Plastik cərrahiyyə üçün göstərişlər
EBM Klinik protokolları
27.06.2017 • Sonuncu dəyişiklik 27.06.2017
HannuKuokkanen
Əsaslar
- Baş, bədən və ətraflara dair toxuma qüsurları, hər yaşdan olan insanlarda plastik cərrahiyyə vasitəsiylə müalicə olunur.
Göstərişlər
- Bu xəstəliklərin müalicəsində plastik cərrahiyyə prosedurları tələb edilə bilər
Xərçəng
- Dəri xərçəngi
- Üz və baş nahiyəsinin digər xərçəngləri
- Yumşaq toxuma sarkoması
- Süd vəzi xərçəngi
- Süd vəzinin qoruyucu cərrahiyyəsində, süd vəzinin forma və simmetriyasının qorunmasına yönəlmiş prosedurlardan istifadə edilir (onkoplastik cərrahiyyə).
- Müalicənin əksinə tam mastektomiya tələb edən süd vəzinin şişləri, süd vəzinin dərhal rekanstruksiyası ilə gedən dərini mühafizə edən əməliyyat vasitəsiylə kənarlaşdırıla bilər.
- Süd vəzi xərçənginə genetik meyillilik.
- Ailə tarixçəsi və müəyyən olunmuş gen, profilaktik mastektomiya və təcili süd vəzi rekonstruksiyası üçün göstəriş ola bilər.
- Həm kişilərdə, həm də qadınlarda rekonstruktiv əməliyyat tələb edən genital və perineal sahənin xərçəngi.
Xroniki yaralar
- Aşağı ətrafların xorası (dermatoloqlarla əməkdaşlıq)
- Ayağın işemik xorası (damar cərrahları ilə əməkdaşlıq)
- Yataq yarası
- Diabetik xora (diabetoloq, damar cərrahları, ortopedik cərrahlarla əməkdaşlıq)
Travmalar
- Üz zədələri
- Güllə və partlayış yaraları
- Toxuma qopmaları
- Gövdə və ətraf nahiyələrin ağır zədələri
- Yanıqlar və donvurmalar
- Toxuma tamlığını pozma qabiliyyətinə malik olan maddələrin səbəb olduğu zədələr (turşular, qələvilər, sitotoksik dərmanlar və s.)
Anadangəlmə anomaliyalar
- Dovşan dodaq (yarıq dodaq) və yarıq damaq
- Kəllə sümüyünün inkişaf anomaliyaları və deformasiyaları
- Üzün anadangəlmə inkişaf qüsurları
- Bədənin gövdə nahiyəsində anadangəlmə toxuma qüsurları
Digərləri
- Limfedema - "fil xəstəliyi" (ətraflar, genital)
- Nekrotik infeksiyalar
- Qarın divarında geniş həcmli anomaliyalar və yırtıqlar
- Çətin sağalan əməliyyat yaraları (əsas cərrahla əməkdaşlıq)
- Cinsiyyətin dəyişdirilməsi əməliyyatları
- Çəki itirmə əməliyyatlarından sonra yumşaq toxumanın korreksiyası əməliyyatı
- Simptomlara səbəb olan böyük süd vəziləri
- Süd vəzi asimmetriyası
- Ginekomastiya
- Yumşaq toxumanın zədələnməsinə səbəb olan xəstəliklər
- Çapıq, cızıq bərpası
Təcili yardım
- Plastik cərrahiyyədə təcili xidmətlərin göstərilməsi ilə bağlı yerli təlimatlara və göstərişlərə nəzər yetirin.
Estetik cərrahiyyə
- İnsan bədənində normal dəyişikliklərin aparılması üçün tətbiq olunan cərrahi əməliyyatlar
- Əsasən özəl klinikalarda həyata keçirilən tamamən estetik yönümlü cərrahi əməliyyatlar.
- Təcili müdaxilə gərəkdirən estetik əməliyyat ağırlaşmaları (qanaxma, tromboz, infeksiya) lazım olduqda ictimai xəstəxanalarda müalicə edilə bilər. Bu qaydalardakı dəyişikliklər, hər ölkədə fərqli ola bilər.
- Xəstəliklər və yaralanmalar kontekstində və həmçinin funksional dəyişikliklərə səbəb olan vəziyyətlərdə estetik cərrahiyyə sahəsinə dair prosedurlar, dövlət sektorlarında da həyata keçirilə bilər (üz dartılması, blefaroplastika, liposaksiya, lazer terapiyası, süd vəzini böyütmə əməliyyatı, abdominoplastika).
Adiyyatı mənbələr