Ankilostoma xəstəliyi
EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
AnuKantele
Törədici amili
- Ancylostoma duodenale (qədim dünya nematodu ) və Necator americanus (yeni dünya nematodu) nematodları .
Yayılması
- Tropik və subtropik regionlarda, həmçinin Cənubi Avropada ən çox təsadüf olunuan helmintozdur.
- Hesablamalara görə 700 milyondan çox insan yoluxmuşdur və illik ölümün rast gəlmə tezliyi təqribən 65.000-dir.
Yoluxma
- Yetkin qurdlar nazik bağırsaqda yaşayır. Yumurtalar nəcislə torpağa düşür. Bunlardan sürfələr çıxır və zədələnməmiş insan dərisindən, ən çox da ayaqdan daxil ola bilir. Tərəvəz məhsullarının istifadəsi də, həmçinin, sürfələrin yanağın selikli qişasından daxil olmasına imkan verə bilər.
- Bədənə daxil olan sürfələr qanla ürəkdən keçərək ağciyərlərə gətirilir və buradan udlağa qalxaraq, sonda udulur. Nazik bağırsaqda yetkin formalara çevrilərək müalicə olunmayan insanda 1-2 il ərzində ölürlər.
Əlamətləri və simptomları
- Adətən asimptomatikdir. Dərinin yoluxduğu yerdə yerli olaraq qıcıqlanma, infeksiyanın daxil olduğu nahiyədə iltihabi reaksiya- qaşınma və səpki baş verə bilər. Ağciyər miqrasiyası fazasında astmatik simptomlar,ağciyər infiltrasiyası və eozinofiliya baş verə bilər.
- Qurdlar nazik bağırsağa miqrasiya etdikdə duodenal xoranı xatırladan simptomlar, yəni, fasiləli ishal və qarının yuxarı hissəsində yandırıcı ağrı yarana bilər. Ankilostom infeksiyasının yaratdığı əsas ağırlaşma anemiyadır.
Diaqnozu, müalicəsi və profilaktikası
- Nəcis nümunəsində qurd yumurtalarının təyini.
- Müalicə mebendazoldan ibarətdir; Dozası böyüklər və 2 yaşdan böyük uşaqlar üçün 3 gün ərzində, gündəlik 3 dəfə 100 mq-dır.
- Mebendazol bəzi ölkələrdə xüsusi lisenziya əsasında əldə edilə bilər.
- Alternativ olaraq birdəfəlik 400 mq-lıq dozada albendazol istifadə edilə bilər.(2 yaşadək uşaqlar üşün doza 200 mq təşkil edir.)
- Bəzi ölkələrdə albendazola görə xüsusi lisenziya tələb oluna bilər.
- Mebendazol yaxud albendazol teratogenliyinin müəyyən edilməməsinə baxmayaraq, hamiləlik, yaxud ən azı birinci trimestrdə istifadə olunmamalıdır. Südlə qidalandırma dövründə istifadə edilə bilər.
- Parazitoloji müalicənin təminatı üçün nəcisin müayinəsi 3 həftədən sonra təkrar olunmalıdır.
- Dərman müalicəsi effektivdir. Endemik bölgələrdə reinfeksiyaya (təkrar yoluxma) çox rast gəlinir.
- Profilaktikası gigiyenaya riayət edilməsi, ayaqqabı geyinilməsi və yoluxmuş şəxslərin müalicəsindən ibarətdir.
Müvafiq resurslar