İmplantasiya edilə bilən kardioverter-defibrilyator (İKD)
Mündəricat
İmplantasiya edilə bilən kardioverter-defibrilyator (İKD)
EBM Klinik protokolları
14.03.2017 • Sonuncu dəyişiklik 14.03.2017
PekkaRaatikainen
Əsas məqamlar
İmplantasiya oluna bilən kardioverter-defibrilyator (İKD) terapiyası üçün göstərişləri bilmək.
İKD-nin iş prinsiplərini və müalicənin pasiyentin gündəlik həyatına olan təsirini başa düşmək.
Cihazın nasazlığını irəli sürən əlamət və simptomları tanımaq. Əgər göstərişdirsə peysmeyker (kardiostimulyasiya) klinikasında əlavə baxış təşkil edilməlidir.
İKD-nin iş prinsipləri
İKD sistemi döş qəfəsinin divarında dərialtı implantasiya edilən nəbz generatorundan və vena vasitəsilə ürəyə yerləşdirilmiş bir və ya daha çox elektroddan ibarətdir.
Ağır ürək çatışmazlığında biventrikulyar peysinqə imkan verən İKD istifadə edilə bilər.
Adi peysmeyker (kardiostimulyator) cihazında olduğu kimi adi İKD nəbz generatoru yerli keyləşdirmə altında adətən sol körpücük sümüyündən aşağıda dərialtı implantasiya edilir. Elektrodlar vena vasitəsi ilə ürəyə yerləşdirilir. Əvvəlki cihazlar böyük ölçüdə idi və onların ümumi anesteziya ilə ya döş əzələsinin altında, ya da qarın divarında yerləşdirilməsinə ehtiyac var idi.