Mədəaltı vəzi karsinoması
EBM Klinik protokolları
15.05.2017 • Sonuncu dəyişiklik 15.05.2017
PauliPuolakkainen
Əsasları
- Mədəaltı vəzin karsinomasından o xəstələrdə şübhələnmək lazımdır ki, onlarda:
- yuxarı qarın nahiyəsində davamlı diskomfort hissi
- ağrısız sarılıq var.
- Qarının yuxarı hissəsində ağrıdan, təzəlikcə başlamış diabetdən və ya kəskin pankreatitdən əziyyət çəkən xəstələrdə mədəaltı vəzi karsinoması ehtimalını nəzərdən keçirtmək lazımdır.
Epidemiologiya
- Pankreatik duktal adenokarsinoma (PDAK) ən geniş yayılmış 10 xərçəngdən biri sayılır.
- Mədəaltı vəzi adacıqlarının endokrin şişlərinə (insulinoma, qastrinoma, vipoma, qlükaqonoma, somatostatinoma, karsinoid şiş) çox nadir hallarda təsadüf edilir.
Simptomlar və təzahür
- Çəki itkisi 90%
- Yuxarı qarın nahiyəsində qeyri - müəyyən diskomfort 80%
- Sarılıq 55%
- Kürəyə yayılan epiqastrik ağrı 30%
- Yenicə başlamış diabet 30%
- İştahanın itməsi 20%
- Malaziya 15%
- Şişin endokrin aktivliyi səbəbindən meydana gələn simptomlar
Diaqnostika
- Rutin laborator müayinələr erkən diaqnostikada faydalı sayılmır. Plazma alkalin fosfataza və qlütamil transferazanın konsentrasiyaları adətən yüksəlmiş olur.
- CA 19-9-nin həssaslığı və spesifikliyi təxminən 80% olur və bu testdən sarılığı olmayan xəstələrdə xərçəngdən şübhələnildiyi zaman istifadə edilə bilər.
- Yuxarı qarın nahiyəsinin ultrasonoqrafiyası və nazik dilimli kontrastlı KT-si əsas müayinə üsulu hesab edilir.
- Digər müayinələrə MRCP və bəzən endoskopik ultrasonoqrafiya, PET-KT və diaqnostik laparoskopiya aid edilir.
Müalicə
- Preoperativ stendləmə sarılığı aradan qaldırmaq məqsədilə həyata keçirilir.
- Pankreatikoduodenektomiya (Whipple əməliyyatı) şişin ətraf toxumalara yayılmaması halında həyata keçirilə bilər'. Bu, təxminən 20% xəstələrdə mümkündür.
- Ətraf toxumalara yayılmış şişlərdə tətbiq edilən kimyaterapiya və radioterapiya zamanı təxminən 50% xəstələrdə müvəqqəti xarakterli yüngülləşmə əldə olunur, lakin bu üsulların faydası uzunvadəli proqnoz üzərində çox az hiss edilir.
- Kimyaterapiyanın nəticələri qənaətbəxş sayılmır.
- Zərurət yarandıqda obstruksiya əlamətlərini yüngülləşdirmək məqsədilə ödqovucu yolların və ya həzm yollarının palliativ cərrahi şuntlaması həyata keçirilə bilər.
Proqnoz
- Cərrahi müalicənin mərkəzləşdirilməsi nəticələri və uzunmüddətli proqnozu yaxşılaşdırır.
- PDAK üçün 5 yaşlı xəstələrdə yaşdan və cinsiyyətdən asılı olaraq həyatda qalmaq dərəcəsi 10%-dən aşağıdır.
- Mədəaltı vəzinin duktal adenokarsinoması ilə diaqnoz qoyulmuş xəstələrin yarıdan çoxu diaqnoz qoyulduqdan sonra 6 ayın içində vəfat edir. Digər tərəfdən radikal cərrahi yolla müalicə olunmuş 8 xəstədən biri 10 ildən çox yaşayır.
- Periampulyar karsinomanın proqnozu daha qənaətbəxş sayılır (çünki diaqnoz xəstəliyin daha erkən vaxtlarında qoyulur).