Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Dientamebiaz

Mündəricat

Dientamebiaz

EBM Klinik protokolları
16.02.2017 • Sonuncu dəyişiklik 16.02.2017
SakariJokiranta AnuKantele

Xəstəlik törədicisi 

  • Adına baxmayaraq, bəsit Dientameba  amyöblərə deyil, qamçılı bəsitlər sinfinə aiddir

Yayılması

  • Bütün dünyada yayılması mümkündür. Sənayeləşmiş ölkələrdə tropik və ya subtropik ölkələrdən səfərlərdən qayıdan tursitlər arasında Dientameba bağırsaq infeksiyalarının vacib səbəbidir. Digər tərəfdən isə, endemik infeksiyalar da geniş yayılmışdır.

Yoluxma

  • Yoluxma üsulları aydın deyil. Hal hazırda mövcud olan mülahizələrə əsasən, nəcis ilə çirklənmiş mayelərin qəbulu və ya yemək və ya birbaşa təmas vasitəsilə infeksiyaya yoluxmaq olur. Həmçinin bıj qurd da bəsitləri ötürə bilər. Son zamanlar parazitlərin yoluxucu kist mərhələsi aşkar edilmişdir. Dientamebaya yoluxucu kist mərhələsi daxil deyil."?>
  • Hətta heç bir simptom olmayan xəstələr də xəstəliyi keçirdə bilər. 
  • Bəzi araşdırmalarda dientameba yanaşı gedən enterobiaz (bıj qurdunun/askarid qurdlarının təzahür etməsi) ilə əlaqələndirilmişdir, lakin, bu əlaqəyə dair heç bir elmi sübut yoxdur ."?>

Əhəmiyyəti

  • Dientameba insanların yalnız bir qismində simptomlar yaranmasına səbəb olur. Yalnız simptomları olan xəstələrdə bəsitlər araşdırılmalı və müalicə edilməlidir.
  • Məktəbəqədər uşaqlarda və onların valideynlərində (ailə daxili yoluxma) bu hallara daha tez-tez rast gəlinir.
  • Xəstəlik ən ağır formasında belə həyati təhlükə daşımır, lakin simptomların uzun müddət davam etməsi xəstələrə ciddi xəsarət yetirə bilər.
  • Xəstəliyin düzgün diaqnozu qoyulmaya da bilər (nəcisdə parazitlərin aşkarlanması üçün istifadə edilən adi laboratoriya yoxlanışlarında aşkarlanmaya da bilər və həkimlər bu xəstəlik barədə o qədər də məlumatlı deyil).
  • İnfeksiyanın ən əsas nəticəsi uzun müddət davam edən və ya mütəmadi ishal, qarın nahiyyəsində ağrı və çəki itkisidir."?>

Əlamətlər və simptomlar

  • Diaqnoz qoyularkən əlamətlər aylar və hətta illər boyu davam etmiş olur. 
  • Simptomlar kiçik meteorizmdən müxtəlif şəkildə gündəlik həyatı məhdudlaşdıran problemlərədək dəyişə bilir.
  • Simptomları meteorizm, uzun müddətli ishal və ya nəcisin yumşaq olması, mütəmadi qəbizlik, ayaqyoluna tələsmə, qarın nahiyyəsində ağrı və spazmalar, çəki itkisi və müstəsna hallarda yorğunluq daxildir.

Diaqnoz

  • Əsas sınaq  metodu - bağırsaq parazitlərində nuklein turşusunun aşkarlanmasıdır. Ola bilsin ki, bir nümunə kifayət etsin.
  • İkinci dərəcəli sınaq üç fərqli yolla toplanmış nümunələrdən istifadə etməklə amyöblərin rənglənməsi üsuludur.
  • Orqanizmlər bağırsaq parazitlərinin adi skrininq müayinələrində aşkar edilmir (formaldehidin fiksasiyası). Dientameba yalnız amyöb üçün rənglənmiş duru nəcis nümunəsində aşkarlana bilər. Qarın nahiyəsində olan xroniki ağrı zamanı dientamebiazın olmasından şübhələnilərsə, üç fərqli üsulla duru nəcis nümunəsi götürülməlidir."?>

Müalicə və Proqnoz

  • Metronidazol ambulator vəziyyətdə seçilən preparatdır (7-10 gün ərzində gündə 3 dəfə 400–750 mq, uşaqlar üçün 3 hissəyə bölünmüş dozada 35–50 mq/kq/gün).
  • Əgər parazitlərin yoxa çıxmasına nail olunmazsa, onda müalicə zamanı aşağıdakılardan istifadə etmək olar (xüsusi lisenziya əsasında): paramomisin, iodokinol və ya seknidazol. Bu alternativ dərman vasitərindən ixtisaslaşmış tibbi yardım müəssisələrində poliknikilarda istifadə edilir. Ağır təsiri ilə əlaqədar olaraq doksisiklindən istifadə edilməməlidir. 
  • Müalicə başa çatdıqdan sonra 4 həftə ərzində dərman vasitəsinin təsirinə nəzarət edilir.

Müvafiq resurslar

Stark D, Barratt J, Roberts T et al. A review of the clinical presentation of dientamoebiasis. Am J Trop Med Hyg 2010;82(4):614-9. Engsbro AL, Stensvold CR, Nielsen HV et al. Treatment of Dientamoeba fragilis in patients with irritable bowel syndrome. Am J Trop Med Hyg 2012;87(6):1046-52. van Lieshout L, Roestenberg M. Clinical consequences of new diagnostic tools for intestinal parasites. Clin Microbiol Infect 2015;21(6):520-8.