Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
İnfluenza

Mündəricat

İnfluenza

EBM Klinik protokolları
11.02.2017 • Sonuncu dəyişiklik 15.09.2017
Editors

Əsas müddəalar

  • Şimal yarımkürəsində influenzanın fəsli epidemiyası adətən qışda ("qrip fəsli") baş verir, pik nöqtəsinə isə yanvar və fevral aylarında çatır. 
  • Risk qrupları ildə bir dəfə gözlənilən influenza epidemiyasının başlnmasından əvvəl (oktyabr-noyabr) peyvənd olunmalıdırlar.
  • Milli ictimai səhiyyə təşkilatları influenza peyvəndlərinin kimlərə tətbiq olunması (ola bilsin ki, pulsuz) haqqında tövsiyələr hazırlayırlar, məsələn, sağlamlığı influenza virusu ilə ciddi zədələnə biləcək və ya influenza peyvəndindən xüsusi tibbi fayda əldə edə biləcək qruplara aid olan fərdlərə. 
  • İnfluenza diaqnozu regionda dövran edən təsdiqlənmiş epidemiya olan halda  klinik şəklin əsasında  və ya viroloji dianostik analizlərin (sürətli) nəticələrinə əsasən qoyula bilər. 
  • Digər xəstəlikləri olmayan böyük xəstələrdə influenzanın müalicəsi adətən simptomatikdir. 
  • Antiviral preparatlar uşaqlar, hamilə qadınlar, xüsusilə şiddətli simptomlar olan xəstələr və risk qrupuna aid olanlar üçün istifadə edilə bilər. 
  • Dərman terapiyası nə qədər tez başlanarsa, bir o qədər effektiv olar. Müalicə simptomların ortaya çıxmasından sonrakı 48 saat ərzində başlanmalıdır.

Virus tipləri

  • İnfluenza virusları 3 tipdə təsnif olunurlar: A, B və C. İnfluenza A və B virusları klinik nöqteyi nəzərdən ən vaciblərdir. 
  • İnfluenza A onlarda saxlanılan hemaqqlütinin (H,1-16) və neyraminidaza (N,1-9) tiplərinə əsaslanaraq subtiplərə ayrılır. H1N1, H2N2, H3N2 və H3N8 tiplər insanlar arasında epidemiyaya səbəb olur. Əlavə olaraq, H5N1, H7N7 və H7N9 virus tipləri və ola bilsin digərləri də insanlarda infeksiyaya səbəb olur. Ən vacib inflenza viruslarının tipik təzahürləri: cədvələ baxın
Ən vacib inflenza viruslarının tipik təzahürləri
Virus tipi Partlayış tipləri Epidemiologiya Həssas fərdlər
A (H1N1) Fəsli influenza Qış ayları zamanı, amma heç də hər qış zamanı deyil Virus əsasən uşaq və yeniyetmələrə yoluxur
A (H3N2) Fəsli influenza Əksər qışlarda müşahidə olunur Bütün yaş qrupları, 65 və daha yuxarı yaş qruplarında həddindən artıq ölümə səbəb olur
A (H1N1) 2009
  1. ”Donuz influenza”
  2. Fəsli influenza
  1. Pandemiya 6/2009–2/2010
  2. Bundan sonra virus çox az dəyişikliklə dünyada fəsli influenza kimi dövran etməkdə davam edir
Uşaqlar, yeniyetmələr, hamilə qadınlar. nadir hallarda 65 və daha yuxarı yaşlı fərdlər
  1. A (H5N1)
  2. A (H7N9)
Quş qripi (”bird qripi”) 2000-ci illərdə Misir və uzaq Şərqdə kiçik infeksiya toplanmasına səbəb olmuşdur. Təsdiqlənmiş xəstəlik hallarının sayı təxminən 600-dür. Qeyd oluna bilən yolxucu xəstəlik Pandemiya potensialı vardır, amma insanlara ötürülmə və insandan insana ötürülmə hal-hazırda dayanıqlı olmadığı aşkar olunur. Ölüm göstəricisi dərəcəsi 60%-dən çoxdur. 2013-cü ilin yazından Çində yeni H7N9 tip virusunun səbəb olduğu xəstəlik halları haqqında məlumatlar vardır. Xəstəlik hallarının 1/3-də xəstələr nəticədə ölüblər.
B Fəsli influenza Qış aylarında qeyri-müntəzəm alışma, epidemiya adətən İnfluenza A-ya nisbətən daha gec yaz aylarında baş verir Hər kəs. Klinik şəkil adətən influenza A-ya nisbətən daha mülayimdir.

Epidemiologiya

  • Tropik ərazilərdə influenza il ərzində olur. Şimal yarımkürəsində influenza fəsli tipik olaraq qış ərzində baş verir.  
  • İnfluenza epidemiyasının şiddəti ildən ilə dövran edən virus tipinin antigen variasiyasından və əhalinin infeksiyaya həssaslığından (xəstəlik anamnezi,  peyvənd vasitəsilə təmin edilmiş müdafiə) asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir . 
  • Ən son influenza haqqında məlumatlar milli ictimai səhiyyə xidmətləri və ÜST-ün internet səhifələrində əldə oluna bilər

Patogenezi və klinik şəkil

  • İnfluenza viruslarının ötürülməsi yoluxmuş şəxs tərəfəindən ifraz edilən aerozollar və ya birbaşa kontakt vasitəsilə baş verir. 
  • İnkubasion dövr 1-7 gün arasında dəyişir, amma adətən 3 gün olur.
  • Virus ifrazı klinik simptomların ortaya çıxmasından 2 gün əvvəl başlaya bilər.
  • Əksər simptomların davam etmə müddəti adətən 8 gündür.
  • İnfluenza böyüklərdə qəflətən başlayır və yüksək qızdırma, titrətmə, baş ağrısı, mialgiya, diskomfort və quru öskürək daxil olan simptmlar şiddətli olur. Erkən fazada rinitə tez-tez rast gəlinmir. 
  • Demək olar ki, bütün yoluxmuş uşaqlarda qızdırma olur, amma onların əksəriyyətində xəstəliyin başlanğıcında rinit müşahidə olunur. Qızdırma qıcolmaları da həmçinin erkən təzahür ola bilər.
  • Böyüklərdə ən çox rast gəlinən ağırlaşmalar pnevmoniya və üst çənənin sinusiti ilə yanaşı astma, xronik obstruktiv ağciyər xəstəliyi və xronik bronxitin pisləşməsidir. Pnevmoniya adətən bakteriya (Pneumococcus, Staphylococcus aureus) tərəfindən törədilir, amma influenza klinik şəkli şiddətli ola bilən ilkin virus da pnevmoniyaya səbəb ola bilər. Nadir hallarda MSS (meningit, ensefalit) və ürəyə (miokardit, perikardit) təsir edən ağırlaşmalar inkişaf edə bilər. 
  • Uşaqlarda ən geniş yayılmış ağırlaşma 3 yaşdan kiçik uşaqların təxminən 40%-də baş verən orta otitdir. 

Diaqnostika

  • Qızdırma və quru öskürəyin kəskin başlanması influenzanı düşündürür. Epidemiya zamanı diaqnoz təkcə bu əsaslara dayanaraq qoyula bilər .
  • Uşaqlarda influenzanı digər virus infeksiyalarından yalnız klinik şəklə əsaslanaraq fərqləndirmək çətindir, çünki bir neçə digər oxşar klinik şəkil yarada bilən viruslar influenza epidemiyası zamanı tez-tez xəstəlik yaradırlar. 
  • Bir neçə sürətli influenza diaqnostik analizləri mövcuddur. Nümunə burun-udlağın selikli qişasından götürülür və ən sürətli analizlər 10-30 dəqiqə ərzində nəticələri verə bilirlər. Analizlər ya hər iki A və B viruslarını (heç də həmişə bu ikisini fərqləndirə bilmir), ya da yalnız A viruslarını təyin edir. Analizlərin spesifikliyi yaxşıdır, amma həssaslığı digər ənənəvi laborator analizlərlə müqayisədə pisdir və buna görə də neqativ nəticə influenzanı istisna etmir. 
  • Zəncirvari polimeraza reaksiyasına əsaslanan bir çox üsullar istifadə üçün təklif edilmişdir. Bu analizlərin spesifiklik və həssaslığı yaxşıdır və virus A və B-yə əlavə olaraq onlar A virusunun subtiplərini təyin edə bilir. Bu analizlər ilkin yardım mərhələsində klinik qərarlarda kiçik rol oyanıyrlar; onların istifadəsi epidemioloji vəziyyəti təyin etmək və hospitalizasiya olunmuş kritik vəziyyətli xəstələrin müalicəsinə yardım üçün saxlanılır.
  • Hətta sürətli diaqnostik analizlərin mümkün olmasına baxmayaraq, simptomların başlanmasından 48 saatdan az vaxt keçibsə, ilkin tibbi yardımda bu analizi etməyə tələbat yoxdur, çünki dərman müalicəsi ilə infeksiyanın davametmə müdddətinə böyük dərəcədə təsir etmək mümkün deyildir. Şiddətli simptomları, ağırlaşmaya meyilliyi, və yaxın kontaktda olanlar istisnadır.

Müalicə

  • Müalicə əsasən simptomatikdir: istirahət və iltihab əlehinə preparat və ya parasetamol.
    •  İnfluenzada aspirin istifadə edilməməlidir, xüsusilə uşaq və yeniyetmələrdə Reye sindromu riskinə görə.

Antiviral müalicə

  • İnfluenzanın müalicəsində neyraminidaza inhibitorları göstəriş olan antiviral dərmanlardır: 
    • Oral istifadə üçün oseltamyvirum; böyüklər üçün gündə 2 dəfə 75 mq olmaqla 5 gün; uşaqlar üçün oral suspensiya çəkiyə əsaslanaraq dozalanmaqla mümükündür.
    • İnhalyasiya üçün zanamivirum; böyüklər və 5 yaşından böyük uşaqlar üçün doza 2 inhalasiyadır (2 x 5mq) gündə 2 dəfə 5 gün ərzində.
  • Antiviral dərman terapiyası üçün göstərişlər: cədvələ baxın .
  • Simptomların ortaya çıxmasından sonrakı 48 saat ərzində başlanılmış müalicə xəstəliyin müddətini 1 gündən az olaraq azaldır.
  • Müalicə nə qədər tez başlanarsa effect daha yaxşı olur.
  • Tibbi yardım göstərilən yerdə ekspres analizlə influenza diaqnozu qoyulmuş uşaqlarda oseltamivir müalicəsi influenzanın müddətini təxminən 1.5 gün azaldır. Əgər müalicə çox tez başlayıbsa (məsələn 12-24 saat ərzində), o xəstəliyin davametmə müddətini 3-4 günə qədər azalda bilər. Təcrübədə isə analiz edilməsi və müalicənin başlanması az hallarda sürətli olur. 
  • Dərmanlar influenza A və B-nin müalicəsində effektivdir. 2009-cu ildən əvvəl geniş yayılmış influenza A-nın (H1N1) oseltamivirə rezistentliyi artmağa başlamışdır. Lakin oseltamivirə rezistentlik İnfluenza A (H1N1) 2009 virusları arasında hələdə az hallarda qalmışdır. 
  • Zanamivir istiadəsi inhalyasiya vasitəsilə təyin olunduğu üçün məhduddur, çünki xüsusilə yaşlı xəstələrdə istifadə çətin ola bilər.
  • İnfluenzanın müalicəsində amantadin məsləhət görülmür. Praktik olaraq bütün dövra edən influenza A (H1N1) və A (H3N2) virusları amantadinə rezistentdirlər.
İnfluenzada antiviral dərman müalicəsinə göstərişlər
Simptomların müddətindən asılı olmayaraq həmişə antiviral müalicəni başlayın Antiviral müalicəni düşünün* Antiviral dərmanlar olmadan simptommatik müalicə edin
  1. * Dərmanın geniş istifadəsini rezistentliyin inkişafı, epidemiya zamanı dərmanın əldə olunmasında mümkün olan çətinliklər kimi səbəblər məhdudlaşdırır.
  2. ** Xüsusi hallara məsələn, influenza xəstənin ailə üzvünün digər ailə üzvünün qayğısına qalmaq aiddir
Şiddətli simptomları olan xəstələr
  • Aşkar aşağı tənəffüs yolu infeksiyaları
  • Ümumi vəziyyətin pisləşməsi
  • Risk qrupunda və hamilə olan xəstələr, xüsusilə simptomların ortaya çıxmasından < 48 saat
  • Pediatrik xəstələrdə, əgər simptomların ortaya çıxması < 48 saat əvvəl baş veribsə və diaqnoz yetərli dərəcədə dəqiq düşünülübsə
  • Xüsusi hallarda** risk qrupunda olmayan xəstələrdə simptomların yaranmasından  < 48 saat vaxt keçibsə, xəstənin ailə üzvlərinin profilaktikası
Ağırlaşmamış influenza, simptomların müddəti  > 48 saat

Digər spesifik müalicə

  • İnfluenzanın bakterial infeksiya ilə ağırlaşması ehtimalı xəstəliyin uzanması və ya klinik şəklin xüsusilə şiddətli olması hallarında düşünülməlidir.
    • Pnevmoniya (İnfluenza virusunun səbəb olduğu viral pnevmoniya və yaxud bakterial pnevmoniya, klinik şəkil adətən şiddətli olur)
    • Otit, Sinusit

Profilaktika

  • Düzgün əl gigiyenası və öskürək/asqırıq davranışı həlledicidir. Simptomlar inkişaf edən kimi xəstə evdə qalmalıdır.
  • İnfluenzanın profilaktikası üçün 2 tip peyvənd mövcuddur: əzələdaxili vurulan inaktivləşmiş peyvənd və burun spreyin şəklinddə tətbiq olunan calı zəiflədilmiş peyvənd. İnfluenzanın profilaktikası üçün nazal sprey ən azı 2-17 yaşlarda göstərişdir. 

Fəsli qrip 

  • Milli ictimai səhiyyə təşkilatları influenza peyvəndlərinin kimlərə tətbiq olunması (ola bilsin ki, pulsuz) haqqında tövsiyələr hazırlayırlar, məsələn, sağlamlığı influenza virusu ilə ağır zədələnə biləcək və ya influenza peyvəndindən xüsusi tibbi fayda əldə edə biləcək fərdlərə. 
  • Rutin qrip peyvənd proqramına dair milli tövsiyyələrə riayət etmək lazımdır. Bir çox ölkələrdə qrip peyvəndi sağlamlığı influenza virusu ilə zədələnə biləcək və ya influenza peyvəndindən tibbi fayda əldə edə biləcək fərdlərə təklif (ola bilsin ki pulsuz) edilir. Məsəln Finlandiyada buraya daxildir:
    • Sosial və tibbi yardım mütəxəssislərilə yanaşı xəstələr/müştərilərlə ünsiyyətdə olan əczaçılıq xidməti mütəxəssisləri
    • hamilə qadınlar
    • bütün 65 yaşdan yuxarı insanlar
    • bütün 6-35 aylıq uşaqlar
    • şiddətli qrip infeksiyası olan fərdlərlə yaxın əlaqədə yaşayan fədrlər
    • hərbi xidmətə daxil olan şəxslər
    • Aşağıdakı hallar olan xəstələr onların əsas xəstəliyi və ya onun üçün qəbul etdikləri müalicəyə görə risk altındadırlar (siyahı yalnız göstəriş xarakterlidir və müalicə edən həkimlər peyvəndin göstəriş olub-olmaması qərarını qəbul edir): 
      • ürək-damar sistemi xəstəliklər , məsələn, ürəyin işemik xəstəliyi və ya ürək çatışmazlığı
      • tənəffüs sistemi xəstəlikləri, məsələn, astma və ya xronik obstruktiv ağciyər xəstəlikləri 
      • şəkərli diabet
      • böyrək çatışmazlığı
      • xəstəlik və ya onun müalicəsi səbəbindən zəifləmiş immun sistem
      • xronik nevroloji və ya neyro-əzələ xəstəlikləri. 
  • Peyvənd hər il virus ştammlarının dəyişiklikləri və peyvəndin tərkibinə görə edilməlidir. 
  • İlk dəfə peyvənd edilən uşaqlar bir ay intervalla 2 peyvənd dozası qəbul edirlər. Qripin profilaktikasında peyvəndin effektivliyinə dair güclü sübutlar 2 yaşdan böyük uşaqlara aiddir
  • Sağlam böyüklərdə peyvənd yüngül dərəcədə simptomatik qripin yayılma ehtimalını və xəstəliklər işdən qalmanı azaldır.
  • Peyvəndin köməyilə 65 yaşdan böyük şəxslərdə qriplə yanaşı, pnevmoniya və bu infeksiya ilə əlaqəli hospitalizasiyanı azaltmaq olar. Sübutlar əksər hallarda nəzarətli  tədqiqatlara əsaslanır. 
  • Təcrübədə qrip peyvəndinin əhatə etmə səviyyəsi qeyri-adekvatdır, uşaqlarda pandemiyadan əvvəl 40% və pandemiyadan sonra 20%-dən az və 65 yaşından yuxarı şəxslərdə təxminən 40%-dir. Bu risk qrupunda olan şəxslərin hər il qriplə təmasda olması mənasına gəlir. Peyvəndin əhatə dairəsinin genişləndirilməsi vacibdir.

Qrip pandemiyası

  • Pandemrix® peyvəndi 2009-2010-cu illərdə panedmik qrip peyvəndləşmə proqramında istifadə edilmişdir. Uşaq və yeniyetmələr arasında peyvənd və narkolepsiyanın rastgəlmə tezliyinin yüksəlməsi arasında mümkün əlaqələr haqqında məlumatlar vardır. Sonradan böyüklər arasında da yüksəlmiş risk aşkar olunmuşdur: 20-64 yaşlarında Pandremix® peyvəndi qəbul etmiş şəxslərdə narkolepsiyanın inkişafı riski peyvənd edilməmişlərlə müqayisədə 3-5 dəfə çox olmuşdur. Peyvəndlə əlaqəli narkolepsiya riski böyüklərdə hər 100000 peyvənd olunmuş birində, uşaq və yeniyetmələrdə isə hər 100000 peyvənd almış insandan 6-da olmuşdur. Bunun arxasında dayanan mexanizmin autoimmun prosesin olduğu düşünülməkdədir, amma dəqiq mexanizm hələ də naməlumdur. 
  • Fəsli peyvəndlərdə əlavələr və ya qoruyucular daxil edilməyib və hətta (H1N1) 2009 virusu daxil olsa belə heç bir narkolepsiyaya səbəb olacağı düşünülmür.

Əlaqəli mənbələr

  • Koxrein icmallar
  • Digər sübutların xülasələri
  • Ədəbiyyat