Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Nitq və dil inkişafı

Mündəricat

Nitq və dil inkişafı

EBM Klinik protokolları
19.06.2018 • Sonuncu dəyişiklik 09.08.2018
MariQvarnström

Əsasları

  • Yaşla bağlı inkişaf yolundan yayınan uşaqlar müvafiq qiymətləndirmənin aparılması üçün nitq terapevtinə göndərilməlidir.
  • Uşağın erkən yaşdan məruz qaldığı təsirlər üzərində müşahidənin aparılması vacibdir: uşağın kontaktda olduğu yetkin şəxs uşaqla necə əlaqə qurur; uşağın emosional həyatı hansı inkişaf mərhələsindədi; uşağın psixososial vəziyyəti hansı səviyyədədir?
  • Nitq və dil inkişafının geriləməsi, xüsusi verbal problemlərin, disleksiya, eşitmə pozğunluğu, əqli gerilik, autizm və ya ətrafdakı şəxslərlə əlaqə qurmağındakı problemlərlə bağlı digər halların, motor pozğunluqların (dispraksiya), deprivasiya (məhrumiyyət), ailə daxilində qarşılıqlı münasibət qurmaqda yaranan problemlərin və ya multikultural mənşəli uşaqlarda rast gəlinən mürəkkəb psixososial problemlərin ilk əlaməti sayıla bilər.
  • Normal nitq və dil inkişafı üçün müvafiq eşitmə qabiliyyətinə malik olmaq vacib bir faktordur. Buna görə uşağın eşitmə qabiliyyəti yoxlanılmalıdır.
  • Ailədə dil problemləri və ya uşağın diqqət problemləri ilə bağlı mövcud anamnez, uşağın dil və ünsiyyət qurmaq bacarıqlarının inkişafı üzərindəki aparılan monitorinqdən daha ciddi və dərin yoxlamaların aparılmasını tələb edir.

Fərqli yaşlarda nitq terapevtinə göndəriş

  • Həyatın ilk ilində
    • Səsləri ifadə etmək və qığıldamaq hallarına az miqdarda təsadüf etmək
    • Yetkin şəxslərlə az əlaqəyə girmək
    • Eşitmə pozğunluğundan şübhələnmək
    • Orientasiya, əmmə və udma reflekslərinin zəif inkişaf etməsi; yeməyində çətinliyin mövcud olması
    • Dil bağının (lat. frenulum) qısa olması
  • 1-2 yaşlı uşaqlar
    • Heç bir söz ifadə etmir və ya söz ifadə etməyə çalışmır və yaxud özünü ifadə etmək üçün digər cəhdlər göstərmir (jestlər)
    • Zəif nitq qavrayışından şübhələnmək və ya əmrlərə əməl etməmək (təkrarlanan orta qulaq iltihabını pozulmuş eşitmənin səbəbi olaraq nəzərdə saxlayın)
    • Ətrafda baş verənlərin zəif şəkildə fərqinə varmaq
    • Uşaqlarla çətinliklə əlaqə yaratmaq
    • İki yaşından sonra nitq yetərsizdir və ya aydın deyildir.
    • İkidilli ailədə böyümüş uşaq, seyrək lüğətə sahib olur, lakin digər tərəflərdən normal inkişaf edir və danışılanı başa düşür və normal bir şəkildə reaksiya verir, nitq inkişafı kifayət ölçüdə olur.
  • 3-4 yaşlı uşaqlar
    • Nitq qüsurludur və ya aydın deyildir (fonemlər və ya hecalar yerini dəyişir, uzun sözlər qısaldılır)
    • Böyük qramatik səhflər
    • Kasıb söz lüğəti, söz tapmaqda çətinlik çəkmək
    • Az danışmaq, cümlə qura bilməmək və ya az miqdarda qurmaq
    • Qeyri-müvafiq cavablar , ''öz dilinin olması''
    • Kəkələmə davam edir və ya fizioloji kəkələmə yaşından sonra başlayır (təxminən 3 yaşında)
    • Ətrafdakılarla zəif kontakta girmək. Uşaq qulaq asmaq üçün dayanmır.
    • Qısa təlimatları izləməkdə çətinlik çəkir
  • 5-6 yaşlı uşaqlar
    • Tələffüsdə səhflər (r, s, l, k və s.) məktəb yaşına qədər korreksiya edilməlidir''?>
    • Qeyri-səlis nitq (kəkələmə, aydın olmayan nitq)''?>
    • Dil və ya nitq yaşa görə kasıbdır və ya zəif inkişaf etmişdir
    • Ümumi nitq aydın deyildir, hansl ki, bu, motor və / və ya fonoloji səlislik və ya danışıq dilini qavramaqdakı çətinliklərdən qaynaqlana bilər
  • 7-15 yaşlı uşaqlar
    • Yuxarıda qeyd edilən problemlərin hamısı artıq mövcud olub, lakin araşdırılmayıb
    • Nitqə əsaslı dərəcədə təsir göstərən xüsusi problemlər.