Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Suya dalmanın tibbi əsasları

Mündəricat

Suya dalmanın tibbi əsasları

EBM Klinik protokolları
24.08.2018 • Sonuncu dəyişiklik 28.06.2017
JariSuvilehto AnneRäisänen-Sokolowski

Prinsiplər

  • Dalğıclıq populyar bir istirahət fəaliyyətidir və buna görə həkimlər dalğıclıqla bağlı tibbi problemlərdən və müalicə edilə bilən vəziyyətlərdən xəbərdar olmalıdırlar.
  • Əyləncə məqsədi ilə həyata keçirilən dalmadan əvvəl və daha sonra dalma üçün yararlılığın dəyərləndirilməsi mütləq fərd tərəfindən sərbəst bir şəkildə aparılmalıdır. Dalğıc, sadalanan sağlamlıq amillərinin yaratdığı riskləri başa düşdüyünü və belə risk faktorlarından hər hansı birinin müşahidə edildiyi təqdirdə müvafiq tibbi dəyərləndirməni apara bildiyini təstiqləyir.
  • Həkim tərəfindən həyata keçirilən tibbi qiymətləndirmənin tezliyi pasiyentin sağlamlığına, yaşına və dalmanın xüsusiyyətinə bağlıdır.
  • Peşəkar dalğıcın tibbi qiymətləndirməsi yalnız dalğıclıqda və hiperbarik təbabət sahəsində təcrübəsi olan bir həkim tərəfindən həyata keçirilə bilər.
  • Bu məqalədə dalma, su altına dalmağa (məsələn, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tüstüyə dalma deyil) aid edilir.

Dalğıclıqla məşğul olmaq üçün sağlamlığa tələblər

  • Dalma mühiti, yəni suyun təzyiqi və temperaturu, həmçinin inhalyasiya edilmiş qaz qarışığı dalğıcın sağlamlığına müəyyən tələblər qoyur.
  • Əlavə olaraq, hissiyyat suyun altında dəyişir; dalğıc məhdud görmə ilə "çəkisiz" bir məkanda üzür və obyektlərin ölçüsünü və məsafəsini qiymətləndirmək daha çətin olur. İstiqamət duyğusu pisləşdikcə eşitmə qavrayışı da dəyişir və bu da şəxsin ətrafdakı obyektlərə orientasiyasına mane olur. Yüksəklik, dərinlik və hərəkət istiqamətini təyin etmək, adətən dalğıcın özünün toxunma və ya hiss qavrayışına deyil, məsafə təyininə əsaslanır.
  • Dalğıcın fiziki hazırlıq səviyyəsi və bədən sistemləri artan tələblərə cavab verməlidir, yəni ətraf mühitə uyğunlaşa bilməlidir.
  • Su altında hər hansı bir bədən sistemində yaranan problem, boğulmağa səbəb ola bilər.
  • Suya dalma insan orqanizmində "dalğıc refleksi" yaradır. Refleks bradikardiyanın meydana gəlməsini təşviq edir, həm ventilyasiya, həm də avtonom sistemin tənzimlənməsini dəyişdirir və eləcə də qan həcmini yenidən bölüşdürür. Bu dəyişikliklər adi dalğıc üçün hər zaman faydalı olmaya bilər.

Dalğıclığa əks göstərişlər

  • Əks göstərişlərə dalğıcın huşunun itirə biləcəyi və ya dalğıcın effektiv bir şəkildə nəfəs ala bilməyəcəyi və yaxud fiziki tələbin artmasına uyğunlaşa bilməyəcəyi (məs. dalğıc tapşırığı sona çatdıra bilmir) hər bir vəziyyət aid edilir.
  • Nevroloji səbəblərə aid edilir
    • epilepsiya
    • şüur səviyyəsinə qəfil təsir göstərən digər pozuntular
  • Psixiatrik səbəblərə aid edilir
    • təşviş (panika) pozuntuları (panika, ciddi dalma qəzalarına səbəb olan ən çox müşahidə edilən səbəbdir)
    • klaustrofobiya və ya aqorafobiya 
    • ciddi psixi sağlamlıq problemləri (reallıq hissinin pozulması, intihara meyillilik / ağır depressiya, paranoya)
    • antipsixotik dərman maddələrinin istifadəsi (yüngül depressiyada SSRİ-lər [Selective Serotonin Reuptake Inhibitor] istisna edilməklə)
    • alkoqolizm  və ya qadağan edilən narkotik maddələrin qəbulu
  • Respirator səbəblərə aid edilir
    • kəskin və ya fiziki fəaliyyətin səbəb olduğu astma (yüngül astmada, spirometrik müayinələr və fiziki hərəkət sınaqları həyata keçirilməlidir; əgər fiziki hərəkət astmaya səbəb olmursa,  daha tez-tez müayinələrin aparılması şərtilə dalmağa icazə verilir), soyuq havanın təsiri səbəbindən astma
    • yuxarı respirator yollarının infeksiyası
    • yüksək təzyiqə məruz qaldıqda xəstəni pnevmotoraks və ya hava emboliyasına təşviq edən digər hallar
    • tənəffüs fəaliyyətinin azalması.
  • Kardiovaskulyar səbəblərə aid edilir
    • aritmiyalar; dalma hər bir halda aritmiyanın meydana gəlmə hallarını artırır
    • ürək çatışmazlığı
    • koronar ürək xəstəliyi
    • keçirilmiş infarkt və ya
    • yüksək, idarə edilməyən qan təzyiqi
  • Sümük-əzələ sistemi
    • Dalma avadanlıqları, çəkisi çox olan avadanlıqlar hesab edilir (10 kq, 30 kq-dan artıq ola bilər) və bu səbəblə də avadanlıq normal hərəkətlərin icrasına mane olur.
    • Zəif fiziki  dözümlülük nisbi əks göstəriş hesab edilir. Əgər dalğıcın fiziki hazırlığı zəif olarsa, panikaya meyilliliyi yüksəlmiş olar.
    • Nəzərə çarpan piylənmə (BÇİ > 30) dekompressiya xəstəliyinin riskini yüksəltmiş olur.
  • Diabet
    • İnsulindən asılı diabet, avadanlıqla dalma zamanı böyük riskə səbəb olur. Dalğıc və hiperbarik təbabət sahəsində ixtisaslaşmış həkim tərəfindən tibbi qiymətləndirmənin aparılması tamamilə zəruridir.
    • Pəhrizlə və ya dərmanla idarə olunan diabetlər hər zaman əks göstəriş hesab edilmir, lakin potensial yanaşı xəstəlikləri qiymətləndirmək üçün dalğıc sahəsində ixtisaslaşmış ikinci həkimin rəyi tələb olunmalıdır.
  • Hematoloji vəziyyətlər.
    • Antikoaqulyant müalicə dalğıclıq üçün nisbi əks göstəriş hesab edilir (o, barotravmanı ağırlaşdırır və zədələnmədən sonra qanaxma riskini yüksəldir); dalğıc sahəsində ixtisaslaşmış həkimin  qiymətləndirilməsi nəzərdən keçirilməlidir.
  • Otoloji problemlər
    • Orta qulaq daxilində təzyiq bərabərləşməsi ilə əlaqədar problemlər ağrıya, timpanik membran və ya daxili qulaqda zədəyə, başgicəllənməyə səbəb olur və boğulma riskini artırır.
    • Adətən infeksiya nəticəsində meydana gələn paranazal sinus problemləri ağırlaşa bilər və uzun müddət ərzində dalışa mane ola bilər.
    • Daxili qulaq problemləri olan insan adətən dalğıclıqla məşqul olmamalıdır.
  • Tibbi qiymətləndirmə dalma ilə əlaqəli bir şübhənin meydana gəlməsinə səbəb olarsa, gələcək problemlərin qarşısını almaq məqsədilə dalğıc sahəsində ixtisaslaşmış həkimlə məsləhətləşmək tövsiyə edilir.

Dalğıclıq qəzaları

  • Dalğıclıq qəzalarının  səbəbi adətən tibbi  yox, digər səbəblər gətirir.
  • Yalnız avadanlıq nasazlığının səbəb olduğu problemlərə də nadir hallarda təsadüf edilir.
  • Demək olar ki, qəzaların  80%-də səbəb insan faktorudur: təhlükəsizlik prosedurlarına ya bilərəkdən, ya da bilməyərəkdən əməl edilməyib.

Barotravma

  • Barotravma, qazın həcminin təzyiqlə tərs mütənasib dəyişməsi zamanı baş verir (Boyle qanunu). Dalma zamanı hava ilə dolmuş boşluqlarda (ağciyərlər, orta qulaq, sinuslar, bağırsaqlar) qazın həcmi təzyiq bərabərləşməsi həyata keçirilmədiyi təqdirdə dəyişir. Akvalanqla dalma zamanı tənzimləyici, dalğıcın ağciyərlərini ətrafdakı təzyiqə uyğun təzyiq istifadə edərək tənəffüs qazı ilə təmin edir. Buna görə də ağciyərdə təzyiqin bərabərləşməsi barəsində narahat olmaq lazım deyildir. Təzyiqin bərabərləşməsi, selikli qişada şişkinlik olmadığı təqdirdə sinuslarda da spontan olaraq baş verir. Bununla yanaşı dalğıc özü təzyiqi  bərabərləşdirən müxtəlif üsulları tətbiq etməklə orta qulaqlarda təzyiqi aktiv bir şəkildə bərabərləşdirməyi bacarmalıdır.
  • Dalma və hiperbarik kamerada müalicə zamanı ən çox rast gəlinən sağlamlıq problemi, təzyiq səbəbindən baş verən orta qulağın zədələnməsidir.
  • Dalma zamanı eniş və ya kamera daxilində artmış təzyiq timpanik membranda daxili qabarıqlığa səbəb olur. Dalğıc bu dəyişikliyi udlaq və Yevstax borusu vasitəsilə orta qulaqda təzyiqi bərabərləşdirmək üçün aktiv bir şəkildə düzəltməlidir.
    • Əgər təzyiqin bərabərləşdirilməsi mümkün olmazsa, timpanik membran dartılaraq nəticədə cırılır. Bu, ağrıya və qulağın batmasına səbəb olur. Timpanik membranın cırılması sistemli başgicəllənmə və nistaqma, ürəkbulanma və disorientasiyaya səbəb olur. Ağır hallarda dalğıcın suya batması zamanı boğulma riski mövcud olur. 
    • Təzyiq bərabərləşdikdən sonra yaranmış yüngül bir narahatlıq özü-özlüyündə aradan qalxır.
    • Bu, dalğıcların ən çox qarşılaşdığı zədə hesab edilir və vəziyyətə nəzarət, dalmanı dayandırmaqdan və timpanik membrana sağalması üçün vaxt verməkdən ibarət olur.
    • Yaralanmadan sonra qulağa təzyiq göstərilməzdən əvvəl, tibbi müayinədən keçmək tövsiyə edilir.
  • Eyni problem, dərinlikdən qalxma zamanı, yəni təzyiqin azalması zamanı başqa bir şəkildə ortaya çıxa bilər. Lakin bu fenomen paranazal sinuslarda daha çox müşahidə edilir. Əsas səbəblər adətən eynidir, yəni, müalicə edilməmiş yuxarı tənəffüs yolunun infeksiyası və ya allergiya. 
    • Müalicəsi adi protokola uyğun aparılır və müalicə dövründə dalma qadağan edilir.
  • Əgər təzyiqin ​bərabərləşməsində problem yaranarsa, barotravma həmçinin müvəqqəti qoyulmuş plomblar və bağırsaqlar kimi daxilində hava olan digər boşluqlarda da müşahidə edilə bilər. Üz maskası və quru dalğıc forması da həmçinin dəridə və gözlərdə barotravmaya səbəb ola bilər.
  • Pulmonar barotravma adətən dərinkildən qalxma zamanı və ya suyun üzünə çıxdıqda baş verir. O, həmçinin üzmə hovuzunda dalma zamanı və ya suda batmış maşından çıxmaq istədikdə meydana gələ bilər. Ağciyər barotravması ağciyərin hava ilə dolmasından sonra yaranır. Təzyiqli qaz döş boşluğunda dolaşır amma xaric ola bilmir. Əsas səbəblər infeksiya və ya post infeksion vəziyyət (və ya digər capıqlar), bulla, emfizema və ya müalicə edilməmiş astma ola bilər. Bu, pnevmotoraks, mediastinal emfizema və ya hava emboliyası ilə nəticələnə bilər. Ağciyər parçalanması (arterial qaz emboliyasına səbəb olur, yəni, AQE) dalğıcın suyun altında qalması zamanı meydana gələrsə, demək olar ki, hər zaman ölümlə nəticələnir. Adətən huşsuz vəziyyət daxil olmaqla ilkin simptomlar suyun səthinə çıxdıqdan dərhal sonra müəyyən edilir. Bu mərhələdə beyin arteriyalarında və ürəkdə mövcud olan qaz miqdarı həddən artıq olduğu üçün hər hansı bir reanimasiya tədbirləri və ya hiperbarik müalicə uğursuz olacaqdır .  Diaqnoz, klinik olaraq dərhal müəyyən edilə bilinmədiyi üçün təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım (advanced life support ) göstərilməlidir. Dalğıc, "yalnız " pnevmotoraksdan və ya mediastenal emfizemadan və yaxud yuxarıda göstərilən halların bəzilərinin hər hansı bir kombinasiyasından və ağır dekompressiya xəstəliyindən (DKX) əziyyət çəkə bilər. Pnevmotoraks, hiperbarik kameraya daxil olmazdan əvvəl tətbiq edilməsi tövsiyə edilən torakosentez ilə müalicə edilir. Mediastenal emfizema spontan yolla və ya hiperbarik müalicə zamanı aradan qalxır. Müalicə edilməmiş gərgin pnevmotoraksın ölümcül olması sübut edilmişdir. Sağ qalan bütün xəstələrdə ümumi simptomlar, o cümlədən respirator distress, sianoz və / və ya qanlı bəlğəm və müxtəlif dərəcədə kəskin nevroloji simptomlar müşahidə olunur. Qarşısının alınması ağciyər barotravmasının yeganə effektiv müalicəsi hesab edilir; sağlam ağciyər, eləcə də qalxma  və ya təzyiqin azalması zamanı nəfəsvermə və nəfəsin saxlanılmaması barotravmanın qarşısını alır.

Pulmonar barotravma

  • Pulmonar barotravma, barotravmaların ən ağır növü hesab edilir. O, insanın suyun altından sürətlə qalxması zamanı nəfəsini saxladıqda, ətraf mühitdə təzyiqin azalması zamanı baş verir. Artan qaz kütləsi ağciyər alveollarını parçalaya bilər və bununla da ağciyərin cırılması baş verir. Bu, həmçinin üzmə hovuzlarının dibində və ya suda batmış maşından kənarlaşmaq istədikdə meydana gələ bilər. 
  • Klinik əlamətlər qazın sızdığı sahədən asılı olur. Döş qəfəsində hava pnevmotoraksa, mediastinumda (orta divar) hava isə mediastinal emfizemaya səbəb olur. Ən təhlükəlisi, havanın qan dövranına daxil olmasıdır (arterial qaz emboliyası, AQE) hansı ki, dalma zamanı meydana gəldikdə demək olar ki, hər zaman ölümlə nəticələnir.
    • İlkin simptomlara demək olar ki, suyun üzünə çıxdıqdan dərhal sonra meydana gələn huşsuz vəziyyət aid edilir. Bu mərhələdə beyin arteriyalarında və ürəkdə mövcud olan qaz miqdarı həddən artıq olduğu üçün hər hansı bir reanimasiya tədbirləri və ya hiperbarik kamerada müalicə uğursuz olacaqdır 
    • Diaqnoz, klinik olaraq dərhal müəyyən edilə bilinmədiyi üçün təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım (advanced life support ) göstərilməlidir.. Dalğıc, "yalnız" pnevmotoraksdan və ya mediastenal emfizemadan və yaxud yuxarıda göstərilən halların bəzilərinin hər hansı bir kombinasiyasından və ağır dekompressiyasiya xəstəliyindən (DKX) əziyyət çəkə bilər. 
    • Pnevmotoraks, hiperbarik kameraya daxil olmazdan əvvəl torakosentez ilə müalicə edilir. Mediastenal emfizema spontan yolla və ya hiperbarik müalicə zamanı aradan qalxır. Müalicə edilməmiş gərgin pnevmotoraksın ölümcül olması sübut edilmişdir.
    • Sağ qalmış xəstələrin hamısında aşağıdakı ümumi simptomlar müşahidə edilir:
      • tənəffüs pozuntuları
      • sianoz və / və ya qanlı bəlğəm və
      • müxtəlif dərəcəli kəskin nevroloji simptomlar.
    • Profilaktik tədbirlər ağciyər barotravmasının yeganə effektiv müalicəsidir; sağlam ağciyər, habelə dərinlikdən qalxma  və ya təzyiqin azalması zamanı nəfəsvermə və nəfəsin saxlanılmaması  qarşısını alır. Ağır ağciyər xəstəlikləri ağciyərin parçalanmasına səbəb ola bilər məs. astma, fibrozlaşma və ya ağciyərin iltihabı xəstəliyi, emfizema və ya cərrahi çapıqlar. 

Dekompressiya xəstəliyi (DKX)

  • Fizika qanunlarına əsasən suyun təzyiqi suyun hər 10 metrinə 1 bar (atmosfer) yüksəlir. Dekompressiya xəstəliyi (DKX) zamanı metabolizmə daxil olmayan inert qaz (azot və ya helium) təzyiq artdıqca toxumalarda həll olur. Qan dövranı qazı ağciyərdən toxumalara daşıyır. Dərinə daldıqca, həll olmanın sürəti yüksəlir və çoxlu miqdrada qaz həll olma qabiliyyətinə malik olur. Toxumalar qazın saturasiyasına nail olmağa çalışır məs. qaz, hər bir ətraf mühit təzyiqində (dalış dərinliyi) həm nəfəs alınan havada, həm də toxumalarda eyni parsial təzyiqə çatmağa çalışır. Dərinlikdən qalxma zamanı təzyiq azaldıqca,nəfəsvermə lazımı miqdarda və sürətdə olmadığı təqdirdə inert qaz qabarcıqlar əmələ gətirməyə başlayır. Dekompressiya xəstəliyi (DKX) yalnız təzyiqin  əhəmiyyətli dərəcədə artması halında cavab reaksiyası kimi baş verir. "?>
  • DKX-nin qeydə alındığı ən aşağı təzyiq təqribən 60–80 kPa = 0.6–0.8 bar abs hansı ki, bu, suyun təxminən 6-8 m dərinliyinə uyğun gəlir. 
    • Təcrübədə, DKX-nin real olması üçün dalma dərinliyi 10 m-i keçməlidir. Çünki səthi dalma zamanı qabarcıqların formalaşmasına kifayət edəcək miqdarda inert qazın (azot) toxumalarda həll olması üçün kifayət qədər vaxtı olmur.
  • Dəniz səviyyəsində insan orqanizmi atmosfer təzyiqi ilə tamamilə doymuş (saturated ) olur. Hər 10 m enmə zamanı ətrafda təzyiq 1 atmosfer təzyiqi yüksəlmiş olur. Eyni zamanda, xarici təzyiq ilə bərabərləşməyə çalışdıqda toxumalar daha da doymuş olur. Qaz diffuziyası demək olar ki, yalnız ağciyərlər və qan dövranı vasitəsilə baş verir. Kifayət qədər vaxt verildikdə, bədənin doyma nöqtəsinə, yəni qazların parsial təzyiqi nəfəs alınan havada və  toxumalarda eyni səviyyəyə çatacaqdır. Təzyiq azaldıqda, qazların çıxması eyni marşrutla baş verir: bununla birlikdə prosesin baş tutması üçün kifayət qədər vaxt tələb olunur."?>
  • 2/N2 qarışıq hava yolu ilə orqanizmə daxil olur. Digər qazlar (O2, CO2, helium və s.) DKX-nin meydana gəlməsində əhəmiyyətsiz rol oynayır. "?>
  • Ən çox tənəffüs edilən qaz 78% azot və 21% oksigen olan sıxılmış havadır. Dalma vaxtını uzatmaq, dalma dərinliyini artırmaq və azot sərxoşluğunun qarşısını almaq üçün dalğıclar oksigenlə zənginləşdirilmiş sıxılmış havanı (nitroks) da istifadə edə bilər və ya tənəffüs edilən qaza helium (heliox və trimix) əlavə edə bilər. Sonuncuların istifadəsinə texniki dalğıclıq deyilir.
  • Təzyiq azalması qazların xaric olunmasından daha sürətli olarsa, qan dövranında və toxumalarda qabarcıqlar meydana gələcəkdir. Azot xüsusilə yağda həll olan qazlara aid edildiyindən, yağ ehtiva edən toxumalar uzun və dərin dalma zamanı müəyyən bir problem yaradır. Xaric olunmuş qazın miqdarı, fərqi yoxdur azot, helium və ya başqa hansısa bir qaz həddindən artıq olduqda, dalğıcda DKX inkişaf edir.
  • Qabarcıqlar fiziki və biokimyəvi problemlərə səbəb olur. Periferik toxumaların perfuziyası mexaniki olaraq çətinləşəcək və əlavə olaraq, səthdə trombosit aqqreqasiyasına səbəb olan zülaldan ibarət nazik təbəqə formalaşacaqdır. Qan koaqulyasiyası yalnız lokal deyil, bütün bədən boyu aktivləşəcəkdir. Endotelial zədələnmə. Qabarcıqların kiçik bir miqdarı ağciyərlər vasitəsilə eliminasiya olunur. Onlar iltihab mediatorlarını aktivləşdirə bilər və bu da öz növbəsində qabarcıqların səbəb olduğu mexaniki zədəni artıra bilir. Ağciyərlər qanın venoz tərəfdən arterial tərəfə və sistem dövranına keçməsindən əvvəl ən vacib filtrdir.
  • DKX, istifadə edilən qaz qarışığından asılı olmayaraq eyni mexanizmlə inkişaf edir və bilək və ya dalğıc cihazlarına əlavə edilmiş müasir kompüterlər toxumalardakı qazların doyma səviyyəsini və səthə çıxarkən təhlükəsiz dekompressiyanı hesablayaraq DKX-nin qarşısını alır. Simptomlar Bax. DKX-i simptomlara əsaslanaraq ənənəvi olaraq iki kateqoriyaya bölünür: Tip I yalnız oynaq ağrıları və / və ya dəri simptomları, Tip II mərkəzi sinir sistemi simptomları, məsələn, ağır DKX. Bu bölgüdə vəziyyətin patofiziologiyası az rol oynayır, lakin müalicənin vacibliyinin qiymətləndirilməsinə kömək edir. Əsas müalicə təzyiq kamerasında rekompression hiperbarik oksigen müalicəsindən ibarətdir. Günümüzdə yaxşı avadanlıq və biləklərə quraşdırılmış dalğıc kompüterlərinin köməyi ilə 30 m-dən çox dərinliyə 30 dəqiqə ərzində davam edən dərin dalmalar həyata keçirilir və nəticədə meydana gələn DKX-nin yarıdan çoxu ağır xarakter daşıyır. Oynaq ağrıları da həmçinin göstərilən daha ağır simptomlarla birlikdə qeydə alınır. Tip II -nin simptomları: anormal letargiya, tənəffüs çətinliyi, başgicəllənmə, ürəkbulanma, hissi simptomların pozulması; hissi və xüsusilə vizual problemlər və eləcə də iflic (hissəvi AGE ilə əlaqədar ola bilər) daxil olduğu hərəki tarazlığın pozulması. Yüngül hallarda və oynaq ağrısı ilə müçahidə olunan hallarda (Tip I) qaşınma, ləkəli dəri törəmələri və eləcə də dərialtı şişkinlik ilkin simptom hesab edilir, əsas simptoma isə böyük və ən çox istifadə edilən oynaqlarda (çiyin, bud-çanaq, dizlər, dirsəklər, topuqlar) ağrılar, fəqərələrdə ağrı, əl və ayaq barmaqlarında ağrı (adətən sıx geyimlə əlaqəli olaraq) aid edilir. ''?>

DKX-nin təsnifatı və simptomları

  • Tip I və Tip II DKX-nin köhnə bölgüdür, vəziyyətin patofiziologiyası ilə əlaqəsi yoxdur və buna görə də artıq istifadə edilməməlidir. Yeni təsnifat xəstəliyin aktuallığını və patofiziologiyasını başa düşməyə kömək edir. Nəhayətində, əsas müalicə həmişə barokamerada rekompressiyadan və hiperbarik oksigen müalicəsindən ibarət olur.
  • Yüngül DKX
    • Sümük-əzələ sistemində ağrılar, xüsusilə böyük oynaqlarda
    • Dermatomları müşayiət etməyən hissi pozuntular (qarışqa gəzməsi hissi, keyimə) adətən dəyişkən pozisiyalarda olur.
    • Dalma prosesi ilə əlaqəli olmayan halsızlıq və ümumilikdə nasazlıq hissi kimi ümumi simptomlar.
    • Qaşınma və ya eritematoz səpkilər (NB: faktiki olaraq mərmər formasında deyil)
  • Ağır DKX
    • Kardiopulmonar DKX
      • Öskürək, dispnoe, retrosternal ağrı
      • Bəzən şüurun sürətlə pozulması və qan təzyiqinin kəskin enməsi.
    • Dəri DKX
      • Mərmər dəri (lat.cutis marmorata) (torlu livedo): maviyəçalan qırmızı ləkələr, dərinin solğun və həssas olması
      • Adətən onurğa beynin DKX-i kimi şiddətli DKX-nin prodromal simptomları
    • Onurğa beyni DKX
      • Bilateral nevroloji simptomlar və ya kürək ağrısı
      • Sidik kisəsinin və ya anusun atoniyası
      • Para- və ya tetraplegiya
      • Sürətli rekompressiya: müalicə etmədikdə və ya gecikmə ilə müalicə etdikdə, qalıcı zədələrin yaranma ehtimalı mövcud olur
    • Daxili qulaq DKX
      • Vestibulyar simptomlar: vertiqo (başgicəllənməsi), ürəkbulanma, qusma, ataksiya
      • Koxlear simptomlar: qulaqda küy (lat. tinnitus), karlıq
      • Xüsusilə qaz qarışıqları ilə dalma zamanı (helium) və dərinlikdən çıxma zamanı tənəffüs edilən qazın dəyişməsi zamanı meydana gəlir.
      • Vacib differensial diaqnostikaya səbəbi rekompressiya olmayan daxili qulağın barotravması daxildir.
    • Serebral DKX
      • Gecikmiş simptomlar kimi (günlərdən və ya həftələrdən sonra) konsentrasiya çətinliyi, yaddaş problemləri, əhvalda və ya xarakterdə dəyişikliklər.
    • Limfatik DKX
      • Xüsusilə döş qəfəsinin yuxarı hissəsində olmaqla subkutan ödem.
      • Müalicə nəticəsində və zamanla tamamilə itir. 

Müalicə

  • Bax...
  • Müalicənin məqsədi artıq qazı bədəndən xaric etmək, periferik oksigenasiyanı bərpa etmək və mümkün işemik zədələri aradan qaldırmaqdan ibarətdir.
  • Dalğıclıq qəzalarında göstərilən ilk yardım təmiz oksinin verilməsi hesab edilir. Oksigenin konsentrasiyası mümkün olduğu qədər yüksək olmalıdır və adətən 100% O2 , sıx birləşdirilmiş maska vasitəsilə oksigen dispenserindən və ya rezervuar çanta maskasından əldə edilir. Dalğıclar adətən belə cihazları ilkin oksigen yardımını əldə edə bilmək məqsədilə özləri ilə dalma sahələrinə gətirirlər və bir çox dalğıc onlardan istifadə etmək üçün təlimatlandırılmış olur. Nəfəs alınan havada yüksək konsentrasiyasılı oksigen nəfəs verilən havada inert qazın maksimal miqdarını əvəzləyir və nəticədə toxumalardan azot və ya heliumun xaric edilməsini sürətləndirir.
  • Əgər hiperbarik müalicəyə mümkün olduğu qədər tez bir zamanda başlanılsa, azot qabarcıqları həll olaraq sirkulyasiyaya daxil olur. Bu halda hətta mərkəzi sinir sisteminin ağır simptomlarının da belə proqnozu yaxşı olur. 
  • Əgər hiperbarik oksigen müalicəsinə bir neçə saat və ya gün gecikməsi ilə başlanarsa, müalicə periferik hipoksiya zədələrini aradan qaldırmağa yönəlmiş olur. Periferik sirkulyasiyada böyük miqdarda hüceyrələr oksigen aclığı ilə üzləşdikdə dərhal məhf olmur. Bunun əksinə hipoksiya və asidoz aradan qaldırıldıqda hüceyrələrin normal fəaliyyəti bərpa edilə bilər.
  • Hiperbarik kameraya köçürülmə üçün xəstənin vəziyyəti və simptomlar nəzərə alınmaqla ən uyğun və ən sürətli vasitədən istifadə edilməlidir. Helikopter istifadə edilərsə, uçuş 300 metrdən çox olmayan yüksəklikdə, aşağı hündürlükdə həyata keçirilən bir uçuş kimi aparılmalıdır.
  • Təcrübədə, hiperbarik oksigen terapiyası (HBOT ), təzyiqin 18 m dərinlikdəki təzyiqə (8 bar abs, 280 kPa) uyğun olaraq artdığı bir müalicə otağında oturan və ya uzanan xəstəyə  aid edilir. Xəstə 100% oksigeni maska və ya başlıq vasitəsilə qəbul edir. Bu, oksigenin hüceyrələrə maksimum yayılmasını təmin edən oksigen və toxuma mayeləri arasında mümkün olan ən yüksək təzyiq qradientini təmin edəcəkdir. Eyni zamanda azot və ya digər inert qazın xaric edilməsinin sürəti də artır. Hiperbarik oksigen də mümkün işemik zədələri aradan qaldırmağa başlayır.
    • Birinci standart sessiya adətən 2.5 və ya 5.5 saat davam edir (ABŞ donanması cədvəli ilə 5 və ya 6 saat). Simptomlar adətən ilk iyirmi dəqiqə ərzində yaxşılaşmağa başlayır. HBOT seansları bütün simptomlar aradan qalxana qədər və ya ardıcıl müalicə seansları arasında heç bir yaxşılaşma baş vermədiyi halda, gündəlik olaraq 2.4-2.5 bar abs 90 dəqiqə ərzində təzyiqlə davam etdirilir.
    • Dalğıcın tənəffüs üçün qaz qarışığından və ya sıxılmış havadan istifadə etməsindən asılı olmayaraq dalma zamanı yaranan təcili hallar eyni şəkildə müalicə olunur. 18 m dərinliyə uyğun olanlardan daha yüksək təzyiq istifadə edilən müalicə sxemləri mövcuddur, bu zaman müalicədə helium və oksigen qarışığı istifadə edilir. Bu sxemlər hər ölkələrdə mövcud deyildir.
  • Müxtəlif vəziyyətlərdə aparılan müalicəyə uyğun olaraq yerli təlimatlar və qaydaları öyrənin.
  • Həyati vacib funksiyalarında dəyişiklik müşahidə edilən xəstə ən qısa müddətdə ən yaxın müalicə mərkəzinə köçürülməlidir (məsələn, təcili yardım və ya aşağı hündürlükdə uçan helikopterlə).

 

Proqnoz

  • Əgər müalicəyə səthə çıxdıqdan dərhal sonra başlanarsa, proqnoz çox yaxşı olur, hətta ağır hallarda belə.
  • Sonra meydana çıxan yüngül oynaq ağrısı və ya müəyyən səbəblərə görə müalicəsi təxirə salınmış DKX halları əksər hallarda hiperbarik oksigen terapiyası ilə müalicə edilə bilir və sonra böyük ağırlaşmalara səbəb olmur, lakin bir neçə müalicə sessiyaları tələb edilir.
  • Müalicə edilməmiş DKX-nin gecikmiş ağırlaşmaları və ya kifayət qədər müalicə edilməmiş və ya çox gec müalicə edilmiş DKX zamanı mərkəzi sinir sistemi simptomları və aseptik sümük nekrozu müşahidə edilir; sonuncuya kifayət qədər nadir hallarda təsadüf edilir. Onun səciyyəvi yeri uzun borulu sümüklərin (bud, bazu) oynağa yaxın hissələri hesab edilir. Nekrozun xüsusi bir müalicə vasitəsi mövcud deyildir.
  • Hadisədən bir neçə həftə və ya il sonra xəstədə sümük nekrozuna malik sahələr formalaşa bilər. Hipoksiyanın səbəb olduğu zədələr səciyyəvi olaraq oynaq səthinə yaxın yerləşir məs. bud və ya bazu sümüklərində. Spesifik müalicə mövcud deyildir.''?>

 

Adiyyatı mənbələr

 

  • Koxran nəzəriyyələri
  • Ədəbiyyat

Vann RD, Butler FK, Mitchell SJ et al. Decompression illness. Lancet 2011;377(9760):153-64. Edmonds C, Bennett M, Lippmann J, Mitchell SJ. Diving and subaquatic medicine. Fifth edition 2016. CRC Press, Boca Raton, FL, USA