Ayaq xoralarının müalicəsi
EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
KenMalanin
HannuKuokkanen
Əsas məqamlar
- Yara ortaya çıxan kimi mümkün olduğu qədər tez effektiv müalicəni başlayın, çünki gecikmə sağalma ehtimalını azaldır.
- Müalicəni mümkün qədər bahalı olmayan metodlarla aparın və xoranın inkişafına gətirib çıxarmış birincili səbəbi hədəfə alın.
- Yaranın etiologiyası müalicəyə təsir göstərir.
- Arterial dövranın çatışmazlığı səbəbindən yaranmış yaraların yeganə effektiv müalicəsi qan dövranını bərpa etməkdir.
- Venoz mənşəli yaralarda vacib tədbirlərə ödemin idarə edilməsi və venoz dövrana ünvanlanan mümkün cərrahi müdaxilə daxildir.
- Sistem xəstəliklərilə assosiasiya olunan yaralarda müalicə əsas xəstəliyə yönəlir.
- Diabetik neyropatik yaralarda təzyiq nəticəsində yüklənmə aradan qaldırılmalıdır.
- Təzyiq xoralarında təzyiq aradan qaldırılmalı və müvafiq qidalanma təmin edilməlidir.
- Topikal müalicənin məqsədi sağalma üçün əlverişli mühit yaratmaq, yaranı təmizləmək və onu infeksiyalaşmaqdan qorumaqdır.
- Konservativ müalicəyə cavab verməyən xoralar cərrahi terapiya tələb edir.
Diferensial diaqnostika
- Ayaq xoralarının 90%-ə qədərinin səbəbi damar xəstəlikləridir.
- Venoz: ən geniş yayılmış (şəkillər )
- Venoz və arterial
- Arterial
- Diabetik
- Vaskulit
- Əlavə olaraq, əksər nadir rast gəlinən səbəblər, məsələn, şiş dərinin xoralaşmasına gətirib çıxara bilər.
- Arterial qan dövranı qiymətləndirilməlidir. Əgər aşağı ətraflarda periferik nəbz kifayət qədər hiss olunmursa Dopler cihazının probu vasitəsilə dirsək-bazu sistolik qan təzyiqi indeksi (ABİ) təyin edilməlidir (video ). ABİ normada 1 və ya daha çoxdur. ABİ ≤ 0.9 olması aşağı ətraflarda arterial dövranın pozulmasını göstərir.
- Aşağı ətraflarda arteriyaların orta gişasının (tunica media) sklerozu səbəbindən şəkərli diabetli xəstələrdə yalançı yüksək ABİ göstəricisi ola bilər. Belə hallarda damar müayinəsi şöbəsində yerinə yetirilmiş baş barmaq-bazu indeksi (TBİ) arterial qan dövranı barədə daha etibarlı məlumat verə bilər.
Venoz mənşəli aşağı ətraf ödeminin azaldılması
- Ayağın qaldırılması
- Dəstəkləyici bandaj
- Qısa elastik bandajların 24 saat ərzində gəzdirilməsi məsləhət görülür. Onların istifadəsi yalnız yaranın sarğılanması və yaraya qulluq zamanı müvəqqəti dayandırıla bilər.
- Çoxqatlı bandajlama
- Problemli hallarda dəstəkləyici corablar bandajlar
- Kompression corablar
- Kompressiyaedici corabların növləri kompressiya dərəcəsinə əsasən 1 və 3 arasında dəyişir. Kompressiya dərəcəsi o zaman düzgün seçilmiş sayılır ki, corabların istifadəsi ödemi azaldır, pasiyent onları asanlıqla və ya azacıq köməklə geyinə bilir və corablar rahatlıqla geyinilir.
- Təcrübədə kompressiya dərəcəsi 2-i olan corablar səhiyyə xidmətinin ilkin səviyyəsində çox istifadə olunur. Corabın altına yerləşdirilmiş təzyiq ölçən cihaz vasitəsilə corabın təmin etdiyi təzyiq səviyyəsi müəyyən oluna bilər.
- Aşağı ətraflarda arterial dövranın adekvatlığı kompressiyaedici corablar təyin edilməmişdən əvvəl təmin edilməlidir (ABİ ən azı 0.8 olmalıdır).
- Fasiləli pnevmatik kompressiyaedici müalicə
- Xoralar müalicə olunduqdan sonra əgər altda yatan (əsas) venoz xəstəlik cərrahi yolla korreksiya olunmursa, kompressiyaedici corablar daimi olaraq istifadə olunmalıdır.
Ümumi menecment
- Qidalanma vəziyyətinin qiymətləndirilməsi (məsələn, qanda hemoqlobinin səviyyəsi və plazmada albuminin konsentrasiyası)
- Anemiyanın korreksiyası
- Şəkərli diabetin düzgün müalicəsi
- Ürək çatışmazlığının düzgün müalicəsi
- Periferik qan dövranının yaxşılaşdırılması. Kompressiya ilə pentoksifillinin kombinasiyası faydalıdır.
- Pasiyent tütündən istifadə edirsə (siqaret çəkirsə), tütünçəkmənin dayandırılması təşviq edilməlidir.
- Əgər xorada infeksiyanın klinik əlamətləri müşahidə olunursa bakterial əkilmə üçün nümunə götürülməli və daxili antimikrobial müalicə başlanmalıdır.
- Kliniki baxımdan infeksiyalaşmış yaralar və hemolitik streptokokk ilə infeksiyalaşmış xoraların müalicəsi sistem antibiotiklər ilə aparılmalıdır.
Lokal müalicə
- Satışda yüzlərlə lokal xora müalicəsi üçün preparatlar vardır: xoranın müalicəsinin müxtəlif mərhələləri üçün uyğun olan bir neçəsini seçin və onların necə istifadə olunmasını öyrənin.
- Məqsəd hər hansı ölü toxumanı və irinli eksudatı aradan qaldırmaqla xoranın sağalması üçün optimal vəziyyət yaratmaqdır.
- Lidokain geli və ya lidokain-prilokain kremi plastik örtüklə örtülməklə yaranın təmizlənməsilə assosiasiya olunan ağrıdan azad etməkdə kömək edir.
- Topikla müalicə üçün müxtəlif alternaitvlər haqqında müqayisəli elmi məlumatlar lazımınca deyildir.
Qara nekrozlu xoralar
- Nekrozu yumşaltmaq üçün yaranın yuyulması və ya kompresslər
- Kalium permanqanat məhlulu (KMnO4, hər 5 litr suya 0.5 qr)
- Bir 400 mq Permitabs tabletini (və ya ekvivalentini) 4 litr suda həll edin və xoranı gündə bir dəfə nəmləndirin. Məhlulun istifadəsi konteyner, dəsmal və dırnaqlarda ləkə olaraq qalacaqdır.
- Natrium hipoxlorid məhlulu 0.3%
- Alüminium subasetat 0.5%
- Gümüşü nitrat məhlulu 0.1 - 0.01%
- Povidon-yod (lokal antiseptik)
- Cərrahi işlənmə
- Lokal ferment terapiyası (məsələn, klostridiopeptidaza məlhəmi)
- Propilen qlikol geli
- Alqinatlı hidroqel
- Hipertonik duz məhlulu
Quru və sarı qabıqla örtülmüş xoralar
- Nekrotik kütlənin yumşalması üçün duş qəbulu və ya kompresslər (yuxarıya baxın)
- Mexaniki təmizlənmə
- Hidrokolloid pasta + lövhə
- Yara gelləri
- Topikal ferment terapiyası
- Larva terapiyası
Sekresiyalı nekrozlaşmış xora
- Duş qəbulu / çimmək (yuxarıya baxın)
- Mexaniki işlənmə (təmizləmə)
- Lokal ferment terapiyası (yuxarıya baxın)
- Hidrolifli sarğı
- Alqinatlı sarğı
- Absorbent poliuretan membran
İnfeksiyalaşmış və irinli xoralar
- Antiseptik duşlar
- Kalium permanqanat (yuxarıya baxın)
- Yaranın mexaniki işlənməsi
- Nəmli sarğılar: gümüşü nitrat məhlulu 0.1-0.01%, sink sulfat məhlulu 0.25%
- Kadeksomer yod tozu, -məlhəmi, -məlhəmli sarğısı (sarğıların nəmləndirilməsi ağrını azaldır)
- Qatran mazı (təbii qatrana qarşı allergiyanın olub olmadığını müəyyən edin)
- Arı balının yerli tətbiqi
- Aktivləşmiş kömürlü sarğılar yaranın xoşagəlməz iyini azaldır.
- Qurğuşun əlavəsi ilə və ya onsuz hidroliflli və alqinatlı sarğıları.
Təmiz və qranulyasiya edən yara
- Yüngül duş qəbulu
- Hidrokolloid yara sarğıları (yuxarı baxın)
- Polyuretan köpüklü sarğılar
- Məlhəmli corab
- Neqativ təzyiqli yara terapiyası
- Dəri transplantasiyası
Yerli müalicədə yadda saxlanmalıdır
- Müalicə preparatları tez-tez allergik kontakt dermatitə səbəb olur (yaranın ətrafında ekzema kimi görünür)
- Yaranın mexaniki işlənməsindən əvvəl ağrılı xora lidokain geli və ya lidokain-prilokain mazı istifadə etməklə ağrısızlaşdırılır. Əgər lazım olarsa inyeksiyalı anestetik istifadə edilə bilər.
- Yaralar işləndikdən və sekresiya azaldıqdan sonra sarğıların dəyişilməsi arasındakı zamanı uzadın.
- Sarğını dəyişərkən yaranı qurutmaqdan çəkinin.
- Venoz mənşəli ayaq xoralarında ödemin qarşısının alınmasına diqqət yetirin.
- Yaranın mənşəyi haqqında məlumat olmadıqda və ya müalicənin başlanğıcından sonrakı bir neçə ay ərzində sağalma əlamətləri müşahidə olunmursa, mütəxəssislə konsultasiya aparılmalıdır.
İxtisaslaşmış yardıma yöməldilmə
- Təxirəsalınmaz yardım: sistem simptomlara səbəb olan kəskin yara infeksiyası.
- Təcili və ya təxirəsalınmaz yardım: xəstədə işemik mənşəli ağrı inkişaf edirsə.
- Planlı yönəltmə: müvafiq müalicəyə baxmayaraq xoranın ölçüsü kiçilmir və ya kiçilmə prosesi dayanmışdır. Əgər yarada sümük, oynaq və ya bağ görünürsə, cərrahi müalicə göstərişdir.
- Yaranın mənşəyinə əmin olmadıqda və ya müalicənin başlanğıcından sonrakı bir neçə ay ərzində sağalma əlamətləri müşahidə olunmadıqda, mütəxəssislə məsləhətləşmə aparılmalıdır.
Cərrahi müalicə
- Ayaq xoralarının cərrahiyyəsi sadə plastik cərrahi prosedura olmaqla xoranın kəsilib götürülməsi, sonradan isə sağlam toxumalarla azad dəri transplantatı vasitəsilə örtülməsindən ibarətdir.
- Aşağıdakı hallarda ayaq xoralarının müalicəsi həmişə cərrahi olmalıdır:
- travma səbəbindən yaranmış xoralar,
- bədxassəli törəməyə şübhə olduqda.
- Venoz mənşəli ayaq xorasında 1-2 aylıq konservativ müalicədən sonra yaxşılaşma əlamətləri müşahidə olunmursa və yara ölçüsündə kiçilmə yoxdursa, ən sonda plastik cərrahla konsultasiya aparılmalıdır. Əgər lazımdırsa plastik cərrahdan sonra damar cərrahı ilə konsultasiyası aparıla bilər.
- Əməliyyatdan sonra pasiyent dəstəkləyici bandaj geyinməli və dəri qrefti təmiz saxlamalıdır.
- Arteriosklerotik və diabetik ayaq xoraları damar cərrahı, plastik cərrah, terapevt və dermatoloqun daxil olduğu mütəxəssislər komandası tərəfindən müalicə olunmalıdır.
- "Çimdik" tipli dəri transplantasiyası dermatoloq və ya ümumi terapevt tərəfindən yerinə yetirilə bilər. Plastik cərrahlar böyük (3 sm-dən böyük) xoralar üçün "çimdik" tipli dəri transplantasiyasını məsləhət görmürlər.
- Dəri transplantasiyasından sonra davamlı müalicə və monitorinq ən vacibdir. Əgər ayaq şişkinliyi kompressiyaedici bandaj və ya corablar vasitəsilə aradan qalxmırsa, yara asanlıqla residivləşəcəkdir.
Müvafiq mənbələr
- Koxreyn icmalları
- Klinik təlimatlar
Alavi A, Sibbald RG, Phillips TJ et al. What's new: Management of venous leg ulcers: Approach to venous leg ulcers. J Am Acad Dermatol 2016;74(4):627-40; quiz 641-2.