Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qanlı öskürək / hemoptizis

Mündəricat

Qanlı öskürək / hemoptizis

EBM Klinik protokolları
30.04.2018 • Sonuncu dəyişiklik 15.06.2016
AijaKnuuttila

Əsas məqamlar

  • Hemoptizis, tənəffüs yollarınnın hər hansı bir nöqtəsində yaranmış qanaxma mənbəyindən qanın öskrüək vasitəsi ilə çıxmasıdır.
  • Hemoptizisin həcmi bəlğəmdə az miqdarda qan izlərinin olmasından həyat üçün təhlükəli olan massiv qanaxmaya qədər dəyişə bilər.
  • Hemoptizisin bir çox səbəbləri var, amma bu səbəblər həmişə aydınlaşdırılmalıdır.
  • Gənc, siqaret çəkməyən hər hansı bir pasiyentin aydın müəyyən edilən pnevmoniya ilə əlaqədar olan hemoptizində, əgər sonrakı mərhələlərdə döş qəfəsinin rentgenoqramının normallaşması baş verirsə, əlavə müayinələrin aparılmasına ehtiyac duyulmur.

Etiologiyası

Neoplazmalar

  • Bədxassəli ağciyər neoplazması və ya başqa bir bədxassəli şişin ağciyərə olan metastazları ən mühüm səbəblərdəndir.
  • Karsinoid şişlər
  • Xoşxassəli ağciyər şişləri (böyüklərdə nadir hallarda olur)

İnfeksiyalar

  • Pnevmoniya (xüsusən pnevmokok mənşəli)
  • Vərəm
  • Bronxektaziya
  • Ağciyər abssesi
  • Ağciyərin göbələk infeksiyası (aspergilloma)
  • Tənəffüs yollarının kəskin, qeyri - spesifik yoluxucu xəstəlikləri ("kəskin bronxit" adlanan). Diaqnoz spesifik deyildir və hemoptizisin digər səbəbləri istisna edilməlidir.

Kardiovaskulyar xəstəliklər

  • Ağciyər emboliyası, ağciyər infarktı
  • Mitral stenoz / daralma (və ağciyər təzyiqini artıran digər xəstəliklər)
  • Sol mədəciyin çatışmazlığı / ağciyər ödemi
  • Ağciyər qan damarlarının struktur anomaliyaları (fistulalar, anevrizmalar)

Travmalar

Digərləri

  • Koaqulyasiya pozğunluqları
  • Antikoaqulyant terapiyası, asetil salisilat turşusunun qəbulu, qanaxma meyilliliyini artıran digər dərman preparatları
  • Yad cisim
  • Vaskulitlər

Müayinlər və diaqnoz

  • Xəstənin anamnezi, klinik müayinə və döş qəfəsinin rentgenoqrafiyası vacibdir.
  • Hemoptizisin mənbəyini tapın: ağciyərlərdən, bəlkə də ağız, udlaq və ya  burun boşluğundan  qaynaqlandığını öyrənin. Mədə - bağırsaq traktından gələn qanaxmanı istisna edin (ümumiyyətlə götürdükdə, anamnez bunun üçün kifayətdir).
  • Digər müayinələr
    • trombositlərin, o cümlədən qanın əsas elementlərinin sayılması, CRZ.
    • Xəstə varfarin qəbul edirsə INR 
      • Nisbətin qanaxmaya meyilliliyin olduğunu göstərdiyi təqdirdə səbəbin araşdırılması
      • Qan təzyiqinin, nəbzin yoxlanılması və nəbz oksimetriyasının tətbiqi
      • EKQ
  • Döş qəfəsinin rentgenoqrafiyası pnevmoniya və ya ürək çatışmazlığı aşkar edərsə, müalicə əsas səbəbin aradan qaldırılmasına yönəldilir və patoloji vəziyyətin gedişi rentgen və digər klinik müayinələr ilə qiymətləndirilir.
  • Döş qəfəsinin rentgenoqrafiyası şiş olmasını göstərirsə, əlavə araşdırmalar aparılır (bax).
  • Döş qəfəsinin rentgenoqrafiyası normaldırsa, mühüm olan digər səbəbləri istisna etmək üçün əksər hallarda KT müayinəsi və bronxoskopiya aparılır.
  • Pasiyentin sonrakı araşdırmalar üçün xəstəxananın ağciyər bölməsinə göndərilməsi yaxşı olar.
    • Döş qəfəsinin rentgenoqrafiyası zamanı alınan normal nəticələr hemoptizisin başqa səbəblərini istisna etmir.  Rentgenoloji müayinə zamanı kəskin və ya xronik bronxit, kiçik intrabronxial neoplazmalar və ya yad cisimlər, ağciyər emboliyası, ağciyər infarktı, bronxektaziya və qanlı öskürmə əmələ gətirən ürək patologiyasının geniş spektri aşkar edilmir.
    • Gecikmədən icra olunan bronxoskopiya qanaxmanın davam edib - etmədiyini və onun yerini aşkar edə bilər. Aşağıdakı şərtlərdən bəzilərinə cavab verildiyi təqdirdə bronkoskopiyaya göstəriş var: xəstənin 40 yaşdan yuxarı olması, ağciyər neoplazması, döş qəfəsi rentgenində anormal tapıntıların olması və ya hemoptizisin uzun müddət davam etməsi.
    • Pnevmoniyası olan və sonrakı döş qəfəsi rentgenoqrafiyalarında müsbət dinamika qeyd edilən və ümumi vəziyyəti kafi gənc pasiyentlər, ümumiyyətlə götürdükdə, hemoptizisə dair sonrakı araşdırmaları tələb etmirlər.

Müalicə

  • Müalicə qanaxma əmələ gətirən əsas səbəbin aradan götürülməsinə yönəldilməlidir.
  • Hemoptizis olduqca nadir hallarda profuz qanaxmaya səbəb olur və dərhal müalicə tələb edir. Çox az miqdarda olan hemoptizis isə ümumiyyətlə spontan şəkildə keçir.
  • Qanaxmaya səbəb ola biləcək dərmanların dayandırılması (aspirin, varfarin və s.)
  • Traneksam turşusu (Tranexamic acid) yalnız fibrinoliz yüksəlmiş olduqda (bıdxassəli şişlər, qaraciyər xəstəlikləri) faydalıdır.
  • Profuz hemoptizisin olması (200 ml-dən çox) həyat üçün təhlükəli ola bilər.
    • Əsas təhlükə bronxial şəxalərin qanla tutulması və xəstənin boğulmasıdır: xəstəni qanaxması olduğu güman edilən ağciyərin tərəfində yanı üstə yerləşdirin. Trendelenburgun mövqeyi qanaxmanı azalda bilər.
    • Əlavə oksigen verilməsi mümkündür.
    • Qan hava yollarından sorulub çıxarılmalıdır. Ağır öskürək refleksinin yatırılmasına, öskürək əleyhinə dərmanların (kodein, morfin) tətbiqi ilə cəhd edilə bilər.
    • Lazım gəldikdə hipovolemiyanın aradan götürülməsi və qırmızı qan hüceyrələrinin köçürülməsi mümkündür.
    • Pasiyent döş qəfəsi əməliyyatı hazırlığı olan ən yaxın xəstəxanaya göndərilir.

Müvafiq resurslar

  • Ədəbiyyat