Vərəm infeksiyasına məruz qalma
EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
EevaSalo
Qeyd: bu məqalə Finlandiya qanunvericiliyinə əsaslanır. Həmçinin yerli rəsmi qanunvericilik və təlimatlara baxın.
İnfeksiya riski
- Vərəm hava-damcı infeksiyasıdır. Tənəffüs sistemi vərəmi olan şəxs danışdıqda və ya öskürdürkdə damcılar havaya yayılaraq quruyur və havada asılı qalır. Digər insan hava ilə nəfəs aldıqda damcılar onların ağciyərlərinə düşür.
- İnfeksiya riski yüksəkdir
- infeksiya daşıyıcılarının tüpürcəyində bakteriyaların konsentrasiyası çox olduqda
- iki nəfərin eyni otaqda və ya eyni hava məkanında uzun müddət qaldıqda
- otaq və ya hava məkanı kiçik olduqda və ventilyasiya zəif olduqda.
- bəlgəmin rəngəlnmə ilə müayinəsi zamanı aşkar edilə bilinən çox sayda bakteriya ifraz edən və ya döş qəfəsinin rentgenoqrafiyasında kavernların tapıldığı şəxslər ən çox kontagiozdurlar.
Məruz qalma
- Vərəmə məruz qalma ehtimalı o zaman yüksək olur ki, şəxs kontagioz vərəmi olan şəxslə eyni otaqda olub və ya eyni daxili hava məkanını bölüşmüşdür.
Əlaqənin izlənməsi
- Hər vərəm diaqnozu qoyulmuş hal barədə məlumat verilməlidir.
- Əlaqənin izlənməsi kontagioz və ya digər mümkün infeksion vərəm hallarında və ya yenicə vərəmə yoluxma şübhəsi olduqda həyata keçirilir.
İnfeksion vərəm - kim yoluxub? (xəstə ilə təmasda olan şəxslərin aşkarlanması)
- Əgər infeksion vərəm diaqnozu qoyulubsa müalicə şöbəsi müvafiq müəssisələri məlumatlandırılmalıdır və əlaqələrin izlənməsinə, yəni vərəmə məruz qalmış insanların aşkarlanmasına başlanmalıdır.
- Əlaqələrin izlənməsi genişləndirilmiş çevrələrdə tətbiq edilməlidir. Birinci, ən çox təsirə məruz qalmış insanlar, yəni yaxın əlaqələr müayinə olunmalıdır, çünki onlar vərəm infeksiyasının inkişafı üçün ən yüksək risk qrupundadırlar. bu kiçik uşaqlar və immun sistemi zəifləmiş insanlardır. Əgər infeksiya müəyyən olunursa müayinələr daha geniş çərçivədə davam etdirilməlidir.
- 5 yaşından kiçik BCG peyvəndi edilməmiş və vərəmə məruz qalmış uşaqlar gecikdirilmədən müayiinə üçün ixtisaslı şöbəyə yönəldilməlidir.
- Əlaqənin izlənməsi haqqında məlumat infeksiyaya məruz qalmış şəxslər üçün cavabdeh olan səhiyyə mərkəzində infeksion xəstəliklərə cavabdeh olan həkim və tibb bacısına verilməlidir, və tibb bacısı və həkim sonra əldə etdiyi məlumatlarla infeksiyaya məruz qalmış şəxslərin siyahısını tramamlayacaq və müayinələri təmin edəcəkdir. Uşaqlar müayinə üçün ixtisaslaşmış yardım mərkəzlərinə yönəldilir.
Vərəmli uşaq və ya yeniyetmələr - kim infeksiya mənbəyidir?
- Uşaq və ya yeniyetmələrdə vərəm miliar vərəm və ya meningit kimi adətən yeni infeksiyanın əlamətidir. İnfeksiyanın mənbəyini tapmaq üçün əlaqələrin izlənməsinə ehtiyac vardır. İnfeksiyanın yayılmasından qaçmaq üçün vərəm infeksiyası olan insanlar tapılmalı və müalicə olunmalıdırlar.
Məruz qalmış insanların müayinəsi
- İnfeksiyaya məruz qalmış insanlardan anamnez toplanır və klinik müayinə tətbiq olunur. Onlara infeksiyanın olma ehtimalı və vərəmin simptomları haqqında məlumat verilir. Onlar hər hansı simptom aşkar etdikdə həkimə müraciət etmələri və həkimə müraciətə etdikləri zaman vərəm infeksiyasına məruz qaldıqlarını qeyd etmələri barədə təlimatlandırılır. Uşaqlar infeksiyaya məruz qaldıqda oxşar təlimatlar valideynlərə verilir.
- Bütün əlaqə izlənməsi əsasında müayinə olunmuş şəxslərə birinci müayinə zamanı döş qəfəsinin rentgenoqrafiyası edilməlidir. əgər infeksiyaya məruz qalmış şəxsdə vərəmi xatırladan əlamətlər inkişaf edirsə rentgenoqrafiya təkrarlanmalıdır. Hətta simptomların olmadığı hallarda infeksiya ehtimalından bir il sonra təkrari rentgenoqrafiya edilməlidir.
- İnfeksiyanın təsirinə məruz qaldıqdan bir neçə həftə və ya ola bilsin aydan daha tez döş qəfəsinin rentgenoqrafiyasında dəyişiklikləri təyin etmək mümkün deyildir.
- Uşaqlarda vərəm infeksiyası ehtimalı adətən tuberkulin testi və ya qan analizi (qamma interferonun azad etmə sınağı) ilə mayinə olunur. Müayinələr ixtisaslaşmış səhiyyə yardımı mərkəzində yerinə yetirilir; kütləvi infeksiyaya məruz qalma hallarında (məktəb, uşaq baxçası) onlar ixtisaslaşmış və ilkin səhiyyə sisteminin əməkdaşlığı ilə yerinə yetirilir.
- Vərəmə məruz qalmış hamilə qadınlarda da həmçinin döş qəfəsinin rentgenoqrafiyası edilir. Əgər simptomlar varsa rentgenoqrafiya hamiləliyin müddətindən asılı olmayaraq, əgər yoxdursa hamiləliyin sonlarına yaxın, uşaq dünyaya gətirməzdən əvvəl edilməlidir.
Uşaqlar və BCG peyvəndi
- BCG peyvəndi xəstəliyin kəskin pediatrik formaları, miliar vərəm və meningitə qarşı yaxşı, lakin xəstəliyin digər formalarına qarşı zəif müdafiə yaradır.
- məsələn, Finlandiyada BCG peyvəndi hal-hazırda yalnız risk qrupuna təklif edilir.
- Peyvənd edilməmiş və vərəm infeksiyasına məruz qalmış uşaqların gecikdirilmədən müayinələrinə başlamaq vacibdir, çünki onlarda infeksiya sürətlə yayıla və miliar vərəm və ya meningitə çevrilə bilər.
- 5 yaşından kiçik vərəm infeksiyasına ciddi olaraq məruz qalmış uşaqlarda dəri testi və ya laborator analiz vasitəsilə vərəm infeksiyası təsdiq olunmasa belə xəstəliyin sürətlə proqressivləşməsinin qarşısını almaq üçün vərəm infeksiyasının preventiv müalicəsinə (aşağıda latent vərəm infeksiyasının müalicəsinə baxın) başlamaq lazımdır. Test infeksiyaya məruz qalmanın ən son tarixindən 3 ay sonra təkrar olunur. Əgər neqativ olaraq qalırsa müalicə dayandırılmalı və BCG peyvəndi təklif edilməlidir.
- Uşaqlar adətən vərəmi yoluxdurmurlar. Uşaqda vərəm yeni infeksiya nəticəsindədir. İnfeksiya mənbəyini axtarın, çünki bu şəxs əgər müalicə olunmasa yaxın ətrafı üçün davamlı təhlükə yaradır.
Latent vərəm infeksiyasının (LVİ) müalicəsi
- Vərəm infeksiyasına yoluxmuş, lakin simptomlları olmayan və analizlər vasitəsilə əlamətləri müşahidə olunmayan şəxslərdə latent vərəm infekiyasının (LVİ) olması düşünülür.
- LVİ-nin müalicəsi müvafiq xəstəlik riskini 10 dəfəyə qədər azalda bilər.
- Müalicə 16 yaşından kiçik həqiqi vərəm xəstəliyi olmayan lakin vərəm infeksiyasının olması diaqnozu qoyulmuş uşaqlarda və vərəm infeksiyasına məruz qalmış peyvənd olunmamış uşaqlarda başlanılır.
- Gənclərdə farmakoterapiya da həmçinin risk qiymətləndirilməsinə əsaslanaraq düşünülə bilər. 35 yaşdan böyük insanlarda LVİ üçün farmakoterapiyanın zərərləri adətən faydalarını üstələyir.
- LVİ üçün adi müalicə 6 ay qəbuledilməklə izoniaziddir (İND). Alternativ olaraq izoniazid və rifampicinin kombinasiyası 3 ay ərzində verilə bilər.
Xəstəlik riski
- İnfeksiyaya yoluxmuş şəxsdə vərəmin inkişaf riski ilk iki ildə ən yüksəkdir. Təsirə məruz qalmış şəxslərin 10%-i xəstələnir.
- Xəstəliyin inkişafına həssaslıq yaşdan asılıdır. Kiçik uşaqlrda risk ən yüksəkdir. Demək olar ki, hər iki yoluxmuş körpədən birində aktiv xəstəlik inkişaf edir. Uşaqlarda həmçinin təhlükəli, sürətlə proqressivləşən xəstəlik formaları inkişaf edir. Ən aşağı risk 5-10 yaşlı uşaqlardadır, lakin yaş artdıqda pubertat və gənclik dövrlərində 10-20%-ə qədər yüksəlir.
- İnfeksiyaya yoluxmuş körpələrdə aktiv xəstəliyin inkişaf riski kifayət qədər yüksəkdir. 5 yaşından kiçik peyvənd olunmamış uşaqların təxminən 25%-də infeksiya vərəmin inkişafına aparıb çıxarır. 1 yaşdan kiçik yoluxmuş uşaqların təxminən ikisindən birində xəstəlik inkişaf edir.
Xüsusi vəziyyətlər
- Əgər uşaq bağçası və ya məktəb kimi bir yerdə vərəmə yoluxma halı aşkar edilibsə dərhal tibb müəsisəsinin mütəxəssislə konsultasiya üçün müraciyət olmalıdır və birlikdə vəziyyəti aradan qaldırma strategiyasını planlaşdırması məsləhət görülür.
- Əgər infeksiya ştamı vərəm əleyhinə dərmana rezistentdirsə əlaqə izlənməsi yuxarıda təsvir olunduğuna əsasən tətbiq olunmalıdır. Çoxsaylı dərman rezistentliyi olan vərəm infeksiyasına məruz qalmış şəxslər 2 il müddətində müşahidə olunmalıdırlar. Müşahidəyə cavabdeh olan həkimlər çoxsaylı dərman rezistentliyi haqqında məluymatlanıdırlmalıdırlar.
Səhiyyə işçiləri
- Səhiyyə işçilərinin vərəm infeksiyasının təsirinə məruz qalma riski bronxoskopiya və ya vərəm diaqnozu qoyulmamış xəstələrin autopsiyası zamanı xüsusilə yüksəkdir.
- Məsələn, Finlandiyada orta hesbala səhiyyə işçiləri arasında vərəm riski eyni yaşlı əhaliyə nisbətən aşağıdır.
Müvafiq mənbələr