olan, qaraciyər və ya böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə istifadə olunmamalıdır.
  • Həyat tərzi dəyişikliklərini dəstəkləmək məqsədiylə naltrekson/bupropion qəbul edən xəstələr, il ərzində çəkilərinin 3.7-6.4%-ni,  plasebo alan xəstələr isə 1.2-1.9%-ni itirir. Çəkilərinin 5%-dən çoxunu itirən xəstələrin sayı dərman qrupunda 28-51%, plasebo qrupunda isə 12-17%-dir. Çəkilərinin 10%-dən çoxunu itirən xəstələrin sayı isə müvafiq olaraq 13-28% və 5-6%-dir.

Uyğun mənbələr 

  • "Koxran" icmalları
  • Digər elmi sübutların xülasəsi
  •  
  • Ədəbiyyat

Pi-Sunyer X, Astrup A, Fujioka K et al. A Randomized, Bədən çəkisinin idarə edilməsində, 3.0 mg Liraqlutin üçün aparılan Nəzarətli Sınaq. N Engl J Med 2015;373(1):11-22. Wadden TA, Hollander P, Klein S et al. Kiçik kalorili pəhrizin səbəb olduğu çəki itkisindən sonra, liraqlutid vasitəsilə əldə edilən çəkinin saxlanılması və əlavə olaraq da müəyyən miqdarda çəkinin itirilməsi SCALE Maintenance ixtiyari təcrübə. Int J Obes (Lond) 2013;37(11):1443-51. Davies MJ, Bergenstal R, Bode B et al. 2-ci tip şəkərli diabet xəstələrində çəki itkisinə Liraqlutidin göstərdiyi təsir: AĞIR diabetlərdə aparılan ixtiyari klinik sınaq. JAMA 2015;314(7):687-99. Hollander P, Gupta AK, Plodkowski R et al. 2-ci tip şəkərli diabeti olan ağırçəkili və piylənmiş xəstələrdə, bədən çəkisinə və qlikemik parametrlərə yönəlmiş naltrekson/bupropin kombinasiyalı müalicənin effektləri. Diabet Baxımı 2013;36(12):4022-9. Apovian CM, Aronne L, Rubino D et al. Naltrekson SR/ bupropion SR-nin çəki və piylənməylə əlaqəli risk faktorları üzərində ixtiyari olaraq aparılan 3 fazalı sınaq.(COR-II). Piylənmə (Silver Spring) 2013;21(5):935-43.