Yeniyetmələrin marqinalizasiyası
EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
MattiKaivosoja
Əsas məqamlar
- Sosial və ya psixi problemlərə görə marqinalizasiya olunmuş yeniyetmələr səhiyyə xidmətlərindən az yararlanırlar.
- Marqinalizasiya kompleks prosesdir, lakin tez-tez ciddi sağlamlıq problemləri ilə (birincili və ya ikincili) kombinasiya olunur. Əlillik və xronik xəstəliklər marqinalizasiya rikini artırır.
- Marqinalizasiya bir çox xoşagəlməz vəziyyətlərin son nəticəsi ola bilər: yeniyetmə eyni zamanda iqtisadi vəziyyət, təhsil, yaşayış şəraitləri və həyatda lazım olan bacarıqların öyrənilməsində yaşıdları ilə müqaisədə daha pis vəziyyətə düşə bilər.
- Hətta iqtisadi təhlükəsizlikdə yaşayan yeniyetmələr də marqinalizasiya oluna bilərlər.
- Tamamlanmamış təhsil marqinalizasiya riskinin ən vacib əlamətidir.
- Bəzi hallarda tamamlanmamış təhsil pozitiv nəyə isə işarə ola bilər, yeniyetmənin aktiv planlarının dəyişməsini göstərə bilər. Yeniyetmənin vəziyyətini onun öz məqsəd və planlarına münasibətdə qiymətləndirmək vacibdir.
Yayılması
- Marqinalizasiyaya məruz qalma riski olan yeniyetmələrin sayını müəyyən edilməsi tənqid olunur, çünki həqiqi say marqinalizasiya fenomenin tərifindən asılıdır.
- Əvvəllər marqinalizasiyaya əsasən oğlanlar məruz qalırdırlar. Gender fərqlərin aradan qalxması ilə yanaşı alkoqol və psixoaktiv maddədən sui-istifadədəsi ilə əlaqədar qızların marqinalizasiyası riski də həmçinin yüksəlmişdir.
- Əksər uşaq psixiatrik xəstələri oğlanlardır, lakin 13-14 yaşda daha çox qızlar təsirə məruz qalır.
- Tibbi yardıma ehtiyacı olan oğlanların nisbəti artdıqca uşaq rifahı xidmətlərinə ehtiyacı olanların nisbəti də artmaqdadır.
- Uşağın anamnezində sosial xidmətlərinə ehtiyacı hər zaman marqinalizasiyaya gətirib çıxarmır və heç də bütün marqinalizasiya olunmuş yeniyetmələrdə belə anamnez olmur. Bu hissəvi olaraq uşaq sosial xidmətlərinin heç də həmişə marqinalizasiya riski olan bütün uşaqları təyin edə bilməməsi faktını izah edir.
Marqinalizasiya üçün səbəblər
- Kəskin psixi pozuntular (depressiya, psixoz, inkişaf pozuntuları)
- Öyrənmə çətinlikləri
- Asosial davranış
- Alkoqol və ya psixoaktiv maddə istifadəsi
- Əlverişsiz yaşayış şəraiti, məsələn, məktəbdə bullinq, sosial münasibətlərdən uzaqlaşma (yeniyetmələrin özü və ya ailəsi tərəfindən təkan verilən)
Marqinalizasiyaya məruz qalmış yeniyetmələrdə tibbi problemlər
- Aşağıdakı 3 vacib faktor intiharla assosiasiya olunur: alkoqol istifadəsi, asosial davranış və depressiya.
- Problemlər tez-tez qeyd olunur, lakin kömək vasitəsləri kifayət qədər deyildir. Tibbi yardım xidmətlərinin alması üçün yeniyetmələrin tez-tez zəif motivasiyalı olması və az diqqət alması düşünülür.
- Yeniyetmələrin problemləri nə qədər çox differensiasiya edilərsə o daha hərtərəfli yardım əldə edə bilər.
- Psixi faktorlarla əlaqədar marqinalizasiya riski tez-tez yardım üçün ambivalent yanaşma ilə assosiasiya olunur: yeniyetmə yardıma ehtiyac işarəsi verir və eyni zamanda yardımı rədd edir.
Marqinalizasiya olunmuş yeniyetmələrin aşkarlanması və müalicəyə yönəldilməsi
- Marqnizalizasiyaya səbəb olan mümkün psixi xəstəlik müəyyən edilməli və müalicə edilməlidir. Əgər yeniyetmə hələ də təhsil müəssisəsində qeydiyyatdadırsa, qiymətləndirilmə əsas olaraq tələbə tibbi xidmətlərində yerinə yetirilir.
- Hətta istəksiz bir yeniyetmə adətən onun eşidildiyinə və yardım vasitələrinin ona təsir etdiyinə əmin olduqda dəstəyi qəbul etmək istəyəcəkdir.
- Yarımçıq saxlanılmış təhsil yenidən başlanılmalı, peşə təlimi gücləndirilməli və peşə treyninqi, təlim-tipli təhsil və ya peşə fəaliyyəti reabilitasiyası kimi imkanlar qiymətləndirilməlidir.
- Qeyri-könüllü vasitələr nadir hallarda lazım olur. Bunun əvəzində dəyişkənlik, yeniyetmə ilə kifayət qədər vaxt keçirtmək və rutin yanaşmalardan uzaqlaşmaq multiprofessional əməkdaşlıq kimi vacibdir. Əməkdaşlığın başlanğıcında bir neçə görüş tələb olunur.
- Əgər şəxs hələ də yetkinlik yaşına çatmayıbsa valideynlər onun yardımında iştirak etməlidirlər. Sosial xidmətlərlə əməkdaşlıq tez-tez tələb olunur. Müxtəlif dəstəkləyici xidmətlər təşkil oluna bilər, lakin yeniyetmənin razılığı tələb olunur. Uşaq sosial xidmətləri qaydaları imkan verir ki, lazım gəldikdə yeniyetməni evdən kənarda yerləşdirilsin.
- Gənc şəxsin gündəlik həyatının davam etməsinə kömək etmək vacibdir. Ya yarımçıq saxlanılmış təhsil yenidən başlanılmalı və ya peşə təlimi gücləndirilməli və peşə treyninqi, təlim-tipli təhsil və ya peşə fəaliyyəti reabilitasiyası kimi imkanlar qiymətləndirilməlidir.
- Hətta marqinalizasiya riski məsələn, depressiya səbəbindəndirsə ilk öncə gənc şəxsin yenidən məktəb təhsilinə qatılmasına və ya praktik fəaliyyətə başlanmasına kömək etmək və bunlar bərpa edildikdən sonra həqiqi müalicəni təyin etmək daha effektivdir.
- Problemləri qiymətləndirərkən administrativ səthədlərlə yaxın əməkdaşlıq tələb olunur. Təşəbbüs istənilən xidmət tərəfindən başlanıla bilər: tələbə sosial və ya tibb xidmətləri, cəmiyyət sosial xidmətləri və ya məşğulluq orqanları.
- Ayrıca gənclərlə iş və gənclərə sosiasl yardım işi gənclərlə əlaqə yaratmaq və onların gündəlik əhatəsində onlara yardım etməyi məqsədi güdən metodlardır.
- yeniyetmədən sadəcə razılaşmanı tələb etməsindənsə onunla daha çox əməkdaşlıq haqqında müzakirələr aparmaq vacibdir. Buna baxmayaraq gənc insanın reabilitasiya prosesində məsuliyyəti tədricən artırılmalı və planların həyata keçirilməsi sistemli şəkildə müşahidə olunmalıdır.
Müvafiq mənbələr