Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda allergik rinit

Mündəricat

Uşaqlarda allergik rinit

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
SannaToppila-SalmiAnnaPelkonen

Əsaslar

  • Məktəbli uşaqlar arasında geniş yayılmışdır.
  • Lazımı şəkildə nəzarət altına alınmasa, həyat keyfiyyətinə mənfi təsir göstərəcəkdir.
  • Antihistamin və\və ya qlükokortikoidlərlə aparılan vaxtaşırı müalicə təhlükəsiz sayılır və adətən adekvat bir idarəetmə variantı hesab edilir.
  • Orta və Ağır allergik rinitlərdə desensibilizasiya, məktəbəqədər yaşdan sonrakı dövrdə nəzərdən keçirilə bilər.
  • Allergik rinitin müalicəsi astmalı uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Epidemiologiya

  • Allergik rinit adətən 2 yaşdan yuxarı uşaqlarda və məktəb yaşlı uşaqların təqribən 15%-də təsadüf edilir.
  • Ən geniş yayılmış allergenlər çiçək tozcuqları (yarpaq tökən ağaclar, otlar və adi yovşan (lat. Aremisia vulgaris [mugwort]) və eləcə də heyvan tükü hesab edilir.
  • Həkim yerli tozcuqların və kif sporlarının illik meydana gəlmə vaxtı barəsində məlumatlı olmalıdır.

Simptomlar

  • Sulu bilateral rinoreya (burun axması) 
  • Asqırmaq, qıcıqlandırıcı öskürək, burun tutulması
  • Burun qanamaları
  • Ağızla nəfəs alma, xoruldamaq
  • Gecə oyanıqlığı, yorğunluq, funksional qabiliyyətin aşağı düşməsi və fikri cəmləşdirməkdə çətinlik çəkmək.
  • Əlaqəli xəstəliklər: orta otit, sinusit, astma, konyuktivit

Diaqnoz

Anamnez

  • Simptomların növü və ağırlıq dərəcəsi, bilateral olub-olmaması və fəsilə və ətraf mühitə görə dəyişib-dəyişməməsi.
  • Yaxınlarda baş vermiş allergik simptomlar.
  • Fəsil rinitlərində simptomların meydana gəlmə vaxtı dəqiqləşdirilməlidir.
  • Perenial rinitlərdə yaxın ətrafın allergenləri nəzərə alınmalıdır.
  • Ətraf mühit faktorları: siqaret çəkmək, heyvanlarla təmasda olmaq, digər mümkün məruz qalmalar.
  • Ailə anamnezi: allergiyalar, astma.

Differensial diaqnoz

  • Tənəffüs yollarının infeksiyası
  • Böyümüş adenoidlər xoruldamağa və ağızla nəfəs almağa səbəb ola bilər.
  • xronik eksudativ otit (Adheziv orta otit)
  • Burunda yad cisim 
  • Struktur anomaliyaları
  • Reflüks
  • Nəzər yetirin "?>

Klinik müayinələr

  • Nəfəs alma rejimi: ağızla nəfəs alma varmı?
  • Burun quruluşu: burun düz və simmetrikdirmi?
  • Anterior rinoskopiya: aşağı burun konxalarının (Burun əti; Burun balıqqulağı) ödemli və maviyəçalan rəng dəyişiklikləri, rəngsiz ifrazat, asimmetriya?
  • Ağız və udlaq: Adenoidlərin və tonzilitlərin ölçüsü dil depressoru və güzgünün köməyi ilə farenksə baxaraq qiymətləndirilir. Boğazın arxasında selik varmi (postnazal damcı)?
  • Ağ ciyərlərin auskultasiyası (astma)?
  • Dəri (ekzama atopiya haqqında düşündürürmü?)
  • Gözlər (allergik konyuktivit?)

Müayinələr

  • Allergiya sınaqları (dəri skarifikasiya sınağı [eng. ''skin prick test''] və ya zərdabda İgE müəyyən edilməsi) istənilən yaşda həyata keçirilə bilər və əgər bu sınaqların həyata keçirilməsi müalicə qərarlarına təsir edəcəksə, həyata keçirilməlidir.
  • Göstəriş olduğu təqdirdə müayinələrə qan testləri, rentgenoloji müayinələr və astma müayinələri aid edilir.

Müalicə

  • Təstiqlənmiş qıcıqlandırıcı faktorlardan (məs. heyvan) fərdi səviyyədə uzaq durmaq lazımdır.
  • Uşaqlarda dərman müalicəsi adətən 1-3 həftə ərzində davam edən kurslar şəklində həyata keçirilir.
  • Antihistaminlə müalicə zamanı effekt, saatlar içində hiss edilməyə başlayır, nazal qlükokortikoidlərlə isə bu daha zəif baş verir, 2-3 gün ərzində.
  • Müxtəlif simptomların müalicəsində ən çox tətbiq edilən dərman maddələrinin effektivliyi: cədvələ nəzər yetirin. 
  • xüsusi “neti” cayniki vasitəsilə nazal irriqasiya
  • Nazal spreylərin tətbiqi zamanı bədən önə doğru əyilir və digər burun dəliyi barmaqla bağlanır, sprey burun çəpərinə (nasal septum) doğru yönləndirilir. Spreyin inhalyasiyasından qaçınmaq lazımdır.

Yüngül simptomlar

  • Antihistaminlər (ikinci nəsil Hreseptor blokatorları): həblər, məhlullar,  ≥ 1 yaş uşaqlar üçün damcılar
  • ≥ 3 yaşlı uşaqlar üçün xromoqlükat və ya antihistamin göz damcıları.

Orta və ağır simptomlar

  •  ≥ 3 yaşlı uşaqlar üçün nazal qlükokortikoidlər (fərdi olaraq təyin edilir və dərmandan asılı olur)
  •  ≥ 1 yaşlı uşaqlar üçün antihistaminlər 
  • ≥ 1 yaşlı uşaqlar üçün nazal dekongestantlar (7 günə qədər)
  • ≥ 12 yaşlı uşaqlar üçün antihistamin və nazal qlükokortikoidlərin birgə kombinasiyası
  • ≥ 12 yaşlı uşaqlar üçün antihistamin-simpatometiklərin həblərinin və ya kapsulalarının kombinasiyası (10 günə qədər)
  • ≥ 3 yaşlı uşaqlar üçün xromoqlükat və ya antihistamin göz damcıları
  • Desensibilizasiya (inyeksiya, dilaltı həblər və ya məhlullar şəklində)
 Allergik rinit və konyuktivitin müalicəsində ən çox istifadə edilən dərmanların effektivlik dərəcəsi. Müsbət işarələrin sayı effektivlik dərəcəsini nümayiş etdirir, 0= effekti yoxdur.
  Oral antihistaminlər Oftalmoloji antihistaminlər Intranazal qlükokortikoidlər Nazal dekongestantlar  Kromon, okulyar preparatlar Antileykotrienlər
Rinoreya ++ 0 +++ 0 0 +
Asqırıq ++ 0 +++ 0 0 0
Qaşınan burun +++ 0 ++ 0 0 0
Burun tutulması + 0 +++ ++++ 0 ++
Göz simptomları ++ +++ ++ 0 ++ ++

Mütəxəssis müayinəsinə göndəriş meyyarları

  • Dərmanlara baxmayaraq simptomlar hələ də mövcuddur.
  • Desensibilizasiya ehtiyacının orta və ağır rinitdə qiymətləndirilməsi
  • Diaqnoz və ya dərman müalicəsi zamanı problemlərin yaşanması
  • Ən çox tətbiq edilən analizlərdən və ya digər təkrari klinik müayinələrldən başqa allergenler üçün allergiya testi kimi əlavə müayinələrə də ehtiyac duyula bilər.

Roberts G, Xatzipsalti M, Borrego LM et al. Paediatric rhinitis: position paper of the European Academy of Allergy and Clinical Immunology. Allergy 2013;68(9):1102-16. Bousquet J, Khaltaev N, Cruz AA et al. Allergic Rhinitis and its Impact on Asthma (ARIA) 2008 update (in collaboration with the World Health Organization, GA(2)LEN and AllerGen). Allergy 2008;63 Suppl 86():8-160.