Qlossit
EBM Klinik protokolları
07.09.2016 • Sonuncu dəyişiklik 07.09.2016
ArjaKullaa
Əsas məqamlar
- Qlossit yerli proseslə əlaqəli ola bilər (infeksiya, qıcıqlanma), yaxud sistem xəstəliyinin əlaməti ola bilər
- Dilin arxa tərəfinin iltihabı adətən, sapabənzər məməciklərin itməsinə başqa sözlə, atrofiyaya (hamar dil )səbəb olur.
- Dildə həmçinin yaralar ola bilər və ya selikli qişasını müxtəlif xəstəliklər zədələyə bilər.
- Dil xərçənginə dilin arxa səthində demək olar ki, rast gəlinmir. Əgər 2 - 3 həftə ərzində potensial qıcıqlandırıcı faktorlar aradan götürüldükdən sonra leykoplagiya və eritroplagiya itməzsə, biopsiyaya göstərişdir.
Orta şırımın iltihabı
- Dilin orta şırımın ətrafında sapabənzər məməcikləri zədələyən atrofiya dairəvi (yivli) məməciklərin önündə yerləşir (şəkil ).
- Göbələk infeksiyası həmçinin, anqulyar xeylit və damağın eriteması kimi digər simptomlarla təzahür edə bilər.
- Xəstəliyə siqaret çəkənlərdə və diş protezləri istifadə edənlərdə çox təsadüf olunur.
- Müalicə şərait yaradıcı faktorların aradan qaldırılması və yerli olaraq göbələkəleyhinə müalicədən ibarətdir.
- Diferensial diaqnozu
- Orta romboid qlossit (şəkillər ), həmçinin, müalicə tələb etməyən mərkəzi papilyar atrofiya kimi məlumdur.
- Sarkoidoz yaxud vərəm səbəbli xoralanma.
Stomatomikoz (kandidioz)
- Dilin səthi əsas eritematoz selikli qişanı aşkara çıxarmaq üçün qaşına bilən ağ ərplə örtülüdür.
- Ən çox səhhəti zəif olan böyüklərdə və yenidoğulmuşlarda rast gəlinir.
- Diferensial diaqnozu: coğrafi dil (şəkillər )
Atrofik qlossit (hamar dil )
- Sapabənzər məməciklərin nahamar quruluşu itir (depapilyasiya) və dil hamarlaşır (şəkil).
- Eritematoz ləkələr dilin üzərində yaxud, digər selikli qişalar üzərində meydana çıxa bilər (şəkillər ).
- Səbəbləri
- Dəmir defisitli anemiya
- Meqaloblastik anemiya
- Vitamin B12 çatışmazlığı
- Şeqren sindromu, ağızda quruluq
- Müalicəsi təyin olunduğu əsas xəstəliyə müvafiqdir.
Yarpağabənzər məməciyin ödemi
- Yarpağabənzər məməciklər selikli qişanın kütlələridir ki, dilin arxa nahiyəsini kənarlardan örtür (dil badamcıqları).
- Şişkinlik yarana bilər:
- mexaniki yaxud kimyəvi qıcıqlanma, məsələn, diş protezlərinin aşınması, ağıl dişinin iltihabı.
- yuxarı tənəffüs yollarının infeksiyaları
- Müalicə qıcıqlandırıcı faktorların aradan qaldırılmasından ibarətdir.
- Diferensial diaqnozu
- Fibroma
- Xoralanma
- Dilin yan tərəfindəki açıq rəngli ləkələr biopsiya edilməlidir.
Qranulomatoz qlossit
- Davamlı makroqlosiyaya səbəb olacaq xronik iltihab
- Dilin bir neçə gün davam edən fasiləli (aralıq) şişməsi
- Orta şırım əhəmiyyətli dərəcədə dərindir.
- Melkerson-Rozental sindromunun təzahürü (bax: İnsanda Onlayn Mendel İrsiyyəti - İOMİ )
Coğrafi və çatlamış dil
- Şəkillərə də baxın.
- Naməlum etiologiya
- Çox zaman psoriazla əlaqədar olur.
- Diferensial diaqnozu
- Reyter sindromu
- Kandida infeksiyası
Çiyələkli dil
- Skarlatinanın tipik əlaməti
- Dilin səthində göbələyəbənzər məməciklər eritematoz və şişmiş olur.
- Diaqnoz somatik simptomlara əsaslanır.