Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Gicgah - çənə oynağının çıxığı

Mündəricat

Gicgah - çənə oynağının çıxığı

EBM Klinik protokolları
24.05.2017 • Sonuncu dəyişiklik 04.11.2015
Editors

 

Əsas məqamlar

  • Gicgah - çənə oynağının çıxığı bəzi şəxslərdə spontan və ya travma nəticəsində, əsnədikdə, diş müayinəsi aparılarkən  və s. hallarda baş verə bilər. 
    • Çıxıq çox zaman birtərəflidir, lakin ikitərəfli də ola bilər.
    • Kəskin çıxıq asanlıqla residivləşən hala çevrilir.
  • Aşağı çənənin zədələnmədiyi hallarda, repozisiya adətən çətin deyildir.
  • Əgər alt çənə çıxaraq arxaya doğru getmişdirsə, pasiyentdə kondilyar çıxıntının qırılması təyin edilir. Belə hallarda ağız və üz - çənə cərrahı ilə birbaşa məsləhətləşmə aparılmasına ehtiyac var.

Simptomları

  • Pasiyent ağzını qapaya bilmir.
  • Mandibulyar kondilus adətən yerindən çıxaraq gicgah sümüyünün oynaq qabarından öndə yerləşir. Kondilus çənə çuxurundan tam çıxdıqda palpasiya edilən preaurikulyar batıq tapılır.
  • Birtərəfli çıxıqda çənə sümüyünün başı əks tərəfə sarpır.

Müalicəsi

  1. Xəstəni oturaq vəziyyətə gətirin. Əgər köməkçi bir şəxs varsa, o, xəstənin arxasında dayanaraq onun başını tutur. Köməkçi xəstənin yanağını yumşaq bir şəkildə masaj edərək çeynəmə əzələlərinin gərginliyini azaltmağa çalışa bilər.
  2. Hər iki baş barmağınızı xəstənin ağzının içərisində son molyar dişlərin arxasında mümkün qədər dərinlikdə yerləşdirin. Qalan barmaqlarınız ilə bayırdan aşağı çənəni tutub saxlayın. Əzələlər oynağı yerinə salana qədər çənəni ehtiyatla aşağıya doğru itələyin.
  • Əgər çıxığın repozisiyası uğurlu deyilsə, xəstə adətən həmin gün üz - çənə cərrahının yanına məsləhət üçün göndərilir.
  • Tez - tez residiv verən çıxıqlar varsa,  pasiyent üz - çənə carrahına göndərilir.

Müvafiq resurslar