Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda laringit

Mündəricat

Uşaqlarda laringit

EBM Klinik protokolları
05.12.2016 • Sonuncu dəyişiklik 05.12.2016
TarjaHeiskanen-Kosma

Əsaslar

  • Laringit kiçik uşaqlarda çox rast gəlinən bir infeksiyadır. Ən çox hallarda yaşı 6-36 ay olan uşaqlarda qeyd olunur. 
  • Əksər pasiyentlərdə yalnız yüngül simptomlar var və onlar evdə müalicə edilə bilərlər.
  • Xəstəlik spontan olaraq aradan qalxır. Tipik laringitin müalicəsində antimikrob dərmanlar, bronxodilatasiya edən dərmanlar, antihistamin preparatları və ya öskürək əleyhinə dərman vasitələrinin heç bir faydası yoxdur. 
  • Narahat edici simptomları olan pasiyentlər ambulator təxirəsalınmaz tibbi yardım bölməsində qlikokortikoidlərlə müalicə olunur. Lazım olduqda, həmçinin, nebulayzer vasitəsilə rasemik adrenalin də ilk tibbi yardım kimi verilə bilər. 
  • Aşağıdakı hallarda pasiyentlərin xəstəxanada monitorinq edilməsi tələb olunur: 
    • ilk tibbi yardım kimi verilmiş dərman preparatı ilə müalicəyə baxmayaraq həm vertikal vəziyyətdə, həm də sakit vəziyyətdə aydın inspirator stridor və nəfəsalma zamanı döş qəfəsində retraksiyası olan şəxslər
    • ilk tibbi yardım kimi verilmiş dərman preparatı ilə müalicə təyin olunduqdan qısa müddət sonra  (1-2 saat) simptomların residivləşməsi 
    • ilk tibbi yardım kimi verilmiş dərman preparatından sonra oksigenasiyasında hətta yüngül pozulması olan şəxslər
    • bakterial traxeit, laringit ağırlaşması kimi pnevmoniya və ya bəzi digər ağır infeksiyalara şübhə olduqda. 

Etiologiya

  • Laringit virus infeksiyasıdır. 
  • Paraqrip virusları ən çox rast gəlinən törədicilərdir. 
  • Qrip virusları daha ağır simptomları olan laringitə səbəb ola bilər.  

Anamnez və kliniki tapıntılar 

  • Diaqnostikada nəzərdən keçirilməli olan məsələlər cədvəldə təqdim edilmişdir.
  • Laringitin simptomlarına qəfil başlanan quru, xırıltlı, kar, "hürücü" öskürək, ağlamaq ilə əlaqədə inspirator fışıltı və küylü, çətin nəfəsalma (stridor) daxildir.
  • Çalışın ki, uşaq sakit olduğu və ağlamadığı zaman tənəffüsün çətinliyinin dərəcəsini və döş qəfəsinin hərəkətlərini müşahidə etməyə cəhd edəsiniz. Ən yaxşı an konsultasiyanın başlanğıcında, uşaq "ağ xalatı görərək ağlamağa" başlamazdan öncə ola bilər.  
  • Əgər uşaqda tənəffüs çətinlikləri varsa oksigenasiya nəbz oksimetriyası metodu ilə həmişə yoxlanılmalıdır və əgər lazımdırsa (oksigen saturasiyası 95%-dən az) əlavə oksigen təyin edilməlidir.
    • Nəfəsalmada çətinliklə yanaşı oksigenasiyada hətta yüngül bir pozulma baş verə biləcək tənəffüs çatışmazlığının (ventilyasiya pozulması) əlaməti ola bilər.
  • Qabırğa arası sahələrin və/və ya vidaci çüxurun retraksiyalarının tanınması üçün uşaq kifayət dərəcədə soyundurulmalıdır.
  • Təkrarlanan laringiti olan pasiyentlərdə daha əvvəlki epizodların ağırlığına əsasən hazırkı epizodiun ağırlıq dərəcəsi proqnozlaşdırıla bilər.
  • Əgər qızdırma yüksək olaraq qalırsa, ümumi vəziyyət pisləşirsə və təyin olunmuş dərman preparatı ilə müalicə müsbət dinamika vermirsə, bakterial infeksiya (pnevmoniya, bakterial traxeit, epiqlottit) barədə şübhələnmək lazımdır.
  • Əgər laringitli uşaqda davamlı qızdırma varsa və müalicəyə cavab vermirsə, pnevmoniyadan (və ya bakterial traxeitdən) şübhələnin."?>
  • Ağırlaşmamış laringitdə təxirəsalınmaz laborator analizlərə və ya rentgen müayinələrinə ehtiyac yoxdur.
Uşaqlarda laringitin diaqnostikasında qeyd edilməsi vacib olan məsələlər 
Kliniki xüsusiyyət  Əlavə təfsilat  Qeyd
Mənbə: Korppi M et al. Duodecim 2015;131:157–61.
Atipik yaş  Yaşı 6 (12) aydan az Qırtlağın mümkün struktur və ya funksional anormallığı 
Atipik kliniki mənzərə  Öskürək yoxdur, ağır kliniki mənzərə  Mümkün epiqlottit
İnspirator stridor Sakit vəziyyətdə stridor (uşaq ağlamadığı zaman) Dərman müalicəsi və xəstəxanada monitorinq tələb olunur
Oksigen saturasiyası 95%-dən azdır  Nəfəsalmada çətinliklə yanaşı hipoksiya tənəffüs çatışmazlığı riskindən xəbər verir. Əlavə oksigen, dərman müalicəsi və xəstəxanada monitorinq tələb olunur 

Müalicə

  • Tipik laringit spontan aradan qalxır.
  • Sərin, nəm hava ilk tibbi yardım kimi faydalıdır: uşaq vertikal vəziyyətdə valideynlərdən biri tərəfindən açıq pəncərəyə və ya çölə aparılmalıdır.  
  • Buxarla nəfəsalmanın effektivliyi barəsində heç bir elmi sübut yoxdur"?>.
  • Laringitdə qlikokortikoidlərin istifadəsi simptomatik yüngülləşmə gətirir. Deksametazon, betametazon və ya inqalyasiya edilən budesonid preparatlarından hər hansı biri verilə bilər.
    • Deksametazon 0,15–0,6 mq/kq peroral və ya əzələdaxili (maksimum doza 16 mq)"?>. Təsiredici effekt ləng özünü biruzə verir. 
    • Betametazon 0,25–0,4 mq/kq peroral (maksimum doza 7 mq). Mayedə həll edilmiş 0,5 mq-lıq tabletin dadı deksametazona nisbətən daha yaxşıdır.
    • Həmçinin, prednizolon 2 mq/kq dozada peroral verilə bilər. Lakin uşaqlar asanlıqla onu qusur. 
    • Əgər ehtiyac varsa, maksimum doza 2 mq olmaqla inqalyasiya edilən budesonid əlavə dərman vasitəsi kimi təyin edilə bilər. 
  • Nəfəsalmada ağır dərəcəli çətinlik zamanı rasemik adrenalin (0,5–1,0 mq/kq) nebulayzer vasitəsilə 5-10 dəqiqə ərzində verilə bilər"?>; cədvələ baxın. Bu çətinlik çox zaman 1-2 saatdan sonra təkrar qayıtdığı üçün bu uşaqlar ilk tibbi yardımdan sonra xəstəxanaya göndərilməli və ya nəfəsalmada çətinliyin qayıtmasına görə bu müddət üçün həkim otağında müşahidə edilməlidirlər. 
Uşaqlarda laringitin müalicəsi üçün nebulayzer1)vasitəsilə təyin edilən rasemik adrenalinin (22,5 mq/ml) dozası 
Uşağın çəkisi İnqalyasiya Məhlulu S2 Racepinephrine  USP 2,25 %-li (durulaşdırılmış1)
≤ 5 kq 0,2 ml (4,5 mq)
6–7 kq 0,3 ml (6,8 mq)
8–9 kq 0,4 ml (9,0 mq)
≥ 10 kq 0,5 ml (11 mq)
1) Rasemik adrenalin cədvəldə təqdim edilmiş dozalarda təyin edilir; nebulayzer vasitəsilə inqalyasiyadan qabaq göstərilmiş doza əlavə olaraq 2-3 ml 0,9%-li fizioloji məhlulda həll edilir.

Hospitalizasiya üçün göstərişlər 

 

Müvafiq resurslar

 

  • Ədəbiyyat