Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Gərginlik tipli baş ağrısı

Mündəricat

Gərginlik tipli baş ağrısı

EBM Klinik protokolları
30.08.2017 • Sonuncu dəyişiklik 30.08.2017
MarkusFärkkilä

Əsas məqamlar

  • Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil.
  • Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. 
  • Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır.  
  • Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər.
  • Bu patologiyanı periferik ağrı sensitizasiyasından ayırd etmək vacibdir.  
  • Müalicə əsasən qeyri-farmakolojidir: fiziki çalışmalar, erqonomika, masaj, relaksasiya 

Simptomlar

  • Adətən, axşama doğru tədricən pisləşən məngənəyə bənzər davamlı basıcı və sıxıcı bir ağrı  
  • Gicgahlarda, ənsədə və ya kəllə qapağında lokalizə olunmuş ağrı; adətən ikitərəflidir, lakin birtərəfli də ola bilər.
  • Kəllə qapağı üzərində bıçaq kimi əzabverici ağrılar hiss olunur.
  • Bəzən gecələr yuxarı ətraflarda keyləşmə baş verir. 
  • Oturduqda və ya ayağa qalxdıqda müvazinətin ani itkisi hissi ilə birlikdə başgicəllənmə hiss edilə bilər.
  • Yanaşı olaraq çox zaman depressiya tipli yuxu pozğunluğu qeyd edilir.

Diaqnoz

  • Anamnez və kliniki müayinəyə əsaslanır.
  • Nevroloji status normalır.
  • Palpasiya zamanı bəzi pasiyentlərdə gicgah və ya ənsə nahiyələrində həssaslıq, eləcə də boyun və çiyinlərdə gərginlik vardır.
  • Əgər onurğa sütununun sadə rentgen müayinəsi aparılırsa çox zaman lordozun düzləşməsi aşkar edilir.
  • Yalnız ciddi bir xəstəliyə şübhə olduqda görüntüləmə müayinəsinə göstəriş vardır. 
  • Beynəlxalq təsnifat komitəsinin (Baş ağrısı Pozğunluqlarının Beynəlxalq Təsnifatı-2004-cü il: CHD 2004) verdiyi tərifə uyğun olaraq bu baş ağrıları epizodik (< 15 baş ağrısı günü/ay) və xroniki (> 15 başağrısı günü/ay) tiplərə bölünür.

Differensial diaqnostika

  • Aurasız miqren (daxildir: prodromal symptomlar, ürəkbulanma/qusma, fizki gərginliklə simptomların artması)
  • Baş nahiyəsi dərisində ağrı hissinin sensitizasiyası (həssaslığının artması) çox zaman miqrenlə əlaqəlidir. 
  • Dişləm pozulması (ağrının lokalizasiyası, bruksizm)
  • Sinusit (Rentgen müayinəsi)
  • Temporal (gicgah) arteriit (çox zaman birtərəfli; eritrositlərin çökmə sürətinin artması) 
  • Hipertiroidizm
  • Hiperparatiroidizm
  • Böyük ənsə sinirinin kompressiyası (innnervasiya edilən sahənin hüdudları daxilində ağrı; birtərəfli) 
  • Baş beyin şişi (səhərlər ürəkbulanma, proqressiv pisləşən baş ağrısı, digər müvafiq simptomlar) 

Radioloji müayinələr

  • Baş ağrılarında başın kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiyası müayinəsi üçün göstərişlər:
    • Subaraxnoidal qansızma şübhəsi 
    • Proqressiv olaraq pisləşən baş ağrısı 
    • Baş ağrısı ilə əlaqəli olaraq təkrarlanan və ya davamlı qusma
    • Baş ağrısı ilə əlaqəli olaraq qeyri-normal nevroloji status
    • Baş ağrısı yalnız öksürmə ya fiziki gərginliklə əlaqədar baş verir.
    • Huşun itirilməsi epizodu baş ağrısı ilə əlaqəlidir.
    • Bədən vəziyyətindən asılı olan baş ağrısı 
    • Endokrin pozğunluq baş ağrısı ilə əlaqəlidir.
    • Pasient və ya onun ailə üzvündə neyrofibromatoz xəstəliyi vardır.

Müalicə

Epizodik gərginlik tipli baş ağrısı 

  • Fiziki çalışmalar, əzələlərin genəlməsinə yönəlik fiziki hərəkətlər
  • Parasetamol və ya QSİƏD-lərin  (ən yaxşı sübutlar cəld təsir edən ibuprofen ilə bağlıdır) qısa müddətli (5 günlük) kursu; əgər lazımdırsa, əzələ relaksantı (miorelaksant) və ya benzodiazepinlə kombinə edilməklə istifadə edilə bilər.  

Xroniki gərginlik tipli baş ağrısı 

Müvafiq resurslar

  • Koxran icmalları
  • Digər elmi sübutların icmalı
  • Ədəbiyyat

Jackson JL, Kuriyama A, Hayashino Y. Botulinum toxin A for prophylactic treatment of migraine and tension headaches in adults: a meta-analysis. JAMA 2012;307(16):1736-45.