Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Digər psixi pozuntularla birlikdə olan depressiyanın müalicəsi

Mündəricat

Digər psixi pozuntularla birlikdə olan depressiyanın müalicəsi

EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
SamiPirkola

Əsas məqamlar 

  • Depressiya ilə birlikdə xəstənin tez-tez digər psixi pozuntuları da olur, ən çox rast gəlinən təşviş pozuntuları (təxminən 50%), psixoaktiv maddələrdən sui-istifadə pozuntuları (10-30%-də) və şəxsiyyət pozuntularıdır (təxminən 50%-də).  
  • Assosiasiya olunan xəstəliklərin proqnoz və funksional qabiliyyətdə ciddi əhəmiyyəti olduğu üçün xəstələrin yanaşı baş verməsi müalicəni daha çətinləşdirir və funksional qabiliyyətin azalması riskini yüksəldir. 
  • Əgər xəstədə aşağıdakılar varsa komorbidliyin kəskin olması düşünülür:
    • kəskin şəxsiyyət pozuntusu və ya psixoaktiv maddələrdən sui-istifadə pozuntusu və yaxud
    • kəskin yanaşı psixi pozuntular. 

Depressiya və psixoaktiv maddədən sui-istifadə pozuntuları

  • Depressiya psixoaktiv maddədən sui-istifadə edən və ya asılılıq olan xəstələrdə tez-tez rast gəlinir. Psixoaktiv maddədən sui-istifadə də həmçinin depressiv pozuntulara səbəb ola bilər. 
    • "İkili diaqnoz" termini tez-tez psixoaktiv maddədən sui-istifadə pozuntuları və psixi pozuntular eyni xəstədə kombinasiyasını göstərmək üçün istifadə olunur.   
  • Böyük depressiyası olan xəstələrin 10-30%-də yanaşı olaraq psixoaktiv maddədən asılılıq və ya sui-istifadə (əksər hallarda alkoqol istifadəsi) olur. Qadınlarda kişilərə nisbətən depressiya psixoaktiv maddə pozuntusuna başlanğıc verə bilər. Ümumilikdə baxdıqda isə, psixoaktiv maddə istifadəsi pozuntuları daha çox depressiyadan əvvəl yaranır. 
  • Yanaşı psixoaktiv maddədən sui-istifadə pozuntusu intihar riskini yüksəldir. 
  • Müalicə seçimləri: cədvələ baxın.
  • Müalicə inteqrasiya edilmiş şəkildə yerinə yetirilməlidir, yəni depressiya və psixoaktiv maddədən sui-istifadə pozuntusu mümkün olan üsullarla birlikdə müalicə olunmalıdır. Birlikdə rast gələn depressiya və alkoqol asılılığının ayrı, lakin yanaşı farmakoloji müalicəsinə dair bəzi ümidverici ön araşdırmaları vardır. 
  • Həmçinin baxın . 

Depressiya və təşviş pozuntuları 

  • Depressiya və təşviş pozuntularının yanaşı olması tez-tez rast gəlinən klinik problemdir və məqsəd hər iki pozuntunun simptomlarını idarə etməkdir. 
  • Antidepressantlar həm depressiya və həm də əksər təşviş pozuntularında (spesifik fobialar istisna olmaqla) effektivdir. Onlar həmçinin depressiya və təşviş pozuntuları birlikdə rast gəldikdə depressiv xəstələrin təşviş simptomlarında da həmçinin effektivdir. 
  • Serotonin intraneyronal udulmasının selektiv inhibitorları demək olar ki, bütün təşviş pozuntularında effektivdir və məsləhət görülür (cədvələ baxın ). 
  • Panik pozuntulu xəstələr SİUSİ-nin təsirindən həddindən artıq stimulyasiya və təşvişin artmasına həssasdırlar və SİUSİ-nin dozası bu xəstələrdə tədricən artırılmalıdır. 
  • Antipsixotiklər depressiyalı xəstələrdə generalizə olunmuş təşviş pozuntusu, post-travmatik stress pozuntusu (PTSP) və obsessiv-kompulsiv pozuntu (OKP) simptomlarında effektiv ola bilərlər. 
  • Psixoterapiyaya ehtiyac və onun növünü düşünərkən yanaşı gedən təşviş pozuntusu ehtimalını qiymətləndirmək vacibdir. 
  • Yanaşı gedən pozuntuların müalicəsində müxtəlif müalicə növlərinin (məsələn, dərman müalicəsi və psixoterapiya) kombinasiyası xüsusilə faydalıdır. 

Depressiya və şəxsiyyət pozuntuları

  • Yanaşı sərhəddi tip şəxsiyyət pozuntusu olan depressiyalı xəstələr adətən ixtisaslı müalicə tələb olunur. 
  • Əgər xəstədə yanaşı olaraq sərhəddi şəxsiyyət pozuntusu (cədvələ baxın ) varsa SİUSİ-nin istifadəsi məsləhət görülür. 
    • Şəxsiyyət pozuntusunun farmakoloji müalicənin nəticələrinə mənfi təsirinin olmaması müşahidə olunmuşdur. 
  • Bir neçə il davam edən uzunmüddətli psixoterapiya mümkün olduqda, xəstənin motivasiyalı olması və psixoterapiyadan fayda əldə edə bilmək imkanı olduqda düşünülə bilər. Həmçinin baxın . 
  • Özünə zərərvermə davranışı və sərhəddi tip şəxsiyyət pozuntusu ilə əlaqəli olan digər təzahürlər mental dəyərlərə əsaslanan dialektik davranış terapiyası (DDT) və ya psixodinamik psixoterapiyanın daxil olduğu terzpevtik proqramlar vasitəsilə effektiv şəkildə yüngülləşdirilir. 
Komorbid vəziyyətlər olan xəstələrin müalicəsi
Komorbid vəziyyətlət SİUSİ  Digər antidepressantlar Qısa psixoterapiya  Digər müalicələr
Depressiya və psixoaktiv maddələrdən istifadə pozuntuları ++ Psixoaktiv maddərnin kəsilmə terapiyaları
Depressiya və təşviş pozuntuları (generalizə olunmuş təşviş pozuntusu, panik pozuntular, sosial fobia)  ++ + +  
Depressiya və şəxsiyyət pozuntuları (sərhəddi tip şəxsiyyət pozuntusu) ++ Kiçik dozada antipsixotik, əhval stabilləşdirici dərman müalicəsi, uzunmüddətli psixoterapiya

İkiqat depressiya 

  • Böyük depressiya pozuntusu olan xəstələrin təxminən 10-20%-də depressiyadan əvvəl uzunmüddətli, daha mülayim distimiya pozuntusu olur; Xəstənin ikiqat depressiyadan əziyyət çəkdiyi deyilir. 
  • Əvvəlcə mülayim depressiyanın olması tam bərpa üçün pis proqnoz olması mənasını verir. 
  • Müalicə normal depressiyadakına oxşardır, lakin qalıq simptomlara və düzgün müşahidəyə xüsusi diqqət yetirmək lazımdır. 

Qış fəsli affektiv pozuntular (FAP)

  • Xəstədə xüsusilə payız və qışda böyük depressiv pozuntu epizodları olur.
  • Depressiya simptomlarıına əlavə olaraq, atipik simptomlar adlanan simptomlar da həmçinin müşahidə olunur. bunlara hipersomniya, gündüz yorğunluğu, iştahanın yüksəlməsi, çəki artımı və ətraf mühit faktorlarına reaktivlik daxildir. 
  • Müalicə üçün gur işıq istifadə olunmuşdur (yaşıl/mavi/sarı, lakin ultrabənövşəyi dalğa tezlikli olmayan). FAP-ın tipik simptomları üçün dozalanma-cavab münasibətləri müşahidə edilmişdir. 

Müvafiq mənbələr

  • Koxran icmallar
  • Ədəbiyyat

Pettinati HM, O'Brien CP, Dundon WD. Current status of co-occurring mood and substance use disorders: a new therapeutic target. Am J Psychiatry 2013;170(1):23-30.