Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Cinsi yolla ötürülən nadir xəstəliklər; şankr

Mündəricat

Cinsi yolla ötürülən nadir xəstəliklər; şankr

EBM Klinik protokolları
26.05.2017 • Sonuncu dəyişiklik 26.05.2017
EijaHiltunen-Back

Yumşaq şankr (yumşaq şankr (ulcus molle), şankroid)

Etiologiyası

  • Qram - mənfi bakteriya Haemophilus ducreyi

Epidemiologiyası

  • Avropada nadir hallarda olsa da tropik zonalarda bu xəstəliklərə daha çox rast gəlmək mümkündür, məsələn, Afrika

Simptomlar

  • İnkubasiya müddəti 3 - 7 gün
  • Eritematoz disklərlə əhatə olunmuş bir və ya bir neçə yumşaq, aşınmış genital sızanaqlar (pustullar (içi irinli yaralar))
  • Əksər hallarda unilateral, ağrılı inquinal (qasıq) limfa düyünlərinin böyüməsinə (bubonlar) təsadüf edilir, hansı ki, onlar aşınaraq  sonradan irinli abseslərə çevrilir.

Diaqnozu

  • Bakteriyanın əkilməsi çox çətindir və bu üsul dünyanın hər yerində həyata keçirilmir. Bakteriyaların nuklein turşusu testi vasitəsilə müəyyən edilməsi bəzi Avropa ölkələrinin laboratoriyalarında mümkündür.
  • Diferensial diaqnostikada sifilis və genital herpes nəzərə alınmalıdır.

Müalicə

  • Birinci sıra: seftriakson 250 mg ə.d və ya azitromisin 1 g tək doza olaraq
  • İkinci sıra: siprofloksasin 500 mg 3 gün ərzində gündə iki dəfə və ya eritromisin 500 mg 7 gün ərzində gündə 3 və ya 4 dəfə

Lymphogranuloma venereum (LQV)

Etiologiyası

  • Chlamydia trachomatis-ın L1, L2 və ya L3 serovarları
  • D-K serovarlarının səbəb olduğu xlamidiya infeksiyası

Epidemiologiyası

  • Avropada yalnız cinsi tərəfdaşı kişi olan kişilərdə təsadüf edilir.
  • Tropik bölgələrdə mövcud olan bir neçə endemik regionlarda təsadüf edilir.

Klinik tablo və diaqnoz

  • Genital nahiyədə limfa toxumasının infeksiyası
  • İnkubasiya müddəti 1 - 2 həftədir.
  • Avropada LQV kişilərdə proktit (düz bağırsaq və anusun iltihabı) olaraq təsadüf edilir; diferensial diaqnostikada bağırsağın iltihabi xəstəlikləri nəzərə alınmalıdır.
  • Klassik formalarda ilkin əlamət sonradan parçalanıb özbaşına sağalan ağrısız suluq (pustula) olur. Bir neçə həftədən sonra inquinal (qasıq) limfa düyünləri birləşərək irinli bubonlar əmələ gətirir.
  • Klinik tablosu uretrit, proktokolit (inək südünün proteinlərinə qarşı allergiyası olanlarda qalın bağırsağın son hissəsinin iltihablaşması) və sonrakı mərhələlərdə xroniki və büzüşmüş fistulalar və sıx izlərlə müşayiət edilə bilər.
  • Əgər LQV-dən şübhələnilərsə və Xlamidiyaya qarşı nuklein turşusu testi müsbət çıxarsa, laboratoriya spesifik C. trachomatis serovarını müəyyən etmək üçün növbəti testin həyata keçirilməsini tələb edə bilər.
  • Xlamidiya antitellərinin yüksək titri diaqnozu təstiqləyir. LQV-dən şübhələnildikdə C. trachomatis kulturası nəzərdən keçirilə bilər.

Müalicəsi

  • Doksisiklin 100 mg 21 gün ərzində gündə iki dəfə və ya eritromisin 500 mg 21 gün ərzində gündə dört dəfə.
  • Növbəti müayinə müalicədən 4 həftə sonra həyata keçirilir (C. trachomatis nuklein turşusu testi).
  • İnfeksiya haqqında yerli qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara məlumat verilməlidir.
  • Digər STD-lər üçün test.
  • Digər yoluxmuş şəxsi müəyyən və müalicə etmək məqsədilə infeksiya izlənilməlidir.

Granuloma inguinale (donovanosis)

Etiologiyası

  • Qram - mənfi hüceyrədaxili Calymmatobacterium granulomatis bakteriyası

Epidemiologiyası

  • Bir neçə gündən sonra aşınıb ölçücə böyüyən genital suluqlar (papulalar); limfadenopatiyaya təsadüf edilmir.
  • Müalicə olunmadıqda xəstəlik xroniki, qranulomatoz və toxumaların məhv edilməsilə gedən infeksion prosesə qədər proqressivləşir.
  • Donovanoz zamanı nadir hallarda ekstragenital proseslərə də təsadüf edilir.
  • Histoloji müayinə zamanı Donovan cisimləri təyin edilir.

Müalicəsi

  • Birinci sıra: azitromisin 1 g 3 - 4 həftə ərzində həftədə bir dəfə və ya xəstəlik sönənə qədər.
    •  Alternativ olaraq oksisiklin 100 mg gündə iki dəfə və ya eritromisin 500 mg gündə 4 dəfə (müalicə prosesi yuxarıda qeyd edildiyi kimi aparılır).

Müvafiq resurslar

Kemp M, Christensen JJ, Lautenschlager S et al. European guideline for the management of chancroid, 2011. Int J STD AIDS 2011;22(5):241-4. de Vries HJ, Zingoni A, Kreuter A et al. 2013 European guideline on the management of lymphogranuloma venereum. J Eur Acad Dermatol Venereol 2015;29(1):1-6.