Donvurma
EBM Klinik protokolları
27.06.2017 • Sonuncu dəyişiklik 27.06.2017
Editors
Əsaslar
- Donmuş nahiyə, vaxt itirmədən isinilməlidir, lakin bu yalnız, xəstənin nəqli zamanı donmanın yenidən baş verməyəcəyi və xəstənin hipotermik olmadığı hallarda həyata keçirilməlidir.
- Donu açılmış nahiyəyə lazımsız müdaxilədən qaçınılmalıdır.
Klinik əlamətlər
Donvurma
- İynə batma hissi müşahidə edilən ağrılar
- Hissiyyatın azalması və ya itməsi
- Dəridə ağ ləkələr, üz nahiyəsində donvurmanın ilk əlamətidir
- Solğun, maviyə çalan və ya mərmər görünümlü dəri
- Dəridə ağ ləkələr, üz nahiyəsində donvurmanın ilk əlamətidir
- Təmiz və ya hemorragik suluqlar
- Kəskinlik dərəcəsi, donun açılmasından əvvəl qiymətləndirilə bilinməz
- Donvurmanın klassifikasiyası: cədvələ nəzər yetirin.
İmmersiya zədələri
- Soyuq suyun təsirinə məruz qalma nəticəsində yaranır. Məruz qalma müddəti, adətən bir neçə gün və ya həftələrdən ibarət olur.
- Donmuş ətrafda isinmə prosesi zamanı keyləşmə və geniş sahəni əhatə edən ödem yarana bilər. Bu proses, qızartı və kəskin ağrıların yaranması ilə davam edə bilər.
- Ən çox təsadüf edilən immersiya zədələrinə, yaraların yaranması və nekroz aid edilir.
Dəri donvurmasının klassifikasiyası (mənbə: Lindroos L, et al. Finnish Medical Journal 2012;67(7):505-50)
| Dərəcə |
Klinik təsfir |
| 1. |
Hissiyyat normaldır, suluqlar yoxdur |
| 2. |
Ödem, təmiz suluqlar |
| 3. |
Hissiyytın azalması və ya itməsi, heç bir həyati reaksiyanın olmaması, hemorragik suluqlar |
| 4. |
Maviyə çalan və ya şişkin dəri, hissiyyat yoxdur, distal deyil, yalnız proksimal ödem |
Yardım
- Hipotermiya, lokal donvurma yaralarının müalicəsindən öncə tənzimlənməlidir. Hipotermik xəstələrin bədəninin distal hissələri hərəkət etdirilməməlidir, çünki soyuq qan aritmiyaya səbəb ola bilər.
- İlk yardım zamanı mexaniki travmalardan qaçınmaq lazımdır. Xəstəxanada xəstənin, ’ rektal temperaturu qeydə alınmalı və yerli donvurma yaralarının müalicəsindən öncə, mövcud ola biləcək hipotermiya tənzimlənməlidir. Hipotermik xəstənin bədəninin distal hissələrinin hərəkət etdirilməsindən qaçınılmalıdır. Soyuq qan, aritmiyaya səbəb ola bilər.
- Ən yaxşı müalicə üsulu, isti suda (40-42oC) 15 - 30 dəqiqə ərzində və ya donmuş nahiyədə sirkulyasiyanın bərpa olunmasına qədər donun sürətlə açılmasıdır .
- Donun sürətlə açılması, yavaş - yavaş açılmasıyla müqayisədə toxumaların daha az zədələnməsiylə nəticələnir.
- Analgetik olaraq ibuprofen tətbiqinə 800 mg gündə 3 dəfə olmaqla, heç bir əks təsirin olmadığı təqdirdə ilk müdaxilə qismində başlanılır.
- İlk yardım zamanı mexaniki travmadan qaçınmaq lazımdır.
- 2-ci və 4-cü dərəcəli donvurma halları xəstəxanada müalicə edilməlidir.
- Xəstəyə isti intravenos infuziya yeridilməlidir. Ağır hallarda hipotermiya, qanın ekstrakorporal qızdırılması yolu ilə müalicə edilə bilər.
- Buzu açılmış toxumanın yenidən donması, daha ağır zədələrlə nəticələnə bilər; əgər xəstənin daşınması zamanı yenidən donma təhlükəsi varsa, hadisə yerində donun açılması prosesindən qaçınılmalıdır.
- Donun açılmasından sonra şiddətli ağrılara müdaxilə etmək üçün müvafiq vasitələrə sahib olunmalıdır.
- İsinmə prosesindən sonra da hissiyyatın olmamasının davam etməsi, eləcə də hemorragik suluqların mövcudluğu və Doppler siqnallarının qeydə alınmaması, ağır donvurma halına işarə edir.
- Ən ağır donvurma zədələrinə göstərilən təcili müdaxilə zamanı (24 saatın içində), alteplazla intra-arterial tromboliz istifadə olunur. Bu vasitənin, amputasiya riskini azaltdığı isbat olunmuşdur.
- Donun açılmasından sonra təmizlənmiş nahiyə, quru və təmiz sarğılarla örtülməlidir.
- Tetanus profilaktikası diqqətə alınmalıdır.
- Donmuş nahiyənin gündəlik povidon - yodla yuyulması yerli adekvat müalicənin bir hissəsi sayılır.
- Şişmiş ətraf, öz funksional pozisiyasında şina ilə immobilizasiya edilmiş vəziyyətdə saxlanılmalıdır.
- Quru qanqrenın sağlam nahiyə ilə əlaqəsini, cərrahi müdaxilədən bir neçə həftə öncə məhdudlaşdırmağa icazə verilir. Sulu qanqrena isə infeksiya riski səbəbiylə kənarlaşdırılmalıdır.
- Donvurmanın sonradan yaranan simptomlarına paresteziyalar, soyuğa həssaslıq, artmış tərləmə, oynaq ağrıları, bəyaz (ağ) barmaqlar və kauzalgiya aid edilir.