Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bizquyruq (enterobioz)

Mündəricat

Bizquyruq (enterobioz)

EBM Klinik protokolları
16.02.2017 • Sonuncu dəyişiklik 16.02.2017
SakariJokiranta

İnfeksion agent

  • İnfeksion agentə Enterobius vermicularis (bizquyruq, sapvari qurd), uzunluğu 13 mm-dən, eni isə 1 mm-dən qısa olan çənbər bağırsaqda (lat. colon) yaşayan ağ rəngli nematod qurdları aid edilir. Bu yalnız insan parazitidir və insandan birbaşa insana ötürülür.
  • Yoluxma yetkin yumurtaların daxilə qəbulu zamanı baş verir. Dişi qurdlar perianal dəri üzərinə yumurtalarını qoymaq üçün  adətən sahib yuxuda olarkən çənbər bağırsaqdan anus vasitəsilə xaricə çıxır.
  • Yumurtalar həftələr ərzində canlı qala bilir, məsələn, yataq örtüklərində.
  • Yoluxma anından simptomların meydana gəlmə anına qədər təqribən 1 - 2 ay keçir.
  • Bütün dünyada yayılmışdır və bir çox sənaye ölkələrində bizquyruq ən geniş yayılmış bağırsaq infeksiyası olaraq qəbul edilir. İnfeksiyaya adətən 3 - 10 yaşlı uşaqlar arasında təsadüf edilir, lakin onlara həmçinin böyüklərdə və hətta yaşlılarda da rast gəlmək mümkündür.

Klinik tablo

  • Ən çox təsadüf edilən simptom perianal qaşınma (xüsusilə gecə vaxtı) hesab edilir. Bu, gecə vaxtı oyanıqlığın artmasına, enurezə səbəb ola bilər.
  • Dərinin qaşınaraq cızılması perianal bölgənin bakterial infeksiyasına səbəb ola bilər.
  • Anoreksiya və ya qıcıqlanmanın da meydana gəlməsi mümkündür.
  • Bəzən bizquyruğun appendisit ilə əlaqəli olduğu güman edilir, lakin bu fərziyyə hələ də öz təsdiqini tapmamışdır.
  • Nadir ağırlaşmalara qızlarda müşahidə edilən vulvovaginiti (vulva və vaginanın eyni zamanda iltihabı), uretriti (sidik kanalının iltihabı) və hatta  salpingiti (uşaqlıq borularının (fallop boruları) iltihabi xəstəliyi) aid etmək olar. Qeyd edilən xəstəliklər bizquyruğun perineal dəridə yanlış isiqamətdə miqrasiya etməsi nəticəsində yaranır. Simptomatik uretrit və salpingitə çox güman ki, qurdlar tərəfindən nəql edilən bağırsaq bakteriyaları səbəb olur.

Diaqnoz

  • Bizquyruğu təyin etmək üçün lazım olan nümunə səhər təmizliyindən və ya tualetdən sonra götürülür.
  • Nümunənin əsas götürülmə qaydası duzlu məhlulla isladılmış pambıq çubuqlardan istifadə edərək anusun kənarlarını silmək sayılır. Nümunə həmçinin pambıq çubuğun anal dəliyinin 0.5 sm dərinliyinə qədər salınaraq da götürülür.
  • Perianal nahiyənin həssaslığı simptomların meydana gəlməsi zamanı bir neçə dəfə  gecədən sonra səhər vaxtları nümunələrin götürülməsilə artmış olur.
  • Nəcis nümunələrinin götürülməsi zamanı yumurtaların təyin edilməsinə ehtiyac duyulmur.
  • Əgər perianal bölgədə aydın hərəkət edən 8 -13 mm uzunluğunda bizquyruğa rast gəlinərsə, diaqnoz laborator nümunəyə ehtiyac duyulmadan da dəqiq qoyula bilər. Perianal bölgədə bizquyruğa bənzər hərəkətsiz nümunənin mövcudluğu diaqnozun qoyulması üçün kifayət deyildir. Bununla yanaşı, əgər nümunənin qurd olmağından şübhələnilərsə, lazım gəldikdə onu mikroskopik müayinəyə göndərmək də olar. 

Müalicə

  • Pirvin (pyrvine) 7.5 - 10 mq/kq tək doza olaraq və ya mebendazol (mebendazole) 100 mq tək doza olaraq.
  • Albendazol (albendazole) da (400 mq tək doza olaraq) effektiv təsirə malik olur. Albendazolun istifadəsi üçün bəzi ölkələrdə xüsusi lisenziya tələb olunur. Baxmayaraq ki, Mebendazol və Albendazolun dölə zərərli təsiri barəsində heç bir məlumat yoxdur, onlar hamiləlik zamanı qəbul edilməməlidir (ən azı ilk trimestrdə). Onları südvermə dövründə qəbul etmək olar. Hamiləlik zamanı Pirvin qəbulunun təhlükəsizliyi barəsində sistemşəkilli araşdırmalar aparılmamışdır, lakin həm hamiləlik, həm də südvermə dönəmində  onun qəbulu təhlükəsiz sayılır.
  • Baxmayaraq ki, Mebendazol və Albendazolun dölə zərərli təsiri barəsində heç bir məlumat yoxdur, onlar hamiləlik zamanı qəbul edilməməlidir (ən azı ilk trimestrdə). Onları südvermə dövründə qəbul etmək olar. Hamiləlik zamanı Pirvin qəbulunun təhlükəsizliyi barəsində sistemşəkilli araşdırmalar aparılmamışdır, lakin həm hamiləlik, həm də südvermə dövründə  onun qəbulu təhlükəsiz sayılır.
  • Müalicə hər zaman 2 həftədən sonra təkrar edilməlidir.
  • Yataq adətən vakuum-təmizləmə üsulundan istifadə edilərək təmizlənir və ya yataq örtükləri havaya verilir və dəsmallar müalicədən sonrakı gündən etibarən yenisi ilə dəyişdirilir. Digər təmizləmə üsullarının effektiv sayılmadığı güman edilir.
  • Hətta qurdun potensial daşıyıcısı sayılan asimptomatik ailə üzvləri də daxil olmaqla, bütün ailə üzvləri eyni zamanda müalicə edilməlidir.
  • Əgər bağçada uşaqların üçdə bir hissəsi infeksiyaya yoluxmuşdursa bütünlükdə qrupun müalicə edilməsi tövsiyə edilir. Bizquyruq qurdlarına yoluxmaq bağçaya getməmək üçün səbəb olaraq qəbul edilməməlidir. 
  • Bizquyruq infeksiyası qısa bir müddət ərzində residivləşir, bu əsasən bizquyruğun məktəb yaşından kiçik olan uşaqlar arasında yüksək faizlə yayılması səbəbindən baş verir. Bu günə qədər aşkar dərman rezistentliyinə rast gəlinməmişdir.

Profilaktika

  • Əllərin yuyulması və tualet gigiyenasına əməl edilməsi əsas profilaktik vasitə qəbul edilir; tualetdən istifadə etdikdən sonra və yeməkdən əvvəl əllərin yuyulmasının vacibliyi haqqında uşaqlara vaxtaşırı məlumatlar verilməlidir.
  • Uşaqların dırnaqları vaxtlı - vaxtında kəsilməlidir.
  • Bizquyruq qurdunun daşıyıcıları ilə eyni yataq dəstində yatılmamalıdır.
  • Bizquyruq qurdlarının yayılması və ona yoluxmaq (hətta residivləşmiş formalarının) evin qeyri-kafi təmizlənməsilə əlaqəli olmadığı və xəstəlik təhlükəli olmadığı üçün evdə məhz bizquyruq qurduna görə xüsusi təmizliyin aparılmasına ehtiyac duyulmur.

Müvafiq resurslar

  • Digər internet resursları

Sodergren MH, Jethwa P, Wilkinson S et al. Presenting features of Enterobius vermicularis in the vermiform appendix. Scand J Gastroenterol 2009;44(4):457-61. World Health Organization (anonymous). Breastfeeding and maternal medication - Recommendations for Drugs in the Eleventh WHO Model List of Essential Drugs, 2003. WHO ja UNICEF .