Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda baş və yüngül beyin zədələri

Mündəricat

Uşaqlarda baş və yüngül beyin zədələri

EBM Klinik protokolları
21.10.2016 • Sonuncu dəyişiklik 21.10.2016
MikaVenhola

Əsas məqamlar 

  • Uşaqlar hobbi ilə əlaqəli yıxılma və ya təsadüfi bədbəxt hadisələrdən asanlıqla başlarından zərbə alırlar. Yüngül kəllə-beyin travması bədənin digər hissələrinə, xüsusilə onurğanın boyun hissəsinə dəyən zərbənin beyinə ötürülməsinin təsirindən yarana bilər. 
  • Kəskin mərhələdə zədələnmənin dəqiq baş vermə tarixçəsi və təkrar kliniki dəyərləndirilmə aparılan tədqiqatları təsvir etməkdən daha zəruridir.
  • Yüngül beyin zədələnməsində huşun itməsi 0 ilə 30 dəqiqəyə qədər davam edir və yaddaşın itməsi müddəti 24 saatdan azdır.
  • Bir çox hallarda beyin zədəsi tamamilə yüngüldir (= kontuziya). Bu cür hallarda huşun itməsi müşahidə edilmir, zərbədən sonra yaddaşın itməsi müddəti 10 dəqiqədən azdır və yalnız yüngül ürək bulanması və ya qusma halları olur. Zərbədən sonra ocaqlı nevroloji simptomlar və ya  görüntüləmədə anormal nəticə baş vermir.
  • Zədənin dəqiq baş vermə tarixçəsi və təkrar kliniki müşahidələr təsvir edilən tədqiqatlardan daha zəruridir. Yaranan travma çox vaxt yüngül bir zədədir. Yalnız bir neçə dəqiqə davam edən huşun itməsi,  qısa müddətli yaddaş itkisi və yüngül ürək bulanması və qusmanın olması zərbə ilə əlaqələndirilir. Zərbədən sonra ocaqlı nevroloji çatışmazlıq və görüntüləmədə anormal nəticə baş vermir. 
  • Travmadan sonra yataq rejiminə ehtiyac yoxdur, ancaq uşaq yorğun ola bilər və bir az mürgüləyə bilər. 
  • Əmgək hissədəki stress sınıqlar kiçik zədədir və xüsusi müalicə tələb etmir. Travma ilə əlaqəli uşağın yaşı və inkişaf mərhələsi və təsadüfi olmayan travma alma ehtimalı nəzərə alınmalıdır. 
  • Əzilmiş sınıq, çoxlu sınıq və kəllədaxili qanaxma fors major hallarının nəticəsində baş verir. Bunlar mütəxəssis nəzarətini tələb edir. 

Tarixçəsi və müayinə edilməsi 

  • İlkin tədqiqatlar dəqiq tarixçədən və bir neçə saat müddətində təkrar aparılan klinik dəyərləndirilmələrdən təşkil edilmişdir.
  • Travma mexanizmi, digər travma alma ehtimalı, başı mühafizə etmək üçün hər hansı faktorlar, huşun itməsi və yaddaşın itməsi müddəti nəzərə alınmalıdır. Bu məlumat qeyd edilməlidir. 
  • Fiziki müayinə başın travmasının zahiri əlamətlərini əhatə etməlidir və bədənin digər hissələri zədələnmə mexanizminə uyğun olaraq müayinə edilməlidir. Onurğanın  zədələnməsi ehtimalı nəzərə alınmalıdır. 
  • Şüurluluq səviyyəsi, eləcə də uşağın aktivliyi və ümumi görünüşü qeyd edilməlidir. Uşaqlar üçün Qlazqo Koma şkalasının (QKŞ) dəyişdirilmiş versiyaları mövcuddur. Yaşa uyğun ümumi nevroloji müayinə aparılmalı və müəyyən müddət ərzində uşaq müşahidə edilməli və uyğun vaxtdan sonra yenidən müayinədən keçməlidir.
  • Başındakı böyük zədə və ya qabarıqlıq yüksək enerjili yaralanmanın əlamətidir və kəllə sümüyünü əhatə edə bilər. Üzün şişməsi və gözlərin və ya qulaqların ətrafında göyərmələr üz sümüyü və kəllə əsasının sınığı haqqında fikir yaradır. 
  • Uşağın şüurluluq və sayıqlıq səviyyəsi və ümumi görünüşü qeyd edilməlidir ’ Yaşa uyğun ümumi nevroloji müayinə aparılmalı və müəyyən müddət ərzində uşaq müşahidə edilməli və uyğun vaxtdan sonra yenidən müayinədən keçməlidir."?> 
  • Otoskopla qulaqların vizual müayinəsi əsas dəyərləndirilmənin bir hissəsidir. Orta qulaqda qan görünərsə, (haemotympanum) bu kəllə əsası sınığının əlamətidir və uşaq KT üçün və qulaq mütəxəssisisi ilə konsultasiya ilə bağlı xəstəxanaya göndərilməlidir.
  • Uşaq yaxşı görünürsə və başın palpasiyası zamanı anormallıq göstəriciləri müşahidə edilmirsə, rentgen aparılması tələb edilmir. Başdakı ekstensiv və süngərvari şişkinliklər sınıq olması haqqında fikir yaradır və rentgen şəkilləri ilə, eləcədə də dəqiq və hərtərəfli müayinələrlə göstərilir. Huşun itməsi tarixçəsi yoxdursa, uşaq müayinə  müddətində qusmur və digər qeyri adi vəziyyətlər müşahidə edilmirsə ev təlimatları ilə birlikdə valideynlərin nəzarəti ilə xəstəxanadan evə buraxılmalıdır. Uşaqda qusma, burundan, qulaqlardan qan gəlmə tutmalar və şüur səviyyələrinin pisləşməsinin təkrar epizodları meydana çıxarsa yubanmadan müayinə üçün xəstəxanaya qaytarılmalıdır. Yaxşı görünməyən bir uşaq dəyərləndirilməvə və izlənmə ilə bağlı müvafiq mütəxəssisə göndərilməlidir."?>

Radioloji müayinə 

  • Kranial rentgenoqrafiya az əhəmiyyət kəsb edir. Pis rəftar ilə əlaqəli travma alma şübhəsi varsa 1 yaşdan aşağı uşaqlar üçün imkan daxilində kranial ultrasəs ilə birlikdə kranial rentgenoqrafiya aparılması göstəriş ola bilər. 
  • Yüngül və ya çox yüngül beyin zədələrinin KT və ya MRT üzrə kriteriyaları fərqlənir və göstərişlər hər bir halda klinik olaraq nəzərə alınmalıdır.
  • Kranial KT üçün göstəricilərə aşağıdakılar daxildir:
    • 2 yaşdan kiçik bir uşaqda GCS <14
    • 2 yaşdan yuxarı bir uşağın başında böyük zədə və ya qabarıqlıq 
    • hətta qısa müddətli huşun itməsində  (0-30 dəqiqə)
    • epileptik tutma
    • kəskin və ya artan qusma halları 
    • artan baş ağrısı
    • yüksək enerjili zədələnmə
    • çox saylı zədələr. 

Tibbi nəzarət

Xəstəxanaya yönəldilmə

  • Simptomlar qalıbsa və pisləşərsə, yüksək enerjili zədələnmə və ya çox sayda zədələr varsa, tutma, huşun qısa müddətli (0-30 dəq.)  itməsi, pis davranış şübhəsi, diaqnoz qoyulmuş hemorragik xəstəlik və ya hidrosefolos zamanı beyindaxili şunt varsa uşaq tibbi nəzarət üçün xəstəxnaya göndərilməlidir. 2 yaşdan kiçik uşaqlara normal olaraq xəstəxanada tibbi nəzarət edilməlidir. Kranial KT xəstəxanada tibbi nəzarətə istinad edərək bütün bunlarda göstərilib. 
  • Lazimi ventilyasiya və keyləşdirməyə sayəsində daşınma zamanı beyin ödeminin azalması xüsusilə vacibdir. Daşınma zamanı uşağı laterial vəziyyətdə yerləşdirməklə müvafiq nəfəslamanın təmin edilməsi və aspirasiyanın qarşısının alınması ən asan üsuldur. 
  • Evə buraxılan uşaq üçün tibbi nəzarət təşkil edilməlidir. Yüngül zədələnmə simptomları bir neçə gün davam edə bilər. Zədələnmə evdə uşağının halının pisləşməsi, nəzərəçarpan yuxululuq digər simptomların pisləşməsi ilə xarakterizə edilmir. Bu simptomları ümumiyyətlə zədədən bir neçə 6&#x2013;12 saat sonra meydana çıxan kəllədaxili qanaxmanın əlamətini göstərə bilər. Bu cür hallarda uşağı yubatmadan mütəxəssisə göndərmək lazımdır. Zərbədən sonra daimi simptomlar qalmır."?> 

Evdə tibbi nəzarət 

  • Uşaqda huşun itməsi, qusma yoxdursa, müayinə zamanı uşağın vəziyyətində nəzərəçarpacaq anormallıq müşahidə edilmirsə evdə tibbi-nəzarət təlimatları ilə valideynlərin müşayəti ilə xəstəxanadan evə buraxıla bilər. Təkrar qusma və burundan və qulaqlardan qan gəlməsi, tutmalar baş verərsə və ya şüurun səviyyəsi aşağı düşərsə uşaq dərhal müayinə üçün xəstəxanaya qaytarılmalıdır.
  • Zərbənin yüngül simptomları bir neçə gün davam edə bilər. Zədələnmənin daimi simptomları qalmayacaq və tibbi nəzarət üçün baş çəkmə  tələb edilmir. 
  • Uşaq simptomlar yoxa çıxdıqdan sonra məktəbə qayıda və fiziki məşğələlərə başlaya bilər.
  • Simptomlar 2 həftədən çox davam edirsə uşaq növbəti müayinələr üçün xəstəxanaya gətirilməlidir.

Beyin zədələnməsi və kəllədaxili qanaxma Beyin zədələnməsinə kəllədaxili qanaxmadan daha çox rast gəlinir. Uşaqda beyin zədələnməsi və kəllədaxili qanaxma adətən zədədən dərhal sonra huşun səviyyəsini azaldır və bir çox hallarda uşaq gözlənildiyi kimi sağalmır. Bəbəklərin müxtəlif ölçülü olması daxil olmaqla ocaqlı nevroloji çatışmazlıqlara tez-tez rast gəlinir. Uşaq dərhal radioloji müayinə və müalicə üçün mütəxəssisə göndərilməlidir. Adekvat ventilyasiya və keyləşdirmə sayəsində daşınma zamanı beyin ödemin azaldılması xüsusilə zəruridir. Uşağı laterial vəziyyətdə yerləşdirməklə daşınma zamanı müvafiq nəfəsalmanın təmin edilməsi və aspirasiyanın qarşısının alınması ən asan üsüldur"?>.