Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Mononukleoz

Mündəricat

Mononukleoz

EBM Klinik protokolları
01.03.2017 • Sonuncu dəyişiklik 01.03.2017
JukkaLumio

Ümumi müddəalar

  • Xəstəliyi tanımaq və onu nümunə üçün streptokokk tonzillit və ilkin İİV infeksiyasından differensiasiya etmək.
  • Antibiotik müalicəsindən yayınmaq, çünki o kömək etmir, hətta farinqit şiddətli olsa belə. 

Epidemiologiya

  • Tüpürcəyin ötürülməsilə ("Öpüşmə xəstəliyi") yayılan Epşteyn-Barr virusundan (EBV) yaranır. 
  • İnkubasion dövr 7-50 gün arasında dəyişir. 
  • Şimali Avropada demək olar ki, bütün orta yaşa çatmış insanlar EBV ilə təmasda olmuşdur. 
  • İnfeksiyaya yoluxmuş insanlar bütün ömrü daşıyıcı olaraq qalırlar və müəyyən zamanlarda tüpürcəklə virusu ifraz etməklə əhali arasında infeksiyanın yayılmasına səbəb olurlar. 

Simptomlar və klinik təzahürlər

  • Əhalinin yarısı EBV infeksiyası ilə məktəb yaşından əvvəl təmasda ola bilər. Həmin vaxt infeksiya adətən simptomsuz olur və təyin edilməmiş qalır. Gənclərdə (15-25 yaş) infeksiya adətən mononukleoza aparıb çıxarır. 30 yaşdan böyük şəxslərdə infeksiya nadir hallarda olur, amma onlar böyük ağırlaşma riski altındadırlar. 
  • Simptomlara yüksək qızdırma, tonzillit, ümumən böyümüş limfa düyünləri (çənə bucaqlarının ətrafında, çənə altında və qoltuqaltı və körpücükaltı çuxurlarda və ya dalağın zədələnməsi, hepatit daxildir; göz qapaqlarının ödemi (15%-də) prodromal simptom ola bilər. 
  • Təxminən hər 10 xəstədən birində kiçik eritematoz ləkələrlə şəpkilər olur. )."?> Yeni EBV infeksiyasında amoksisillinin təyinatı ekzantema yaranan xəstələrin nisbətini təxminən iki dəfə artırır (uşaqlarda 15-30%-dən); şəkil. Dəri reaksiyası tez-tez gələcəkdə tənəffüs infeksiyalarının müalicəsində amoksisillinin istifadəsinin qarşısını alan allergiyanın əlaməti deyildir.
  • Yalnız 2% xəstələrdə simptomlar o qədər şiddətlidir ki, hospitalizasiya tələb olunur. 
  • Spontan bərpa adətən 2 həftə ərzində müşahidə olunur. Qızdırma bəzən 4-6 həftə davam edə bilər. Şiddətli simptomlar və ya ağırlaşma olduğu hallarda hospitalizasiya tələb oluna bilər. 
  • Ağırlaşmalar nadir rast gəlinir: miokardit, autoimmun hemolitik anemiya (AİHA), qanaxma (trombositopeniya), qlomerulonefrit, artrit, meningit və ya ensefalit, neyropatiyalar və poliradikulopatiyalar, psixi pozuntular və dalağın spontan cırılması, hansı ki, ölümün ən çox rast gəlinən səbəbidir (hospitalizasiya olunan xəstələrin 1/3000-i). 
  • Əgər xəstə dərmanı uda bilirsə, QSİƏM boğaz ağrısını və şişkinlikdən azad edə bilərlər.
  • Qidalanma və tənəffüsü pisləşdirən şiddətli şişkinlik xəstəxanada və adətən kortikosteroidlərlə müalicə olunur. 
  • Mononukleozun simptomları bəzən residiv əlaməti kimi yenidən ortaya çıxa və ya xronikləşə bilər. 
  • Xəstələrin kiçik bir hissəsi bir neçə aya qədər davam edə bilən xronik yorğunluqdan əziyyət çəkirlər və bu xronik yorğunluq sindromunu xatırladır .
  • EBV-nin plasentanı keçə biləcəyinə baxmayaraq, onun döl və ya yenidoöulmuşda  sağlamlıq təsirləri nadir hallarda müşahidə olunur.

Laborator diaqnostika

  • Mononukleoz üçün klinik şübhə olduğu hallarda qan şəkli (leykoformula da daxil olmaqla) müayinə olunur. Heterofil anticismləri təyin edən sürətli test kifayət qədər spesifikdir, amma yalnız 80% mononukleoz hallarını təyin edir.
  • Pozitiv sürətli test və klinik şəkil gənclərdə daha etibarlı diaqnozu təmin edir. Xəstələrin 1/3-də 10 yaşından az və 1/5-də 30 yaşından sonra sürətli test neqativ olacaqdır. Əgər dəqiq diaqnostika vacibdirsə (məsələn, differensial diaqnostik səbəblərdən) EBV-yə qarşı IgM anticisimləri müayinə olunmalıdır. Bunlar həmişə xəstəliyin başlanğıcında tapılır. İlkin fazada spesifik anticisimlər diaqnostik analiz kimi də istifadə oluna bilər. 
  • Qan şəklində tipik tapıntılar mononuklear hüceyrələrin artmasıdır (leykositlərin 50%-dən çoxu limfositlərdir). Periferik qanda bütün limfositlərin 10%-dən çoxu atipikdirlər (limfoblastlar). Trombositopeniya və qranulositopeniya tez-tez rast gəlinir. Bəzən qanın şəkli bədxassəli qan xəstəliyi şübhəsini yaradır. 
  • Digər laborator analizlərə yalnız differensial diaqnostika üçün ehtiyac duyulur. Eritrositlərin çökmə sürəti yüngül artıb, C-reaktiv zülal təxminən normal olur, transaminazalar (bir neçə yüz IU/ml qədər) kimi qaraciyərin funksional analizləri aşkar olaraq artır və xəstədə hətta sarılıq müşahidə oluna bilər. Tonzilliti olanların boğazından bakterial kultura üçün yaxma götürülməlidir; yanaşı streptokokk koloniyası (20-30%) və ya diggər infeksiyalar mononukleozda tez-tez rast gəlinir. 
  • Mononukleoz B hüceyrələrin poliklonal aktivləşməsinə səbəb olur, hansı ki, IgM sinif anticisim (məsələn, mikoplazma və ya borrelia) analizində yalançı pozitiv nəticə verə bilər.

Mononukleozun ambulator şəraitdə müalicəsi

  • Böyüklərdə xəstəlik çox hallarda özünü uzun müddət davam edən simptomlarla  göstərir. Tələb olunan xəstəliyə görə məzuniyyətin müddəti adətən mononukleoza oxşayan digər tənəffüs infeksiyaları üçün tələb olunandan uzundur. 
  • Differensial diaqnostikada streptokokk tonzilliti, digər qızdırmalar, hepatit və hətta limfoma xatırlanır. 
  • Dalaq və qaraciyər palpasiya edilməlidir; əgər dalaq böyüyübsə (məsələn, dalaq palpasiya zamanı hiss olunur və ya USM-də 10-12 sm-dən böyükdür; dalağın cırılma riski) xəstəyə idmandan çəkinməsi haqqında xəbərdarlıq edilməlidir.  
  • Mononukleoza bənzəyən xəstəliklərin təxminən 3%-i sitomeqalovirus tərəfindən törədilir. Bu infeksiyanın təzahürlərinə uzunmüddətli təkrarlanan qızdırma epizodları, limfa düyünlərinin böyüməsi və hepatit daxildir, adətən farinqeal simptomlar olmur. Əgər ana hamiləlik zamanı yeni sitomeqalovirusla yoluxmuşdursa uşağa zərər vermə ehtimalı təxminən 10%-dir.
  • Udlaq simptomları ilə yanaşı kultura və ya antigen analizində A qrup streptokokkların olduğu hallarda penisillinlə müalicə göstərişdir; peritonzillar abses riski var. 
  • Xəstələrin izolə edilməsinə ehtiyac yoxdur (hətta simptomsuz xəstələrdə çoxlu sayda virus yükü olur). 10 xəstədən təxminən birində  simptomatik ikincili infeksiya vardır. İnfeksiyanın ardınca 6 ay müddətində qan vermək məsləhət deyildir. 

Əlaqəli mənbələr

  • Koxrein icmallar
  • Digər internet resursları

Ədəbiyyat

  1. Bruu AL, Hjetland R, Holter E, Mortensen L, Natås O, Petterson W, Skar AG, Skarpaas T, Tjade T, Asjø B. Evaluation of 12 commercial tests for detection of Epstein-Barr virus-specific and heterophile antibodies. Clin Diagn Lab Immunol 2000 May;7(3):451-6.
  2. Ónodi-Nagy K, Kinyó Á, Meszes A et al. Amoxicillin rash in patients with infectious mononucleosis: evidence of true drug sensitization. Allergy Asthma Clin Immunol 2015;11(1):1.
  3. Chovel-Sella A, Ben Tov A, Lahav E et al. Incidence of rash after amoxicillin treatment in children with infectious mononucleosis. Pediatrics 2013;131(5):e1424-7.
  4. Thompson DF, Ramos CL. Antibiotic-Induced Rash in Patients With Infectious Mononucleosis. Ann Pharmacother 2017;51(2):154-162.