Tripanosomiaz
EBM Klinik protokolları
02.03.2017 • Sonuncu dəyişiklik 02.03.2017
HeliSiikamäki
Xəstəlik törədicilər
- Tripanosomlar, qan və toxumalarda yaşayan qamçılı protozoanlardır.
Yayılma
- Afrika tripanosomozu (yuxu xəstəliyi), tropik Afrika kəndlərinin istəlinəl bölgəsində rast gəlinir. Epidemioloji cəhətdən iki yarım növ müəyyən edilə bilər: xroniki Qərbi Afrika növü ("bruzei gambiense" törədici Tripanosom, halların 98% -i) və kəskin Şərqi Afrika növü (törədici "T. b. rhodesiense", halların 2% -i).
- Amerika tripanosomiazı Şaqas xəstəliyi olaraq da bilinir və Mərkəzi və Cənubi Amerikanın primitiv və kənd yerlərində ortaya çıxır.
Afrika yuxu xəstəliyi
Transmissiya
- Tsetse milçəyinin dişləməsi ilə yayılır. İnfeksiya mənbəyi, T. b. rhodesiense törədicisi, mal-qara və antiloplar ilə birgə digər insanlarda da olur.
- Ehtimal olunan digər ötürmə yolları: hamiləlik dövründə anadan uşağa ötürülmə, laboratoriya ötürülməsi, digər həşərat vektorları, cinsi əlaqə
Dünya səviyyəsində əhəmiyyəti
- Son onilliklərdə insidensiyanın önəmli dərəcədə azalmasına nail olunmuşdur; məlumat verilən halların sayı ildə 4000-dən daha azdır, həmin halların hesablanmış sayı təxminən 20 000 təşkil edir.
Əlamətlər və simptomlar
- Xroniki Qərbi Afrika növü iki mərhələyə ayrılır.
- Qırmızı dəri yarası (sərt şankr) tsetse milçəyinin dişləməsindən təxminən bir həftə sonra peyda olur, bir neçə həftədən sonra isə kortəbii şəkildə həll olunur.
- Hemolimfatik mərhələ: həftələr və ya aylar sonra, növbəli qızdırma, baş ağrısı, əzələ ağrısı, limfadenopatiya (adətən boyun nahiyəsində), səpgi, qaşınma və ödem halları yaranır. Kardit halı da ehtimal olunur.
- Meningoensefalitik mərhələ: qıcıqlanma, zehni qarışıqlıq, yuxu pozulması və apatiya (yuxu xəstəliyi) daxil olmaqla, CNS simptomları bir neçə ay və ya il sonra inkişaf edir.
- Xəstəliyin gedişatı oxşardır, lakin Şərqi Afrika növündə daha sürətli olur; simptomlar 1 - 3 həftə arası müddətdə peyda olur.
Diaqnoz
- Akut mərhələsində: sərt şankrda, qanda, limfa düyünündə və ya toxuma nümunələrində tripanosomların birbaşa aşkarlanması
- Son mərhələdə: xüsusi antikorlar üçün seroloji test (sadəcə T.b. gambiense), CSF-də tripanosomların aşkarlanması (leykositlərin və zülalların miqdarı tez-tez artır, lakin tripanosomlara sadəcə nadir hallarda rast gəlinir)
Müalicə və proqnoz
- Xəstəliyin nadir olması səbəbilə müalicə, xüsusi xəstəxanalarda mərkəzləşdirilə bilər.
- Farmakoterapiya erkən mərhələdə tətbiq edilə bilər. Əgər müalicə edilməzsə, xəstəlik çox zaman ölümlə nəticələnir. Hətta müalicə olunsa belə, CNS mərhələsində ölüm nisbəti 10% təşkil edir və dərmanlar toksik mənfi təsirə malik olur.
Fərdi səviyyədə profilaktika
- Vaksin mövcud deyil.
- Gündüz vaxtı kəndin endemik bölgələrində səyahət edərkən yoluxma riski mövcud olur. Tsetse milçək dişləmələrinin qarşısının alınması: açıq rəngli, uzun qollu, uzun ayaqlı dar toxuma parçadan hazırlanan geyimlər. Həşərat qovucular, tsetse milçəyinin dişləmələrinə qarşı zəif profilaktik təsir göstərir.
Şaqas xəstəliyi
Transmissiya
- Dişlədiyi dəridə dəlik açan Triatomin həşəratının nəcisi ilə (eləcə də Triatomin taxtabitisi və ya qatil böcək olaraq da bilinir) yayılır. Sözügedən böcəklər, qamış və ya saman örtüklü evlərin damlarında və divar çatlarında yaşayırlar; onlar gecə vaxtı qan əmirlər.
- Digər ehtimal olunan ötürmə yolları: qanköçürmə, hamiləlik dövründə anadan uşağa ötürülməsi, laboratoriya vasitəsilə ötürülməsi, orqan nəqli, böcək nəcisi ilə çirklənmiş yemək
Dünya səviyyəsində əhəmiyyəti
- Şaqas xəstəliyinə Mərkəzi və Cənubi Amerikada rast gəlinir. Təxminən 6-7 milyon insan bundan təsirlənir və bəzi bölgələrdə bu, gənc və orta yaşlı insanlar arasında ölümün əsas səbəbi rolunu oynayır.
Əlamətlər və simptomlar
- Sözügedən infeksiya ömür boyu davam edir.
- İlkin olaraq, infeksiya ümumiyyətlə simptomsuz olur. Simptomlar, kiçik uşaqlarda inkişaf edə bilər.
- Giriş bölgəsində yara (şaqom, sərt şankr) ortaya çıxa bilər. Triatominin nəcisi gözü çirkləndirərsə, tipik göz qapağı şişməsi birtərəfli şəkildə inkişaf edəcək (Romana əlaməti)
- 1-2 həftə sonra, xəstədə qızdırma və limfadenopatiya, eləcə də miokardit və ya meningoensefalit kimi hallar inkişaf edə bilər.
- On il boyunca, avtonom sinir sisteminin zədələnməsi səbəbilə ürək çatışmazlığı və ürəyin keçiricilik sistemində pozulmalar və ya özofagus ya da və ya kolon dilatasiyası (meqaezofaqus və ya meqakolon) kimi halların yaranmasına səbəb ola bilər.
- İmmun çatışmazlığı xroniki infeksiyanın reaktivləşməsinə səbəb ola bilər.
Diaqnoz
- Akut mərhələsində: qanda tripanosomların birbaşa aşkarlanması
- Son mərhələdə: serum antikorları
Müalicə və proqnoz
- Xəstəliyin nadir olması səbəbilə müalicə, xüsusi xəstəxanalarda mərkəzləşdirilə bilər.
- Farmakoterapiya akut mərhələdə təsirli olur. Son mərhələdə, dərmanlar xroniki infeksiyanın inkişafının qarşısını almaq üçün məhdud tutuma malik ola bilər, bu da mənfi təsirlərlə əlaqələndirilir.
- Ölüm nisbəti akut mərhələsində 5-10% təşkil edir. Xroniki infeksiyaya xəstələrin 20-30% -də ürək, 10% mədə-bağırsaq və 5% nevroloji simptomlar olaarq rast gəlinir. Ürək komplikasiyaları, ölüm halının ən çox yayılmış səbəbidir.
Fərdi səviyyədə profilaktika
- Heç bir vaksin mövcud deyil.
- Triatomin dişləmələrinin qarşısının alınması; gecə boyunca qalınacaq yerlərin diqqtlə seçilməsi
Transmissiya. Afrika tripanosomozu, Tsetse milçəyinin dişləməsi və Şaqas xəstəliyi isə dişlədiyi dəridə dəlik açan Triatomin həşəratının nəcisi (eləcə də Triatomin taxtabitisi və ya qatil böcək olaraq da bilinir) ilə yayılır. İnfeksiya qaynağına digər insanlar və məməlilər arasında rast gəlinir. "?>
Dünya səviyyəsində əhəmiyyəti. 50– Hər il təxminən 70 000 Afrika tripanosomozu diaqnozu qoyulur. Şaqas xəstəliyi, təxminən 8 milyon insana mənfi təsir göstərir və müəyyən bölgələrdə gənc və orta yaşlı insanlar arasında ölümün əsas səbəbi xarakterini daşıyır. Digər regionlarda, sözügedən xəstəlik, endemik bölgələrdən gələn qonaqlar və immiqrantlarda rast gəlinə bilər. "?>
Əlamətlər və simptomlar. Afrika yuxu xəstəliyi. Xroniki Qərbi Afrika növü üç mərhələyə ayrılır. Qırmızı dəri yarası (sərt şankr) sözügedən dişləmə halından təxminən bir həftə sonra peyda olur, bir neçə həftədən sonra isə kortəbii şəkildə həll olunur. Bir neçə həftə və ya ay sonra növbəli qızdırma, limfadenopatiya, səpgi və ödem halları yaranır. Kardit halı ehtimal olunur. Qıcıqlanma və apatiya (yuxu xəstəliyi) daxil olmaqla, CNS simptomları bir neçə ay və ya il sonra inkişaf edir. Xəstəliyin gedişatı oxşardır, lakin Şərqi Afrika növündə daha sürətli olur. Şaqas xəstəliyi. Sözügedən infeksiya ümumiyyətlə simptomsuz olur. Simptomlar, kiçik uşaqlarda inkişaf edə bilər. Sözügedən infeksiya ömür boyu davam edir.Giriş bölgəsində yara (şaqom, sərt şankr) peyda ola bilər. Triatominin nəcisi gözü çirkləndirərsə, tipik göz qapağı şişməsi birtərəfli şəkildə inkişaf edəcək (’ Romana əlaməti). 1– 2 həftə sonra, xəstədə qızdırma və limfadenopatiya; o cümlədən, miokardit və ya meningoensefalit kimi hallar inkişaf edə bilər. Şaqas xəstəliyinin təzahürləri bir neçə həftə ərzində kortəbii şəkildə həll olunur, lakin xroniki infeksiya, avtonom sinir sisteminin (meqaezofaqus və ya meqakolon) denervasiyası halı səbəbilə ürək çatışmazlığı və ya özofagus və kolon dilatasiyası halına səbəb ola bilər. "?>
Diaqnoz. Akut mərhələsində sözügedən diaqnoz, sərt şankr və ya qanda tripanosomların birbaşa aşkarlanmasına əsaslanır. Son mərhələdə isə həmin diaqnoz, xüsusi antikorlar üçün seroloji testlərə əsaslanır, lakin bu diaqnoz daha çox qeyri-müəyyən xarakter daşıyır. "?>
Müalicə və proqnoz. Müalicə, xüsusi xəstəxanalarda mərkəzləşdirilə bilər. Afrika yuxu xəstəliyini ilkin mərhələdə farmakoterapiya ilə müalicə etmək mümkündür. Əgər müalicə edilməzsə, xəstəlik çox zaman ölümlə nəticələnir. Hətta müalicə olunsa belə, CNS mərhələsində ölüm nisbəti 10% təşkil edir. Görünür ki, Şaqas xəstəliyi zamanı təyin edilən dərmanlar, xroniki mərhələnin inkişafının qarşısını almaq qabiliyyət ilə məhdudlaşdırılır və mənfi təsirlərlə əlaqələndirilir. 5– Yarım-akut mərhələdə ölüm nisbəti 10% təşkil edir. 20– Sözügedən infeksiya əldə edildikdən sonra xəstələrin 30% -də son komplikasiyalar inkişaf edir və bunun nəticəsində, bəziləri də ürək komplikasiyalarından ölür. "?>
Profilaktika. Heç bir vaksin mövcud deyil. Həşərat dişləməsi və sancması hallarının qarşısının alınması. "?>
Əlaqədar mənbələr
- Digər İnternet qaynaqları
- Ədəbiyyat
Kennedy PG. Clinical features, diagnosis, and treatment of human African trypanosomiasis (sleeping sickness). Lancet Neurol 2013;12(2):186-94. Brun R, Blum J, Chappuis F, Burri C. Human African trypanosomiasis. Lancet 2010 Jan 9;375(9709):148-59. Bern C. Chagas' Disease. N Engl J Med 2015;373(5):456-66. Rassi A Jr, Rassi A, Marin-Neto JA. Chagas disease. Lancet 2010 Apr 17;375(9723):1388-402.