Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sidik daşları

Mündəricat

Sidik daşları

EBM Klinik protokolları
05.07.2017 • Sonuncu dəyişiklik 06.09.2017
TimoLaurila

Əsaslar

  • Kəskin hücumun müalicəsi pasiyentin ilk müraciət etdiyi səhiyyə müəssisəsi şəraitində venadaxili QSİƏD, bir analgetiklə kombiasiyada spazmolitik və ya  bir opioid preparatla başlanır. 
  • Konservativ müalicə üçün uyğun olan pasiyentlər ilk növbədə alfa1-blokatorlarla müalicə edilirlər.
  • Diagnoz ultrasonoqrafiya ilə, ixtisaslı müalicə müəssisələrində isə getdikcə daha çox spiral KT müayinəsi ilə təsdiqlənir. Böyrəklərin həyat qabiliyyəti təqib edilərək yoxlanır.   
  • Daş xaric edilir və analiz olunur.  
  • Residiv riskini azaltmaq üçün sidik daşlarının etiologiyasının tapılmasına görə laborator müayinələrə həmişə göstəriş vardır.

Daş tipləri və onların etiologiyası 

Kalsium daşları

  • Bütün sidik daşlarının 75–85%-i
  • Ən çox yaşı 20-dən yuxarı olan kişilərdə qeyd edilir 
  • Çox zaman irsi meyl aydın olur
  • Etiologiya
    • İdiopatik hiperkalsiuriya 25–30%
    • Hipositraturiya 20–25%
    • Hiperurikosuriya 10%
    • Birincili hiperparatiroidizm 5%
    • Hiperoksalaturiya (pəhriz, acı və ya qalça bağırsağın rezeksiyasından sonra) 15–30%
    • Nadir hallar, məsələn, renal tubular asidoz

Urat daşları

  • bütün sidik daşlarının 5–8%-i
  • Daha çox kişilərdə rast gəlinir 
  • Çox zaman anadangəlmə (dehidratasiya ilə trigger edilə bilər), sidik pH < 5,5 olması şübhə oyada bilər. 
  •  20%-də səbəb podaqradır.

Sidik traktı infeksiyaları ilə əlaqəli olan daşlar 

  • Çox zaman maqnezium ammonium-fosfatdan ibarətdir
  • bütün sidik daşlarının 10–15%-i
  • Qadınlarda daha çox rast gəlinir  
    • Sidik traktı infeksiyasının (Proteus, staphylococci, E. coli) bir nəticəsi olaraq formalaşır.

Sistin daşları 

  • Anadangəlmə metabolik qüsur 
  • Bütün sidik daşlarının təxminən 1%-i 

Sidik axarı sancısının simptom və əlamətləri 

  • Tipik pasiyent bir orta yaşlı kişidir.  
  • İntensiv sancı kimi olan ağrı qabırğa qövsündən çəpinə qarının aşağı hissəsinə, qasıqlara və xayalara irradiasiya edir. Əgər daş sidik axarının distal hissəsindədirsə, sidik ifrazı zamanı ağrı çox rast gəlinir.  
  • Ürəkbulanma və qusma çox rast gəlinir. 
  • 90% hallarda mikroskopik və ya nadir hallarda makroskopik hematuriya 
  • Anamnezdən çox zaman daha erkən epizodlar bilinir və ailədə xəstəlik hadisələri vardır. Residivlər üçün meyl 10 ildə 50%-dir.  
  • Perkussiyada çox zaman böyrəklərin həssaslılığı müşahidə edilir. 
  • Pasiyent sakit qalmaqda çətinlik çəkir (məsələn, pasiyentin sakit uzanmağa üstünlük verdiyi peritonitin əksinə olaraq) 
  • Daşların 75–90%-i radio-şəffafdır (urat daşları görünmür, sistin daşları isə pis görünə bilər).
  • Kiçik daşlar adi rentgen müayinəsində pis görülür. 
  • Böyrəkdə daş xroniki bel ağrısına və infeksiyalara səbəb ola bilər. 

Differensial diaqnoz

  • Yoğun bağırsaqla əlaqəli ağrı 
  • Appendisit
  • Öd sancısı hücumu, dispepsiya 
  • Aorta anevrizması
  • Ginekoloji vəziyyətlər
  • Xayanın burulması
  • Böyrək infarktı (adi KT müayinəsində görünmür)

Ağrı hücumu üçün ilk yardım

Müayinə strategiyası 

İlkin səhiyyə xidmətində müalicə    

Konservativ müalicə 

İzləmə müayinələri 

Şok-dalğa litotripsiyası və daşın endoskopik xaric edilməsi üçün göstərişlər

 

Əlaqəli resurslar

 

Teichman JM. Clinical practice. Acute renal colic from ureteral calculus. N Engl J Med 2004 Feb 12;350(7):684-93.