Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yanıq zədələri

Mündəricat

Yanıq zədələri

EBM Klinik protokolları
09.05.2017 • Sonuncu dəyişiklik 09.05.2017
Editors

Əsaslar

  • Yanıq zədələrinin dərinliyini məhdudlaşdırmaq üçün səbəbkar amillə kontaktı minimuma endirmək lazımdır (alov, isti maye və ya cism, elektrik cərəyanı, kimyəvi maddələr).
  • İlk yardım, 10-20 dəqiqə ərzində qızmış toxumanın soyudulması məqsədiylə zədələnmiş nahiyyəni otaq temperaturunda olan suya salmaqdan ibarətdir. Əgər səbəbkar amil aşındırıcı maddədirsə, zədələnmiş nahiyyə təmizlənənə qədər kifayət qədər suyla yuyulmalıdır.
  • Tənəffüs yolları yanıqları və karbon monoksidlə zəhərlənmənin mümkünlüyü diqqətə alınmalıdır. 
  • Bütün dərin yanıqlar, eləcə də  bədənin 20 %-dən çox sahəsini əhatə edən səthi yanıqlar (uşaqlarda 10 %) və üzdə, aralıq nahiyyədə və ya ayağın və əlin daxili səthində müşahidə edilən kiçik sahəli səthi yanıqlar, xəstəxana şəraitində müalicə olunmalıdır.
  • Yanıq zədələrinin dərinliyi, toxumanın məruz qaldığı temperaturun dərəcəsindən və təmas müddətindən asılıdır. Məruz qalınmış temperatura retrospektiv şəkildə təsir etmək mümkün deyildir və buna görə də yanıq zədələrinin dərinliyini məhdudlaşdırmaq üçün təmas müddətinin qısaldılması vacibdir.

Qəza yerində ilk yardım

  • Alov, suyla söndürülməli və yaxud da təzyiq edilərək basdırılmalıdır. Əgər səbəbkar amil fərqli tiplidirsə xəstə, dərhal təsir zonasından kənarlaşdırılmalıdır.
  • Qızmış toxuma nahiyyəsi, 10 - 20 dəqiqə ərzində soyudulmaq məqsədiylə otaq temperaturunda olan suya salınmalıdır.
  • Əgər yanmış nahiyyə, ümumi bədən səthinin 10 %-dən çoxunu əhatə edirsə (yuxarı ətraflardan birinin səthinin sahəsinə uyğun gəlir), qısa soyutma mərhələsindən sonra xəstənin temperaturu nəzarət altında saxlanılmalıdır.
  • Əgər paltarlar alova tutulmuşdursa, yuxarı istiqamətdə qalxan alovların üz və boyun nahiyyəyə çatmasının və tənəffüs yolları yanıqlarının qarşısının alınması məqsədiylə, yanan şəxs dərhal uzanma pozisiyasında yerləşdirilməlidir
  • Yanıq, xəstənin daşınması müddəti ərzində təmiz sarğı materialları ilə örtülməlidir. Kiçik yanıqlar, ağrını yüngülləşdirmək üçün nəm tənziflə örtülə bilər, lakin geniş səthli yanıqlar, quru tənziflə örtülməlidir.
  • Xəstə, hipotermiyadan mühafizə edilməlidir.
  • Xəstə, sakitləşdirilməlidir.
  • Alovun səbəb olduğu zədələrdə (əsasən də üzə təsir edən), nəfəs alma zamanı zədələrin yaranma ehtimalı diqqətdə saxlanılmalı və tənəffüs yolları vasitəsiylə ediləcək müdaxiləyə hazırlıqlı olunmalıdır.
  • Karbon monoksidlə zəhərlənmə ehtimalını diqqətə almaq lazımdır (oksigen verilməlidir). Nəbz oksimetriyası, karbon monoksid zəhərlənməsində yanıltıcı bir şəkildə yüksək dəyər nümayiş etdirə bilər.
  • Aşındırıcı agentlər: bol su ilə hərtərəfli yuyulmalıdır. Qələvinin təsirindən yaranan zədələr, turşuların təsirindən yarananlardan daha ağır xarakterli olur çünki, qələvi maddələr kənarlaşdırılmadığı təqdirdə toxuma daxilinə nifuz etməyə davam edir.

Yanıq zədələrinin dərəcəsini qiymətləndirmək (9 % qaydası) 

  • Cədvələ nəzər yetirin
Yanıq dərəcələrinin qiymətləndirilməsi (9 % qaydası)
Zədə Böyüklər % 1 yaşlı uşaq %
Ovuc  1  1
Baş  9  19 
Yuxarı ətraflar  9  9.5
Üst bədən  36  32
Aşağı ətraflar  18  15

Yanıq zədələrinin dərinliyini qiymətləndirmək

  • Səthi və dərin yanıqları differensasiya etmək vacibdir.
    • Səthi yanıqlar : epidermal (dərəcə 1) və səthi dermal (dərəcə 2a).
      • Toxunma hissi tamdır.
      • Kapilyarların dolması mövcuddur: təsirlənmiş dəri, təzyiq edildikdə ağarır və təzyiqin aradan qalxması ilə dərhal öz qırmızı rənginə geri qayıdır.
      • Yanıq səthi nəmlidir (2a). Əgər yanığın 2-ci dərəcəsində zədələnmənin ilk 2 saatı ərzində suluqlar yaranarsa, yanığın dərinliyi adətən orta (dərəcə 2b) və ya dərin dermal (dərəcə 2c) sayılır. Əgər 10-16 saat ərzində suluqlar yaranmazsa, yanıq çox gümanki, səthidir.
    • Dərin yanıqlar :dərin dermal (dərəcə 2c) və dərəcə 3.
      • Toxunma hissi həmişə pozulmuşdur.
      • Kapilyarlar dolu deyil (yuxarıya nəzər yetirin).
      • Yaranın səthi adətən qurudur.
    • Yanıqlar, ödem və (qan damarları) tromboz səbəbiylə zədələnmədən  sonra təqribən 48-72 saat ərzində dərinləşməyə davam edir.
    • Yanıq zədəsinin qurumasına imkan verilməsi, sonradan yaranın dərinləşərək infeksiyaya səbəb olmasına gətirib çıxarda bilər.
    • Alov səbəb olduğu yaralalar və birbaşa təmas səbəbindən elektrik yanıqlar həmişə dərin olur. Elektrik yanıqlarında dəri zədələnməmiş görünsə də dərialtı əzələ nekrotik ola bilər. Elektrik vurmalarından əmələ gələn yaralar, geyim yanmayıbsa, adətən səthi olur.
    • Yanığın dərinliyi, ilk dəfə aparılmış qiymətləndirilmədən sonra 48-72 saat ərzində yenidən qiymətləndirilməlidir.
    • Səthi yanıqlar, 2-3 həftə ərzində müalicə edilməlidir. Xəstə, sonradan müayinə üçün geri qayıtmalıdır.
    • Problem yaranmasa xəstəni, yaranın dərinliyinin sonuncu dəyərləndirilməsi ilə 2-3 həftədən sonra aparılan müayinəyə qədərki dövrdə görməyə ehtiyac yoxdur.
    • Dərin yanıqlı xəstələr, dərhal cərrahi müdaxiləyə sövq edilməlidir.

Müalicə harda edilməli ?

  1. İlkin yardım
    • Səthi xarakterli olması aydın şəkildə izlənilən və bədən səthinin 10 %-ə qədər sahəsini (üz istisna olmaqla) əhatə edən (uşaqlarda 5 %) yanıqlar.
  2. Kiçik rayon xəstəxanası
    • Səthi xarakterli olması aydın şəkildə izlənilən və bədən səthinin 20 %-ə qədər sahəsini əhatə edən yanıqlar
      • Ağrıya müvafiq şəkildə müdaxilə edilməli və lazım gəldikdə əlavə maye köçürülməlidir
  3. Böyük rayon xəstəxanası
    • Böyüklərdə bədən səthinin 10 %-dən az sahəsini əhatə edən dərin yanıqlar
  4. Tibbi təhsil ocağı (və ya buna oxşar hər hansı bir tibb ocağı)
    • Bədən səthinin 20 %-dən daha az sahəsinin əhatə edən dərin yanıqlar
  5. İxtisaslaşdırılmış yanıq mərkəzləri
    • Bədən səthinin 20 %-dən çox sahəsini əhatə edən dərin yanıqlar (uşaqlarda 10%)
    • Üzü, əlləri, böyük oynaqları  və genital nahiyyəni əhatə edən dərin yanıqlar
    • Tənəffüz yolları zədələnməsi
    • Yanıq, digər zədələrlə əlaqəli olduqda.

Kiçik yanıqların müalicəsi

  • Kapilyar dolmanın və taktil hissiyatının mövcudluğu, həmçinin zədələnmiş nahiyyənin rəngi və nəmliyi, səthi yanıqların diaqnozunda nəzərə alınır.
  • İlk yardım tədbirlərinə, qəza yerində dəri üzərinə 10-20 dəqiqə ərzində ilıq su axıdaraq onu soyutmaq aid edilir. Dərini sonrakı mərhələlərdə soyutmaq, yanığın dərinləşməsinin qarşısını almayacaqdır.
  • Nekrozlaşmış toxuma, hər hansı bir zibil və çirk, dəridən kənarlaşdırılmalıdır. Böyük və sərt suluqlar partladılmalı və boşaldılmalıdır. Kiçik və yumşaq suluqlar, toxunulmamış buraxıla və lazım olduqda sonrakı mərhələlərdə işlənə bilərlər.
  • Yanıq, parafin, əlavəli bintlə, silikon əsaslı məlhəmli sarğı ilə və ya gümüş tərkibli məhsullarla örtülməlidir. Sarğı, əlavə olaraq qalın əmici ikincili sarğı ilə əhatə olunmalıdır (bint və əmici pampıq bezləri) çünki, növbəti 48 saat ərzində yaradan çoxlu miqdarda eksudatın ifraz olunması mümkündür.
  • İkincili sarğının üst qatları, ev şəraitində də dəyişilə bilər.
  • Üçüncü gün sarğı kənarlaşdırılır (lazım gəldikdə isladılma yolu ilə) və yanığın yekun dərinliyi qiymətləndirilir. Onların istifadəsi çox çətin olduğu üçün həmin sarğılar artıq istifadə edilmir. Hər bir partlamış suluqlar və ölmüş dəri hüceyrələri kənarlaşdırılır. Əgər yanıq, səthi xarakterli olaraq qalırsa, yara sağalana qədər konservativ müalicə davam etdirilıir  (eyni sarğılar / topikal gümüş tərkibli məhsullar).
  • Səthi yanıqların müalicəsində antibiotik profilaktikası tətbiq edilmir. Mümkün infeksiyalar topikal məhsullarla müalicə olunur.
  • Sonrakı sarğı dəyişmələri seçilmiş məhsuldan asılıdır. Səthi yanıqlarda sarğının az hallarda dəyişdirilməsinə üstünlük verilir.
  • Dərinin epitelləşməsindən sonra nəmləndirici məlhəmin tətbiq edilməsi təşviq edilməlidir və dəri günəş işığından qorunmalıdır. Mümkün piqment dəyişiklikləri, yaralanmadan sonra 2 il ərzində bərpa ediləcəkdir.
  • Lazım olduqda analgetiklər tətbiq edilə bilər.

Ağır yanıqlar zamanı ilkin yardım

  • Tənəffüs yollarını açıq saxlayın (oksigen, intubasiya).
  • Qan dövranını yoxlayın (elektrik yanmalarında aritmiyalara tez- tez rast gəlinir).
  • Şok profilaktikası: yanıqların, bədən səthinin böyüklərdə 15 %-dən çox, uşaqlarda isə 5-10 %  sahəsinin əhatə etməsi zamanı, əlavə maye köçürülməsinə başlanılmalıdır. İnfuziyaya, fizioloji məhlulla başlanılmalıdır. Albumin məsləhət görülmür.
  • Əgər yanıq, bədən səthinin 20 %-dən çox sahəsini əhatə edibsə və nəqliyyat məsafəsi uzundursa,  Ringer məhlulunun infuziyasına başlamaqla dehidratasiyanın qarşısını almaq vacibdir. Əgər səfər, 2 saatdan az bir müddəti əhatə edəcəksə, böyüklər üçün uyğun infuziya sürəti, 1 000 ml/saatdır.
  • Ciddi vəziyyətlərdə xəstəxana işçilərini əvvəlcədən məlumatlandırmaq lazımdır.
  • Xəstəni sakitləşdirmək lazımdır.
  • Analgetiklər, zəruri hallarda: opioid məs, 4-6 mg morfin venadaxili və ya dərialtı
  • Hipotermiyanın qarşısı alınmalıdır.
  • Hər hansı bir yapışqan material (məs, asfalt), yerində saxlanılmalıdır.

 

Adiyyatı mənbələr 

 

  • "Cochrane" nəzəriyyələri
  • Digər dəlillər icmalı
  • Ədəbiyyat