Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Poliomielit və poliomileitdən sonrakı sindrom

Mündəricat

Poliomielit və poliomileitdən sonrakı sindrom

EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
KirsiValtonen MerjaRoivainen

Əsas məqamlar

  • Poliomielit yüksək dərəcədə yoluxucu xəstəlikdir, lakin xəstələnmə hallarının əksəriyyətində heç bir simptoma səbəb olmur. 
  • Poliomileit əleyhinə vaksinlərin tətbiqindən bəri xəstələnmə hallarının sayı xeyli azalmışdır və hazırda bir çox ölkələrdə poliovirus infeksiyasının aradan qaldırıldığı hesab olunur. Əgər immunizasiya əhatəsi suboptimal dərəcədədirsə, Asiya və Afrikanın bəzi ölkələrində infeksiya hallarının baş verməsi mümkündür. 
  • Sürətlə inkişaf edən süst iflic asimmetrik xarakterlidir. İflic olmuş ətraflarda hissiyyat saxlanılır. 
  • Poliomielitdən sonrakı sindrom (məsələn, yorğunluq, əzələ zəifliyi, mialgiya və artralgiya) ilkin kəskin hücumdan sağaldıqdan bir neçə il sonra pasiyentlərə təsir göstərən bir vəziyyətdir. Bu gec effektlərin müalicəsi simptomatikdir (analgeziya, fiziki çalışmalar, istirahət, çəkiyə nəzarət, köməkçi vasitələr). 

 Ötürülmə yolu 

  • Poliovirus pikornaviruslar ailəsinin enterovirus cinsinə aiddir. 
  • Vəhşi poliovirusun 3 serotipi vardır. Vəhşi polivirus- tip 2 artıq 10 ildir ki, dünyada ləğv edilib və tip 3 sonuncu dəfə 2012-ci ilin noyabrında aşkar olunub. Beləliklə, bu xəstəliyi törədən yeganə vəhşi poliovirus tip 1-dir və bu infeksiya hələ də Pakistan, Əfqanıstan və Nigeriyada qeyd edilir. Vaksindən alınan polioviruslarla (vaccine derived polio viruses - VDPV) törənən xəstəlik bir sıra digər ölkələrdə aşkar edilmişdir. 
  • Poliomielit yüksək dərəcədə yoluxucu xəstəlikdir. 
  • İnsandan-insana ötürülmə hava-damcı yolu ilə və ya çirklənmiş qidalar, yaxud içkilərlə baş verir. 
  • İnkubasiya dövrü 7–18 gündür. 

Klinik mənzərə 

  • Halların 90%-dən çoxunda poliomielit heç bir simptom yaratmır. 
  • Yoluxmuş şəxslərin 10%-dən azında infeksiya əlamətləri, məsələn, qızdırma, halsızlıq və boğaz ağrısı inkişaf edir. 
  • Bir neçə gündən sonra iflic simptomları meydana çıxır. Bu simptomlar yoluxmuş və peyvənd olunmamış pasiyentlərin 1%-dən azında qeyd edilir.  
  • Sürətlə inkişaf edən süst iflic tipik olaraq asimmetrikdir. Poliovirus yalnız hərəki neyronları zədələdiyi üçün hissiyyatın itirilməsi yoxdur. Lakin hissi pozulmalar baş verə bilər. 
  • Tənəffüsün pozulması əzələ zəifliyi səbəbindən, eləcə də tənəffüs mərkəzinin zədələnməsinə görə baş verə bilər.  
  • Xəstəliyin iflic forması olan pasiyentlərin kiçik bir qismində uzunsov beynin infeksiyası danışmaq və udmada çətinliklər daxil olmaqla bulbar simptomlara, eləcə də göz əzələlərinin ifilicinə gətirib çıxara bilər. 
  • Xəstəlikdən sağalma simptomların törənməsindən bir neçə həftə sonra başlanır və pasiyentlərin təxminən yarısında  tamamilə və ya demək olar ki, tamamilə bərpa qeyd edilir. 

Diaqnostika

  • Virusoloji diaqnozun təsdiqi üçün iflic başladıqdan sonrakı ilk 2 həftə ərzində iki ardıcıl gündə toplanmış nəcis nümunəsi tələb edilir. Virus hətta daha uzun müddətə ekskresiya olunur, lakin bu müddətdən sonra mikrobioloji əkmənin nəticəsi mənfi olan nümunələrin nisbəti yüksəlir. 
  • Əlavə nümunələrə virus kulturası üçün əsnək yaxması, eləcə də xəstəliyin başlanğıcında və bundan iki həftə sonra anticisimlərin təyini üçün qan zərdabı və serebrospinal maye nümunələri daxil ola bilər.  
  • Nümunələr mütləq müvafiq yerli laboratoriyalara göndərilməlidir. 
  • Poliomielit haqqında xəbardarlıq edilən bir xəstəlikdir və sanitar-epidemioloji nəzarət orqanları laborator analizlə təsdiqlənmiş bütün xəstələnmə halları barəsində mütləq qaydada məlumatlandırılmalıdır. 

Differensial diaqnoz

Vaksinasiya 

Poliomielitdən sonrakı sindrom 

Diaqnostik meyarlar 

  1. Hərəki neyronun zədələnməsinin təsdiqlənmiş  sübutları ilə birgə  poliomielitin iflic forması barədə anamnez 
  2. Kəskin xəstəlikdən sonra hissəvi və ya tam bərpa, ardınca isə nevroloji və funksional cəhətdən stabil zaman fasiləsi (adətən 15 il və ya daha artıq)
  3. Proqressiv və davamlı yeni əzələ zəifliyinin və ya əzələlərin qeyri-normal yorulmasının (fiziki gərginliyə dözümün azalması) tədrici və ya qəfil başlanması. Daha sonrakı simptomlara artmış yorğunluq, əzələ atrofiyası, mialgiya və artralgiya aid ola bilər. Nisbətən az rast gəlinən hallarda tənəffüs və ya udma ilə bağlı problemlər baş verə bilər.
  4. Simptomlar ən azı bir il davam etmişdir. 
  5. Simptomların səbəbləri kimi digər nevroloji, tibbi və ortopedik problemlər istisna olunmuşdur. 

Müalicə və rehabilitasiya 

  • Hal-hazırki dövrə kimi poliomielitin gec effektlərini müalicə edən heç bir spesifik dərman vasitəsi mövcud deyildir.  Ağrının idarə olunması adəti təlimatlara müvafiq surətdə aparılmalıdır. Ən vacib müalicə formalarına mütəhərriklik və funksional bacarıqları saxlamaq üçün fiziki çalışmalar, kifayət qədər istirahət, çəkiyə nəzarət və uyğun köməkçi qurğuların istifadəsi daxildir. 
  • Mütəhərrikliyin yaxşılaşdırılması və/və ya saxlanılması 
    • Fizioterapevtin qiymətləndirməsi əsasında fərdi özünə-xidmət (çalışmalar) planı çəkilməlidir.  
    • Fiziki çalışmalar müntəzəm və müxtəlif olmalıdır. Fiziki çalışmalar və istirahət arasında tarazlığı gözləmək vacibdir.   
    • Əgər göstərişdirsə, müntəzəm fizioterapiya 
    • Hidroterapiya
    • Tənəffüs çalışmaları (məsələn, "üfürmə şüşəsi" cihazından istifadə) 
    • Stasionarda rehabilitasiya tədbirləri.
  • Pasiyentin koqnitiv bacarıqlarının inkişaf etdirilməsi 
  • Köməkçi qurğular üçün ehtiyacın dəyərləndirilməsi, onların sınanması və bu qurğularla bağlı rəhbərliyin təmin edilməsi 
  • Pasiyentin mənzilinin uyğunlaşdırmaya ehtiyacının olub-olmamasının nəzərdən keçirilməsi 
  • Pasiyentin peşə ilə bağlı rehabilitasiyası üçün imkanlar və ehtiyacı barədə qiymətləndirmə
  • Sosial yardım alınması planının tərtibi, ərizələrin yazılması və müvafiq sənəd formalarının verilməsi
  • Spesifik problemlərin idarə edilməsi 
    • Tənəffüs funksiyasının qiymətləndirməsi (spirometriya, yuxu apnoyesi üçün müayinələr, ehtiyac olduqda pulmonoloqa göndəriş) 
    • Nitq və disfagiya ilə bağlı problemlər (loqoped tərəfindən qiymətləndirmə, göstəriş olduqda LOR-həkiminə göndəriş) 
    • Yorğunluq, depressiya, yuxu pozulmaları (ehtiyac olduqda, psixoloqa göndəriş, qrup şəklində çalışmalar, lazım olduqda psixiatrla konsultasiya edilə bilər)  
    • Soyuq və ödemli ətraflar (tibbi corablar, limfo-drenaj terapiyası, velotrenajorda çalışmalar, isitqaclar) 

Müvafiq resurlar 

  • Digər internet resurslar
  • Ədəbiyyat

Jubelt B, Agre JC. Characteristics and management of postpolio syndrome. JAMA 2000;284(4):412-4. Trojan DA, Cashman Nr. Post-poliomyelitis syndrome. Muscle Nerve 2005;37:247-51