Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Nevroloji müayinə

Mündəricat

Nevroloji müayinə

EBM Klinik protokolları
03.07.2018 • Sonuncu dəyişiklik 18.09.2018
SariAtula

Əsas məqamlar

  • Pasiyentin huşunun səviyyəsinin normal olması şərtilə ondan anamnezin əldə olunması nevroloji müayinənin ən vacib hissəsidir. Pasiyentə diqqətlə qulaq asmaqla və suallar soruşmaqla adətən lüzumsuz əlavə testlər asanlıqla ortadan götürülə bilər.   
  • Əgər sadə (təməl) nevroloji müayinədə tapıntılar normaldırsa nevroloji patologiyaların əhəmiyyətli hissəsi yüksək ehtimalla istisna edilə bilər. 
  • Nevroloji müayinə pasiyentin həm ümumi statusunun (ali psixi funksiyalar - bu məqalədə təfərrüatı ilə müzakirə edilmir), həm də nevroloji statusunun qiymətləndirilməsini əhatə edir. 
  • Məsələn, pasiyentin sualları ilə yayınandan sonra bir hissəsini unutma mümkünlüyünü minimuma endirmək üçün bu müayinə həmişə eyni məntiqi qayda ilə həyata keçirilməlidir. Bütün tapıntlar dərhal sənədləşdirilməlidir. Ona görə ki, sonradan məsələn, hansı tərəfin simptomlu olduğunu xatırlamaq təəccübləndirici dərəcədə çətin ola bilər. 
  • Nevroloji status anatomik diaqnozu təyin etməyə kömək edir. Yəni, simptomların haradan qaynaqlandığı sualına cavab verir:
    • baş beyin 
    • onurğa beyni
    • periferik sinir sistemi 
    • neyromuskulyar sistem və ya
    • əzələlər?
  • Anatomik diaqnoz təyin ediləndən sonra müayinə simptomların mənbəyinin mərkəzi və ya periferik sinir sisteminin daxilində daha yaxından lokalizasiyası üzərində cəmləşir. Bu mərhələdə yuxarı və aşağı ətraflarda tərəflər arasında hər hansı nevroloji asimmetriyaya xüsusi diqqət verilir. 

Nevrolji bölmənin alt bölmələrini nəzərdən keçirən digər məqalələr

  • Huşsuz pasiyent   
  • Pasiyentin yerişinin müayinəsi
  • Nevroloji göz simptomları 
  • Pasiyentin nitqinin müayinəsi
  • Pasiyentin koqnitiv funksiyalarının müayinəsi
  • Əzələ zəifliyi və iflic simptomu

Göz dibləri

  • Optik disk və ya papilla oftalmoskop istifadə edərək baxılmalı və kənarları müayinə edilməlidir. Normal papillanın aydın və yaxşı müəyyənləşmiş hüdudları vardır. Dumanlı, yaxşı müəyyən olunmayan hüdudlar kəllədaxili təzyiqdə yüksəlməni göstərir (şəkil ).
  • Sağlam göz diblərində arteriyalar deyil, müstəsna olaraq venalar pulsasiya edir. Əgər pulsasiya edən venalar görmə sinirin ortasında görünürsə bu kəllədaxili təzyiqdə artmanı istisna etməyə yardım edir. 

Kəllə-beyin sinirləri

  • Baş beyin kötüyü nahiyələrinin (orta beyin, körpü, uzunsov beyin) pozğunluqları bu nahiyələrdən birində yerləşmiş kəllə-beyin sinirləri nüvələrinin funksiyasını yoxlamaqla lokalizasiya edilə bilər. 
  1. Qoxu siniri
    • İybilmə sınaqları (qətran, kofe, sirkə, ammonium və ya satışda mövcud olan hazır komplektlər)
  2. Görmə siniri 
    • Görmə itiliyi (pasiyent TV ekranını görməyə, verilmiş məsafədən barmaqları saymağa, hər hansı işığı duymağa qabildir?) 
    • Görmə sahələri (qarşılaşdırma testi, əgər lazımdırsa görmə sahəsinin testi üçün bir oftalmoloqa yönləndirmə) 
  3. Göz-hərəki siniri
    • Bəbəklərin reaksiyası, gözün medial hərəkətləri, ptoz, diplopiya   
  4. Blok siniri
    • Göz hərəkətləri: zədələnmə tərəfdə olan gözün aşağıya baxışı pozulmuşdur, diplopiya 
  5. Üçlü sinir
    • Üzün hər iki yarısının hissi yoxlanması; hər üç sinir şaxəsi (göz siniri, əng siniri və çənə siniri) ayrıca yoxlanılır.  
  6. Uzaqlaşdırıcı sinir 
    • Zədələnmə orta xətdən kənara həmin tərəfdə baxışın disfunksiyasına səbəb olur; ikigörmə (diplopiya).
  7. Üz siniri
    • Qaşlarını çatmaq, burnu qırışdırmaq, fit çalmaq və dişlərinin göstərərək gülümsəmək (irişmək)  
    • Üzün aşağı hissəsinin parezi (oral nahiyədə asimmetriya) mərkəzi etiologiyanın əlamətidir. 
    • Tam üz parezi (üzün bir tərəfində əzələ zəifliyi) üz sinirinin periferik zədələnməsinin əlamətidir. 
  8. Dəhliz-ilbiz siniri
    • Dəhliz siniri 
      • Müvazinətin yoxlanması 
        • Romberq sınağında pasiyent gözləri bağlı və ovucları yuxarı olmaqla qolları açılaraq ayaqları birgə yaxın vəziyyətdə ayaq üstə durur. Bu sınaq zamanı müvazinət problemləri kəllə-beyin sinirlərindən başqa həmçinin, digər səbəblərdən də qaynaqlana bilər.      
        • Unterberger addım testi pasiyent gözü bağlı olaraq hər iki ayağı ilə bir nöqtədə 25 addım atmaqla aparılır. Bədən oxunun qeyd edilən mümkün rotasiyası (45°-dən çox) zədəlnmiş daxil qulağa tərəf olacaq.
      • Nistaqm adətən kəskin vertiqo zamanı gözlər hərəkət edən cismi izlədikdə induksiya oluna bilər. 
        • Diks-Hallpayk testi
      • Qeyd! Nistaqm həmçinin, beyincikdən qaynaqlana və hərəkət edən cismi izləmək qabliyyətinin olmamasına görə ola bilər.
    • İlbiz siniri: audiometriya, Veber sınağı və Rinne sınağı  
  9. Dil-udlaq siniri
    • Qusma refleksi
  10. Azan sinir 
    • Xırıltılı səs, disfagiya
  11. Əlavə sinir
    • İpsilateral tərəfdə çiynin qaldırılması pozulub
    • Müqavimətə qarşı başın döndərilməsi pozulub
  12. Dilaltı sinir
    • Pasiyentdən dilini orta xətt üzrə çıxartmaq xahiş edilir.
      • Dilin kontralateral deviasiyası yuxarı hərəki neyronun zədələnməsində görülür.  
      • Aşağı hərəki neyronun zədələnməsi zamanı dil zədələnmiş tərəfə deviasiya edir. 

Koordinasiya testləri 

  • Qeyri-normal tapıntılar beyincik zədələnməsinin əlamətidir 
    • Adiadoxokinez: ritmik olaraq növbələşən təkrar hərəkətləri etmək qabiliyyətinin pozulması.
    • Barmaq-burun və daban-diz sınaqları: hərəkət intervalının qiymətləndirmək qabiliyyətinin pozulması  
  • Qeyd! Nistaqm həmçinin, beyincikdən qaynaqlana və hərəkət edən cismi izləmək qabiliyyətinin olmamasına görə ola bilər."?>

Pronator sürüklənmə

  • Bu sınaq pasiyentdən gözləri bağlı şəkildə qollarını ovucları yuxarı çiyin səviyyəsində öz önündə uzatmaq xahiş olunmaqla aparılır.  Sonra qollar eyni zamanda yavaş-yavaş enir. Bir əlin digərinə nisbətən daha sürətli enməsi və ya pronasiya vəziyyətinə dönməsi piramid traktın disfunskiyasının bir əlamətidir.

Əzələ qüvvəsi

  • Tərəflər arasında mümkün asimmetriyanın müəyyən edilməsi məqsədi ilə çox zaman yalnız iri əzələ qruplarının qüvvəsi yoxlanılır. Pasiyentdən müayinə edən şəxsin əllərini eyni vaxtda sıxması xahiş oluna bilər. Bundan əlavə, müayinə edən şəxsin pasiyentin açılma və bükülmə hərəkətlərinə müqavimət göstərməsi ilə yuxarı və aşağı ətrafların iri əzələləri ayrıca yoxlanılır. Nəticəni qeyd etməyin adəti üsulu pasiyentin müayinə edən şəxsin müqavimətinə üstün gəlməyi bacarması və ya bacarmamasını yazmaqdır.  
  • Xüsusilə iflic olmuş pasiyentlərdə həmçinin, ətrafda əzələ gücünün qravitasiyanın öhdəsindən gəlmək üçün kifayət edib-etməməsi və pasiyentin dayaq olmadan bir neçə saniyə ərzində havada saxlamağa qabil olub-olmaması yoxlanılır. Ətraflarda funksiyalar və əzələ qüvvələri həmişə cütün əks tərəfi ilə müqayisə edirlir. 

Əzələ tonusu

  • Spastiklik
    • Passiv hərəkət zamanı rəvan surətdə və ya ən çox rezistenliyin hərəkətin başlanğıcında hiss edilməsi ilə "qatlanan bışaq" fenomeni şəklində artan əzələ tonusu.   
    • Piramid yolun disfunksiyasının əlaməti
  • Rigidlik
    • Passiv hərəkət boyunca davamlı olaraq bir formada artmış əzələ tonusu. 
    • "Dişli çarx" rigidliyi zamanı oynaq və ya boşalmış vəziyyətdə olan ətraf büküldükdə aydın hiss edilən qısa tullanan hərəkətlər var. 
    • Ekstrapiramid zədələnmənin əlaməti.

Reflekslər 

  • Refleks hiperaktivliyi və ya "refleksin yayılması" (məsələn, diz refleksi baldırın yuxarı hissəsinə nevroloji çəkiclə vurduqda aktivləşir) mərkəzi sinir sisteminin daxilində disfunksiyanın əlamətləri olduğu halda azalmış reflekslər sinir kökləri və ya periferik sinirlərin zədələnmələrinin göstəricisidir.
  • Klonik refleks dedikdə əzələlələrin ossilyasiya edən tərzdə yığılması ilə olduqca yüksəlmiş vətər refleksi nəzərdə tutulur (məsələn, Axil refleksi yoxlanan zaman topuğun "sönmədən" ritmik açılıb-bükülməsi).
  • Ətraf gərgin olmadıqda reflelksləri yoxlamaq ən asandır. Bunun üçün pasiyentin əməkdaşlıq etməsi tələb edilir və bu həmişə asan deyil.
  • Baş nahiyəsi
    • Çeynəmə refleksi (çənə sümüyü refleksi):  pasiyentin ağzı azca açıq olmaqla müayinə edən şəxs nevroloji çəkiclə pasiyentin çənəsinə qoyduğu öz şəhadət barmağını ehmalca döyəcləyir. Normal şəxslərdə ağzın yalnız yüngül bağlanma hərəkəti qeyd olunur.  
    • Qlabellar refleks (qlabellar döyəcləmə əlaməti): burundan üstdə qaşlararası sahənin təkrarlanan döyəclənməsi; normal şəxslərdə ilkin gözqırpmalar bir neçə döyəcləmədən sonra dayanacaq. 
  • Yuxarı ətraflar
    • Biseps refleksi bazunun ikibaşlı əzələsinin vətərinin sahəsində yoxlanılır. 
    • Triseps refleksi bazunun üçbaşlı əzələsinin vətərinin sahəsində yoxlanılır.  
    • Braxioradialis refleksi mil sümüyünün bizəbənzər çıxıntısı ətrafında yoxlanılır. 
  • Aşağı ətraflar
    • Diz qapağı refleksi (diz refleksi) diz qapağının həmən altında yoxlanılır. 
    • Axil refleksi topuq dorzifleksiya vəziyyətində olmaqla Axil vətərində yoxlanılır.  
    • Babinski əlaməti
      • Ayaqaltı səthin bayır kənarı küt bir alətlə (qələm, dil şpatelinin kənarı və s.) qıcıqlandırıldıqda müşahidə edilən baş barmağın bükülməsi əvəzinə açılma hərəkəti  
      • Açılma (baş barmağın yuxarıya hərəkəti) piramid yolun disfunskiyasının əlamətidir. 
        • Açılmaya bənzəyə bilən normal qaçınma reaksiyası ilə qarışdırmayın.

Hissiyyat sistemi

  • Yoxlama simmetrik olaraq üzdə, yuxarı və aşağı ətraflarda və əgər lazımdırsa, gövdədə aparılır. Hissi sinir zədələnməsinin mənşəyi və tipi hissi itkinin yeri və keyfiyyəti ilə aşkar edilə bilər. 
  • Ağrı və temperatur
    • Ağrı hissi ("iti təmas") iti əşya istifadə etməklə yoxlanılır (məsələn, iki yerə bölünmüş taxta şpatelin ucu).
    • Temperatur hissi məsələn, isti və soyuq su olan borular istifadə etməklə yoxlanıla bilər. 
  • Vəziyyət və vibrasiya
    • Vəziyyət hissi pasiyentin ayaq barmaqlarını oynaqlarından yuxarı və aşağı hərəkət etdirməklə yoxlanıla bilər.  
    • Vibrasiya hissi yuxarı və aşağı ətrafların sümük qabarıqları üzərində kamertonu yerləşdirməklə yoxlanılır.  
  • Yüngül təmas hissi dəriyə pambıq lifi və ya barmaq ucları ilə zərif toxunmaqla yoxlanılır.

Vegetativ sinir sistemi   

  • Ortostatik hipotenziya üçün müayinə 
  • Vegetativ sinir sisteminin digər pozğunluqları pasiyentin anamnezini qiymətləndirməklə adəti qaydada müəyyənləşdirilir (aritmiya hiss etmək, defekasiya və sidik ifrazı funksiyaları).