Baş və boyun xərçəngi
EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
TimoAtula
AnttiMäkitie
Əsas məqamlar
- Bu qrup ağız boşluğu, udlaq, qırtlaq, burun və paranazal sinusların, o cümlədən ağız suyu vəzilərinin xərçənglərindən ibarətdir. Ancaq aşağıda ən vacib növləri müzakirə edilir.
- Bu xərçənglərin riski tütünçəkmək və spirtli içkilərin sui-istifadəsi ilə əhəmiyyətli dərəcədə artır. Lakin, heç də bütün xəstələrdə risk faktorları təyin edilmir. İPV infeksiyası ilə əlaqəli orofaringeal (ağız boşluğu-udlaq) xərçəngin rast gəlməsi əhəmiyyətli dərəcədə artmışdır.
- Erkən diaqnoz müalicə və proqnoz baxımından həyati əhəmiyyətə malikdir.
- Bu xərçənglərin 90%-dən çoxu yastı hüceyrəli xərçənglər və ya ağız suyu vəzilərindən törənən xərçənglərdir.
- Boyunda şişkinlik həmçinin limfomanın ilk əlaməti ola bilər. (bax ).
Əlamətlər, simptomlar və səciyyəvi xüsusiyyətlər
Ortaq simptomlar
- Erkən mərhələdə simptomlar ya olmur, ya da çox az sayda müşahidə edilir; ancaq lokal dəyişikliklər.
- Böyük ölçülü törəmələr bəzi xəstələrdə ağrı, həmçinin udmada və nəfəs almada da çətinliyə səbəb ola bilər.
- İlkin əlamət daha çox boyunda şişkinlikdir.
- Ümumi simptomlar adətən müxtəlif xəstəliklərin və ya irəliləmiş xərçəngin göstəricisidir.
- Qanaxma həmişə daha dərinləşdirilmiş müayinələrin aparılmasını tələb edir. Qanaxma xəstəliyin erkən mərhələsi üçün xarakterik deyildir.
- Əgər xəstədə 3 həftədən çox müddət ərzində xərşəng (aşağı bax) xəstəliyi etimalını düşündürən simptom qeyd edilirsə, o ixtisaslaşmış müəssisəyə yönəldilməlidir.
Dodağın xərçəngi
- Qartmaq və ya yara
- Adətən proqnozu yaxşıdır.
Ağız boşluğu və orofarinks
Müvafiq resurslar