Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bud-çanaq oynağının və bud sümüyünün sınıqları

Mündəricat

Bud-çanaq oynağının və bud sümüyünün sınıqları

EBM Klinik protokolları
05.06.2018 • Sonuncu dəyişiklik 26.06.2017
VilleMattila

Giriş

  • Sınığın düzgün seçilmiş və həyata keçirilmiş cərrahi müalicəsi, erkən mobilizasiya və pasiyentin ümumi xəstəliklərinin yaxşı idarə edilməsi vacibdir– daimi olaraq müalicə müəssisəsində qayğıya möhtac qalmaq bir təhlükədir.
  •  Əgər nəql olunma (köçürülmə) uzun çəkərsə, pasiyentə müayinə və müalicə üçün göndərliməzdən öncə ən azından dalteparin 5000 BV  və ya enoksaparin 40 mq dərialtı inyeksiyası ilə trombozun profilaktikasına artıq başlanılması məsləhət görülür. Vaxt və dozanı diqqətlə qeyd (spinal anesteziya üçün vacib məlumat) edin!
  • Bud sümüyü boynunun yerdəyişməyən sınığının gedişatı sezilməz (nisbi ağrısız, pasiyent ətrafına ağırlıq salmağa qabil ola bilər, rentgen müayinəsində pis görünmə) ola bilər. Hətta əgər məsələn, dizindən şikayətlənsə də yıxıldıqdan sonra həmişə yaşlı pasiyentdə bud-çanaq oynaqlarını müayinə edin. 
  • Xərçəng və ikincili osteoporozun digər səbəbləri nəticəsində baş vermiş patoloji sınıq istisna olunubsa kiçik enerjili sınıqdan sonra sümük densitometriyası aparmadan osteoporoz üçün farmakoterapiya başlanıla bilər. Baxın: Osteoporoz.

Bud-çanaq oynağının sınığı 

Etiologiya və simptomlar

  • Tipik olaraq qoca pasiyentdə, çox zaman aşağı enerjili zədələnmədən sonra (sürüşmə, yıxılma, yataqdan yıxılma).
  • Daha gənc pasiyentlərdə adətən yüksək enerjili bədbəxt hadisədən sonra (hündürlükdən yıxılmaq, yol qəzası)
  • Bu sınıqlar bud sümüyü boynu, burma, burmaaltı sınıqlara bölünür.
  • Yerdəyişən sınıqda ətrafın qısalması və xarici rotasiyası adətən aşkardır.
  • Bud sümüyü boynunun yerdəyişməyən sınığı nisbi ağrısız (pasiyent aşağı ətrafına ağırlıq salmağa qabil ola və cərrahiyyəyə öz ayağı ilə gələ bilər) ola bilər.
  • Bud sümüyü proksimal hissəsinin sınığı əks olunmuş diz ağrısı kimi hiss edilə bilər və bu da öz növbəsində diqqəti yalnız diz oynağı nahiyəsinə yönəltdiyindən diaqnozu ləngidə bilər.

Təsnifat və görüntüləmə müayinəsi 

  • Bu sınıqlar bud sümüyü boynu, burma və burmaaltı sınıqlara bölünür.
  • Bud-çanaq oynağının ön-arxa və lateral rentgenoqramları həmişə çəkilməlidir. Sınığa məruz qalmış bud-çanaq oynağı sağlam oynaqla müqayisə edilir.
  • Əgər sınıq üçün kliniki şübhə güclüdür (bud-çanaq oynağına ağırlıq salmağa qabil olmayan ağrılı pasiyent), lakin rentgen müayinəsi normaldırsa MRT müayinəsi aparılır. MRT skanı pərçimlənmiş, yerdəyişməyən sınığı aşkar edə bilər.

Cərrahi müalicə 

Ətrafın hərəkətlərinə məhdudiyyətlər Osteosintezdən sonra bud-çanaq oynağı hərəkətlərində heç bir xüsusi məhdudlaşdırmaya ehtiyac yoxdur. Hemiartroplastikadan sonra protezin çıxığının qarşısının alınması üçün cərrahi yanaşmanın göstərişinə uyğun olaraq əməliyyatdan sonra 2 ay  müddətə kimi aşağıda sadalanan  hərəkətlərdən yayınmaq lazımdır: geniş daxili rotasiya və fleksiya; 100° (arxa yanaşmada) xarici rotasiya və tam ekstensiya (ön yanaşmada). Cərrahi yanaşmanın üsulu əməliyyat qeydlərindən oxunula bilər. Həmçinin, bunun haqqında əməliyyat yarasının görünüşünə əsasən nəticə çıxarıla bilər: arxa yanaşmada yara horizontal müstəviyə doğru arxaya qövs edir, ön yanaşmada (Hardinge yanaşması) isə yara vertikaldır.

Fiziki çalışma terapiyası və digər əməliyyatdan sonrakı müalicə

 

Ağırlaşmalar 

 

Bud sümüyü diafizinin sınığı

Müayinə və tapıntılar 

Müalicə və təqib 

Bud sümüyünün distal hissəsinin sınığı

 Müayinə və tapıntılar 

Müalicə və təqib 

Əlaqəli mənbələr