Poliuriya
EBM Klinik protokolları
27.04.2018 • Sonuncu dəyişiklik 07.03.2018
LeoNiskanen
Əsas məqamlar
- Pasiyentin aşırı miqdarda hipotonik sidik ilə həqiqi poliuriyaya malik olduğunu, yaxud ifraz edilən sidiyin miqdarı və konsentrasiyası normal ikən, sidik ifrazı tezliyinin artdığını müəyyən edin.
Açıqlaması
- Poliuriya 24 saat ərzində aşırı miqdarda sidik ifraz edilməsi ilə xarakterizə olunan vəziyyətdir. Rəqəmlər dəyişkənlik nümayiş etdirir, lakin > 3 l şübhə doğuran həcmdir. Sidiyin miqdarı 50 ml/kq/gün səviyyəsini aşdıqda, yəni 70 kq çəkili şəxsdə > 3,5 l/gün olduqda, vəziyyət qəti şəkildə poliuriya olaraq qəbul edilir.
- Poliuriya öz növbəsində iki kateqoriyaya bölünə bilər:
- Su diurezi (sidiyin osmolyallığı aşağıdır, yəni < 300 mosm/kq H2O)
- Osmotik diurez (adətən sidiyin osmolyallığı yuxarı).
Etiologiya
- Osmotik diurezin ən geniş yayılmış səbəbi hiperqlikemiya ilə assosiasiya olunmuş qlükozuriyadır . Daha nadir etioloji amillərə parenteral və ya enteral qidalanmanın ardınca sidik cövhərinin yüksək olması, mannitol təyini və ya kontrast maddə istifadəsilə müayinə (keçici) aiddir.
- Su diurezi öz növbəsində aşağıdakı kimi təsnif edilə bilər:
- Birincili polidipsiya (plazmada natrium səviyyəsi və zərdabın osmolyallığı normada və ya aşağı)
- Şəkərsiz diabet (plazmada natrium və zərdabın osmolyallığı normal və ya yüksək)
- Hipofizar: ADH (antidiuretik hormon) sekresiyası qeyri-adekvat
- Gestasion (hamiləliklə bağlı)
- Nefrogen: ADH-in qeyri-adekvat effekti
- Birincili polidipsiya
- Aşırı maye qəbulu mayenin bədəndə toplanması, plazmada osmolyallığın aşağı düşməsi və ADH sekresiyasının qarşısının alınmasına gətirəcək. Bu çox miqdarda duru sidik ifrazı ilə nəticələnəcəkdir. Sağlam fərd 24 saat ərzində arzuolunmaz təsirlər olmadan 20 litrədək maye qəbul etməyə qadirdir. Lakin, ADH sekresiyası, istər fizioloji səbəblərdən (məs., ürəkbulanma), və ya dərman preparatları hesabına zəifləmişsə, bu su intoksikasiyası ilə nəticələnə bilər.
- Birincili polidipsiya öz növbəsində psixogen və dipsogen tiplərə bölünə bilər. Psixogen polidipsiyada böyük miqdarda suyun qəbulu, sağlamlığa müsbət təsir gözləntisi və ya içməyə kompulsiv istəyin olması (şizofreniya; yadda saxlanılmalıdır ki, ADH sekresiyası şizofreniya ilə əlaqədar pozulmuş ola bilər) ilə əlaqədardır. Dipsogen polidipsiyada susuzluq mərkəzində disfunksiya baş verir ki, o plazmanın osmolyallığı normal saxlanıldıqda da stimulyasiya olunur. Səbəbkar amil dərman preparatı, mərkəzi sinir sisteminin xəstəliyi ola və ya etiologiya naməlum qala bilər.
- Şəkərsiz diabetin etiologiyası
- Hipofizar: idiopatik, irsi, başın travması, autoimmun, beyin şişi, infeksiya, hipofizar cərrahi əməliyyat, anevrizma ilə kompressiya
- Nefrogen: dərman preparatı (xüsusilə litium), hipokaliemiya və hiperkalsemiya (asanlıqla geri dönən), toksinlər (etanol, etilen qlikol), pielonefrit və böyrəyin bir çox tubulo-interstisial xəstəlikləri, anadangəlmə formalar.
- Gestasion: bəzi hallarda əvvəllər hipofizar mənşəli, yüngül, diaqnostika olunmamış şəkərsiz diabet. Cift endogen ADH-ı parçalayır, lakin bu sintetik desmopressinə aid deyil. Doğuşdan sonra geri dönəcəkdir.
- Pasiyentin anamnezi birinci dərəcəli əhəmiyyətə malikdir. Böyük miqdarda sidiyin ifraz edilməsinə zəmin yaradan bir sıra amillər ola bilər. Poliuriya və sidik ifrazının artması arasında diferensiasiya aparmağa çalışın. Sidik ifrazı gündəliyi bu araşdırmalarda yardımçı ola bilər. Poliuriya anlayışının açıqlamasını nəzərinizdə saxlayın.
- Əsas müayinələr