Hiperqlikemik hiperosmolyar sindrom
EBM Klinik protokolları
04.08.2017 • Sonuncu dəyişiklik 04.08.2017
MinnaKoivikko
Əsas məqamlar
- Kəskin hiperqlikemiyanın müalicəsi xəstə komaya girmədən başlanmalıdır.
- Bu halı ketoasidozla qarışdırmayın.
- Hiperqlikemik hiperosmolyar sindromda müşahidə olunan ölüm halları əhəmiyyətli dərəcədə yüksəkdir (20-50%)
Təkanverici faktorlar
- Hiperqlikemiyaya səbəb olan dərman preparatları (diuretiklər, qlükokortikoidlər)
- Əməliyyatlar və müxtəlif dərəcəli stress faktorları, məsələn, miokard infarktı və beyin insultu, yanıqlar
- Kəskin ağır infeksiyalar
- Pnevmoniya
- Diabetik qanqrena
- Piyelonefritlər
- Sepsis
- Dehidratasiya ilə nəticələnən qastroenteritlər
- Xronik xəstəliklər və diuretiklərlə artıq dozalanma
- Böyrək çatışmazlığı
- Ürək çatışmazlığı
- Fərqli səbəblərdən az maye qəbulu və dehidratasiya
- Şəkərli diabetin müalicəsinə etinasız yanaşma
Simptomlar və əlamətlər
- Xəstə adətən 2-ci tip şəkərli diabetə malik olur. Hiperqlikemik hiperosmolar sindrom (HHS) bəzən şəkərli diabetin ilk təzahürü ola bilər.
- Plazmada qlükoza adətən > 25 mmol/l
- Ketoasidoz yoxdur, pH > 7.30 və bikarbonat konsentrasiyası > 15 mmol/l
- Yalnız həfif ketonuriya və ya ketonemiya
- Qızdırma əksər hallarda müşahidə edilir. Səbəb adətən infeksiya olur. Lakin nəzərə alınmalıdır ki, infeksiya ilə yoluxmuş xəstədə çox zaman qızdırma olmaya da bilər.
- Dehidratasiya əlamətləri
- Susuzluq, poliuriya, yorğunluq, huşun pozulması
Təkanverici faktorlar Hiperqlikemiya yaradan dərman preparatları (diuretiklər, kortikosteroidlər) Əməliyyatlar və müxtəlif dərəcəli stres faktorları Kəskin ağır infeksiyalar Pnevmoniya Diabetik qanqrena Piyelonefritlər Sepsis dehidratasiya ilə nəticələnən Qastroenteritlər Xroniki xəstəliklər və artıq dozada diuretiklər Böyrək çatışmazlığı Ürək çatışmazlığı Az maye qəbulu və fərqli səbəblərdən yaranan dehidratasiya Şəkərli diabetin müalicəsinə etinasız yanaşma. "?>
Terapiya
- Qızdırmalı hiperqlikemiya təcili yardım şöbəsində müalicə edilə bilər. Lakin, HHS intensiv terapiya (reanimasiya şöbəsində) tələb edir.
- Müalicənin prinsipləri
- Vəziyyəti dərhal qiymətləndirin.
- 0.45% NaCl məhlulu ilə rehidratasiyanı təmin edin
- Elektrolit balansını tənzimləyin.
- Yüksək təsirli insulinlə hiperqlikemiyanı tənzimləyin.
- Nümunələr (sidik və qan nümunəsi və s.) əldə edildikdən sonra infeksiyanı efektli bir şəkildə müalicə edin.
- Aşağı molekullu heparinlə trombozun profilaktik terapiyası əksər hallarda məsləhət görülür.
İstifadə olunan mayelər və insulin terapiyası
- Maye çatışmazlığı (6-10 l) hipotonik duz məhlulu ilə ( =0.45% NaCL) tənzimlənməlidir
- İlk 2 saat ərzində iki litr
- Daha sonra, plazmada qlükoza < 15 mmol/l olanadək 500 ml/saatda davam edir
- Dehidratasiya aradan qalxanadək 5%-li qlükoza infuziyası
- İnsulin (əsasən intravenoz infuziya kimi)
- Yüksək təsirli insulinin başlanğıc dozası 0.15 vahid/kq venadaxili və ya 20 vahid əzələdaxili
- 1 saat intervalla venadaxili 0.1 vahid/kq/saat infuziya və ya hər 1 saatdan bir 0.1 vahid/kq əzələdaxili inyeksiya
- Plazmada qlükoza < 15 mmol/l olduqda, uzun təsirli insulini tətbiq edin. İnfuziya uzun təsirli insulinin tətbiqindən sonra da təxminən 4 saat davam etdirilməlidir.
- Daha sonra isə xəstənin vəziyyəti oral dərman preparatları və yaxud da yalnız tənzimlənmiş pəhrizlə də nəzarət altında saxlanıla bilər.
- Kalium
- Diurez başladıqda və plazmada kaliumun konsentrasiyası < 4 mmol/l olduqda, kalium konsentrasiyasını tənzimləmək üçün 20-25 mmol Kalium (potassium) bir saat ərzində xəstəyə yeridilir. Kaliumun qanda səviyyəsi monitorinq olunur.