Boyun və çiyin ağrısı
EBM Klinik protokolları
09.05.2016 • Sonuncu dəyişiklik 09.05.2016
EiraViikari-Juntura
Vacib olanlar
- Kəskin boyun ağrısının proqnozu yaxşıdır və öz-özlüyündə bərpa olunur. Vəziyyəti ağırlaşdıran hər hansı bir faktor müəyyənləşdirilməli və yüngülləşdirilməlidir.
- Lokalizə olunmuş boyun ağrısının (məs. gərgin boyun) müalicəsində normal aktivliklərin davam etdirilməsi və etibarlı ağrıkəsici dərmanlar ilkin olaraq görülən tədbirlərdir.
- Xroniki lokalizə olunmuş boyun ağrısının müalicəsində əzələnin gücünü və tonusunu artıran aktiv müalicəvi idmanlar faydalıdır.
Rast gəlinməsi
- Boyun ağrısı yayılmış haldır. Əhalinin üçdə ikisi həyatları boyunca bir neçə dəfə boyun ağrısı yaşamışdılar.
- Finləndiyada epidimioloji məlumatına əsaslanaraq, 30 yaşdan yuxarı kişilərin 26 %-də və qadınların 40 %-də əvvəlki ay boyunca boyun ağrısı müşahidə edilmişdir. Kişilərin 5.3 %-də və qadınların 7 %-də həkimlər tərəfindən xroniki boyun sindromu diaqnozu qoyulmuşdur.
- İşləyən əhali arasında boyun və çiyin şikayətləri iş qabiliyyətinin aşağı düşməsində əhəmyiyyətli səbəblərdəndir.
Boyun ağrısının təsnifatı
Boyun ağrısına səbəb olan ağır və ya xüsusi xəstəlik
| Xəstəlik |
Əlamətlər və ya göstəricilər, araşdırmalar |
| Fəqərələr arası disk prolapsı |
İrriadiyasiya edən boyun ağrısı və ya barmaqların uyuşması sürətlə başlayır. Mərkəzi prolaps onurğa beyin sıxılmasının simptomlarına səbəb ola bilər. Mütəmadi təqib edin. Əgər hərəkət defisiti simptomları pisləşirsə, mütəxəssisə yönəldin.
|
| Mielopatiya (onurğa beyin sıxılması) |
Aşağı ətraflarda (yaşlı şəxslərdə yerişin çətinləşməsi ilə əlaqəli yada düşməlidir) simtomlar, irəli sürülmüş hallarda spazmlar, sidik kisəsi və bağırsaq simtomları olur. Vibrasiya hissiyatı və Babinski əlaməti də daxil etməklə hissiyat və refləkslərin müayinəsini edin. Əgər simptomlar ağırlaşırsa, neyrocərrahla məsləhətləşin. |
| Maliqnizasiya |
Ümumi vəziyyətin pisləşməsi, çəki itkisi, iştahsızlıq, qızdırma, inadçı ağrı gərginlik ilə əlaqəli deyil. Əsas müayinələr, onurğa sütunun boyun hissəsinin adi rentgenoqrafiyası. |
| İltihabi revmatik xəstəlik |
Revmatoidli artrit: dəyişikliklər adətən, onurğa beynin boyun nahiyyəsində gec ortaya çıxır. Boynun bükülməsindən natamam atlanto-aksial çıxıq riski olduğuna görə qaçınılmalıdır. Ankilozlaşdırıcı spondilit boyunu sərtləşdirə bilər. Proqressiya periodikdir və epizodik boyun ağrılarında yada düşməlidir. |
| Bakterial spondilit |
Mümkün olan altda yatan faktorlara məs. dərmanın yanlış istifadəsi, QİÇS və ya immun sisteminin zəifləməsi daxildir. Adi rentgenoqrafiya başlıca araşdırma üsuludur. |
| Arterial damarın laylanması |
Yuxu və ya fəqərə arteriyalarının laylanması mümkündür. Boyun ağrısına əlavə olaraq, beyində keçici dövr etmə pozuntular (görmə pozuntuları, yan nevroloji defisitlər, qavrama simptomları), Horner sindromu, pulsasiyaedici qulaq cingildəməsi və ya aşağı beyin sinirləri ilə əlaqəli simptomlara səbəb olur. |
- Baş ağrısı gərgin boyundan qaynaqlanır, bax.
- İş və ya istirahət vaxtı vəziyyəti pisləşdirən faktorlar, mümkün olduğu qədər erkən vaxtda nəzərə alınmalıdır. Belə faktorlara boynu bükülmüş, uzanmış və ya dönmüş vəziyyətdə uzun müddət saxlamaq, qollar yuxarı qaldırıb iş görmək və sabit duruşla uzun müddət işləmək daxildir.
- Xəstəyə normal gündəlik fəaliyyəti və fiziki aktivliyin vacibliyi vurğulanmalıdır.
- Ağrısızlaşdırma
- Ağrıkəsicilər, əgər ağrının azalması fiziki aktivliyi qoruyub saxlamaqda faydalı ola bilərsə qısa müddətli təyin oluna bilər.
- Paracetamol seçim preparatıdır. Əgər ağrı şiddətlidirsə, etibarlı iltihabəleyhinə qeyri-steroid preparatı təyin oluna bilər. Əgər ağrı tək iltihabəleyhinə qeyri-steroidlə keçmirsə, o zaman codeine və ya tramadol kimi yüngül-orta dərəcəli gücündə olan opioid ağrıkəsicilər müalicəyə əlavə oluna bilər.
- Skelet əzələsi relaksantları
- Əgər qeyri-steroid iltihabəleyhinə dərmanlar uyğun deyilsə, skelet əzələsi relaksantları alternativ ola bilər.
- Xəstələrin üçdə birində yan təsir kimi yorğunluq və ya baş gicəllənməsi olur.
- Skelet əzələləri relaksantları ilə ağrıkəsicilərin kombinasiyasının faydalı olması barədə sübutlar yoxdur.
- Neyropatik ağrı və gərgin boyunun müalicəsində trisiklik antidepresantlar faydalıdır.
- Fiziki aktivlik və idman müalicəsi
- Fiziki təbabət (müalicə)
- Boyun karseti
Mäkelä M, Heliövaara M, Sievers K, Impivaara O, Knekt P, Aromaa A. Prevalence, determinants and consequences of chronic neck pain in Finland. Am J Epidemiol 1991;134:1356-67"?> Lord SM, Barnsley L, Wallis BJ ym. Percutaneous radio-frequency neurotomy for chronic cervical zygapophyseal-joint pain. N Engl J Med 1996;335:1721–26 Ylinen J, Takala EP, Nykänen M, Häkkinen A, Mälkiä E, Pohjolainen T, Karppi SL, Kautiainen H, Airaksinen O. Active neck muscle training in the treatment of chronic neck pain in women: a randomized controlled trial. JAMA 2003 May 21;289(19):2509-16. Leino-Arjas P, Viikari-Juntura E, Kaila-Kangas L, Nykyri E, Riihimäki H. Neck pain and chronic neck syndrome. Julkaisussa: Leena Kaila-Kangas (toim.). Musculoskeletal disorders and diseases in Finland. Results of the Health 2000 Survey. Kansanterveyslaitoksen julkaisusarja B 25 / 2007 "?> Hurwitz EL, Carragee EJ, van der Velde G, et al; Bone and Joint Decade 2000-2010 Task Force on Neck Pain and Its Associated Disorders. Treatment of neck pain: noninvasive interventions: results of the Bone and Joint Decade 2000-2010 Task Force on Neck Pain and Its Associated Disorders. Spine 2008 Feb 15;33(4 Suppl):S123-52.