Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yuxusuluq

Mündəricat

Yuxusuluq

EBM Klinik protokolları
24.08.2017 • Sonuncu dəyişiklik 24.08.2017
ChristerHublin

Əsas müddəalar

  • Yuxusuzluğun tək bir səbəbi yoxdur, tibbi səbəblərlə yanaşı, şəxsi xüsusiyyətlər, həyat tərzi vərdişləri və həyat şəraiti daxil olmaqla bir çox səbəblər daxildir.
  • Ən çox rast gəlinən kəskin yuxusuzluq forması xəstənin həyat şəraiti ilə əlaqədar olaraq yaranır
  • Əgər xəstə yuxusuzluqdan əziyyət çəkirsə, xroniki yuxusuzluğa gətirib çıxaran hiperalertliyə səbəb olacaq
  • Dəyərləndirmədə xəstəlik tarixçəsinin araşdırılması və yuxu gündəliyi həlledici rol oynayır.
  • Düzgün qurulmuş həkim - pasiyent əlaqələri və farmakoloji müdaxilənin olmaması müalicənin ilk elementləridir.

Yayılması

  • Müvəqqəti yuxusuzluq yaşlı əhalinin 1/3 hissəsində, xroniki yuxusuzluq isə 1/10 hissəsində müşahidə edilir "?>.
  • Yuxusuzluq uşaq və gənclərdə də çox rast gəlinir
  • Yuxusuzluq qadınlarda kişilərdən daha çox və eyni yaşlarda rast gəlinir

Səbəblər

  • Müxtəlif faktorlar simptomlara səbəb olur :
    • zəmin yaradan faktorlar ( yuxusuzluğun genetik tarixçəsi, hiperarous qabiliyyət, davranış)
    • Yaranma səbəbi ( işdə xroniki və ya kəskin gərginlik/stress və ya həyat şəraiti, sağlamlığı) 
    • Daimi faktorlar ( psixifizioliji yuxusuzluq mexanizmləri, yuxu vərdişinin dəyişməsi yuxusuzluğa səbəb olur , çox erkən yuxu vaxtı və ya boş vaxtın yataqda keçirilməsi və ya kofein kimi stimullaşdırıcıların geniş istifadəsi).
  • Yuxusuzluqdan əziyyət çəkənlər üçün yuxu müddətinin dəqiq hesablanması çətindir ( orta yuxu müddəti çox vaxt əhəmiyyətli dərəcədə azalmış olur )
  • Hətta kiçik miqdarda stimullaşdırıcılar yuxuya təsir edə bilər.
    • Kofein (adenozin antagonist) yuxuya mənfi təsir göstərə bilər, xüsusilə də həssas fərdlər arasında 
    • Siqaret çəkənlər çəkməyənlərdən daha az yatırlar
    • Hətta az miqdarda alkoqol (< 3 vahid) qəbulu yuxunu zəiflədə və bərpa effektini azalda bilər .
  • Yuxusuzluq stressli həyat şəraitinin və psixiatrik xəstəliklərin ən çox rast gəlinən əlamətidir. 
  • Yaşlılarda yuxusuzluq ,digər konkurent xəstəliklərlə əlaqələndirilir, orta yaşlı xəstələrdə isə psixi -sosial faktorların təsiri var.
  • Bir çox fiziki xəstəliklər yuxusuzluqla əlaqələndirilir. Məsələn:
    • ağrı
    • yorğun ayaqlar sindromu
    • refluks xəstəliyi və digər abdominal simptomların yaratdığı səbəblər
    • Ağciyərin xronik obstruktiv xəstəliyi və ürək çatışmazlığı kimi nəfəs darlığına səbəb olan vəziyyət
    • prostat və menopauza simptomları "?>
    • hipertiroid 
    • diabet.
    • Qeyd: yuxu apnesi özünü yuxusuzluq kimi göstərir ( nəfəs kəsilməsi halında xəstə oyanır).
  • Psixiatrik səbəblər
    • Depressiya 
    • narahatlıq
    • psixoz
  • Xronobioloji səbəblər 
    • Qaydasız yuxu vərdişləri ( məsələn: yuxu fazası və həftə içi və həftəsonu arasında fərqli yuxu müddəti )
    • Növbəli iş və digər qeyri - müntəzəm və uzun iş saatları) 
    • Təxirə salınmış yuxu fazası :gecə gec saatlara qədər pasiyent yuxuya getmir, ancaq maneə olunmasa normal yatacaq) .
  • Bəzi dərman vasitələri yuxusuzluğa səbə ola bilər .Məsələn:
    • anksiyolitiklər: benzodiazepin, buspiron
    • kardivaskulyar preparatları: beta blokerlər, kalsium kanal blokerlər "?>
    • statinlər
    • NSAIDlər
    • antiastmatiklər: beta simpatomimetik, aminofilin, teofilin
    • antidementiya preparatları: donepezil, rivastiqmin
    • antiepileptik: fenitoin, lamotriqin, levetirasetam, topiramate
    • CNS stimullaşdırılar: amfetamin, atomoksetin, bupropion, buspron, cofein, metilfenidat, nikotin, psevdoeferdin, eferdin, modafinil
    • antidepressantlar: floksatin, fluvoksamin, paroksetin, trazodon, və digər SSRI, MAO-A İnqibitorları , duloksetin, mirtazapin  (30 mq daha çox)
    • antiparkinson preparatları: dopamin aqonistləri, levodopa, MAO-B inqibitorları
    • antipsixoz: classik antipsixozlar ( fentiazin törəmələri)
    • Qlükokortikoidlər
    • Tiroksin
  • İdiopatik yuxusuzluq nadir hallarda rast gəlinir : bu hal uşaq yaşlarında və ya yetkinlik dövründə başlayır və digər bilinən səbəbləri yoxdur.Xəstənin pozitiv ailə tarixçəsi olur və xəstəliyin səbəbi mərkəzi sinir sistemi ilə bağlı olaraq anadangəlmə ola bilər. (ICD-10  G47.0 təsnifatı).

Diaqnoz

  • Dəyərləndirmə xəstəlik tarixçəsinin diqqətli araşdırılmasına əsaslanır.
    •  Əlamətlər : yuxuya getməkdə çətinlik (ilkin yuxusuzluq), gecə yarısına kimi oyanıqlıq (orta yuxusuzluq) , çox erkən oyanma ( terminal yuxusuzluq) və /və ya bərpa olunmayan yuxu
    • Qəfil yuxu,  təkrarlanan oyanma (səbəb ?) , yenidən yuxuya getmək qabiliyyəti, gümrahlıq hissi ilə oyanma ?
    • Yataqda çox vaxt keçirmək və s. yuxu müddəti
    • Yuxusuzluğun başlanması , müddəti və irəliləməsi , simptomlarda hər hansı dəyişiklik və onların səbəbləri ; 
    • Xəstənin yuxusuzluğunun səbəblərini xəstənin şəxsən anlaması
    • Ehtiyacı olan yuxu müddətinin subyektiv dəyərləndirilməsi
    • Yuxu şəraiti
    • Növbəti günlərdə yaxşılaşma və təsiri
      • Yorğunluq dərəcəsi (yuxuya getmə və s . xəstə yuxuludur?)
      • Gün ərzində mürgüləyən
      • Diqqət, konsentrasiya, yaddaş, qəza və səhvlərə meyillilik) 
      • Ruh halı ( depressiya və yuxusuzluq - başlamış disforiya) 
      • Fiziki persepsiya.
  • Əgər xəsətədə  yuxusuzluq əlamətləri varsa, aşağıdakıları yoxlayın:
    • Həftədə ən az 3 dəfə müşahidə edilən əlamətlər
    • Gün ərzində funksional qabiliyyətin azalması
  • Kliniki müayinə və difrensial diaqnozların məqsədi digər yuxu xəstəliklərini (xüsusilə yuxu apnesi və yorğun ayaq sindromu), psixiatrik xəstəlik, dərmanlarla bağlı yuxusuzluq və somatic səbəblərin araşdırılması və ya inkar edilməsidir. 
  • Normal yuxusuzluq zamanı adətən yuxunun araşdırılmasına və ya laborator testlərə ehtiyac olmur.
  • Əgər yuxu apnesi əlamətləri varsa (xüsusilə  xəstə artıq çəkili və ya kiçik çənəlidirsə , apnes müddəti və ya xoruldama ) bir gecə boyu polisomnografiya nəzərdə tutulur.
    • Yucu apnesi olan xəstələrdə  qəfil yuxu və yuxusuzluqdan çox gün ərzində yorğunluq problemləri tipikdir. 

Müalicə

  • Düzgün qurulmuş həkim - xəstə münasibətləri müalicənin mərkəzində durur, xəstələr artıq həkim məsləhətlərindən və davamlı həkim ziyarətindən faydasını görürlər. 
  • Özünə yardım və ətraf mühit amilləri (yuxu gigiyenası)
    • Yuxu şəraiti, yuxu vərdişləri və müntəzəm yuxu cədvəli.
    • Oyaq qalma müddətində fəaliyyət və bu dövrdə düzgün zaman tənzimlənməsi
    • Stimullaşdırıcılar 
  • Dərmansız müalicə 
    • Xəstənin yuxu saatlarının planlaşdırılması:
      • həyat tərzinin kontrolu
      • bədən tərbiyəsi "?>
      • istirahət
      • yuxu stimulus kontrol 
      • yataqda keçirilən vaxtın məhdudlaşdırılması .
    • Bilişsel davranışlara müdaxilələr davranışlarda dəyişiklikləri azaldan müalicə və xəstələrin yaxşılaşmasında izlənilən irəliləyişlər kimi xəstənin yaddaşının gücü, onun yuxusuzluqda rolunu araşdırır. 
    • Simulus kontrol terapiyası ən çox araşdırılmış və effektiv üsuldur. Effektiv və sakitləşdırıcı kurslar hesabına yaxşı nəticələr əldə edilməsi sübut edilmişdir. 
  • Farmakoterapiya 
    • Maksimum doza həddi aşılmamalıdır və preparat yuxu zamanı tək dozada qəbul edilməlidir .
    • Yarılama müddəti nəzərə alınmalıdır və xəsətəyə növbəti günə qədər meydana çıxa biləcək mümkün  yan təsirlər barədə xəbərdarlıq edilməlidir ( qəzalar meyillilik , fatik və koqnitiv pozuntular , nəqliyyat idarəetmə qabiliyyəti) 
    • 3 aydan çox hipnotik istifadəsi zamanı məlumat çatışmazlığı var və uzunmüddətli istifadə zamanı  effektivliyini və ya təhlükəsizliyini ) müəyyən etmək mümükün deyil .
    • 60 yaşdan yuxarı şəxslərdə hipnotiklərin uzunmüddətli istifadəsinin mənfi təsirlərinə daha çox rast gəlinir . 
    • Benzodiazepin törəmələri (zolpidem və zopiklon) yuxu düzənini benzodiazepinin özü qədər dəyişmir.
    • Alternativ olaraq , sakitləşdirici antidepressantın kiçik dozası (doksepin,trimipramin, mirtazapin, trazodon)  istifadə edilə bilər .
    • Antipsikotiklər əsasən psixotik pozğunluqlarla əlaqəli yuxusuzluğu müalicə etmək üçün istifadə olunur.
    • Melatonin "?>  xroniki yuxusuzluqda təsirli olur. Hər axşam eyni saatda qəbul edilməlidir. 

Müalicə yanaşması

  • Müvəqqəti (< 1 ay) və qısamüddətli (1–3 ay ) yuxusuzluq
    • Yuxusuzluğun səbəbini tapmaq və aradan qaldırmaq (məsələn,həyatı çətin anlarında və lazım olduqda qısamüddətli xəstəlik məzuniyyəti)
    • Simptomlar asanlıqla keşmədiyi hallarda , qeyri - fakmakoloji terapiya prinsiplərinə əsasən müalicə başlanıla bilər. 
    • Yaxşı yuxu gigiyenası kifayət etmirsə, yuxu gətirici dərmanlarla qısa bir kurs qəbul edilə bilər .
  • Xroniki birincili yuxusuzluq  (> 3 ay;tez - tez funksional yuxusuzluq və ya belə əlamətləri artıran yuxusuzluq )  
    • Koqnitiv müdaxilələr müalicədə əsas seçimdir və müalicə dayandırıldıqdan sonra da effektivliyini saxlayır  "?>.
    • Dərmansız müalicə ilkin yardım zamanı həyata keçirilə bilər ( məsələn: depressiyaya bir antidepresant, ağrı üçün analgetik və ya yorğun ayaq sindromu üçün dopamin agonist)
    •  

Mənbələr

  • Koxreyn icmalı
  •  

Kronholm E, Partonen T, Härmä M et al. Prevalence of insomnia-related symptoms continues to increase in the Finnish working-age population. J Sleep Res 2016;25(4):454-7. Edinger JD, Carney CE. Overcoming Insomnia: A Cognitive-Behavioral Therapy Approach. Workbook. 2nd edition. Oxford University Press 2014.Morgenthaler T, Kramer M, Alessi C, et al; American Academy of Sleep Medicine. Practice parameters for the psychological and behavioral treatment of insomnia: an update. An american academy of sleep medicine report. Sleep 2006 Nov 1;29(11):1415-9.