Xayalığın böyüməsi və ya xayalıqda palpasiya edilə bilən kütlə
EBM Klinik protokolları
23.05.2017 • Sonuncu dəyişiklik 23.05.2017
MikaRaitanen
Əsaslar
- Xayalıqda olan əksər kütlələrə palpasiya və xayalığın bir fənərlə transillüminasiyası vasitsəilə diaqnoz qoymaq asandır.
- Xayalardan kənarda olması hiss edilən və işığı keçirən törəmələr adətən xoşxassəlidir. Lakin bərk və işıq keçirməyən törəmə əksi sübut olunana qədər xaya xərçəngi kimi nəzərdən keçirilməlidir.
- Əgər xərçəng şübhələnilirsə, pasiyent ləngidilmədən bir mütəxəssisə göndərilməlidir.
- Əgər kütlənin yeri xayadan kənarda təyin edilə bilirsə
- xüsusi müayinələr olmadan hidrosele və spermatoseleni müəyyənləşdirin
- varikoseleni müəyyənləşdirin (nəsil artırma qabiliyyətinə təsir edə bilər)
- yırtığı aşkar edin və pasiyenti cərrahiyyə əməliyyatı üçün göndərin.
- Əgər kütlənin təbiəti ilə əlaqədar olan kliniki qiymətləndirmə qeyri-müəyyən qalmaqda davam edirsə, xayalığın ultrasonoqrafiyası əsas müayinədir.
- Xoşxassəli törəmələr arasında yalnız simptomlara səbəb olanların müalicəyə ehtiyacı vardır.
Hidrosele
- Hidrosele xayanı və xaya artımını əhatə edən vaginal qişa içərisinə mayenin yığılmasıdır.
- Transillüminasiyada xaya ətrafında maye görünür.
- Əgər ehtiyac varsa və əgər tapıntı palpasiya ilə qeyri-müəyyən olaraq qalırsa, diaqnoz ultrasonoqrafiya ilə dəqiqləşdirilə bilər.
- Çox zaman simptomsuzdur. Lakin böyüdükdə ağrı, təzyiq və mexaniki diskomfort hissinə səbəb ola bilər.
- Simptomlu hidrosele skleroterapiya və ya cərrahiyyə yolu ilə müalicə olunur.
- Maye yığılması təkrar baş verdiyi üçün iynə aspirasiyası faydasızdır.
Spermatosele
- Rastgəlmə tezliyi 10–30%
- Girdə, daha çox yumşaq, işığı keçirən kütlə. Adətən xayadan yuxarıda yerləşərək ondan ayrıdır. Çox kameralı ola bilər.
- Kiçik, simptomsuz spermatoselenin heç bir müalicəyə ehtiyacı yoxdur.
- Bezdirici böyük spermatosele aspirasiya ilə yanaşı skleroterapiya və ya cərrahiyyə yolu ilə müalicə edilir.
Varikosele
Qasıq yırtığı
- Qasıq kanalının dəliyində bir şişkinlik kimi görünür. Adətən barmaqlarla yerinə salınma asandır. Yırtılqar barədə əlavə oxuyun.