Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Prostat vəzinin xoşxassəli şişi

Mündəricat

Prostat vəzinin xoşxassəli şişi

EBM Klinik protokolları
23.05.2017 • Sonuncu dəyişiklik 15.09.2017
TeuvoTammela

  • Sürətli istinad

Əsasları

  • Prostat vəzinin xoşxassəli diaqnostikası simptomlar və əsas müayinələrə əsaslanır. Sidik ifrazının pozuntularının digər səbəbləri (xüsusilə prostat vəzinin xərçəngi) istisna edilir.
  • Cərrahi menecment tələb edən vəziyyətlər təyin edilmişdir.
  • Yalnız izləmə (müşahidə) və ya dərman müalicəsi mülayim – orta dərəcəli simptomları olan və sidik yollarının strukturunda digər ağırlaşmalar olmayan xəstələr üçün yaxşı seçimdir.

Simptomlar

  • Saxlama simptomları
    • Həddindən artıq tez-tez sidik ifrazı
    • Nokturiya
    • Təcili sidik ifrazı istəyi
    • Sidiyin təcili saxlana bilinməməsi
  • Sidik ifrazı simptomları
    • Sidik ifrazına başlamaq çətinlikləri
    • Zəif sidik axını
    • Sidik ifraz etdikdə gərginləşməyə ehtiyac
    • Sdiki ifrazının dayandırılması
    • Sidiki kisəsinin kifayət qədər boşalmaması hissi
    • Sidik ləngiməsi

Əsas müayinələr

  • Simptom sorğuları
    • İPSS ən tez-tez istifadə olunan sorğudur. DAN-PSS-1 alternativdir. 
    • İzləmə, dərman müalicəsi və cərrahiyyə arasında seçimə qərar verərkən sorğular simptomların şiddətini qiymətləndirmək üçün faydalıdır
  • Sidik ifrazı ilə assosiasiya olunan məlumatları qeyd edin
  • DBBM (Düz bağırsağın barmaqla müayinəsi)
  • Sidik analizləri
  • Plazma kreatinini
  • Plazmada prostat spesifik antigen (PSA)
  • Qalıq sidiyin həcmi ultrasəs müayinəsi (video) və ya USM olmadıqda kateterizasiya ilə təyin edilir. USM prostatın ölçüsü (qalıq sidik həcmi kimi eyni müqayisə ilə ölçülür), forması və mümkün hidronefrozun təyin edilməsində faydalıdır. 
  • Differensial diaqnostika üçün cədvələ baxın.
Prostatın xoşxassəli hiperplaziyasında differensial diaqnostika
Vəziyyət və xəstəliklər Anamnez və ya tapıntılar
Prostat xərçəngi DBBM tapıntıları, plazma PSA konsentrasiyasının yüksəlməsi
Sidik kisəsi xərçəngi Hematuriya, qeyri-normal sitoloji tapıntılar
Sidik kisəsi daşları Hematuriya, ultrasəs müayinəsi tapıntıları
Sidik kanalının daralması  Qutu formalı əyri axın
Sidik kisəsi boynunun daralması Daha erkən invaziv müalicə
Sidik kisəsi boynunun asinergiyası Kiçik prostat vəzi, sidik ifrazı ilə assosiasiya olunan narahat edən simptomlar
Prostatit Həssas prostat vəzi
Həddindən artıq aktiv sidik kisəsi Mümkün sidik saxlamamaqla birlikdə təcili çağırış olması

Mütəxəssis konsultasiyası üçün göstərişlər

Uroloq tərəfindən diaqnostik müayinə üçün göstərişlər

  • Xəstənin 50-dən yuxarı yaşının olması.
  • DBBM şübhəlidir (düyünlər və ya bərkləşmə)
  • Plazma PSA 10 µg/l-dən yuxarı (65 yaşından aşağı xəstələrdə 3 µg/l-dən yuxarı). Əgər total PSA-nın miqdarı 2.5 – 10 µg/l aralığındadırsa, sərbəst və ümumi PSA-nin təyin edilməsi məsləhət görülür.
    • Əgər qan zərdabında ümumi PSA konsentrasiyası 3–10 µg/l arasındadırsa, sərbəst/ümumi PSA nisbətini müəyyən etmək məsləhət görülür. Əgər dəyər 0.15-dən aşağıdırsa, prostat vəzinin xərçənginin olma ehtimalı artmışdır və uroloq ilə konsultasiya edilməlidir.
    • Plazma PSA səviyyəsinin təyinindən əvvəl DBBM nəticələrə təsir etmir.
  • Sürətlə inkişaf edən simptomlar
  • Hematuriya (sistoskopiya)
  • Şəkərli diabet xəstələri, hansılarda ki, neyropatiya ola bilər
  • Anamnezində çanaq cərrahiyyəsi və ya şüa müalicəsi olan
  • Sidik kisəsi funksiyasına təsir edən nevroloji xəstəlik və ya zədələnmə
  • Sidik kisəsi funksiyasına təsir edən lazımi dərmanlar
  • Əsas simptom kimi qarnın aşağı hissəsində ağrı
  • Simptomlar və tapıntılar arasında uyğunsuzluq
  • Uroloq tərəfindən yerinə yetirilən müayinələrə daxildir
    • həmişə
      • sidik axını ölçülməsi
      • transrektal ultrasəs müayinəsi
    • və əgər lazım olarsa, həmçinin
      • sistometriya və təzyiqli axın müayinəsi (əgər pik axın  >10 ml/san olarkən əməliyyata qərar verməzdən öncə və həmçinin simptom və tapıntılar arasında uyğunsuzluq olduqda və ya aşağı sidik yollarının əməliyyatı olmuş xəstələr)
      • uretrosistoqrafiya
      • sidik yollarının ultrasəs müayinəsi
      • prostat vəzinin biopsiyası
      • sistoskopiya.

Aşağıdakı hallarda cərrahi müalicə göstərişdir:

  • Sidik ləngiməsi, həddindən artıq sidik saxlamama və ya dəfələrlə 300 ml-dən çox qalıq sidik
  • Dərman müalicəsi ilə aradan qalxmayan kəskin simptomlar
  • Sidik axını nisbətinin ölçülməsinə əsaslanan kəskin daralma
  • Yuxarı sidik yollarının dilatasiyası
  • Böyrək funksiyasının zədələnməsi
  • Təkrarlanan makroskopik hematuriya
  • Sidik yolları infeksiyaları
  • Sidik kisəsi daşları
  • Sürətli azad olmaq istəyən və ya digər müalicələrdən qənaətbəxş nəticə əldə edilməyən xəstələrdə kəskin və ya orta dərəcəli simptomlar

Konservativ müalicə

İzləmə

  • Prostat vəzinin xoşxassəli şişinin simptomları geniş olaraq dəyişdiyi və konkret şəxsdə xəstəliyin kursunu tam şəkildə proqnozlaşdırmaq mümkün olmadığından mülayim simptomları olan xəstələr üçün izləmə uyğun yanaşmadır. Orta dərəcəli simptomlarda həmçinin izləmə ilkin yanaşma ola bilər, əgər simptomlar ciddi şəkildə həyat keyfiyyəinə təsir etmirsə və ağırlaşmalar inkişaf etməyibsə. 
  • İzləməyə xəstəyə xəstəliyin təbiətini izah etmək və illik olaraq və ya simptomlar dəyişdikdə əsas müayinələrin yerinə yetirilməsi daxildir. İlkin yardım səviyyəsində başqa bir səbəbə görə müraciət zamanı yeri gəlmişgən izləmənin aparılması skrininq metodlarından biridir.

Dərman müalicəsi

  • Dərman müalicəsinin cərrahiyə qədər effektiv olmamasına baxmayaraq o tez-tez simptomların azaldılması və ya yüngülləşdirilməsi üçün kifayət edir.
  • Müalicəyə qərar verərkən qiymət effektivliyi də həmçinin qiymətləndirilməlidir, yəni, uzun illər davam edən dərman müalicəsindən invaziv terapiya hansı ki, adətən tam sağalma verir, daha ucuz və xəstə üçün daha rahat olacaq.
  • Dərman müalicəsini qəbul edən xəstələr sidik kanalının obstruksiyasından yaranan ağırlaşmaları təyin etmək üçün müntəzəm olaraq 6-12 ay intervalla yoxlanmalıdırlar.
  • Prostat vəzinin ölçüsü və plazmada total PSA terapiyanın seçimini müəyyən edir. Əgər prostat vəzi palpasiya və ya USM-də ciddi şəkildə böyüməmişdirsə (< 30 ml) və PSA < 1.5 µg/l-dirsə, birinci seçim alfa-1 blokatorlardır (məsələn, tamsulozin və ya alfuzosin). Əgər prostat vəzi ciddi olaraq böyümüş və ya PSA > 1.5 µg/l-dirsə 5-alfa reduktaza inhibitoru (finasteride, dutasteride) və ya alfa-1 blokatorlar istifadə oluna bilər. 
  • 5-alfa reduktaza inhibitoru və alfa-1 blokatorunun kombinasiyası bu dərmanların tək istifadəsindən daha effektivdir. 

Alfa blokatorlar

  • Tamsulosin , alfuzosin
  • Alfa-1 blokatorlar simptomları azaldır, pik sidik axınını artırır və qalıq sidiyin miqdarını azaldır.
  • Alfa-1 blokatorlarının effekti sürətli müşahidə olunur və uzun illər davam edir.
  • Xəstələr ilkin olaraq 1-3 aylıq intervalla müşahidə olunmalıdır.
  • Yan təsirlərinə başgicəllənmə, postural hipotenziya və eyakulyasiyanın itirilməsi (hansı ki, alfuzosində tamsulozinə nibətən daha nadir hallarda olur) daxildir. 

5-alfa reduktaza inhibitorları (5ARİ)

  • Finasteridin dozası 5 mq x 1 və dutasteridin dozası 0.5 mq x 1. 
  • Simptomlar yüngülləşir, sidik axını artır və obstruksiya azalır. 
  • Böyük prostat vəzi olan xəstələrdə onun effekti ən yaxşıdır.
  • Effekt yavaş-yavaş başlayır, bəzən müalicənin başlanmasından 6 aya qədər sonra. Əgər 6 ay ərzində effekt müşahidə edilmədisə cərrahiyyə yenidən düşünülməlidir.
  • Dərman prostatın ölçüsünü kiçildir, amma prostat öz əvvəlki ölçüsünə müalicənin dayandırılmasından bir neçə ay sonra gəlir.
  • Yan təsir kimi impotensiya inkişaf edə bilər.
  • ARİ-lər ilə müalicənin plazma PSA səviyyəsini 50%-ə qədər azaltmasına baxmayaraq alfa-blokatorlarla müqayisədə müşahidə daha çətin olmur: PSA konsentrasiyasının artması uroloqun müayinəsi üçün göstərişdir.

 Fosfodiesteraza-5 inhibitorları

  • Uzunmüddətli təsir edən tadalafilin gündəlik  5 mq dozada qəbulu xüsusilə sidik ifrazı ilə assosiasiya olunan simptomları plaseboya nisbətən əhəmiyyətli dərəcədə yüngülləşdirdiyi müşahidə olunmuşdur.
  • Bu dərmanlar xüsusilə mülayimdən orta dərəcəyə qədər sidik ifrazı simptomları ilə yanaşı erektil disfunksiya üçün müalicəyə ehtiyacı olan xəstələrə uyğundur.

 Bitki ekstraktları (fitoterapiya)

  •  Bitki ekstraktları balqabaq toxumları və amerika palmasının (Serenoa repens) giləmeyvələrindən hazırlanır.
  • Onların effektivliyi randomizə olunmuş nəzarət edilən tədqiqatlarda təsdiq edilməyib.

Cərrahi və digər invaziv müalicələr

  • Prostat vəzinin transuretral rezeksiyası (TURP)
    • Ağırlaşmış prostat vəzinin hiperplaziyası üçün ən yaxşı müalicə və ağırlaşmamış xəstəlik üçün ən yaxşı qeydə alınmış müalicədir
    • Erektil disfunksiyada nəticələr (hərçənd əksər hallarda əməliyyatdan əvvəl) çox az hallarda, demək olar ki, həmişə retroqrad eyakulyasiya olur.
  • Prostat vəzinin transuretral kəsilməsi (TUİP)
    • Prostat vəzinin həcmi < 30 ml  və orta payın sidik kisəsinə doğru çıxmadığı xəstələr üçün uyğundur.
  • Açıq prostatektomiya
    • Hazırki vaxtda az istifadə olunur (prostat vəzi > 100 ml)
  • Lazer enukleasiyası (TELP)
    • Endoskopik prosedur
    • Böyük prostat vəzisi olan xəstələrin müalicəsində ən yaxşısıdır
  • Yaşıl lazer müalicəsi
    • Transuretral rezeksiyanın alternatividir
    • Uzunmüddətli müşahidə nəticələrinə dair məlumatlar azdır.
  • Termoterapiya (mikrodalğalı müalicə)
    • Qıcıqlandıran simptomları yüngülləşdirir
    • Uzunmüddətli nəticələr hələ öyrənilməyib.
  • Stent və ya spiral
    • Bəzi seçilmiş ümumi vəziyyəti pis olan xəstələrdə istifadə edilə bilər.

Kateter

  • Əməliyyatı gözləyən sidik ləngiməsi olan xəstələrdə perkutan sistostomiya göstərişdir.
  • Təkrari kateterizasiyaya xüsusilə özü yerinə yetirə bilən xəstələrdə üstünlük verilir.
  • Hipertonik  (5%) duz məhlulu və ya qliserolla doldurulmiş balonu olan silikon kateter istifadə edilə bilər, amma perkutan sistostomiyaya üstünlük verilir.

TURP-dan sonra müalicə

  • Əməliyyatdan sonra bakteriuriyanı təyin etmək üçün və infeksiya şübhəsi olduqda (piuriya və hematuriya əməliyyatdan 3 ay sonra baş verə bilər) rutin olaraq 4-6 həftədən bir sidik bakterial kulturası əkilməlidir.
  • Əgər bakteriaların inkişafı təyin edilirsə, antimikrobial müalicə göstərişdir.
  • Stress sidik saxlamama 1 il ərzində yüngülləşdirilə bilər: çanaq dibı əzələlərinin məşqi kömək edə bilər.
  • Təcili sidik saxlamama və nokturiyanın müalicəsində antixolinergik dərmanlar (oxybutynin, tolterodine, fesoterodine, trospium chloride, solifenacin və ya darifenacin) və ya beta-3-selektiv simpatomimetik dərmanlar (mirabegron) istifadə oluna bilər.

 

Əlaqəli mənbələr

 

  • Koxrein icmallar
  • Digər sübutların xülaləsi
  • Ədəbiyyat