Psixiatrik təxirəsalınmaz hallarda istifadə edilən dərmanlar
EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
HeikkiRytsälä
Təxirəsalınmaz vəziyyətlərdə psixotrop farmakoterapiya üçün ümumi prinsiplər
- Bir prinsipial qayda kimi, əgər sonradan müvafiq təqib təşkil olunmayıbsa, təxirəsalınmaz bir vəziyyətlərdə hər hansı bir psixotrop dərman terapiyasının başlanması məqsədəuyğun deyil. Həmişə pasiyentin ümumi vəziyyəti və zəmin yaradan səbəblər aydınlaşdırılmalı, mümkün somatik faktorlar inkar edilməlidir.
- Zəmin yaradan xəstəlik və ya pozğunluqdan asılı olmayaraq, psixi problemləri olan şəxs ilk növbədə kəskin inkişaf etmiş vəziyyətlərin (məsələn, həyəcan və ümidsizlik) müalicəsinə ehtiyac duyur. Əgər hospitalizasiya lazım hesab edilmirsə pasiyentin həyəcanı mümkün qədər tez nəzarət altına alınmalıdır.
- Suisid (intihar) riski həmişə diqqətdə saxlanılmalı və daim araşdırılmalıdır. Təcili yardım bölmələrində pisoxtrop dərmanın həmişə ən kiçik effektiv dozalarını təyin etmək ən təhlükəsizdir.
- Daha sonra müvafiq təqibin təşkil edilməsi həmişə tələb olunur.
- Benzodiazepinlər kəskin həyəcanın müalicəsi üçün hələ də ən təhlükəsiz və ən effektiv dərmanlar olaraq qalır. Lakin, dərman asılılığı asanlıqla yaranır və dərmanın effekti çox zaman bir neçə həftə ərzində azalır. Buna görə də bu dərmanlar yalnız çox qısa müddət ərzində istifadə üçün uyğundur.
- Serotoninin geriyə tutulmasının selektiv inqibitorları xroniki həyəcan (məsələn, ümumi həyəcan və panik pozğunluq) üçün daha çox uyğundur.
- Təxirəsalınmaz vəziyyətdə antidepressant dərman terapiyasını başlamaq nadir hallarda tələb olunur. Antipsixotik dərman müalicəsinə ehtiyac isə daha nadirdir. Lakin pasiyentdə eyni problem əvvəllər də olubsa və həmin hallarda istifadə edilmiş dərman vasitəsi effektiv olubsa, bu dərman preparatı təkrar istifadə edilə bilər.
Kəskin psixozda antipsixotik dərmanlar
- Carbamazepine qaraciyər fermentlərini induksiya (stimulyasiya) edir və bir çox digər dərman vasitələrinin qanda konsentrasiyalarını azaldır.
- Fluoxetine, fluvoxamine və paroxetine metabolik fermentin fəallığını inqibisiya edir və digər dərmanların konsentrasiyalarının artmasına gətirib çıxara bilər.
- Monoamin oksidaza inqibitorları (moclobemide) digər antidepressantlarla yanaşı istifadə zamanı hipertenziv krizə və ya "serotonin sindromu" (profuz tərləmə, ataksiya, ajiotaj və ya təşviş, vertiqo, hiperrefleksiya, mioklonus, tremor, ishal, müvazinət pozulmaları, bədən temperaturunun artması, keyləşmə/çaşqınlıq və ya hipomaniya kimi simptomlarla) adlandırılan vəziyyətə səbəb ola bilər. Bu dərmanlar birgə olaraq istifadə edilməməlidir.
- Əgər pasiyent iki (və ya çox) antidepressantı birlikdə istifadə edirsə və ya tramadol "?> ilə serotonin fəallığını artıran dərmanları (əksər antidepressantlar kimi) birgə qəbul edirsə, serotonin sindromu inkişaf edə bilər.
Reeves RR, Burke RS. Tramadol: basic pharmacology and emerging concepts. Drugs Today (Barc) 2008 Nov;44(11):827-36.