Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Dislipidemiyaların mealicəsi

Mündəricat

Dislipidemiyaların mealicəsi

EBM Klinik protokolları
31.10.2017 • Sonuncu dəyişiklik 30.11.2017
TimoStrandberg HannuVanhanen

Əsas məqamlar

  • Hədəflər
    • Artıq arterial xəstəliyə sahib olan şəxslərdə, xəstəliyin proqressivləşməsinin qarşısının alınması (müalicə olunması gərəkən ən vacib xəstə qrupu)
    • Arteriosklerotik arterial xəstəliyin (ölümcül və qeyri-ölümcül halların daxil olmasıyla) risk faktorlarının birləşmiş təsiri ilə idarə olunan ümumi riskinin azaldılması. Arterial xəstəliklərin riskinin qiymətləndirilməsi, müxtəlif risk hesablamalarının tətbiq olunmasıyla asanlaşdırıla bilər (məsələn, "?>"HeartScore" və FİNRİSK, sonuncunun Finlandiya faktlarına əsaslandığını nəzərə alın).
      • Nəzərə alın ki, "HeartScore" yalnız ölüm ehtimalını hesablayır; arterial xəstəliyin ümumi riski (məs, FİNRİSK hesablamaları) əhəmiyyətli dərəcədə yüksəkdir.
      • Ömürlük riski qiymətləndirmək yeni bir yanaşmadır.
  • Həyat vərdişlərinin dəyişdirilməsi bütün xəstələr üçün ilkin hədəf hesab olunur.
  • Dərman müalicəsindən öncə ikincili hiperxolestorolemiyanı (məs, hipotireozla əlaqəli) inkar etmək.
  • Müalicənin əsas məqsədi plazmada LDL-xolesterolunun konsentrasiyasını 3.0 mmol/l-dən aşağı həddə (yüksək riskli şəxslərdə isə 2.5 mmol/l-dən aşağı və çox yüksək riskli şəxslərdə isə mümkün olduğu qədər 1.8 mmol/l-idən aşağı) saxlamaqdır.
  • Plazmada HDL-xolestrolunun və triqliseridlərin konsentrasiyasının dəyişdirilməsi müalicə hədəfi deyildir, lakin onların səviyyəsi riskin qiymətləndirilməsi üçün təyin edilir. Hədəf göstəricilər bunlardır:
    • plazma HDL-xolesterolu 1.0 mmol/l-dən yuxarı
    • plazma triqliseridləri 2.0 mmol/l-dən aşağı
    • plazma xolesterolu/HDL-xolesterola nisbəti 4.0-dən aşağı.
  • Hipertriqliseridemiyada plazma triqliseridlərinin konsentrasiyası pankreatit riskini minimuma endirmək məqsədilə 10 mmol/l-dən aşağı həddə olmalıdır.

Müxtəlif xəstə qruplarında aparılan müalicə

Çox yüksək risk

  • İşemiyalı və ya aterosklerotik (serebrovaskulyar xəstəliklər, periferik arteriaların xəstəlikləri) xəstələr, periferik orqanların zədələnməsinin müşahidə edildiyi şəkərli diabet xəstələri, həmçinin arterial xəstəliyə görə hesablanmış orta riskin 15 %-dən yuxarı olduğu asimptomatik xəstələr
  • Arterial xəstəliyi olan xəstələrdə plazmada xolesterolun konsentrasiyasının kəskin yüksəlməsilə miyokard infarktı və ürəklər əlaqəli ölüm riski artır. 
  • Dərman müalicəsinin effektivliyi təcrübi tədqiqatlarda açıq şəkildə müşahidə edilmişdir "?>. Plazma LDL-xolesterolunun hədəf konsentrasiyası 1.8 mmol/l-in altındadır.
Arterial xəstəliyi olan xəstələrdə dislipidemiya
LDL-xolesterolunun hədəf səviyyəsi (mmol/l) Xəstəliyin kəskinləşmə riski Tədbirlər
  < 1.8 mmol/l Çox yüksəlmişdir Pəhrizi yaxşılaşdırmaq, həyat vərdişlərini dəyişdirmək, 1-2 ay ərzində xolesterolun səviyyəsini yoxlamaq. Digər risk faktorlarını dəyişdirməklə riski azaltmaq. Hədəf göstəriciləri əldə edilmədikdə, adətən dərman müalicəsi həmişə tətbiq edilir.

Yüksək risk

  • Diabetli xəstələr və ya orta dərəcəli böyrək çatışmazlığı olan xəstələr, həmçinin arterial xəstəlik riskinin 10-15% olduğu asimptomatik şəxslər
  • Tək bir ciddi risk faktoruna malik xəstələr məs, ailəvi hiperxolesterolemiya
  • Müalicənin hədəfi LDL-xolesterolun konsentrasiyasını 2.5 mmol/l-dən aşağı həddə salmaqdır.

Orta risk

  •  Arterial xəstəliyin orta riski 2-10%-dir. Ümumi əhali üçün hədəflər tətbiq olunur, yəni LDL-xolesterolun konsentrasiyası 3 mmol/l-dan aşağı olmalıdır.

Simptomsuz fərdlər

  • Plazma xolesterolunun konsentrasiyasına yönəlik ümumi hədəf 5.0 mmol/l-in aşağısıdır (LDL-xolesterol 3.0 mmol/l-dən aşağı). Müdaxilənin göstəricilərini nəzərdən keçirərkən ümumi risk nəzərə alınır (yaş, cins, tütünçəkmə, qan təzyiqi). Ailə anamnezi, həmçinin HDL və triqliseridlərin konsentrasiyaları da riski özündə əks etdirir (əmək qabiliyyətli əhali ən vacib qrup hesab olunur). Cədvələ baxın.
  • Yüksək riskli simptomsuz şəxslərdə, plazma LDL-xolesterolunun hədəf göstəricisi 2.5 mmol/l-dən aşağıdır.
Asimptomatik fərdlərdə dislipidemiya (müalicənin planlaşdırılmasında ümumi riskin qiymətləndirilməsi çox vacibdir)
Plazma xolesterolu (mmol/l) LDL-xolesterolu (mmol/l) Xəstəliyin kəskinləşmə riski Tədbirlər
8.0 və ya daha yüksək 6.5 və ya daha yüksək Əhəmiyyətli dərəcədə artmış Risk faktorlarını qiymətləndirmək. Pəhrizdə düzəlişlər etmək və həyat vərdişlərini dəyişmək. Xolesterolun səviyyəsinə 1-2 ay ərzində nəzarət etmək. Dərman müalicəsi adətən həyat tərzi dəyişiklikləri yetərsiz olduqda təyin edilir. İrsi xəstəlik ehtimalı yüksəkdir. Qohumların da müayinəsi məqsədəmüvafiqdir.
6.5–7.9 5.0–6.4 Nisbətən artmış Risk faktorlarını qiymətləndirmək və pəhriz terapiyasına başlamaq. Müalicənin effektivliyinə 2-4 ay ərzində nəzarət etmək. Digər tədbirləri (dərman müalicəsi) pəhriz terapiyasının və digər risk faktorlarının nəticəsinə uyğun olaraq təyin etmək. Lipid metabolizminin irsi pozğunluqları mümkündür (və plazma xolesterolunun səviyyəsi 8 mmol/l-dən çox olan xəstələr kimi eyni şəkildə müalicə edilməlidir).
5.0–6.4 3.0–4.9  Yüngül dərəcədə artmış Sağlam qidalanmağı təşviq etmək və risk faktorlarını qiymətləndirmək. Digər risk faktorlarına nəzərən qısa müddətli tədbirlər. Plazma xolesterolunu 5 ildən gec olmayaraq yoxlamaq.
LDL-xolesterolun hədəf səviyyəsi simptomsuz şəxslərin ümumi risk faktorları ilə müəyyənləşdirilir
Ümumi kadiovaskulyar risk* LDL-xolesterolun hədəf səviyyəsi (mmol/l)
Çox yüksək > 15% < 1.8
Yüksək 10–15% < 2.5
Orta 2–10% < 3
* Qeyd edək ki, ümumi risk, Fin məlumatlarına əsaslanan "Finrisk" kalkulyatoru vasitəsilə hesablanır. Digər ölkələrdə də ümumi kardiovaskulyar riski hesablayan digər üsul/vasitələr və yerli əhali və kontekstə uyğun olan müvafiq anlayışlar da mövcud ola bilər.  

80 yaşdan yuxarı xəstələr

  • Daha cavan yaşlarda başlanmış müalicə daha sonra da davam etdirilir.
  • Bu yaş qrupunda başlanmış müalicəyə dair heç bir randomizasiya olunmuş proqnostik tədqiqatlar mövcud deyildir.
  • Xüsusilə, arterial xəstəliyi olan şəxslərdə müalicəyə qərar verərkən bioloji yaş və ümumi proqnozlar tək-tək nəzərə alınır.
  • Müalicənin prinsipləri cavan xəstələrdə olduğu kimidir. Əgər farmakoterapiya istifadə edilərsə, mümkün əks təsirlər diqqətlə müşahidə edilməlidir. Əsasən də bir neçə dərman preparatı qəbul edən xəstələrdə və həmçinin zəiflik sindromu olan xəstələrdə buna diqqət yetirilir.

Həyat tərzinin dəyişdirilməsi yolu ilə dislipidemiyanın müalicəsi

Əsas məqamlar 

  • Tütünçəkməni tərgitmək
  • Əgər lazımdırsa çəki itirmək
  • Fiziki aktivliyi artırmaq
  • Doymuş yağların (heyvan və süddən hazırlanmış məhsullarda olan yağ) və trans yağların qəbulunu azaltmaq 
  • Doymuş yağların əvəzinə, poli- və mono (bitki yağı)-doymamış yağların qəbulunu artırmaq. Raps və ya kolza yağı məsləhət görülür.
  • Hətta bitki mənşəlli olsalar da belə, tərkibində çoxlu miqdarda doymuş yağ turşuları olduğu üçün müxtəlif formada palma və kokos yağlarının istifadəsi məsləhət görülmür.
  • Bəzi ölkələrdə tərkibində yağların faydalı miqdarları və sağlam növlərindən ibarət olan qida məhsulları müxtəlif tip simvollarla işarələnə bilər.
  • Xolesterol qəbulunu məhdudlaşdırmaq
  • Lifli qidaların istehlakını artırmaq: gel yaradan beta-qlükanın və ya LDL-xolesterolunun səviyyəsini aşağı salan yulaf və ya arpanın qəbulunu gündə təxminən 3 qrama çatdırmaq
  • Müxtəlif formada bitki stanolları və sterolların (marqarin, qatıq, içkilər) gündə 2 qram dozada qəbulu LDL-xolesterolun səviyyəsini təqribən 10% aşağı salır. Əvəzolunmaya yağ turşularının müvafiq şəkildə qəbulunun təmin edilməsi məqsədilə qidaya qəbul edilən marqarinlərdə yağ tərkibinin (40-)60% olması məsləhət görülür.
  • Əgər pəhrizlə plazmada yağların hədəf səviyyəsini əldə etmək mümkün deyilsə, dərman terapiyasına başlanılır (sadəcə əlavə müayinələr təyin etmək və ya davamlı monitorinq aparmaq məsləhət görülmür).

Pəhrizlə bağlı tövsiyələr

  • "Ürək dostu" pəhrizinin əsas prinsipləri on illərdir ki, stabil olaraq qorunub saxlanılmışdır və onların dəyişdirilməsinə təsir edəcək hər hansı bir yeni informasiyaya rast gəlinməmişdir.
  • Yağ ümumi enerjinin < 30 E%-dan azını təşkil etməlidir 
    • Doymuş yağlar < 10 E%
    • Mono- və polidoymamış yağlar 20 E%
  • Qida xolesterolu 250-300 mq/gün
  • Bol miqdarda həll olan liflərdən ibarət məhsullar "?> ağ karbohidratların əvəzinə (rafinə olunmuş şəkər, təmizlənmiş un)
    • >20 q/1000 kcal (kəpəkli çörək məhsulları, gün ərzində 500 q meyvə və tərəvəz)
  • Həftədə iki dəfə balıq məhsulları
  • Qaynadılmış qəhvədən uzaq durmaq (qaynadılmış qəhvə plasma xolesterolunun konsentrasiyasını təqribən 0.5 mmol/l artırır). Xüsusi hazır qəhvə hazırlayan aparatlarda kapsulalardan hazırlanan qəhvə içəcəklər istifadə oluna bilər.
  •  Əgər xəstə spirtli içkilərdən istifadə edirsə, xüsusilə də aşağıda qeyd olunmuş hallarda, onun qəbulunu azaltmaq
    • artıq çəki
    • yüksək qan təzyiqi
    • hipertriqliseridemiya.
  • Duzdan istifadəni məhdudlaşdırmaq. Duzun təxminən  80%-i mağazalardan alınan məhsullardan əldə edilir ki, bu da qəbulunu tənzimləmək üçün artıq böyük çətinlik yaradır. Buna səbəbdən də, lazımi miqdar və tip yağlardan ibarət məhsulların seçilməsi vacibdir. Əgər varsa, qida məhsullarının üzərində olan simvollara istinat etmək məsləhətdir.

 Pəhriz terapiyasının gözlənilən effektivliyi

  • Qida terapiyasının arterial xəstəliklərin qarşısının alınmasındakı effektivliyi onların plazmada lipid konsentrasiyasına individual təsirindən asılıdır.
  • Bəzi xəstələrdə ac qarına plazma xolesterolu 15% aşağı düşə bilər, lakin adi hallarda təsir yalnız 3-6%-dir "?>.
  • Bəzi xəstələrdə xolesterolun səviyyəsinin düşməsi hətta 30%-i də keçə bilər, xüsusən də əsaslı pəhriz dəyişikliklərin aprılması vacib olduqda.

Praktikada pəhriz terapiyası

  • Əsaslı pəhriz tarixçəsi, xüsusi təqvim əsasında aparılan pəhriz, xəstə ilə məsləhətləşmənin əsasını təşkil edir.
  • Heyvan və süd mənşəlli yağları məhdudlaşdırmaq. Xəstəyə məsləhət görülür
    • yağsız süddən və yağsız süddən hazırlanmış qatıqdan istifadə etmək
    • digər az yağlı süd məhsullarına üstünlük vermək, məs, < 17% yağlılığı olan pendir növləri.
    • çörək üzərinə yaxmaq üçün bitki marqarinindən, pəhriz marqarinindən və ya bitki stanol/stenol marqarinindən istifadə etmək; kərə yağı-bitki yağı qarışığı, məsləhət görülmür. Marqarinlərlə yanaşı qatıq və ya yoqurtdan istifadə edilə bilər.
    • az yağlı ət, balıq, dərisi soyulmuş toyuq, az yağlı soyuq halda kəsilmiş (toyuq, donuz ətindən) məhsullara üstünlük vermək və emal olunmuş ət məhsullarından (kolbasa) uzaq durmaq.
  • Xolesterolla zəngin olan qidalardan uzaq durmaq.
    • Piylə zəngin ət məhsulları və süddən alınmış yağlar
    • Daxili orqanlar 
    • Yumurta sarısı
  • Gizli yağlar adətən doymuş olur.
    • Pizza
    • Fast food (ayaqüstü yeməklər)
    • Xəmir yeməklər
  • Aşağı kalorili pəhriz (əgər ehtiyac duyulursa çox-aşağı-kalorili pəhriz) və idmanla artıq çəkini azaltmaq 
  • Bitki liflərinin istehlakını artırmaq "?>. Bunlara üstünlük verin
    • tərəvəzlər, kökümeyvəlilər, paxlalı bitkilər
    • giləmeyvələr və meyvələr
    • tam taxıl dənli bitkilər.
  • Qidaları kərə yağı və ya bitki və marqarin yağlarından istifadə etmədən hazırlamaq. Uyğun yağlara kanola yağı (yağ tuşularının ən əlverişli tərkibi), zeytun yağı, günəbaxan yağı, soya və qarğıdalı yağı aiddir. Palma və kokos yağları istisna olunmalıdır.
  • Qaynadılmış qəhvə əvəzinə süzülmüş qəhvədən istifadə etmək.
  • Enerji mənbəyi olaraq yağ faizi azaldıqda, o, liflərlə zəngin karbohidratlarla əvəz edilir: kartof, taxıl, təmizlənməmiş düyü, tam taxıldan hazırlanmış makaron, meyvə, giləmeyvələr, tərəvəzlər və kökümeyvəlilər.

Bitkisəl stanol/sterol marqarinin xolesterol  konsentrasiyasına təsiri

  • Bitkisəl stanol və sterolların tövsiyə edilmiş pəhrizə əlavə olaraq gündə təxminən 2-3 qram dozada müntəzəm şəkildə istifadəsi plazma LDL konsentrasiyasını 10-15% aşağı salır. HDL-xolesterolun və triqliseridlərin konsentrasiyası dəyişilməmiş qalır.
  • Bitkisəl stanol/sterol marqarin digər pəhriz terapiyasına əlavə olaraq, yüngül hiperxolesterolemiyalar üçün yeganə müalicə vasitəsi kimi uyğun ola bilər. Buna baxmayaraq hiperxolesterolemiyası davam edən xəstələrdə sitostanol/-sterol müalicəsinə statin qrupu preparatı əlavə edilə bilər.
  • Ailəvi və digər hiperxolesterolemiyalı bəzi xəstələr bitkisəl stanol/sterol marqarinindən istifadə etməklə hiperxolesterolemik dərman preparatlarının istifadəsindən yayına və ya dozalarını azalda bilərlər.
  • Artıq bədən çəkili insanlar qida rasiyonuna bitkisəl stanol/sterol əlavə edilmiş aşağı yağ modifikasiyalarından istifadə etməlidirlər.
  • Nəticələri və xəstənin çəkisini monitorinq etmək vacibdir.

Dislipidemiyalarda dərman terapiyası

Prinsiplər

  • Effektiv pəhrizin tətbiq olunduğundan əmin olun və açıq göstərişin olduğu təqdirdə, gecikmədən dərman terapiyasına başlayın.
  • Arterial xəstəlikli və diabetli şəxslər, vacib hədəf qrupları hesab edilir.
  • Dərman terapiyasına başlamazdan əvvəl plazmada xolesterolu, triqliseridləri, HDL-xolesterolu və LDL-xolesterolu təyin edin.
  • İkincili hiperxolesterolemiyanı inkar edin. Əgər ikincili hiperxolesterolemiyanın səbəbini müalicə etmək mümkün deyilsə, o zaman xəstənin müalicəsi birincili hiperxolesterolemiyada olduğu kimi aparılır.
  • Ailə üzvlərini müayinə edərək ailəvi hiperxolesterolemiyalı xəstələri müəyyən edin (plazma xolesterolu adətən 8 mmol/l-in üzərində olur, lakin daha da aşağı ola bilər, ksantomalar, ailə anamnezi).
  • Ən çox istifadə olunan dərman preparatlarından statinlər, xolestiramin, fibratlar və həmçinin simvastatinlə kombinasiyalı ezetimiblər əhəmiyyətli klinik nəticələrə əsaslanan uzunmüddətli randomizasiya olunmuş klinik tədqiqatlarda sınaqdan keçirilmişdir.
  • Statin bir seçim dərmanıdır."?> Lakin, əsas problem hipertriqliseridemiyadırsa, bu zaman fibratlardan istifadə də nəzərdən keçirilə bilər.
  • Əgər lazım olsa, statin ezetimiblə birləşdirilə bilər (bəzi hallarda ezetimib həmçinin monoterapiya kimi də tətbiq edilə bilər).
  • Qətran və quar saqqızı yalnız müstəsna hallarda tək başına müalicə vatisəsi olaraq istifadə olunur. Bağırsaqdan sorulmadıqları üçün onlar, məs., hamilə qadınlar və uşaqlar üçün təhlükəsizdirlər. Onların yan təsirləri müəyyən problemlərə səbəb ola bilər.
  • PCSK9 inqibitorları LDL-xolesterolu aşağı salmaq üçün istifadə olunan yeni bir dərman vasitəsidir. Hal-hazırda davam edən tədqiqatların nəticələri onların gələcəkdəki mövqeylərinin müəyyən edəcəkdir.

Dislipidemiyanın tipinə uyğun dərman preparatının seçilməsi

  • Cədvələ nəzər yetirin"?>
Dislipidemiyanın növündən asılı olaraq lipid azaldıcı dərman preparatlarının seçilməsi
Dislipidemik (feno) tip Seçilmiş dərman preparatı
Yalnız Hiperxolesterolemiya (ailəvi hiperxolesterolemiya) Statin və ya statinlə ezetimibin kombinasiyası və ya statinlə xolestiraminin kombinasiyası (əks təsirlərdən yayınmaq üçün qətranın dozası <20 qramdan aşağı).
Plazma xolesterolunun və triqliseridlərin eyni zamanda artması
  1. Əgər plazma triqliseridləri < 4.5 mmol/l-dirsə, ən azından Statin
  2. Fibrat + statin kombinasiyası, əgər aşkar hipertriqliseridemiya mövcuddursa; mütəxəssiz tərəfindən müayinə
Təmiz hipertriqliseridemiya
  1. Dərman terapiyasına başlamazdan əvvəl çəkini azaltmaq və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq vacibdir. Diabetə nəzarət yaxşılaşdırılmalıdır.
  2. Fibrat və ya yüksək dozalı statin
Hipotiroidizm Tiroksin əvəzedici preparatın qəbulu hipotiroidizm mənşəlli lipid pozğunuqlarını normallaşdırır.

Statinlər

  • praktikada antilipidemik preparatların ən vacib qrupu

Təsir etmə mexanizmi

  • Hepatositlərdə xolesterol sintezinin iqibisiya edilməsinə səbəb olan HMG-CoA reduktazanın inqibisiyasına əsaslanır. Hepatositlərdə LDL-reseptorlarının miqdarı artırılır və qandan LDL-in elliminasiyası (xaric edilməsi) gücləndirilir. Prosesin bir hissəsi VLDL və ya digər mexanizmlər vasitəsilə həyata keçirilir.

Effektivlik

  • LDL-i  30–40% azaldır.
  • HDL-i  5–15% yüksəldir.
  • Triqliseridləri 10-30% və yaxud da daha çox azaldır.
  • Statin və ezetimib və ya qətranla kombinasiyası"?> effekti daha da artırır.

Əks təsirlər

  • Statinlər adətən xəstələr tərəfindən yaxşı qəbul edilir, hətta yaşlı xəstələr tərəfindən belə.
  • Xəstələrdə plazma aminotransferazanın konsentrasiyası təqribən 2% artır. Norma həddindən 3 dəfədən çox artması önəmli sayılır. Bunun klinik əhəmiyyəti aydın deyildir, çunki, xəstə adətən aminotrasferazanın konsentrasiyasının artmasına səbəb olan digər əlaqəli faktorlara sahib olur. Statin terapiyasının qaraciyərin əhəmiyyətli dərəcədə zədələnməsinə səbəb olması haqqında aydın dəlillər yoxdur.
  • Təqribən 5(-10)% xəstələrdə müşahidə edilən əzələ ağrıları statinin tətbiqi ilə müşahidə edilən klinik cəhətdən əhəmiyyətli sayılan əks təsirlərə aiddir. Əzələ ağrıları iştirakçıların qəbul etdikləri dərman preparatının statin olduğunun bildikləri tədqiqatlarda daha çox müşahidə edilmişdir. Bu isə nosebo effekti sayılır (məsələn, ASCOT tədqiqatının nəticələrinin təqibində). Mümkün təşviqedici faktorlar müəyyən edilməli və statin müalicəsi ilə mövcud olan əsl əlaqə yoxlanılmalıdır. Əgər əzələ ağrıları müşahidə edilirsə, öncədən istifadə edilən statinin dozasının azaldılmasının kömək etmədiyi hallarda sitoxrom 3A4-dən başqa digər metabolik mexanizmlərə sahib olan statinlər, məs.,  fluvastatin, pravastatin və ya rosuvastatin  istifadə etmək daha münasibdir. Alternativ yol isə ümumiyyətlə fərqli dərman qrupundan istifadə etməkdir (qətran, ezetimib).
  • Əzələ simptomları mütləq olaraq statindən qaynaqlanmır, çunki, bu əlamətlər həmçinin iştirakçıların hansı yaş qrupunda olmasından da asılıdır. Əzələ simptomlarının əsl səbəblərinin araşdırılması, həm də statin terapiyasının lazımsız olaraq dayandırılmasının qarşısının alınması üçün də vacibdir.
  • Əzələ mənşəlli əhəmiyyətli yan təsirlərin görülmə sıxlığı < 0.1%.
  • Plazma kreatinin kinazanın (CK) müntəzəm olaraq müəyyən edilməsinə ehtiyac duyulmur. Test xəstə gözlənilməz mialgiyaya və əzələ simptomlarına malik olduqda təyin edilə bilər (konsentrasiyanın referans göstəricilərin yuxarı həddindən  10 dəfə yüksək olması ciddi hal sayılır). Belə ki, statindən qaynaqlanan əzələ simptomları CK konsentrasiyasında artım olmadıqda da müşahidə edilə bilər.
  • Miyopatiyanı açıq şəkildə təşviq edən amillərə aiddir
    • statin konsentrasiyasını artıraraq preparatların bir yerdə istifadə edilməsi (məs., siklosporin, fibrat, makrolid  və ya azol qrupu dərmanları)
    • dərman metobolizmini tənzimləyən SLCO1B1 geninin polimorfizmi ilə müşahidə edilən genetik meyillilik, hansı ki, gen testi ilə araşdırıla bilər
    • çox yuxarı yaş 
    • eyni zamanda müşahidə olunan çoxsaylı xəstəliklər
    • əməliyyatlar
    • hipotiroidizm
    • vitamin D çatışmazlığı.
  • Statin terapiyasının həmçinin diabet riskinin yüngül dərəcədə artması ilə də əlaqəli olduğu görünür. Xüsusilə də buna meyilli xəstələrdə müşahidə edilir"?>. Altda yatan mexanizmləri və yekun klinik əhəmiyyəti indiyə qədər tam öyrənilməmişdir. Digər tərəfdən də onu qeyd etmək olar ki, statin terapiyası diabetik xəstələrdə makrovaskulyar ağırlaşmaların da qarşısını alır.
  • Digər əks təsirlərə aid ayrı-ayrı faktların (məs., polineyropatiya) statin terapiyası ilə əlaqəli olduğu təsvir edilib. Lakin əsl səbəb hələ də dəqiq müəyyənləşdirilməmişdir. Nə pankreatit riskinin artması, nə də koqnitiv zədələnmə ilə bağlı heç bir əsaslı sübut yoxdur.

Doza təyini

  • Dozanı ələd olunan"?> nəticəyə uyğun tənzimləmək gərəkdir. Dozanın ikiqat artırılması plazma xolesterolunun 7% azalmasına səbəb olur.
  • Atorvastatin 10–80 mq/gün"?>
  • Fluvastatin (20–)40–80 mq/gün
  • Lovastatin 20–80 mq/gün
  • Pravastatin 20–40 mq/gün
  • Simvastatin 10–40 mq/gün
  • Rozuvastatin 10–40 mq/gün"?>

Qətranlar (xolestiramin, xolesevelam)

Təsiretmə mexanizmi

  • Qətrənlar bağırsaqda öd turşularını absorbsiya edir, onların reabsorbsiyasının qarşısını alır və nəcislə ifraz olunmasını artırır.
  • Onlar neytral steroidlərin ifrazını artırmır və yağların malabsorbsiyasına (sorulmamasına) səbəb olmur.
  • Öd turşularının artmış ifrazı xolesterolun öd turşularına çevrilməsi ilə əlaqəli metabolizmin artmasına və daha sonra da LDL-reseptorlarının sayının və LDL-xolesterolunun hepatositlərə daxil olmasının artmasına səbəb olur.

Effektivlik

  • Ümumi və LDL-xolesterolun konsentrasiyasını 15-30% azaldır.
  • Plazmada triqliseridin konsentrasiyasını artıra bilər.

Doza təyini

  • Xolestiramin 16–32 qram/gün
  • Xolesevelam 625 mq həb formasında, 4–6/gün

Əks təsirlər

  • Bağırsaq simptomları: qəbizlik, köp, ürəkbulanma, epiqastrik nahiyədə ağrı
  • Sorulmalarının pozulması səbəbindən yağda həll olan vitaminlərin və fol turşusunun çatışmazlığı 

Qarşılıqlı əlaqə

  • Aşağıdakı dərman preparatlarının sorulması təsirə məruz qala bilər (bu dərman preparatları qətrandan ən azı bir saat əvvəl və yaxud da 4 saat sonra qəbul edilməlidir):
    • diqoksin
    • tiroksin
    • varfarin
    • tiazid diuretikləri.

Fibratlar (bezafibrat, fenofibrat və gemfibrozil)

Təsir mexanizmi

  • Fibratlar nüvə PPAR (peroksisom proliferatorunun aktivləşdirici reseptoru) sistemi vasitəsiylə təsir göstərir; yağ və əzələ toxumasında lipoprotein lipazanın aktivliyi  və triqliserid tərkibli lipoproteinlərin xaric edilməsi artmış olur.

Effektivlik

  • Triqliseridlərin konsentrasiyasını 20–70% azaldır.
  • HDL-xolesterolun konsentrasiyasını 10–25% artırır.
  • LDL-xolesterol konsentrasiyasını başlanğıc konsentrasiya yüksək olduğu halda azaldır.

Əks təsirlər

  • Yüngül abdominal və bağırsaq qıcıqlanmaları
  • Mialgiya və plazmada kreatin kinazanın konsentrasiyasında artım
  • Öd daşlarının əmələ gəlmə ehtimalı artır
  • Plazma aminotransferazaların səviyyəsində artım
  • Mayenin saxlanılması, ginekomastiya və impotensiya nadir görülür.

Qarşılıqlı əlaqə

  • Proteinə birləşmiş dərman preparatları sərbəst buraxıldığı üçün, onların konsentrasiyaları yüksəlir (varfarin, sulfonil sidik cövhəri preparatları).
  • Fenofibratın statin terapiyası ilə birgə istifadəsi məsləhət görülən seçimlər sırasındadır.

Əks göstərişlər

  • Kəskin böyrək və ya qaraciyər çatışmazlığı, öd kisəsi xəstəlikləri.

Doza təyini

  • Bezafibrat 400 mq × 1 nahar vaxtı
  • Fenofibrat 200 mq × 1 yeməklə birlikdə
  • Gemfibrozil 600–1200 mq/gün 2–3 dozaya bölünür

Ezetimib

  • Statinlərə əksgöstəriş olduqda istifadə edilir. Həmçinin, tək başına qəbul edilən statinin təsirinin yetərsiz olduğu hallarda, ezetimib statinlə kombinasiyada hiperxolesterolemiyalı xəstələrdə isitfadə edilə bilər.

Təsir mexanizmi

  • Nazik bağırsaqda xolesterolun sorulmasının qarşısını alır.
  • Xolesterolun sintezinin əngəlləyən statin qrupu preparatlatı ilə yanaşı istifadə edildikdə təsirləri cəmlənir.

Effektivlik 

  • Tək başına istifadə edildikdə LDL-xolesterolun konsentrasiyasını 18-19%, triqliseridlərin - 4-11% azaldır və HDL-xolesterolun konsentrasiyasını 2-3% artırır.
  • Ezetimibin aşağı dozalı statinlə kombinasiyada istifadəsi iki dərmanın ayrılıdakı təsiri cəmlənir və xolesterolun konsentrasiyasını azaldan böyük dozalı statinlə eyni nəticə əldə etməyə imkan verir.

Doza təyini

  • 10 mq/gün

Əks təsirlər

  • Bu günə qədər aparılmış tədqiqatlarda çox az əks təsirlərə rast gəlinmişdir..

Triqliseridlərin konsentrasiyası yetəri qədər azalmayıbsa və yaxud da məqsəd HDL-xolesterolun konsentrasiyasının artırmaqdırsa, nikotin turşusu adətən statinlə birlikdə istifadə edilir. Hazırda dərman bazarında nikotin turşusu məhsulları məhdud saydadır."?>

PCSK9 inqibitorlar

  • PCSK9 inqibitorlarının istifadəsi hələki müəyyənləşməmişdir. Məhdudiyyətlər qiymət və ödəniş məsələləri ilə əlaqədardır.
  • CETP inqibitorlarına gəldikdə, anasetrapibin uzunmüddətli təsiri ilə bağlı bəzi ilkin sübutlar mövcuddur, lakin onun dislipidemiyaların müalicəsindəki rolunu yalnız gələcək göstərəcəkdir.

Balıq yağları

  • Statin terapiyası ilə birgə tətbiq edilən balıq yağı (uzun zəncirli n-3-yağ turşuları) gündə 2-3 qram dozada təyin edilir və yüksəlmiş plazma triqliseridlərinin konsentrasiyasını azaldır.
  • Balıq yağının yüksək dozada qəbulu zamanı qanaxma tendensiyasında artım diqqətdə saxlanmalıdır.

Hipotiroidizmdə  tiroksin əvəzləyici terapiya

  • Tiroksin əvəzləyici terapiya hipotiroidizmin səbəb olduğu lipid pozğunluqlarını aradan qaldırır "?>.

Dərman terapiyasına nəzarət

  • Lipidlərin konsentrasiyası ilkin olaraq 1-2 aydan sonra, bunda sonra isə 3-6 ay sonra və daha sonra isə ildə bir dəfə yoxlanılmalıdır.
  • Hədəf lipid səviyyəsinin əldə edildiyindən əmin olun (yuxarıya baxın). Dərman dozasının uyğun şəkildə müəyyənləşdirildiyi halda, statin terapiyası ilə buna nail olmaq problem deyildir.

Təhlükəsizlik testləri

Statinlər

  • Plazma ALT-nin səviyyəsi, müalicəyə başlandıqdan 1-2 ay sonra və daha sonra isə ildə bir dəfə yoxlanılmalıdır.
    • Konsentrasiyanın, referans göstəricilərin yuxarı həddindən 3 dəfə yüksək olması, klinik cəhətdən əhəmiyyətli  göstərici hesab edilir. Plazma  ALT konsentrasiyasının yüngül dərəcəli artımı, izləmənin aparılması üçün göstərici hesab edilir və bu halda dərman preparatlarının tətbiqinin dayandırılmasına ehtiyac duyulmur.
  • İzah edilə bilməyən mialgiyanın yaranması halında, plazmada kreatin kinazanın səviyyəsi müəyyən edilməlidir.

Fibratlar

  • Plazmada ALT səviyyəsi 1-2 aydan sonra, daha sonra isə 6-12 ay intervalı ilə yoxlanılır. Statinlərlə birlikdə istifadə edildikdə ALT 3-4 ay intervalla yoxlanılmalıdır (fibratla birgə istifadəsi zamanı isə statinin dozası, normal dozanın yarısı qədər olmalıdır).
  • Mialgiyanın baş verməsi halında plazmada kreatin kinaza həmişə yoxlanılmalıdır.

Mütəxəssiz konsultasiyası üçün göstərişlər

  • Statin və ya fibrat terapiyasının başlanılması nəzərdən keçirilir.
  • Lipid pozğunluğu digər mürəkkəb xəstəliklərlə əlaqəlidir.
  • Plazma triqliseridlərinin konsentrasiyası əsasən 10 mmol/l in üzərində olur və ya müalicəyə baxmayaraq 5 mmol/l-in üzərində olaraq qalır.
  • Plazma xolesterolunun çox yüksək konsentrasiyası (15 mmol/l-in üzəri)
  • İşemik ürək xəstəlikləri və ya ksantomalar uşaqlarda və ya yeniyetmələrdə və yaxud da gənc yaşlı böyüklərdə meydana gəlir.

Müvafiq resurslar

  • "Koxreyin" icmalları
  • Digər sübutlara dair icmallar
  • Klinik təlimatlar
  • Ədəbiyyat

Ajufo E, Rader DJ. Hiperxolesterolemiyanın farmakoloji idarəçiliyində, əldə edilmiş son naliyyətlər. Lancet Diabetes Endocrinol 2016;4(5):436-46. Strandberg TE, Kolehmainen L, Vuorio A. Hiperxolesterolemiyalı yaşlı xəstələrin vəziyyətinin qiymətləndirilməsi və müalicəsi: klinik göstəricilər.JAMA 2014;312(11):1136-44. Wilkins JT, Ning H, Berry J et al. Ömürlük risk və ürək damar xəstəliklərindən uzaq keçirilmiş illər.JAMA 2012;308(17):1795-801. Taylor F, Huffman MD, Macedo AF et al. Ürək damar xəstəliklərinə göstərilən ilkin müdaxilədə istifadə edilən statinlər. Cochrane Database Syst Rev 2013;(1):CD004816. Collins R, Reith C, Emberson J ym. Statin terapiyasının effektivliyinə təhlükəsizliyinə dair sübutların təfsiri.Lancet 2016;388(10059):2532-2561. Ference BA, Ginsberg HN, Graham I ym. Aterosklerotik kardiovalkulyar xəstəliklərə səbəb olan aşağı-sıxlıqlı lipoproteinlər. 1. Genetik, epidemioloji və klinik tədqiqatlardan əldə edilmiş dəlillər.  "European Atherosclerosis Society Consensus" Avropa Ateroskleroz Cəmiyyəti Birliyindən əldə edilmiş razılıq bəyanatı. Panel. Eur Heart J 2017;38(32):2459-2472.