Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Əzələ-sklet ağrısı

Mündəricat

Əzələ-sklet ağrısı

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
PekkaMäntyselkä

Əsas məqamlar

  • Əzələ-sklet ağrıları çox vaxt qısa müddətlidir və spontan olaraq keçir.
  • Dərman müalicəsində parasetamola və yerli və ya oral qeyri-steroid iltihab əleyhinə preparatlara üstünlük verilir.

 Müalicə Prinsipləri

  • Əzələ sklet ağrıları, həkimə müraciətin çox yayılmış səbəblərindən biridir "?>,  eyni zamanda adi ağrıların əksəriyyəti həkim yardımı olmadan da, məs., istirahət, reseptsiz satılan dərmanlarla və ya fiziki hərəkətlər ilə müalicə edilə bilərlər.
  • Nadir hallarda fiziki aktivlikdən imtina etmək lazımdır. Lakin travma və bir çox dartılma səbəbindin yaranan ağrılı vəziyyətlərdə (məsələn, müxtəlif növ tendinitlər) başlanğıcda fiziki yüklənmədən qaçılması kömək edə bilər.
  • Qeyri-farmakoloji müdaxilələr (məsələn, fiziki hərəkətlər və müalicəvi bədən tərbiyəsi ) müalicənin əsasını təşkil edir.
  • Əzələ-sklet zədələlənmələrində ilkin müalicə, zədələnmiş nahiyəyə soyuq qoyulması, sıxıcı sarğının tətbiq edilməsi və həmin nahiyənin yüksəldilməsi prosedurlarının kombinasiyasından ibarətdir.
  • Üstün tutulan dərman müalicələrinə parasetamol, iltihab əleyhinə yerli maddələr və sadə oral qeyri-steroid iltihab əleyhinə dərmanlar (məsələn, ibuprofen) daxildir.
  • Pasiyent yüksək riskli xəstələr qrupuna aid deyilsə, COX-2-selektiv iltihab əleyhinə preparatların tətbiqi dərmanın qiyməti baxımından münasib deyildir.
  • Uzunmüddətli əzələ-skelet ağrılarında, iş yerində olan erqonomik faktorlar və yüklənmə də daxil olmaqla ağrını yaradan və saxlayan bütün amillər qiymətləndirilməlidir.
  • Xroniki əzələ-skelet ağrılarında, peşə xəstəlikləri üzrə mütəxəssis tərəfindən hərtərəfli qiymətləndirmənin aprılması, mümkün müdaxilələrin tətbiqi və multidisiplinar reabilitasiyanın aparılması faydalı ola bilər"?>.

 Məşq etmə/İdman hərəkətləri/Fiziki hərəkət çalışmaları

  • Fiziki aktivliyin və ya idman hərəkətlərinin faydası diz osteoartritində nümayiş etdirilmişdir.
  • Terapevtik əhəmiyyəti olan hərəkətlərin tədricən artırılması ağrıları azaldır və uzun müddətli və xronik bel ağrısında orqanizmin funksional qabiliyyətini artırır
  • Peşə sağlamlığı müdaxilələrinin bir hissəsi olaraq həyata keçirilən müalicəvi bədən tərbiyəsinin tədricən artan həcmi ilə, bel ağrısı səbəbindən işdən qalma hallarının sayını azaltmaq mümkündür "?>
  • Fiziki aktivliyin artırılması "?> və bədən tərbiyəsi məşqləri əzələ gücünü artırdığından boyun ağrılarının müalicəsi üçün faydalı ola bilər.
  • Dözümlülük tələb edən məşqlər fibromialgiyanın müalicəsində faydalıdır.

Fizioterpaiya

  • Passiv müalicə metodlarından istifadə əvəzinə, fizioterapevtik təcrübə və biliklərdən istifadə edərək, xəstənin funksional potensialının qiymətləndirilməsi və onun aktivləşdirilməsi və terapevtik idman məşqlərinin aparılması üçün göstərişlərin verilməsi həyata keçirilməlidir. 

Dərmanlar

  • Nisbətən yüngül keçən əzələ-sklet ağrılarında ilkin olaraq parasetamoldan  (Paracetamol) istifadə edilə bilər.  
  • Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD-lar)
    • Lokal kəskin skelet-əzələ ağrılarında qeyri-steroid iltihab əleyinə preparatların yerli tətbiqi plasebo ilə müqayisədə daha effektividir. Onların, həmçinin, xronik əzələ-skelet ağrılarında qısa müddətli effektivliyi müəyyən edilmişdir"?>.
    • Oral QSİƏD-lar :
      • Dərman müalicəsi təyin edərkən, QSİƏD-lardan tamamilə fərqli bir dərman preparatının (məs., parasetamol, digər yerli müalicə vasitələri) təyin olunmasının mümkünlüyü əsas sual olaraq durur. QSİƏD-lar uzunmüddətli istifadə üçün tövsiyə edilmir. 
      • İltihablı revmatoloji xəstəliklərdə, travma ntəticəsində yaranan ağrılarda və ya kəskin bel ağrılarında, parasetamol və ya QSİƏD doğru müalicədir "?>. 
      • QSİƏD-lar kəskin əzələ-sklet ağrılarında effektivdir"?>.
      • Lakin, onlar osteoartrit kimi uzunmüddətli əzələ-skelet sistemi ağrılarında eyni dərəcədə faydalı deyildirlər və bella hallarda onların əks-təsirləri diqqəti cəlb etmiş olur "?>.
      • Buna baxmayaraq, əgər parasetomol kifayət qədər effekt vermirsə, QSİƏD-lar artrozların müalicəsində istifadə eilə bilər
      • QSİƏD-lar xronik bel və boyun ağrılarının müalicəsi üçün məsləhət görülümür
      • Qeyri-selektiv QSİƏD-lərin tətbiqi nəticəsində mədə-bağırsaq qanaxmaları riskinin artması hallarında COX-2-selektiv preparatların istifadəsi daha məqsədəuyğundur. Koksiblər, məsələn, kəskin bel ağrısı və ya idman xəsarətləri üçün istifadə olunacaq ümumi analgetiklər deyil.
      • COX-2 selektiv QSİƏD-lar işemik ürək xəstəliyi  və ya serebral və periferik arterial xəstəliklər olan pasiyentlərdə istifadə edilməməlidirlər. Onlar kardiovaskulyar risk faktorları olan xəstələrdə ehtiyatla istifadə edilməlidirlər. Həmçinin, QSİƏD-lar belə pasiyentlərdə hərtərəfli mülahizə apardıqdan sonra, minimum effektiv doza təyini ilə və nə qədər mümkünsünsə, ən qısa müddət ərzində istifadə edilməlidir.
      • Koksiblərin təyini üçün terapevtik göstərişlərə osteoartrit, revmatoid artrit və ankilozlaşdırıcı spondilit aiddirlər; etorikoksib isə podaqra zamanı 120 mq olaraq təyin edilir.
      • Rsik altında olan pasiyentlərdə QSİƏD-lar misoprostol (misoprostol) və ya proton nasosu inhibitorları ilə kombinasiya edilə bilər.
  • Əzələ relaksantları bel ağrısının müalicəsində kömək edə bilər, lakin onların mənfi təsirləri (məsələn, vertigo və yuxululuq) onların istifadəsini məhdudlaşdırır.
  • Uzun müddətli bel ağrılarında  və osteoartritdə əgər QSİƏD-lərin və ya parasetamolun ağrı kəsici təsiri kifayət qədər deyilsə, az güclülüyə malik opioidlərdən (məsələn, kodein və tramadol) istifadəyə cəhd edilə bilər.
  • Güclü opioidlər ancaq xüsusi göstərişlər olduqda təyin edilir.
  • Trisiklik antidepressantların fibromiyaliqada effektivliyi sübuta yetirilib (məsələn, amitriptilin (amitriptyline), ilkin olaraq gündə 10-25 mg olmaqla, gündə 25-150 mg uzunmüddətli saxlama dozası olmaqla, digər xroniki ağrı hallarında da istifadə olunur).
  • Subakromial qlükokortikoid inyeksiyası yuxarı ətraf rotatorlarının müalicəsində faydalıdır. Qlükokortikoid inyeksiyaları yumşaq toxuma ağrılarının digər hallarında da istifadə edilə bilər. 
    • Qlükokortikoid inyeksiyaları diz osteoartriti ilə bağlı ağrıda qısa müddətli kömək göstərir.
    • İntra-artikulyar inyeksiyalar yalnız oynaqda şişkinlik və ya maye yığıldıqda və ağrı olduğu təqdirdə təyin edilməlidir.

Fizioterapiyanın tətbiqi və faydası ilə bağlı elmi sübutlar ya ümumiyyətlə mübahisəlidir, ya da onların səmərəliliyi sübuta yetirilməyib. Funksional qabiliyyətin qiymətləndirilməsində, xəstələrin aktivləşdirilməsində və xəstələrə tövsiyə verilməsində passiv müalicə metodlarının yerinə fiziki terapiya biliklərindən və təcrübəsindən istifadə edilməlidir. Masaj, ardıcıl edilən məşqlər və digər müalicələrlə birləşdirildikdə aşağı bel ağrısının müalicəsində faydalı ola bilər. "?>

Müvafiq resurslar

 

  • Koxreyn icmalları
  • Ədəbiyyat

Mäntyselkä P, Kumpusalo E, Ahonen R, Kumpusalo A, Kauhanen J, Viinamäki H, Halonen P, Takala J. Pain as a reason to visit the doctor: a study in Finnish primary health care. Pain 2001 Jan;89(2-3):175-80. Turunen JH, Mäntyselkä PT, Kumpusalo EA, Ahonen RS. How do people ease their pain? A population-based study. J Pain 2004 Nov;5(9):498-504. Karjalainen K, Malmivaara A, van Tulder M, Roine R, Jauhiainen M, Hurri H, Koes B. Multidisciplinary biopsychosocial rehabilitation for neck and shoulder pain among working age adults. Cochrane Database Syst Rev 2003;(2):CD002194. Karjalainen K, Malmivaara A, Mutanen P, Roine R, Hurri H, Pohjolainen T. Mini-intervention for subacute low back pain: two-year follow-up and modifiers of effectiveness. Spine (Phila Pa 1976) 2004 May 15;29(10):1069-76. Hayden JA, van Tulder MW, Malmivaara AV, Koes BW. Meta-analysis: exercise therapy for nonspecific low back pain. Ann Intern Med 2005 May 3;142(9):765-75. Mattila R, Malmivaara A, Kastarinen M, Kivelä SL, Nissinen A. Effects of lifestyle intervention on neck, shoulder, elbow and wrist symptoms. Scand J Work Environ Health 2004 Jun;30(3):191-8. Mason L, Moore RA, Edwards JE, Derry S, McQuay HJ. Topical NSAIDs for chronic musculoskeletal pain: systematic review and meta-analysis. BMC Musculoskelet Disord 2004 Aug 19;5():28. "?> Oxford league table of analgesics in acute pain: www Bjordal JM, Ljunggren AE, Klovning A, Slørdal L. Non-steroidal anti-inflammatory drugs, including cyclo-oxygenase-2 inhibitors, in osteoarthritic knee pain: meta-analysis of randomised placebo controlled trials. BMJ 2004 Dec 4;329(7478):1317.

Tərcümə etdi-Xanlar Haciyev

Tel-507948239

email: hanlar2003@yahoo.com