Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Eriziipeloid (donuz qızılyeli)

Mündəricat

Eriziipeloid (donuz qızılyeli)

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 04.06.2010
PetteriCarlson

Əsaslar

  • Erizipeloid xəstəliyinə səbəb olan bakteriyalar (Erysipelothrix rhusiopathiae) bir çox heyvanlarda (donuzlar, balıqlar, quşlar) qeyd edilə bilər.  
  • İnsanlar zədələnmiş dəridən yoluxa bilərlər.  
  • Heyvandar fermerlər, qəssablar, balıqçılar, veterinarlar və s. arasında bir nadir peşə xəstəliyi kimi baş verir.  

Simptomlar

  • Adətən əllərdə şişkin, maviyəçalan rəngli, kənarları aydın hüdudlanmış ocaqlar (eritemalar) əmələ gəlir (şəkil ). Heç bir irinləmə yoxdur.
  • Adətən intensiv ağrı, eləcə də qaşınma və tikan batması hissləri çox rast gəlinir.
  • Yerli limfa düyünləri çox zaman şişkinləşirlər, lakin digər sistem simptomlar nadirdir. Bəzən septisemiya və endokardit baş verə bilər.
  • Bu xəstəlik bir neçə həftə ərzində özü-özünə aradan qalxır. Dəri qəhvəyi rəngdə qalır və çox zaman pullu olur. (şəkil ).

Diaqnoz

  • Anamnez və tipik kliniki mənzərə əsasında diaqnoz təyin edilə bilər. Biopsiya nümunəsi və ya aspirasiya ilə əldə olunmuş toxuma mayesinin boyama və ya kultural müayinəsi aparıla bilər, lakin buna nadir hallarda göstəriş olur.

Müalicə

  • Penisillin 1,5 milyon təsir vahidi  × gündə 2 dəfə 10 gün ərzində əzələ daxili vurulması xəstəliyin davam müddətini qısaldır.  Həmçinin, sefalosporinlər, makrolidlər və flüoroxinolonlar effektiv ola bilər.

Profilaktika

  • Yaxşı peşə təcrübəsi (əmək gigiyenasına riayət edilməsi), əl yaralarının və eroziyalarının örtülməsi

Əlaqəli mənbələr

  • Digər internet mənbələri
  • Ədəbiyyat