Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vaxtından əvvəl eyakulyasiya

Mündəricat

Vaxtından əvvəl eyakulyasiya

EBM Klinik protokolları
11.05.2018 • Sonuncu dəyişiklik 23.05.2017
Editors

Əsas məqamlar

  • Cinsi funksiyanın ən geniş yayılmış pozuntusudur; kişilərin təxminən 20%-də bəzən vaxtından əvvəl eyakulyasiya olur.
  • Üzvi xəstəliklər (məsələn, endokrin xəstəliklər) və cütlüyün münasibətlərindəki problemlər təyin edilməlidir. 
  • Məşq və dərman müalicəsinin hər ikisi kömək edə bilər. Müxtəlif müalicə metodlarının kombinasiya edilməsi məsləhətlidir. 

Tərifi

  • Dünyada qəbul olunmuş tərifi yoxdur. 
  • 1-2 dəqiqəlik intravaginal eyakulyasiyanın gecikmə müddəti (İEGM) tədqiqatlarda hüdud nöqtəsi kimi tez-tez istifadə olunur. 
  • Eyakulyasiya o qədər tezliklə baş verir ki, o kişi və ya onun partnyorunun cinsi əlaqədən məmnunsuzluq hissi ilə saxlayır. 
  • Davamlı, dəyişkən və subyektiv simptomlar fərqləndirilməlidir. 
    • Əgər simptom həyati boyu davam edirsə və hər partnyorla baş verirsə,üzvi səbəbin olma ehtimalı vardır.
    • Dəyişkən simptomlar adətən psixogen mənşəlidirlər. 

Diaqnostik qiymətləndirilmə

  • Problemin davametmə müddəti (yeni yaranmış vaxtından əvvəl eyakulyasiya qazanılmış səbəbi düşündürür
  • Cinsi əlaqənin tezliyi 
  • Cinsi əlaqələrin neçə faizində vaxtından əvvəl eyakulyasiya baş verir? 
  • Partnyor ilə münasibətlər: münasibətlər yenidirmi, hər hansı problem varmı?
  • Xəstənin ereksiya yaranmasında çətinliyi varmı, əgər varsa ereksiya və eyakulyasiya arasındakı vaxt qısa ola bilər (erektil disfunksiyaya baxın)?
  • Dərman və alkoqol qəbulu (eyakulyasiyanı tez-tez gecikdirən faktorlar)
  • Hipertiroidizm əlamətləri varmı (hipertiroid xəstələrin 50%-ə qədərində vaxtından əvvəl eyakulyasiyaya rast gəlinir) 

Müalicə

  • Terapevtik müalicələr (zaman, motivasiya və partnyorla əməkdaşlıq tələb edir)
    • Məşqlər partnyor ilə və ya tək yerinə yetirilir
      • Dayandırıb-sıxmaq (stimulyasiyanın kəsilməsi və cinsiyyət orqanın başının sıxılması; 50-60% hallarda effektivdir)
      • Stop-fasilə (stimulyasiyanın dayandırılması və gözləmək; 80%-ə qədər hallarda effektivdir)
    • Cinsi psixoterapevtlər müalicənin davranış metodları haqqında məsləhət verirlər. 
    • Psixoterapiya və cütlük terapiyası vaxtından əvvəl eyakulyasiyanın münasibət problemləri ilə müşayət olunduğu hallar üçün saxlanılmalıdır. 
  • Farmakoterapiya
    • Vaxtından əvvəl eyakulyasiyada cinsi əlaqədən 1-3 saat əvvəl 30-60 mq dozada dapoksetin istifadəsi bir çox ölkələrdə qeydiyyatdan keçib. 
    • Serotoninin intraneyronal udulmasının selektiv inhibitorlarından digərlərinə nisbətən fluoksetin, paroksetin, sertralin və sitalopram həm davamlı, həm də fasiləli şəkildə istifadəsi vaxtından əvvəl eyakulyasiyanın müalicəsində öyrənilmişdir, lakin vaxtından əvvəl eyakulyasiya bu preparatlar üçün rəsmi göstəriş deyildir.  Müalicəyə cavab bir neçə həftəyə əldə olunur, hansı ki, bu zaman yan təsirlər (yorğunluq, ürəkbulanma, diareya, tərləmə) də yüngülləşir.
    • Klomipraminin pozitiv tədqiqat nəticələri də tapılmışdır, lakin onun istifadəsi trisiklik antidepressantlara xas olan yan təsirlərin ortaya çıxması ilə assosiasiya olunur. 
    • Əgər intravaginal eyakulyasiyanın gecikmə vaxtı bir dəqiqədən daha qısadırsa, 25-50 mq tramadol onu iki dəfədən çox artıra bilər. 
    • FDE5 inhibitorları erektil disfunksiya ilə əlaqədar olan vaxtından əvvəl eyakulyasiyada birinci seçim preparatıdır və onlar xəstədə erektil disfunksiya olmaya belə kömək edə bilər.
    • Cinsiyyət üzvünün dərisinə çəkilmiş yerli anestetik gel faydalı ola bilər. Fluoksetin preparatının təyinatı və anestetik gel problemi olan kişilərin 80%-nə kömək edə bilər. Partnyorda yanaşı olaraq hissiyat itirilməsi qarşısının alınması prezervativin istifadəsi ilə  alına bilər. 

Pryor JL, Althof SE, Steidle C ym. Efficacy and tolerability of dapoxetine in treatment of premature ejaculation: an integrated analysis of two double-blind, randomised controlled trials. Lancet 2006;368(9539):929-37. McMahon CG, Touma K. Treatment of premature ejaculation with paroxetine hydrochloride as needed: 2 single-blind placebo controlled crossover studies. J Urol 1999;161(6):1826-30. McMahon CG. Treatment of premature ejaculation with sertraline hydrochloride: a single-blind placebo controlled crossover study. J Urol 1998;159(6):1935-8. Kim SC, Seo KK. Efficacy and safety of fluoxetine, sertraline and clomipramine in patients with premature ejaculation: a double-blind, placebo controlled study. J Urol 1998;159(2):425-7.