Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Göz qapağının qeyri - ixtiyari atması

Mündəricat

Göz qapağının qeyri - ixtiyari atması

EBM Klinik protokolları
20.05.2018 • Sonuncu dəyişiklik 21.05.2018
SariAtula

Əsas məqamlar

  • Xoşxassəli, adətən gözün dairəvi əzələsinin də daxil olduğu öz - özünə məhdudlaşmış əzələ sıxılmaları
  • Nevroloji xəstəliklər ilə əlaqəli deyil, bir şərtlə ki, digər simptomlar olmasın.
  • Əgər miokimiyada yalnız bir əzələ iştirak edirsə, əlavə tədqiqatlara göstəriş yoxdur.

Simptomlar və risk meyarları

  • İnkişaf etməkdə davam edən və bütün əzələni əhatə edən incə, davamlı qeyri - ixtiyari əzələ sıxılması 
    • Elektromioqrafik araşdırma tək motorika vahidinin spontan, ritmik və ya yarımritmik sinxronlaşmamış şiddətlənməsini göstərir.
  • Adətən aşağı göz qapağına birtərəfli qaydada təsir edir, lakin, digər kiçik üz əzələlərinə də həmçinin təsir edə bilər. 
    • Ətrafların istənilən sərbəst əzələlərində və nadir hallarda isə bədəndə yarana bilər.
  • Bir tutma adətən davamlı olaraq bir neçə saatdan çox çəkmir.
  • Adətən bir neçə gün sonra simptomları aradan qalxır və digər əzələlərə keçmir. 
  • Sağlam insanlarda risk meyarlarına yorğunluq, stress, fiziki yük və normadan artıq kofein qəbulu daxildir.
    • Spirtli içki qəbulu və siqaret çəkmə miokimiya tutmalarını təhrik edə bilər.

Tədqiqatlar və müalicə

  • Heç bir əlavə araşdırmaya ehtiyac yoxdur, bir şərtlə ki, miokimiyada digər əzələlər iştirak etməməlidir (nadir hallarda).
  • Vəziyyətin xoşxassəli xüsusiyyətinin izahı və həyat tərzi ilə əlaqədar olan risk meyarlarının öyrənilməsi adətən lazım olan yeganə müalicə növüdür.
  • Əgər simptomlar bir neçə ay davam edərsə və xəstəyə narahatlıq verərsə, botulinum inyeksiyalarından istifadə edilə bilər.
    • Simptomların yalnız bir inyeksiyadan sonra tamamilə yox olduğu məlumdur, lakin bəzi hallarda təkrar müalicə tələb oluna bilər.

Müvafiq resurslar

  • Ədəbiyyat