Uşaqlarda atopik dermatit : kliniki mənzərə, diaqnoz və müalicə.
EBM Klinik protokolları
17.02.2017 • Sonuncu dəyişiklik 17.02.2017
MikaelKuitunen
Əsaslar
- Atopik dermatit xronik qaşıntılı iltihabi dəri xəstəliyi olub kəskinləşmələri olan əvvəlcədən proqnozlaşdırılması çətin olan bir xəstəlikdir .
- Bir çox uşaqlarda atopik dermatit yüngül gedişə malik olur və proqnozu yaxşı olur Belə hallarda ilkin səhiyyə mərkəzlərində yardım göstərilir .
- Diaqnoz klinikaya əsaslanır .Qaşınma ,xronik və ya tipik dəri nahiyələrində təkrarlanan iltihabi proseslər buna aiddir .Dəri quru olur və ekzema eritematoz olub , özünü papulalarla ,qabıqlanma, qaşınma və lixenifikasiya əlamətləri ilə göstərir .Allergik müayinələr üçün lazım olan labaratoriya testlərinə ehtiyac duyulmur .
- Klinik mənzərə uşağın yaşından aslı olaraq dəyişir .
- 1 yaşdan balaca olan uşaqlarda orta və kəskin atopik dermatit olduqda , qida allergiyası ehtimalı provokasiyaedici faktor kimi nəzərdə tutulmalıdır və ixtisaslaşmış mərkəzlərə yönləndirilməlidir . Digər qruplarda isə qida allergiyasını axtarmağa ehtiyac yoxdur .
- Bilinən effektiv profilaktik tədbirlər yoxdur
Kliniki mənzərə
Körpələr (1 yaşdan aşağı )
- Ekzema adətən birinci 4-8 aylıqda əmələ gəlir.
- Daha çox xəstəliyə xarakterik olan nahiyələr yanaqlar(şəkildə göstərilmişdir) ,ayaqlar, baldırlar ,topuqlar, biləklər və oynaq büküşləridir .
Məktəbəqədər yaşlı uşaqlar
- Ekzema daha çox dirsəklərin , dizlərin ,ayaqların , budların ,boyunun bükücü səthlərdə əmələ gəlir .
- İnfantil ekzema 2 yaşdan kiçik uşaqların 50 % ində yoxa çıxır . Digər yarısında isə dermatit davam edir, lakin oynaqlardakı büküşlərə doğru yayılır .
Məktəbyaşlı uşaqlar
- Məktəb yaşlarında dermatit daha çox oynaqların büküşlərində və topuqlarda tapılır Dermatitin xüsusi formaları əllərin ovuc səthində və ya ayaqların ayaqaltı səthində əmələ gəlir (yuvenil ovuc və ayaqaltı dermatozları ) . Əl və ayaq simptomları nəm və soyuq havada , xüsusilə də yazda və payızda daha kəskin hal alır .
- Ayaq göbələyi uşaqlarda nadir hallarda rast gəlinir, buna görə də yalnış diaqnozdan çəkinin .
- Məktəb yaşından 1-2 il əvvəl sağrı nahiyəsi və budların içəri tərəflərində atopik dermatit əmələ gəlir , çox vaxt yeniyetməlik çağında bitir. Bu nahiyələrdə olan dermatit qızlarda oğlanlardan daha çox rast gəlinir. Oğlanlarda isə daha çox dermatit əllərin arxasında ,biləklərdə topuqda yaranır.
- Klinik mənzərə diaqnoz üçün kifayətdir
- Dəri prik testi və ya qan zərdabında spesifik IgE anticismlərinin müəyyənləşdirilməsi üçün lazım olan göstərişlər
- 1 yaşdan az olan körpədə kəskin və ya orta dərəcəli dermatit varsa və ya hər hansı bir qidanın bu vəziyyəti daha da kəskinləşdirməsinə şübhə varsa :
- yaşı nisbətən çox olan uşaqlarda dəri prik testi nadir hallarda istifadə olunur
- istənilən yaşda kəskin (eritrodermik) dermatitə təsadüf oluna bilər
- Testlər mütəxəssis tərəfindən icra olunur və interpretasiya edilir .
- Əgər geniş yayılmış atopik ekzema və ya digər səbəblərdən ötrü dəri prik testini icra etmək mümkün deyilsə ,spesifik IgE anticism konsentrasiyası müəyyənləşdirilə bilər
- Qida allergen testi uşaqlarda qida allergiyalarının diaqnostikasında istifadə olunmur .
- Qida allergiyasının diaqnozu allergiya testlərinə deyil,eliminasiya-sınaq testinə əsaslanır .
Müalicə "?>
- Müalicəni idarə etmək önəmlidir .
- Çox vaxt simptomlar orta dərəcəli ,yağlı, sadə nəmləndiricilərlə ,yüngül qlükokortikoid kremlərindən aralıqlı istifadə ilə və məlhəmlərlə nəzarət altında saxlanılır Adətən ilkin səhiyyə müəssisələrində müalicəyə başlayırlar .
- Lokal müalicəyə nəzarət olunması (nəmləndriicilərin tətbiq olunması, kremlər ,məlhəmlər ,lazım gəldikdə kompreslərdən istifadə)önəmli faktordur .
- Lokal kortikosteroidlərə qarşı cavab qənaətbəxş deyilsə ,bu zaman yerli kalsineyrin inhibitorlarından istfadə olunur .
Lokal müalicə
- Qlükokortikoid kremləri müalicənin özəyini təşkil edir Onlar 1-2 həftə müddətində istifadə edilir və adətən hidrokortizon kimi daha yüngül formaları tərcih edilir .
- Nəmləndiricilər atopik dermatitin iltihab əlamətlərini yüngülləşdirmir, ancaq onlar dəridən nəmin buxarlanmasının qarşısını alır və beləliklə qlükokortikoid kremlərinə olan tələbatı azaldırlar .
- Normal yuyunmağa icazə verilir. Bəzi uşaqlarda su dərini dehidratasiya edir ,buna görə də yuma tezliyi azaldılmalıdır .Sabunlar və ya maye sabunlar dəri infeksiyalaşan zaman istifadə oluna bilər ,lakin su tərkibli nəmləndiricilər də yuyunmaq üçün gözəl vasitədir .Tərləmə çox zaman qaşınmanı şiddətləndirir .
- Əgər qlükokortikoid kremləri effekt göstərmirsə və ya ekzema yenidən əmələ gəlirsə və ya müalicə intervalları müddətində sürətlə kəskinləşirsə alternativ kimi pimekrolimus (Elidel)və ya takrolimus(Protopic 0,03%) kremlərindən istifadə etmək olar. Bunların hər ikisi 2 yaşdan yuxarı olan uşaqlarda davamlı müalicə və aralıqlı qəbul etmə ilə istifadə oluna bilər .
- Pimekrolimus yüngül və orta hallar üçün daha çox effektivdir, takrolimus isə daha kəskin atopik dermatitlər üçün nəzərdə tutulub .
- Simptomlar yoxa çıxana qədər pimekrolimus kremi gündə 2 dəfə istifadə olunur. Takrolimus isə ilk başlarda 3 həftə boyunca gündə 2 dəfə olmaqla istifadə oluna bilər, daha sonra isə simptomlar yoxa çıxana qədər gündə 1 dəfəyə endirilir . Simptomlar yoxa çıxandan sonra müalicəyə pauza verilir və yenidən yaranan kimi yeni müalicə kursuna start verilir .Ekzemanın kəskinləşmələrini aradan qaldırmaq üçün həftədə 2-3 dəfə takrolimus istifadə oluna bilər. Qoruyucu müalicədə krem hətta ekzemanın həmin vaxt olmadığ,ı ancaq simptomların daha çox yarandığı yerə sürülür .
- Müalicə müddətində günəşdən qorunmaq üçün mümkün qədər günəşə az çıxmaq, günəş kremlərindən istifadə etmək və qoruyucu geyimlərdən istifadə etmək məsləhət görülür .
- Müalicə dermatoloq tərəfindən və ya atopik dermatitin müalicəsində immunomodulator preparatlardan istifadə sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən başlanılmalıdır .
- Pimekrolimus və takrolimusun müəyyən bədxassəli effektləri olduğuna dair şübhələr olsa da araşdırmalarda bu öz əksini tapmamışdır .
2 yaşından aşağı uşaqlar
- 1-2 həftə müddətində gündə 1-2 dəfə 1 %li hidrokortizon kremi
- Hidrokortizon ilə müalicə davam etdiyi müddətdə nəmləndiricilər istifadə olunur .
2 yaşından böyük uşaqlar
- 1 % hidrokortizon kremi və ya ondan daha potent olan qlükokortikoid kremi 1-2 həftə müddətində gündə 1 dəfə olmaqla istifadə olunur .
- Qlükokortikoid müalicəsindən istifadə edilən zaman nəmləndiricilərdən də istifadə edilməlidir .
- Əgər qlükokortikoid kremləri heç bir effekt göstərmirsə bu zaman pimekrolimus və ya takrolimus kremlərindən istifadə etmək olar .
Digər müalicələr.
- Selektiv ultrabənövşəyi fototerapiya orta və ya kəskin ekzemada istifadfə olunur ,lakin fototerapiyanın uşaqlarda effekti barədə olan araşdırmalar kifayət deyildir.
- Antihistaminlərin sedativ effektdən başqa qaşıntını yüngülləşdirdiyinə dair bir sübut yoxdur .
- Qrup olaraq pro və prebiotiklərin ekzemanın müalicəsində bir effektə malik olduqları göstərilməyib .
- Lactobacillus rhamnosus CG preparatları lgE əlaqəli ekzemanı yüngülləşdirirlər .
- Qammalinoleyik turşusu, vitaminlər ,qalıq elementlərin effektivliyi barədə heç bir sübut yoxdu .
Əlaqəli mənbələr
Williams HC, Burney PG, Pembroke AC et al. Validation of the U.K. diagnostic criteria for atopic dermatitis in a population setting. U.K. Diagnostic Criteria for Atopic Dermatitis Working Party. Br J Dermatol 1996;135(1):12-7. Williams HC, Burney PG, Pembroke AC et al. The U.K. Working Party's Diagnostic Criteria for Atopic Dermatitis. III. Independent hospital validation. Br J Dermatol 1994;131(3):406-16. Eichenfield LF, Tom WL, Chamlin SL et al. Guidelines of care for the management of atopic dermatitis: section 1. Diagnosis and assessment of atopic dermatitis. J Am Acad Dermatol 2014;70(2):338-51. Ring J, Alomar A, Bieber T et al. Guidelines for treatment of atopic eczema (atopic dermatitis) part I. J Eur Acad Dermatol Venereol 2012;26(8):1045-60.