Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vaksinasiyalar

Mündəricat

Vaksinasiyalar

EBM Klinik protokolları
15.03.2018 • Sonuncu dəyişiklik 23.04.2018
HannaNohynek TuijaLeino

Əsas məqamlar

  • Vaksinasiyalar bütövlükdə əhali, müəyyən edilmiş risk qrupu və ya fərdin ciddi infeksion xəstəliklərdən qorunmasına yönəldilmişdir.
  • Hamı üçün tam qoruma təmin edilə bilməz.
  • Bir peyvəndin milli immunizasiya proqramına daxil edilməsi üçün zəruri şərt, bunun nəticəsində faydaların potensial zərərləri üstələməsi və peyvəndin geniş miqyasda istifadəsinin dövlət səviyyəsində iqtisadi cəhətdən səmərəli olmasıdır.
  • Eyni zamanda, rəsmi milli/regional təlimatlar, həmçinin ÜST  və ECDC  (Xəstəliklərin Profilaktikası və Kontrolu üzrə Avropa Mərkəzi)  məlumatlarına bax .

Vaksinasiya sxemi

Əsas qaydalar

  • Qorumanın mümkün olduğu qədər erkən təmin edilməsi
  • İmmunizasiya mümkün qədər az problemlərə səbəb olan sxem əsasında həyata keçirilir (anadan alınan neytrallaşdırıcı anticisimlər və uşağın özünün immunoloji yetişkənliyi nəzərə alınmalıdır).
  • Milli immunizasiya proqramının hədəfi ümumilikdə əhalinin və ya vaksinasiyanın iqtisadi cəhətdən yetəri qədər səmərəliyi ilə əhalinin yüksək-risk qrupuna daxil olan hissəsinin əhatə edilməsidir.
  • Müxtəlif ölkələr üzrə dövlət siyasəti fərqlənə bilir, lakin milli immunizasiya proqramına daxil edilmiş vaksinasiyalar adətən könüllü və ödənişsizdir.

Sxemdən kənaraçıxmalar

  • Vaksinasiya seriyasında fasilə yarandıqda, o davam etdirilməlidir, yenidən başlanılmasına ehtiyac görülmür.
  • Tövsiyə edilən intervalların qısaldılması məqsədəuyğun deyil, belə ki, adətən bu vaksinasiyanın həm qısa-, həm də uzunmüddətli effektivliyini zəiflədir.
  • Bununla bərabər, uşaq vaksinasiya üçün tövsiyə edilən yaşı tam olaraq ötübsə, ikinci doza (buster) adi hallarla müqayisədə nisbətən qısa interval ilə tətbiq edilə bilər (rotavirus əleyhinə peyvəndə aid deyil).
  • Eyni peyvəndin iki inyeksiyası arasındakı minimal interval adətən ən azından bir ay təşkil edir.
  • Eyni vaxtda bir neçə vaksinasiya həyata keçirilə bilər.
    • Qarşılıqlı təsirə yol verməmək və yerli reaksiyaların müəyyən etmək üçün vaksinasiya üçün müxtəlif sahələrdən istifadə edin.
  • İnaktivləşdirilmiş mikroblar və ya onların təmizlənmiş antigenləri tərkibli bir neçə peyvənd birgə və ya diri zəiflədilmiş mikrob tərkibli peyvəndlərlə eyni zamanda və ya bir-birinə münasibətdə istənilən sxem üzrə tətbiq edilə bilər.
  • Hər ikisi diri zəiflədilmiş mikrob tərkibli iki peyvənd eyni vaxtda və ya ən azından bir aylıq intervalla tətbiq edilməlidir.
    • QPM (qızılca, parotit, məxmərək əleyhinə peyvənd), suçiçəyi və ya sarı qızdırma vaksinasiyası ilə eyni vaxtda immunoqlobulin tətbiq etməyin: vaksinasiya – 3 - 4 həftə – immunoqlobulin – 6 - 12 həftə – vaksinasiya.

Fin milli immunizasiya proqramı

Finlandiyada 1 sentyabr 2017-ci il tarixindən qüvvədə olan milli immunizasiya proqramı
Hədəf qrupu Yaş Peyvənd
Ümumi əhali 2 ay Rotavirus
  3 ay aGDT-İPV-Hib, PKV , rotavirus
  5 ay aGDT-İPV-Hib, PKV, rotavirus
  6–35 ay Qrip (1-ci dəfə üçün bir ay intervalı ilə 2 doza, daha sonra hər il 1 doza), aGDT-İPV-Hib
  12 ay aGDT-İPV-Hib, PKV
  12 ay QPM
  18 ay Suçiçəyi (keçid dövrü ərzində vaksinasiyalar: daha ətraflı məlumat üçün aşağıda mətnə bax)
  4 yaş aGDT-İPV
  6 yaş QPMS (artıq suçiçəyi keçirmişlər üçün QPM)
  14–15 yaş agdt
  ≥ 65 yaş Qrip
Qızlar 11–12 yaş İPV
Risk qrupları   BCG, agdt, HepB, HepA, qrip, pnevmokok, gənə ensefaliti
Fin milli immunizasiya proqramında istifadə edilən peyvəndlər
Abbreviatura Peyvənd Yeridilmə yolu
BCG Vərəm əleyhinə peyvənd (Kalmet-Jeren basilləri), diri zəiflədilmiş bakteriyalardan təşkil olunub d.i.
aGDT-İPV-Hib Difteriya (D), tetanus (T), asellülar göy öskürək (aP), poliomielit (İPV), və Haemophilus influenzae tip b (Hib) peyvəndi ə.d.
aGDT-İPV Difteriya (D), tetanus (T), asellülar göy öskürək (aP), və poliomielit (İPV) peyvəndi ə.d.
agdt Difteriya (d), tetanus (t) və asellülar göy öskürək (ap) peyvəndi ə.d.
DT Difteriya (D) və tetanus (T) peyvəndi ə.d.
dT Difteriya (d) və tetanus (T) peyvəndi Buster immunizasiya üçün, ə.d.
Hib Haemophilus influenzae tip b (Hib) peyvəndi, təmizlənmiş antigenlərdən təşkil olunub (bakterial səthi polisaxaridin toksoid ilə konyuqasiyası) ə.d./d.a.
İPV Poliomielit peyvəndi inaktivləşdirilmiş tip 1, 2, və 3 viruslarından təşkil olunub Preparatdan asılı olaraq d.a./ə.d.
PKV Pnevmokok konyuqəolunmuş peyvəndləri (6 yaşdan kiçik uşaqlar Synflorix®, böyüklər Prevenar 13®), təmizlənmiş antigenlərdən təşkil olunub (bakterial səthi polisaxaridlər daşıyıcı-züllalla konyuqə olunmuşdur) ə.d.
QPM Qızılca - (morbilli, M - measles), mumps (M - mumps) və məxmərək ( R - rubella) peyvəndi, diri zəiflədilmiş viruslardan təşkil olunub Preparatdan asılı olaraq d.a./ə.d.
QPMS Qızılca (morbilli, M - measles), parotit (M - mumps), məxmərək (R - rubella) və suçiçəyi (V - varicella) peyvəndi, diri zəiflədilmiş viruslardan təşkil olunub d.a.
HepA Hepatit A peyvəndi, inaktivləşdirilmiş (ölü) viruslardan təşkil olunub ə.d. (istisna hallarda d.a.)
HepB Hepatit B peyvəndi, təmizlənmiş səthi antigendən təşkil olunub ə.d. (istisna hallarda d.a.)
HepA və HepB Hepatit A və hepatit B peyvəndi ə.d. (istisna hallarda d.a.)
İPV Papilloma virusuna qarşı peyvənd, virusun səthi zülallarından təşkil olunub ə.d.
Qrip Qrip peyvəndi, üç müxtəlif qrip virusu ştamının təmizlənmiş antigenləri və ya virus fraqmentləri, yaxud da diri zəiflədilmiş viruslardan təşkil olunub Preparatdan asılı olaraq ə.d./d.a. və ya nazal sprey 
Rota Rotavirus peyvəndi, diri zəiflədilmiş viruslardan təşkil olunub p.o.
Suçiçəyi Suçiçəyi (Varicella) peyvəndi, diri zəiflədilmiş viruslardan təşkil olunub. Milli immunizasiya proqramında istifadə edilən peyvənd -  Varivax® ə.d./d.a.
GEV Gənə ensefaliti peyvəndi ə.d.
PPV Pnevmokok polisaxarid peyvəndi ə.d.
Peyvəndlərdə antigenlərin müxtəlif miqdarlarını təsvir edən simvollar
D, T, P Antigenlərin yüksək miqdarı  
d, t, p Antigenlərin aşağı miqdarı  

Qüvvətləndirici (eng.booster) vaksinasiyalara ehtiyac

Milli immunizasiya proqramında suçiçəyi (varicella) peyvəndi

Peyvəndlərin milli immunizasiya proqramı xaricində istifadəsi

Pnevmokoka qarşı Konqyuqə olunmuş peyvənd (PCV)

  • Təmizlənmiş antigenlərdən təşkil olunub.
  • Birinci seçim pnevmokok peyvəndi; eyni zamanda qeyri-invaziv xəstəliklərə qarşı qoruyucu effektin olmasına dair sübutlar var. Revaksinasiya tələb olunmur.
  • Dozaların sayı və sxem vaksinasiyanın başlandığı yaşdan asılıdır. Pnevmokok infeksiyası və ya onun ağırlaşması riski xüsusilə yüksək olan 5 yaşdan yuxarı uşaqlar və böyüklər üçün tövsiyə edilir."?>
  • Yaşları, yaşama şəraiti, xəstəlikləri və qəbul etdikləri dərman preparatları ilə əlaqədar olaraq, ağır pnevmokok infeksiyası və ya onun ağırlaşmalarının baş verməsi riski altında olan 5 yaşdan böyük uşaqlar və böyüklər üçün. Bunlara aiddir, məsələn
    • ürək çatışmazlığı
    • xroniki ağciyər xəstəliyi (XOAX,emfizema, lakin bronxial astma yox)
    • 1-ci tip şəkərli diabet
    • qaraciyər çatışmazlığı
    • böyrək çatışmazlığı
    • alkoqolizm
    • ixtisaslaşmış müalicə müəssisəsində uzun müddət ərzində qalma
    • yaşın 65 və bundan yuxarı olması
    • sümük iliyi və ya orqan transplantasiyası keçirmiş şəxslər
    • immunçatışmazlığı olan şəxslər
    • sistem qlükokortikoid və ya digər immunosupressiv preparatla davamlı terapiya.

Pnevmokokka qarşı polisaxarid peyvəndi

  • Təmizlənmiş antigenlərdən təşkil olunub (23 səthi polisaxarid).
  • Risk qruplarına daxil olan 5 yaşdan yuxarı uşaqlar və böyüklərə, fərdi qaydada qərar qəbulu əsasında tətbiq edilir. ürək çatışmazlığı xroniki ağciyər xəstəliyi (XOAX, emfizema, lakin bronxial astma yox) 1-ci tip şəkərli diabet qaraciyər çatışmazlığı böyrək çatışmazlığı ixtisasaşmış müalicə müəssisəsində uzun müddət ərzində qalma 65 yaş və ya yuxarı sümük iliyi və ya orqan transplantasiyası resipiyentləri davamlı sistem qlükokortikoid terapiyası və ya digər immunosupressiv dərman preparatları. "?>
  • Bir peyvənd dozası yetərli olur. Revaksinasiyalar tələb edilmir. Şəxs daha öncə pnevmokok konyuqəolunmuş peyvəndi almışsa, vaksinasiyalar arasında minimum 8 həftəlik və tərcihən 12-aylıq interval olmalıdır.
  • Vaksinasiya 2 yaşdan kiçik uşaqlara, bu yaş qrupunda peyvəndin immunogenliyinin qeyri-qənaətbəxş olması ilə əlaqədar tətbiq olunmur.
    • Yalnız invaziv pnevmokok xəstəliklərinə qarşı qoruyucu effekt nümayiş etdirilmişdir.
  • Peyvənd qrip peyvəndi ilə eyni vaxtda, lakin müxtəlif sahələrə vurula bilər."?> 

Hib-ə qarşı peyvənd

  • Daşıyıcı-zülal ilə konyuqasiya olunmuş təmizlənmiş antigendən (polisaxarid) təşkil olunub .
  • Tələb olunan dozaların sayı və vaksinasiya sxemi vaksinasiyanın hansı yaşda başlanılmasından asılıdır.
  • Splenektomiya keçirmiş pasiyentlər üçün tövsiyə edilir

Hepatit Aya qarşı peyvənd

Hepatit B-yə qarşı peyvənd

Yapon ensefalitinə qarşı peyvənd

  • İnaktivləşdirilmiş viruslardan təşkil olunub.
  • Əsas immunizasiya 28 gün intervalı ilə vurulan 2 doza vasitəsilə əldə edilir; 18-65 yaşlı şəxslərə 7 gün intervalı ilə sürətləndirilmiş sxem də tətbiq oluna bilər.
  • İlk buster əsas seriyadan 12-24 ay sonra, ikinci 6-10 il sonra həyata keçirilir.
  • Xəstəliyin endemik və epidemik ərazilərinə səyahət edənlər üçün (Hindistandan şərqdə Cənub-Şərqi Asiya ölkələri), xüsusən səyahətə kənd regionlarına səfərlər və ya təbiət qoynunda uzun müddət keçirilməsi daxil olduğu hallarda.
  • Peyvənd, Tayland və Koreya kimi ölkələrin milli proqramının bir hissəsidir.

Sarı qızdırmaya qarşı peyvənd

  • Diri zəiflədilmiş viruslardan təşkil olunub (immun sistemi zəif şəxslərə tətbiq edilməməlidir).
  • Bir yaşdan yuxarı şəxslərə tətbiq edilə bilər; epidemiya müddətində 9 aylığından etibarən. Bir doza onilliklər ərzində qoruma təmin edir. Beynəlxalq yerdəyişmələr zamanı hər 10 ildən bir buster vaksinasiyasının aparılması tələbi 2016-cı il iyulundan qüvvədən düşmüşdür, lakin bu təlimata hazırda bütün ölkələrdə riayət edilmir. Keçid dövrü ərzində ölkə üçün spesifik tələblərin dəqiqləşdirilməsi vacibdir.
  • Ekvatorial Afrika, Mərkəzi və Cənubi Amerikaya səyahət edənlər üçün
  • Beynəlxalq Tibbi-Sanitar Qaydalara müvafiq olaraq, endemik ərazilərdə yerləşən ölkələrin sərhədlərindən keçilən zaman, vaksinasiya sertifikatı tələb edilə bilər.

Gənə ensefalitinə qarşı peyvənd

  • İnaktivləşdirilmiş viruslardan təşkil olunub.
  • Gənələrlə kontakt ehtimalı yüksək hesab edildiyi halda, endemik ərazilərə səyahət edən insanlar üçün (Şimali, Mərkəzi və Şərqi Avropa; Rusiya).
    • ​Fin milli proqramının bir hissəsi olaraq, Aland Adaları, yaxud Paraynen və ya Simo munisipalitetlərində yaşayan insanlar üçün 3 yaşdan etibarən tətbiq edilir.

Qarın yatalağına qarşı peyvənd 

  • Qarın yatalağı oral peyvəndi diri zəiflədilmiş bakteriyalardan, polisaxarid peyvəndi isə təmizlənmiş antigenlərdən təşkil olunub.
  • 2 yaşdan etibarən bir ə.d. inyeksiya şəklində, yaxud 5 yaşdan yuxarı olanlar üçün ümumilikdə 3 kapsul olmaqla, hər 2 gündən bir qəbul edilən peroral kapsullar şəklində tətbiq edilir (təxminən 3 il ərzində qoruma).
  • Qida gigiyenası qeyri-qənaətbəxş olduğu halda, еndemik və ya epidemik ərazilərə və ya krizis/fövqəladə hadisə ərazilərinə səyahət edən insanlar üçün.

Vəbaya qarşı peyvənd

  • İnaktivləşdirilmiş bakteriyalardan təşkil olunub.
  • 6 yaşdan etibarən 2-6 həftə intervalı ilə 2 oral doza şəklində tətbiq edilir (təxminən 2 il ərzində qoruma).
  • Qida gigiyenası qeyri-qənaətbəxş olduğu halda, endemik və epidemik ərazilərə və ya krizis/fövqəladə hadisə ərazilərinə səyahət edən insanlar üçün.
  • Qoruma effekti 50%-ə yaxındır.

Meninqokokka qarşı peyvənd (polisaxarid)

Meninqokokka qarşı konyuqə olunmuş peyvənd

Quduzluğa qarşı peyvənd

Suçiçəyinə qarşı (Herpes varicella-zoster) peyvənd 

Diri zəiflədilmiş viruslardan təşkil olunub. Suçiçəyi nəticəsində ağırlaşmalar riski yüksək olan pasiyentlər. Risk qruplarına leykemiya və ya xərçəng ilə olan uşaqlar, orqan transplantasiyası resipiyentləri, sistem qlükokortikoidlər qəbul edən uşaqlar, və ağır xroniki xəstəlikləri olan uşaqlar aiddir. Misal olaraq, sitotoksik kimyəvi terapiyada olan pasiyentləri vaksinasiya edərkən, vaksinasiya pasiyentdə immunçatışmazlığının mümkün olduğu qədər minimal dövründə planlaşdırılmalıdır. Orqan transplantasiyasının aparıldığı pasiyentlər üçün vaksinasiya transplantasiyadan əvvəl aparılmalıdır. Yuxarıda qeyd olunan risk altında olan pasiyentlərin sağlam yaxın kontaktları, o cümlədən, immunosupressiya vəziyyətində olan uşaqları müalicə edən səhiyyə personalı və yüksək-riskli uşaqların ailə üzvləri, suçiçəyini keçirmədikləri hallarda Sağlam 1 aylıq və bundan böyük uşaqlar, suçiçəyi keçirmədikləri halda. Şəxs 13 yaşa çatanadək suçiçəyi keçirmədiyi halda vaksinasiya xüsusilə məqsədəuyğundur. Misal olaraq, hamilə qadınlarda suçiçəyi xüsusilə narahatlıq doğuran infeksiyadır. Finlandiyada vaksinasiya əməyin gigiyenası xidmətinin bir hissəsi kimi reproduktiv yaşda olan və səhiyyə sistemi, uşaq müəssisələri və məktəblərdə işləyən və o vaxtadək xəstəliyi keçirməmiş qadınlar üçün tövsiyə edilir. Bu xüsusilə hamiləlik dövründə suçiçəyi infeksiyalarının qarşısını alır. Xüsusi olaraq, risk qrupları, 13 yaşdan yuxarı yeniyetmələr və ya böyüklərin vaksinasiyası aparıldıqda, peyvəndin iki dozası üç aylıq intervalla vurulmalıdır. "?>

Zoster peyvəndi

Vaksinasiya texnikaları

Ümumi istifadədə olan peyvəndlər

Əlavə təsirlər

Yerli reaksiyalar

Generalizə olunmuş reaksiyalar

Əlavə təsirlərin qarşısının alınması, kontrolu və təzminatların ödənilməsi

Əks göstərişlər

Vaksinasiya üçün həqiqi əks-göstərişlər

 

Əlaqəli resurslar