Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yaddaşdan şikayətlər, yüngül koqnitiv pozuntu və demensiya

Mündəricat

Yaddaşdan şikayətlər, yüngül koqnitiv pozuntu və demensiya

EBM Klinik protokolları
31.05.2018 • Sonuncu dəyişiklik 01.06.2018
MerjaHallikainen TeemuPaajanen TimoErkinjuntti

  • Yaddaş pozğunluğunun klinik qiymətləndirilməsi: baxın

Əsaslar

  • Demensiyanın simptomları və ciddi koqnitiv pozuntu normal qocalma prossesinin əlaməti deyil.
  • 65 yaşdan yuxarı hər üç şəxsdən biri subyektiv yaddaş şikayətləri ilə üzləşirlər, amma onların əksəriyyətində proqressiv yaddaş xəstəliyinə rast gəlinmir.
  • Hətta işləmə yaşında olan şəxslərin beşdə biri yaddaş və ya konsentrasiya ilə bağlı problemlər yaşayırlar
  • Yaddaş xəstəliyi yaddaşla bağlı olmayan digər simptomlarla da başlaya bilər.

Yaddaş və normal qocalma

  • Normal qocalma ilə əlaqədar yaddaş və koqnitiv funksiyalarda nisbətən az dəyişikliklər baş verir və bunlar da insanın gündəlik həyatına və ya sosial fəaliyyətlərinə ciddi təsir etmir.  
  •  Normal yaşlı insan yavaş da olsa öyrənmə qabiliyyətinə sahibdir, belə ki bu "qocalıq" deyil.
  • Erkən dövrdə əldə olunmuş bilik və bacarıqlar sağlam qocalma prossesi zamanı daha yaxşı qorunur.
  • Normal qocalma prossesi zamanı aşağıda göstərilənlərlə yanaşı bir sıra funksiyaların fəaliyyətində bir qədər enmə müşahidə olunur.
    • informasiyanı əldə etmə və əzbərləmə qabiliyyəti
    • aktiv qısa müddətli yaddaşın səmərəliliyi ("işlək yaddaş")
    • koqnitiv prosseslərin sürəti
    • cəldlik tələb edən mühakimə
    • yaddaş tutumu və diqqətin yayınmasına meyillik
  •  Bununla belə, aşağıdakı funksiyaların fəaliyyətində heç bir enmə müşahidə olunmur.
    • informasiyanı yadda saxlama qabiliyyəti
    • ipucu verilərək xatırlama və tanıma yaddaşı
    • ümumi öyrənmə qabiliyyəti
    • erkən dövrlərdə əldə olunmuş bilik və bacarıqların qorunması

Epidemiologiya

  • Finlandiyada 65 yaşdan yuxarı şəxslərin 8.1%-i orta dərəcəli və dərin yaddaş pozuntusundan əziyyət çəkir.
  • Yaddaş pozuntusundan əziyyət çəkən xəstələrin əksəriyyəti (66%) 80 yaşdan yuxarı şəxslərdir.
  • Uzun müddətli institusional dəstək alan yaşlı dörd xəstədən üçündə yaddaş pozğunluğu hallarına rast gəlinir. 

 Təyin

  • Koqnitiv simptomlara koqnitiv fəalliyyətin enməsinə səbəb olan problemlər daxildir.  İdrakın digər aspektlərinə diqqət, icra funksiyası, deduktiv düşüncə, oriyentasiya, dil, yaddaş, vizual-motor və motor bacarıqları, eləcə də vizual-məkan və vizual-konstruktiv bacarıqlar daxildir. 
  •   Koqnitiv simptomlarda xəstənin özündə hiss etdikləri subyektiv simptomları, ailə üzləri və yaxın dostların bildirdiyi koqnitiv problemləri və obyektiv şəkildə (psixoloji/ nevropsixoloji testlər vasitəsi ilə) aşkar olunan koqnitiv pozuntuları fərqləndirmək vacibdir. 
  • Yaddaşdan şikayətlər adətən qısamüddətli yaddaş ("işlək") , epizodik  və ya semantik yaddaşda rast gəlinən problemlərlə bağlıdır. İnformasiya toplamaq və yadda saxlama qabiliyyətinin pozulması nəticəsində alın və gicgah paylarında yaranan dəyişikliklər buna səbəb ola bilər. Yaddaşdan şikayətlərin qiymətləndirilməsi zamanı diqqət və icra funksiyası nəzərə alınmalıdır, çünki bu amillər yaddaşın funksiyasına və yeni məlumatların mənimsənilməsinə təsir edir.
  •  Yüngül koqnitiv pozuntu (YKP) simptomla bağlı termindir.  Bu, şəxsin özü tərəfindən yaddaş problemlərinin bildirildiyi, koqnitiv fəaliyyətin azalması ilə bağlı subyektiv simptomların olduğu və premorbid səviyyəsindən aydın bir pisləşmənin obyektiv şəkildə bir və ya daha artıq koqnitiv sahələrdə müşahidə edildiyi vəziyyəti bildirir. Lakin gündəlik həyat fəaliyyətlərinin icra etmək qabiliyyəti pozulmur və xəstə spesifik yaddaş xəstəliyi ilə bağlı meyarlarla qarşılaşmır. YKP diaqnoz deyil, bir növ multifaktorial etiologiyadan qaynaqlanan simptomlar toplusudur. Belə ki, erkən dövrdə xüsusi müvafiq yoxlamalar (neyropsixoloji müayinə, görüntüləmə və biomarker tədqiqtlar) aparıldığı halda YKP mərhələsində yaddaş xəstəliyinə adətən diaqnoz qoyula bilər. Bu kimi hallarda vəziyyət erkən yaddaş pozğunluğu olaraq təyin edilir.
  • Yaddaş xəstəliyi həm yaddaş, həm də verbal funksiyalar, vizual qavrama və icra funksiyaları kimi digər koqnitiv funksiyaların enməsi ilə nəticələnən xəstəlik sayılır. Proqressiv yaddaş xəstəliyi adətən yaddaş və koqnitiv funksiyaların demensiyaya səbəb ola biləcək dərəcədə azalması ilə nəticələnir. Ən çox görülən yaddaş xəstəliklər bunlardır: Altsheymer xəstəliyi (AX), serebrovaskulyar xəstəliklə (böyük damar xəstəliyi, kiçik damar xəstəliyi, kritik koqnitiv pozğunluq ilə nəticələnən infarkt) əlaqəli olan yaddaş pozuntusu, Parkinson xəstəliyi zamanı yaddaş pozuntusu və Levi cisimcikli demensiya daxil olmaqla, Levi cisimcik patologiyasi ilə bağlı xəstəliklər, alın-gicgah payı degenerasiyası (alın-gicgah demensiyası, proqressiv qeyri-səlis afaziya, semantik demensiya)
  • Tərif olaraq, demensiya premorbid səviyyəsindən birdən çox koqnitiv funksiyanın enməsi ilə nəticələnir və bu da gündəlik həyat fəaliyyətlərini icra etmək, işləmək və sosial münasibətlər qurmaq qabiliyyətinin ciddi çəkildə pozulması üçün kifayətdir. Demensiya xəstəlik deyil, sindromdur. Demensiyada koqnitiv pozuntu təbii səbəblərlə bağlıdır. Proqressiv xəstəlik (məs: AX), qalıcı fəsad (məs: beyin zədəsi) və ya müalicə oluna bilən xəstəlik (məs: hipotiroid) demensiyaya səbəb ola bilər. Demensiya ilə nəticələnən yaddaş xəstəlikləri proqressiv yaddaş xəstəlikləri kimi tanınır.

Yaddaş xəstəliyindən nə zaman şüphələnmək olar?

  •  Əvvəlki vəziyyətindən fərqli olaraq xəstənin yaddaş və koqnitiv qabiliyyətinin digər sahələrində pozuntunun baş verməsi ilə bağlı ailə üzvünün narahatlığı
  •  Maneə olaraq görülən subyektiv, davamlı yaddaş boşluqları
  •  Funksional vəziyyətin pozulması: yaddaş boşluqları işin və ya məişət vəzifələrinin icrasına mane olur.
  • Həkimlə görüş vaxtlarına nəzarət, artıq müzakirə olunmuş məsələlər (danışılsa belə xatırlanmıyacaq), səhiyyə xidmətlərindən düzgün istifadə edilməməsi, müalicənin təlimatlarına əməl etməkdə yaranan çətinliklər
  • Kəskin xəstəlik və ya cərahi əməliyyatla əlaqəli qarışıqlıq və ya zəif sağalma
  • Oriyentasiya ilə bağlı problemləri həll etmək və sözləri tapmaqda çətinlik çəkmək (zaman anlayışı, itməyə meyillilik)
  • Vizual qavramada çətinlikllər və qayrayış xətaları
  • Məntiqli düşünmə və problem həll etmə, eləcə də mürəkkəb məsələləri idarə etmə qabiliyyətinin pozulması
  • Konseptual düşünmə qabiliyyətinin pozulması, məs: maliyyə məsələlərinə nəzarətdə çətinliklərlə üzləşmək
  • Şəxsiyyət dəyişikliyi, şübhəçilik və ya qorxaqlıq
  • Təşəbbüskarlığın azalması, sosial əlaqələrdən uzaqlaşma
  • Simptomlar haqqında zəif məlumatlanma (məs: müsahibədə yaddaş problemlərindən danışılır, amma fərd özü onlardan xəbərsizdir.)
  • During the consultation, a change in the patient's mental acuity arouses the suspicion of the physician or nurse ("one needs to explain things multiple times, a peculiar, strange patient").  Konsultasiya zamanı xəstənin əqli vəziyyətindəki dəyişiklik həkim və ya tibb bacısında şübhə oyadır. ("Özünəməxsis, qəribə xəstəyə hər şeyi bir neçə dəfə başa salmaq lazımdır.")

Yaddaş pozuntularının səbəbləri və qiymətləndirilməsi

  • Yaddaş pozuntusu mexanizmindən asılı olaraq yaddaş simptomlarının ümumi səbəbləri tranzitor səbəblər, xroniki xəstəliyin fəsadları, proqressiv xəstəlikləri və müalicəsi mümkün xəstəliklər
  • Yaddaş simptomlarının səbəbləri və koqnitiv funksiyaların fəaliyyətindəki dəyişikliklər izlənilməlidir. Əsas tədqiqatlar depressiya və digər müalicəsi edilə bilən səbəbləri müəyyənləşdirməyə və daha əhatəli araşdırma tələb edən yaddaş simptomlarını aşkar etməyə yönəlmişdir.

Tranzitor səbəblər

  • Serebrovaskulyar xəstəlik, TİH
  • Tranzitor qlobal amneziya
  • Kiçik beyin zədələri
  • Epileptik tutma
  • Dərman preparatları
  • Yuxu pozğunluğu və xəstəlikləri ( məsələn: yuxusuzluq və obstruktiv yuxu apnoesi sindromu)
  • Spirtli içki və narkotikdən həddindən artıq istifadə
  • Psixi səbəblər
    • Depressiya və narahatlıq
    • Uzunmüddətli yorğunluq (tükənmə)
    • Şizofreniform və digər psixozlar
    • Bipolyar affektiv pozuntu
  • Şüur itkisi (deliryum)
    • Təcili müalicə tələb olunduğu halda differensial diaqnozun vacibliyi

Xroniki xəstəliyin fəsadları

  • Kəllə-beyin zədələnməsi
  • Beyin qan dövranı pozğunluqları
  • Beyin iltihabı ( meningit, ensefalit)
  • B1 vitamini çatışmazlığı (tiamin)
  • Cərrahiyyə və radioterapiya
  • Spirtli içkidən qaynaqlanan beyin zədələnməsi (məs: Vernik-Korsakov sindromu)
  • Şizofreniform və digər psixozlar
  • Bipolyar pozuntu
  • Chronic effects of neurotoxic chemicals (e.g. )     Neyrotoksik preparatların xroniki təsirləri (məs: solvent-induce ensefalopatiya)

Müalicə edilə bilən səbəblər 

  • Baxın 
  • Psixiatrik pozğunluqlar (depresiya, narahatlıq və yorğunluq sindromu)
  • Metabolik pozğunluqlar ( məs: hipotireoz, hiponatremiya)
  • Çatışmazlıq halları ( B12 vitamini, fol turşusu, B1 vitamini (tiamin))
  • Yuxu pozğunluğu və xəstəlikləri
  • MSS infeksiyaları (sifilis, İİV virusu, vərəm, herpes virusu, Lyme xəstəliyi)
  • İntrakranial səbəblər (xoşxassəli beyin şişi, normal təzyiqli hidrosefali, subdural hematoma)
  • Beyin hipoksiyası və işemiya (ağciyərin xroniki obstruktiv xəstəliyi, hipoperfuziya, hipotoniya, ağır anemiya, polisitemiya)
  • Dərman preparatları və MSS toksinləri (məs: spirtli içki və digər zəhərli maddələr, antikolinerjik və sedativ dərmanlar)

Proqressiv yaddaş xəstəlikləri

  • Altsheymer xəstəliyi 65-70%
  • Serebrovaskulyar xəstəlik nəticəsində yaranan yaddaş pozuntusu; vaskulyar koqnitiv pozuntu təxminən 15%
  • Levi cisimcikli demensiya təxminən 15%
  • Alın-gicgah paylarının degenerasiyası təxminən 5%

Yaddaş pozğunluğu olan insanlarda beynin fəaliyyətini zəiflədən faktorlar

  • Uyğun olmayan dərman preparatları (sakitləşdiricilər, antikolinerjik dərmanlar)
  • Analeptiklər
  • Viruslar
  • Ürək və ağ ciyərlərdə funksional pozuntular
  • Aşağı qan təzyiqi
  • Metabolik pozğunluqlar
  • Çatışmazlıq halları
  • Yuxu pozğunluğu
  • Depresiya və narahatlıq
  •  Həyəcan, deluziya, hallüsinasiya, illüziyalar
  • Ətraf mühitlə bağlı stimulun həddindən artıq və ya həddindən aşağı səviyyədə olması
  • Çətin sosial vəziyyət və izolyasiya

Demensiya

Əsas simptomlar

  1. Yaddaş pozğunluğu (yeni informasiya əldə etmək və əvvəlki informasiyanı yadda saxlamaq qabiliyyətində olmama)
  2. Koqnitiv pozuntu aşağıda verilənlər ilə səciyyələnir: 
    • afaziya (nitqin sistem pozğunluğu)
    • apraksiya ( sağlam hərəki funksiyanın olmasına baxmayaraq hərəki fəaliyyətin pozulması)
    • aqnoziya (güclü hiss funksiyası olmasına baxmayaraq obyektləri müəyyənləşdirə və ya tanıya bilməmə)
    • icra funksiyasının pozulması ( fərdin öz fəaliyyətinin nəticələrini qiymətləndirmə, yekunlaşdırma, sıralama, təşkili və planlamasında çətinliklərlə üzləşməsi).  İcra funksiyasında pozğunluq həm də davranışa nəzarət, məhdudlaşdırma və təşəbbüsün pozulması hesab olunur.
  • Demensiyalı xəstələrdə yüksək deliriya riski olmasına baxmayaraq onlarda şüurun pozulması halı müşahidə olunmamışdır. (zehni fəaliyyət tamamilə azalmır və xəstə özünü və ətrafında baş verənləri qavrayır.

Demensiya ağırlıq dərəcəsinə görə təsnif olunur.

  • Yüngül
    • İşləmə qabiliyyətinin və sosial fəalliyyətdə aktivliyin nəzərəçarpacaq dərəcədə enməsinə baxmayaraq xəstə hələ də müstəqil yaşaya və doğru mühakimə yürüdə bilir.
    • Avtomabil idarəetmə bacarığı isə müəyyən idrak prossesinin pozulması və bu pozuntunun nə dərəcədə yayılmasından asılıdır.
  • Orta dərəcəli 
    • Xəstənin müstəqil fəaliyyət imkanları məhdudlaşır və müəyyən dərəcədə nəzarətə ehtiyac yaranır.
    • Avtomabil idarəetmə qabiliyyəti pozulur.
    • Hüquqi səriştəsi pozulur.
  • Ağır
    • Pozuntu xəstənin həyat fəaliyyətinə o qədər güclü təsir edir ki, davamlı nəzarət zəruriyyəti yaranır.

Əlaqədar mənbələr