Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Dilin xoşxassəli zədələnmələri

Mündəricat

Dilin xoşxassəli zədələnmələri

EBM Klinik protokolları
24.03.2017 • Sonuncu dəyişiklik 24.03.2017
TuulaSalo MariaSiponen

Coğrafi dil (xoşxassəli yerdəyişən (migratory) qlossit)

Tüklü dil

Şırımlı dil (parçalanmış dil, yarıqlı dil)

  • Dilin arxasında dəyişkən dərinlikdə şırımlar (şəkil) 
  • Təxminən yenidoğulanların 1%-də mukozal şırımlar dilin səthini bir neçə hissəyə bölür ki, bu da dilin normaldan daha qırmızı görünməsinə səbəb olur. Bu əlamət yaşla daha da ümumi hala çevrilir (əhalinin 7% -ə qədərində). 
  • Şırımlı dil ailəvi haldır və bəzən coğrafi dil və ya Daun və ya Melkersson-Rosenthal sindromu ilə əlaqədar ola bilər.
  • Dil şırımlanması nəticəsində infeksiyalaşa bilər və simptomatik ola bilər. Müalicə dilin yumşaq diş fırçası ilə fırçalanmasından və ya dil qaşıyıcısı ilə təmizlənməsindən ibarətdir.

Orta rombşəkilli qlossit

  • Nadir hallarda; adətən böyüklərdə rast gəlinir
  • Qırmızı, adətən hamar səthli dilin arxasında orta xətdə novşəkilli məməciklərdən öndə olan bir zədələnmədir, rombşəkilli və ya oval formada, bir qədər qalxmış ola bilər  (şəkil ).
  • Daha çox hallarda etioloji faktor xronik kandida infeksiyası hesab olunur. Kandidoza meyiletdirici amillərə astma əleyhinə dərmanlar, quru ağız, siqaret çəkmək, protezlər daxildir.
  • Adətən asimptomatikdir. Həssaslıq əmələ gələrsə topikal göbələk əleyhinə dərmanlarla müalicə edin. Əlavə olaraq, əgər mümkünsə kandidoza meyil törədən amillər kənar edilməlidir.
  • Diferensial diaqnoz: ektopik tiroid toxuması, üçüncülü sifilisə aid edilə bilən yara və ya vərəm və ya dərin göbələk infeksiyası. Ağzın xərçəngi dilin arxasında orta xətdə nadirən görülür.

Dilin varikozları

  • Dilin ventral səthində varikoz venaların olması (şəkil )
  • Daha çox yaşlılarda olur (rastgəlmə tezliyi 50%-dən çoxdur)

İstifadə olunan mənbələr