Siqaret çəkməyin ən çox yayılmış sağlamlıq riskləri
EBM Klinik protokolları
21.08.2016 • Sonuncu dəyişiklik 25.08.2014
Editors
Siqaret çəkmə, ölüm və xəstəlik riski
- Siqaret çəkmə ən vacib qarşısı alına bilən ölüm səbəbidir"?>.
- Siqaret çəkən adamların çəkməyənlərlə müqayisədə 2-3 dəfə çox erkən ölüm riski var. Qadınlar tütündən qaynaqlanan xəstəliklərə tutulmağa kişilərə nisbətən daha çox meyillidirlər.
- Britaniya kişi həkimləri arasında aparılmış bir araşdırmada siqaret çəkənlərin heç vaxt siqaret çəkməyənlərlə müqayisədə, orta yaşlarda (45-64 yaşlar) ölmə ehtimalı üçqat və təqaüd yaşında (65-84 yaşlar) ikiqat olmuşdu"?>. Riskin artması siqaretin kəmiyyəti və siqaret çəkmənin müddəti ilə əlaqədardır. Bu risk siqaret çəkməni dayandırdıqdan sonra azalır. Siqaret çəkmə yaşam sürəsini 10 il azaldır; 60, 50, 40 və ya 30 yaşında siqareti tərgitmə ömürü, siqaret çəkməyə davam edənlərlə müqayisədə, uyğun olaraq, 3, 6, 9 və ya 10 il uzadır.
- Ağciyər xərçəngi riski ortalama təqribən 6 dəfədən 12 dəfəyədəkdir"?>, və bu göstərici artan siqaret istifadəsi ilə qalxmaqdadır. 90% ağciyər xərcəngi siqaret çəkmə səbəbindən yaranır.
- Ağız, udlaq, mədəaltı vəz və ya qida borusu xərçəngi riski 6 dəfədən 8 dəfəyədəkdir.
- Siqaret çəkmə həmçinin digər xərçəng xəstəlikləri riskini 1.5 dəfədən 3 dəfəyədək artırır (sidik kisəsi, böyrək, mədə, qara ciyər, yoğun bağırsaq və uşaqlıq boynu xərçəngi; leykemiya).
- Miokard infarktı və serebral və periferal vaskulyar xəstəlikləri riski 50% artır. Yaşı 60-dan az olan şəxslərdə işemik ürək xəstəliyi riski 2 dəfədən 5.5 dəfəyədəkdir və serebral infarkt riski 3 dəfədən 4 dəfəyədəkdir"?>.
- Siqaret çəkmə növbələşən axsaqlığa səbəb olur və cinsi zəiflik törədə bilər.
- Qadınlarda, siqaret çəkmə sinerjik olaraq, oral kontraseptlərin istifadəsi ilə əlaqəli olan tromboembolik ağırlaşmalar riskini artırır, klimaksı irəlilədir və sidik qaçırma riskini artırır.
- Siqaret çəkmə ağciyərlərin xroniki obstruktiv xəstəliyinə (AXOX) (10 dəfədən 12 dəfəyədək risk) səbəb olur"?>, AXOX-dan ölümün təqribən 80%-i siqaret çəkmə ilə bağlıdır.
- Kəskin respirator infeksiyaları və xroniki bronxit siqaret çəkməyənlərlə müqayisədə, siqaret çəkənlərdə daha çox yayılıb.
- Mədə və on iki barmaq bağırsaq xorası riski artırılır.
- Siqaret çəkmə additiv və ya sinerjik olaraq kimyəvi maddələrlə reaksiyaya girə və beləliklə, peşə xəstəlikləri riskini artıra bilər.
- Əgər ana siqare çəkirsə, perinatal ölüm və qəfil körpə ölümü riski yüksəkdir. Siqaret çəkmə yeni doğulmuşun doğum çəkisini təqribən 200 qr azaldır. Hamiləlik dövründə siqaret çəkməyi dayandırmaq vaxtından əvvəl doğuş hadisəsi və aşağı doğum çəkisi hallarını azalda bilər. Siqaret çəkmə həmçinin nəsilartırma qabiliyyətini aşağı salır və uşaqsalma, ektopik hamiləlik riskini artırır.
- Siqaret çəkmə cərrahi ağırlaşmaların baş vermə tezliyini artırır və cərrahi yaraların sağalmasını gecikdirir.
- Dəri vaxtından əvvəl qocalır.
Tütün tüstüsünə məruz qalma (Passiv siqaret çəkmə)
- Passiv siqaret çəkmə ağciyər xərçəngi riskini təxminən 25% artırır. Ağciyər xərçənginin riski həm də fərdi səviyyədə göstərilmişdir.
- Əhali səviyyəsində koroner hadisələrin riski tütün tüstüsünə məruz qalmayanlarla müqayisədə 25-30% yuxarıdır. Ətraf mühitdə tütün tüstüsünə məruz qalan bütün insanların riski aktiv siqaret çəkənlərin malik olduğu əlavə riskin təqribən yarısıdır. Risk dozadan asılıdır, yəni, məruz qalma artdıqca risk də artır. Ağciyər xərçəngində olunduğu kimi, bu risk fərdi səviyyədə sübut olunmayıb.
- İnsultun artmış riski koronar arterial xəstəliyininki ilə oxşar miqyasda olduğu görünür.
- Tüstüyə məruz qalma tənəffüs traktında iltihabi dəyişikliklərə səbəb olur və ağciyər epitel kirpiklərin immun cavabını və funksiyasını basqılayır, respirator infeksiyalara və ola bilsin ki, həm də astma və AXOX -a artan həssalığa aparıb çıxarır.
- Uşaqlarda tüstüyə məruz qalma, onlarda respirator infeksiyalara və otitə olan həssaslığı, həmçinin, astmanın başlanması və güclənməsi riskini artırır.
Siqaret çəkmənin digər zərərli təsirləri
- Nikotin narkotik vasitələrininki ilə müqayisə oluna biləcək güclü asılılıq yaradır.
- Siqaret çəkmə müxtəlif preparatların kliniki təsirlərini dəyişə bilər. Proton nasos inhibitorları siqaret çəkənlərdə xoranın yenidən əmələ gəlməsinin qarşısını siqaret çəkməyənlərlə müqayisədə daha az alır. Siqaret çəkmə stenokardiya dərmanlarının və diuretiklərin təsirini azaldır.
- Tütün tüstüsü sitoxrom P450 isoenzimlərin fəallığını artırır, və beləliklə, müəyyən farmakoloji preparatların, yəni, heparin, varfarin, insulin, teofilin, flekainid, propranolol, benzodiazepinlər, xlordiazepoksid, haloperidol, klozapin, olanzapin və estradiolun metabolizmini stimullaşdırır.
Ənfiyə (tüstüsüz tütün)
- Tərkibində karsinogen nitrosaminlər var.
- Ağız boşluğu, qida borusu və mədəaltı vəzin xərçəngi riskini artırır.
- Letal miokard infarkti və insult riski artırılır.
Elektron siqaretlər (elektron nikotin vermə sistemləri)
- Buxarda karsinogen preparatlar mövcuddur"?>
- E-siqaretlərin buxarına passiv məruz qalan adamların qanında nikotinin konsentrasiyası, tütün tüstüsünə məruz qalan adamların qanındakı qədər yüksək ola bilər.
Müvafiq resurslar
- Digər sübut icmalları
- Ədəbiyyat
Doll R, Peto R, Boreham J, Sutherland I. Mortality in relation to smoking: 50 years' observations on male British doctors. BMJ 2004 Jun 26;328(7455):1519. Centers for Disease Control and Prevention (CDC). CDC grand rounds: current opportunities in tobacco control. MMWR Morb Mortal Wkly Rep 2010;59(16):487-92. Danaei G, Ding EL, Mozaffarian D et al. The preventable causes of death in the United States: comparative risk assessment of dietary, lifestyle, and metabolic risk factors. PLoS Med 2009;6(4):e1000058. Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030. PLoS Med 2006;3(11):e442. Mucha L, Stephenson J, Morandi N et al. Meta-analysis of disease risk associated with smoking, by gender and intensity of smoking. Gend Med 2006;3(4):279-91. Lee PN, Forey BA, Coombs KJ. Systematic review with meta-analysis of the epidemiological evidence in the 1900s relating smoking to lung cancer. BMC Cancer 2012;12():385. Pirie K, Peto R, Reeves GK et al. The 21st century hazards of smoking and benefits of stopping: a prospective study of one million women in the UK. Lancet 2013;381(9861):133-41. World Health Organization 2013. Rachel Grana, PhD MPH, Neal Benowitz, MD, Stanton A. Glantz: PhD: Background Paper on E-cigarettes. (Electronic Nicotine Delivery Systems) .