Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Çiynin rotator manjetinin pozğunluqları

Mündəricat

Çiynin rotator manjetinin pozğunluqları

EBM Klinik protokolları
14.06.2018 • Sonuncu dəyişiklik 09.08.2018
MarttiVastamäki

Əsaslar

  • Rotator manjetin ağrılı vəziyyətlərinin müalicəsinin əksəriyyəti üçün sakitlik, pasiyentin təlimatlandırılması və QSİƏD-lər kifayətdir.
  • Uzanmış iltihabi vəziyyətlər qlikokotikoid inyeksiyaları ilə müalicə olunur.  
  • Rotator manjetin cırılması müəyyən edilməlidir. Yaxşı nəticə alınması üçün iri cırılma travmadan sonrakı bir neçə ay ərzində əməliyyat olunmalıdır. 

Epidemiologiya

  • Rotator manjet sindromu, yəni rotator manjetin tendiniti çiynin rotator manjetinin cəlb edildiyi ən çox rast gəlinən pozğunluqdur. Halların 90%-də tinüstü əzələnin vətəri irritasiya olunmuşdur (tinüstü əzələnin tendiniti).  
  • Bu pozğunluq 40 - 50 yaşlı şəxslərdə xeyli çox rast gəlinir.
  • Əmək qabiliyyətli şəxslərdə çiyin (bazu) oynağı problemlərinin əksəriyyətinin mənbəyi rotator manjetdir.
    • Rotator manjet sindromunu fiziki yüklənmə meydana çıxarır. Çiyin oynaqlarına adətən kiçik gərginlik verən şəxs üçün, məsələn, evin böyük təmizlənməsi işləri uzun çəkən çiyin problemlərinə səbəb ola bilər.   
    • Bu problem təkrarlanan gərginlik nəticəsində də baş verə bilər. 
  •  Bir çox hallarda xroniki tendinitin səbəbi vətərdə degenerasiya və qan dövranı pozğunluğu, eləcə də vətərin akromion və dimdiyəbənzər - akromial bağ arasında sıxılmasıdır. 
  •  Çiyin anamnezdə aşkar travmasız  ağrılı olduqda pasiyentin yaşı bu patologiyanın qiymətləndirilməsində əhəmiyyətlidir.  
    • 30 yaşa qədər olan şəxslərdə xroniki çiyin problemi çox zaman oynağın həddən artıq zəifliyindən (qeyri - stabilliyindən) yaranır.  
    • Orta yaşlı şəxslərdə səbəb çox zaman rotator manjet sindromudur. Bu sindromda çox zaman bir vətər də akromionun altında sıxılır (sıxılma və ya "impincment" sindromu).
    • 50 - 55 yaşdan sonra ağrı ən çox rotator manjetin cırılması nəticəsində baş verir. 
  • Çiyin oynağının müayinəsi üçün, baxın .

Müalicə taktikasının seçilməsi

Çiyində vətər pozğunluqlarının müalicə taktikasının seçilməsi. Mənbə: Finnish Current Care guideline The tendon disorders of the shoulder, 2014.
  Vətərdə tam qalınlıqlı cırılma yoxdur   Vətərdə tam qalınlıqlı cırılma 
Əsasən konservativ müalicə Tendinopatiya  Kiçik (< 1 sm) tam qalınlıqlı cırılma, əgər aktiv hərəkət diapozonu məhdudlaşmayıbsa 
Qeyri - spesifik subakromial ağrı Yaşlı bir pasiyentdə degenerasiya ilə əlaqəli cırılma 
Hissəvi cırılma  Sadə rentgenoqramda əhəmiyyətli dərəcədə artroz dəyişilikləri 
  Sadə rentgenoqramda bazu sümüyü və akromion arasındakı sahə əhəmiyyətli dərəcədə azalıb 
  MRT-də cırılmış vətərin başcığı kürək sümüyünün qlenoid çüxuru səviyyəsindədir və ya bundan medial tərəfdədir.
  MRT-də cırılmış vətərə aid olan əzələdə əhəmiyyətli dərəcədə piy atrofiyası
Cərrahiyyə nəzərdən keçirilməlidir   Bədbəxt hadisə ilə əlaqədar baş vermiş tam qalınlıqlı cırılma  (əgər aktiv hərəkət diapozonu tamdırsa, kiçik girdə əzələdən başqa)
  Əgər müvafiq konservativ müalicə nəticə verməyibsə degenerasiya ilə əlaqəli cırılmalar, xüsusilə əmək qabiliyyəti yaşında olan şəxslərdə 

Rotator manjet sindromu və sıxılma ("impincment") sindromu 

Müalicə

Tinüstü əzələ tendinitində inyeksiya texnikası

Kirəcləşən tendinit

Akromioplastika 

Rotator manjetin cırılması

Simptomlar

Diaqnoz 

Miüalicə

Cərrahiyyə üçün meyarlar

 

Əlaqəli resurslar